Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-829/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı X3 cavabdeh Cavabdeh qarşı «mənzildən çıxarma» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## ######## 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı X3 cavabdeh Cavabdeh qarşı «mənzildən çıxarma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən, ona məxsus olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki olaraq iyirmi ildən artıqdır evlidir, lakin rəsmi nikahları yoxdur. Birgə nikahdan iki uşaqları var və cavabdeh ona xəyanət etməklə ailə dəyərlərini məhv etdiyi üçün ona məxsus olan fərdi yaşayış evindən çıxmasını tələb edir. Həmin ev ona məxsus fərdi yaşayış evidir və bu barədə hüquqmüəyyənedici sənədi var. Lakin o, buna baxmayaraq özünə məxsus həmin əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir və evindən normal qaydada istifadədən məhrum olmuşdur. O, evinə gedərkən cavabdeh onunla dava-dalaş salır, polis şöbəsinə müraciət edir və o da əsassız yerə hüquq mühafizə orqanlarına gedib-gəlməli olur. Yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu tapa bilmir. Cavabdehə evini tərk etməsi üçün dəfələrlə şifahi şəkildə xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, ilk olaraq mediasiya təşkilatına, sonra da məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilən məzmuna uyğun məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hal-hazırda iddiaçı Rusiya Federasiyasındadır. Buna baxmayaraq Azərbaycan Respublikasına da gəlib-gedir və gəldiyi vaxt öz evindən sərbəst istifadə edə bilmir. Cavabdeh ona məxsus evdə başqa şəxslərlə xəyanət etdiyi üçün onun evində yaşamasını istəmir, onunla razılıq əldə etməyə çalışsa da buna nail ola bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi kimi mediasiya təşkilatında da cavabdehə evdən çıxması müqabilində 20000 manat pul verməyi təklif etmiş, lakin cavabdeh razılaşmamış, ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişlər. Tərəflər arasında rəsmi nikah yoxdur və iddiaçı özünə məxsus evdən istifadə edə bilmədiyi üçün cavabdehin ona xəyanət etdiyi evindən onun çıxarılmasını istəyir. Cavabdehin xəyanətinə dair videogörüntülər var. O, gec vaxtlarda fərqli şəxs və avtomobillərlə evə gəlir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçı ilə 2006-cı ildə qeyri-rəsmi nikahla ailə qurmuş və həmin nikahlarından iki uşaqları var. Uşaqlardan biri serebral iflicdir və onun xəstəliyinə görə işləyə bilmir. O, iddiaçıya məxsus evdə iki uşağı ilə birgə onunla ailəli olduğu vaxtdan yaşayır və xəstə uşağın pensiyası, həmçinin valideyn və qohumlarının maddi köməkliyi ilə dolanır. Iddiaçı yalnız onun kommunal xərclərini ödəyir. Iddiaçının onun barəsində xəyanət etməsini deməsi doğru deyil. Onun gec vaxtlarda evdən taksi ilə çıxdığı və sonra da qayıtdığı günlər olmuş, lakin həmin vaxtlarda evə, uşaqlara vacib nəsə almaq lazım olduğu üçün evdən çıxmışdır. Hazırda yaşadığı iddiaçıya məxsus evdən çıxmaq istəmir. Iddiaçı tərəfindən ona evdən çıxması müqabilndə 20000 manat pul kompensasiya kimi verilməsi təklif olunmuş, lakin o, qəbul etməmişdir. Çünki, həmin məbləğlə ev almağın mümkün olmayacağını hesab edir. Ən azından 36000 manat ödəməsini istəyir. Iddiaçının kifayət qədər maddi imkanı var. Iddiaçının həmin evdən başqa iki avtomobili də var. Onunla qeyri-rəsmi nikahda olduğu vaxt iddiaçı başqa qadını da qaçırmış və hazırda onunla Rusiya Federasiyasında yaşayır. Dörd il olar ayrılmışlar və iddiaçı uşaqların saxlanması üçün ona aliment ödəmir. O, da bu barədə məhkəməyə müraciət etməmişdir. Çünki, aliment üçün məhkəməyə müraciət etmək istəsə də, valideynləri buna imkan verməyib qohum –qonşudan eyib olacağını bildirmişlər, o da təkbaşına uşaqlara baxmalı olmuşdur. O, məhkəmədən tələbin təmin edilməməsini xahiş edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Anar Pənahov) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçıya məxsus olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən çıxrılması və həmin evin iddiaçı X3 təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, şikayətin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, kollegiya iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası; Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. (Hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin IV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Lənkəran rayonu, Lüvəsər kəndində 0.20 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X3r. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabın ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materiallarına əlavə olunan Lənkəran şəhər IHB-nın Kərgəlan kənd IƏD üzrə icra nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, X3 rayonu, Lüvəsər kəndində yaşayır. Iş materiallarına əlavə olunan AZ-İ 137690, AZ-İ ****** saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin, AA5895462, AZE ******** saylı şəxsiyyət vəsiqələrin surətlərindən müəyyən edilir ki, ##.##.2008-ci il təvəllüdlü X4 və ##.##.2015-ci il təvəllüdlü X1 atalığı müəyyən edilmişdir, onların atası X3, anası isə Cavabdehdır. Iş materiallarına əlavə olunan Lənkəran * saylı Mediasiya Təşkilatının ##.##.2026-cı il tarixli arayışından görünür ki, X3 mənzildən çıxarılma tələbinə dair mübahisə ilə əlaqədar IMS iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Iş materiallarına əlavə olunan ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı mediasiya təşkilatına müraciət üçün 60 manat dövlət rüsumu ödəmişdir. Iş materiallarına əlavə olunan ##.##.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Iş materiallarının tədqiqindən müəyyən edilir ki, Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi X3 mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış var və həmin əmlak ##.##.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabın ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Cavabdeh evin mülkiyyətçisi olan X3 özünün mülkiyyətindən sərbəst istifadə etməyə imkan vermədiyi üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd edir ki, iddiaçı ilə rəsmi nikaha daxil olmasa da 20 il faktiki nikah münasibətlərində olmuş, həmin müddətdə mübahisəli evdə yaşamış, evin zəruri xərclərini ödəmiş, evin tikilməsinə xərc çəkmişdir. Məhkəmə kompensasiya ödənilməsinə münasibətdə cavabdehin möcqeyini düzgün qiymətləndirməmişdir. Iddiaçı özü 20000 manat kompensasiya ödəməyi təşklif edir. Lakin həmin məbləğ bazar dəyərinə uyğun deyildir. 36000 manat kompensasiya ödəniləcəyi halda evdən çıxmağa razıdır. Kollegiya qeyd edir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdeceresözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Kollegiya hesab edir ki, mübahisəli ev tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Iddiaçı Qüdrət Quliyev mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabehin hərəkətlərinə son qoyulmaqla, cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflərin 20 il birgə yaşaması və iki uşaqlarının olması öz-özlüyündə ər-arvad statusu yaratmır. Əgər iddiaçı və cavabdeh arasında dövlət qeydiyyatında nikah olmayıbsa, onlar Ailə Məcəlləsinin mənasında ər-arvad hesab edilmirlər. Buna görə də ər-arvadın ümumi əmlakı haqqında normalar hazırki mübahisəyə tətbiq oluna bilməz. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə görə Azərbaycanda yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Ailə Məcəlləsinin 2.3-cü maddəsi də nikahı dövlət qeydiyyatına alınan ittifaq kimi müəyyən edir. Iddiaçı və cavabdeh 20 il faktiki ailə münasibətlərində olsalar da, dövlət qeydiyyatında nikahları olmayıbsa, onlar Ailə Məcəlləsinin 31–37-ci maddələrinin mənasında ər-arvad deyillər. Bununla bağlı Ali Məhkəmənin ## #### 2024-cü il tarixli */**** nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarında da izah verilmişdir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir. 32.2.2-ci maddə isə əmlakın kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq ümumi gəlirlər hesabına əldə edilmiş daşınmaz əmlakı ümumi əmlaka aid edir. Lakin bu norma yalnız ər-arvad arasında münasibətlərə aiddir. Ali Məhkəmənin */**** nömrəli Plenum qərarı da məhz bunu təsdiqləyir: ər-arvadın ümumi əmlakının bölünməsi mübahisəsinin tərəfləri ər-arvad statusu qazanmış şəxslər olmalıdır. Ona görə cavbdehin mənzilin 20 illik faktiki nikah dövründə əldə edilib deyərək, buna görə də Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən “mənim də payım var” arqumenti ilə çıxış etməsi özlüyündə hüquqi cəhətdən əsaslı deyil. Bu həm də onu göstərir ki, cavabdeh iddiaçının ailə üzvü hesab edilmədyindən onun həmin mübahisəli mənzildən istifadə hüququ da yaranmamışdır. Işin mübahisəsiz hallarından da görünür ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reystrində iddiaçının adına qeydiyyata alınmışdır. Belə olan halda mülkiyyət hüququ iddiaçıya məxsus hesab olunur. Iddiaçı cavabdehin evdən çıxarılmasını tələb etməsi halında məhkəmənin ilk vəzifəsi cavabdehin mübahisəli (mənzildə) evdə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Xüsusilə uşaqların həmin ünvanda yaşaması, cavabdehin ailə münasibətlərindəki statusu, mənzilə köçürülməsinin əsası və tərəflərin uzun müddət birgə yaşaması əhəmiyyətlidir. Işin mübahisəsiz halı kimi müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 2006-cı ildən faktiki ərarvad kimi yaşamış və onların faktiki ailə münasibətlərindən 2008 və 2015-ci il təvəllüdlü iki uşaqları olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçı ilə cavabdehin birgə faktiki ailə münasibətindən uşaqlarının olması cavabdehə mənzildə mülkiyyət payı yaratmır. Lakin onların yaşayış yeri, yaşayış şəraiti və məhkəmə tərəfindən evdən çıxarılmanın uşaqların mənafelərinə təsiri ayrıca qiymətləndirilməlidir. O, ki, qaldı cavabdehin iddia tələbinin etirazını əsasını təşkil edən mübahisəli evin tikilməsi və təmiri xərclərində onun tərəfindən də, xərc çəkməsinə, bu yalnız ümumi paylı mülkiyyətin istifadə və bölünməsi qaydaları üzrə həll edilməlidir. Bununla bağlı isə cavabdehin iddiası olmalı və cavabdeh sübut etməlidir ki, həqiqətən iddiaçı ilə birgə yaşadığı və birgə təssərüfat apardığı müddətdə onun tərəfindən mübahisəli evin tikilməsinə xərc çəkmişdir. Bu hal sübuta yetirilərsə, mübahisəyə ər-arvadın ümumi birgə mülkiyyəti kimi deyil, ümumi paylı mülkiyyət və ya müəyyən hallarda pul tələbi kimi yanaşmaq mümkündür. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin “iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh yaşadığı iddiaçı X3 məxsus olan Lənkəran rayonu, Lüvəsər kəndində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evindən çıxrılmalı və ev cavabdehə təhvil verilməlidir.” qənaətini əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu isə onu göstərir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-829/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-829/2026
14.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver