Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1460/2025 06.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh –Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı X6 ilə birgə nikahdan xx.xx.1984-cü il təvəllüdlü qızı Cavabdeh doğulmuşdur.
2. İddiaçı 1992-ci ildən, Cavabdeh isə 2001-ci ildən etibarən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.
3. ünvan 1 ünvanında yerləşən mənzil 2007-ci il tarixindən etibarən İddiaçı xüsusi mülkiyyətindədir.
4. İddiaçı Cavabdeh ünvan 1 ünvanında olan istifadə hüquqlarına xitam verilməsi və onun həmin ünvandan qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə birgə nikahdan xx.xx.1984-cü il təvəllüdlü qızı Cavabdeh doğulmuşdur. Hər bir ailədə söz-söhbət olduğu kimi bizim də ailədə bunlar var idi. Həyat yoldaşım har zaman kasıblığımızı başıma vurur, məni ər kimi saymır, istədiyi zaman Qubaya gedər, mənim heç bir yaxınlarımı saymırdı. Bu səbəbdən ailə münasibətlərimiz getdikcə pozulurdu. Hətta, mənim qızımın evləndiyini mən qonşulardan eşitdim. Qızım evləndikdəndən sonra həyat yoldaşım da evi tərk edib getdi. Harda qaldığını belə bilmirdim. Onların 30 ildən çox ünvan 2 ünvanda qeydiyyatları formal xarakter daşıyır və onlar uzun müddətdir ki, bu günə kimi mənlə yaşamırlar və heç zaman mənimlə manaqlanmayıblar. Onu da bildirirəm ki, taqaüddəyəm, işləmirəm və xəstəyəm. Bir neçə gündür ki, mənə məlum oldu ki, X7 dünyasını dayişib. Qızımdan da, onun harada yaşamasından da mənim heç bir xəbərim yoxdur. Hayat yoldaşımın vəfatını da məndən gizlədiblər. Yuxarıda qeyd olunan ünvanda - yani Baki şəhəri 7 MKR, ev 18 –də, mən. 67da və 69-da yaşayan 2 qapı qonşum - X1 ya X13 ərizə ilə notariusda təsdiqləyiblər ki, qızım Cavabdeh qeydiyyatda olan ünvanda yaşamır və heç vaxt onu bu ünvanda görməyiblər. Beləliklə də mənim mülkiyyətimdə olan manzil (çıxarış əlavə etdim) qanuna zidd olaraq, hələ də qeydiyyatda olmağa davam edir və mən onun komunal haqqını 80 saylı Mənzil Komunal İstismar Söbəsi tərəfindən verilən arayışda göründüyü ki, mən illərlə manzilin kirayəsi və tulantısı ödəməyə məcbur olmuşam. Onun qeydiyyatı formal xarakter daşıyır (Arayış alaya olunur).
Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə dair xx.xx.2025-ci il tarixində məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, icraatınızda olan müvafiq işlə əlaqədar xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X26 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Müvafiq sənədlərdən aydın şəkildə görünür ki, Əliyev X11 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Bakı şəhəri, 7-ci mikrorayon, 18 saylı binanın 68-ci mənzilinin icarə müqaviləsinin dəyişdirilərək, adına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müvafiq mənzildə İddiaçı və onun ailə üzvlərinin (arvadı - X9 və qızı Cavabdeh) 1992-ci ildən etibarən pasport qeydiyyatında olmaqla yaşadığını, mənzilin əsas icarədarı X10 vəfat etdiyini, mənzilin icarə müqaviləsinin İddiaçı adına dəyişdirilməsinə ailə üzvlərinin (arvadı və qızı) ərizə ilə razılıq bildirməsini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti 56023 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamı ilə müvafiq mənzilin icarə müqaviləsini dəyişdirmiş və İddiaçı həmin mənzilin əsas icarədarı hesab etmişdir. Hesab edirik ki, müvafiq sərəncama əsasən mübahisə predmeti olan mənzilə İddiaçı ilə yanaşı, onun qızı Cavabdeh da istifadə hüquqları mövcuddur. Eləcə də bildirirəm ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 tərəfindən məhkəməyə təqdim edilmiş X23 ilə Cavabdeh xx.xx.2004-cü il tarixli nikahı haqqında akt qeydinin kserosurətindən aşkar şəkildə görünür ki, Cavabdeh daimi yaşadığı yer Bakı şəhəri, 7-ci mikrorayon, ev 18, mənzil 68-dir. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində də Cavabdeh müvafiq mənzilə istifadə hüququnun mövcud olduğunu etiraf etmişdir. Hesab edirik ki, Cavabdeh müvafiq mənzilə istifadə hüququ mövcud olduğundan hazırki iddia tələbi üzrə onun həmin mənzildən istifadə hüququna xitam verilməsi üçün heç bir əsas mövcud deyildir. Cavabdeh müvafiq mənzilə istifadə hüququna xitam verilmədən də onun müvafiq mənzildən qeydiyyatdan çıxarılması qeyri-mümkündür. Odur ki, yuxarıda sadalananlara əsasən xahiş edirik ki, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və müvafiq ünvandan qeydiyyatdan çıxarılması tələbi üzrə iddia ərizəsi təmin edilməsin.
Tərəflərin izahatları:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək mənzilin iddiaçının mülkiyyətində olduğunu, bununla bağlı mənzilə çıxarış verildiyini bildirərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Öncəki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh və onun nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədiklərini bildirməklə, məhkəməyə təqdim etdikləri yazılı etirazda qeyd edilənlərə uyğun izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh həmçinin qeyd etmişdir ki, o, xx.xx.2004-cü il tarixində ailə qurmuş və həmin tarixdən 2020-ci ilə kimi yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayonda yerləşən mənzildə yaşamış, 2020-ci ildən hal-hazıradək isə ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən mənzildə yaşamaqdadır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansısa üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
9. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, ev 18, mənzil 68 (Yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, giriş 196, M3, m2) İddiaçı mülkiyyətindədir.
10. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında verdiyi ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh və İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 680 nömrəli Ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2024-cü il tarixində vəfat etmişdir.
12. İş materiallarında olan AR Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 372 saylı sərəncamından çıxarışdan müəyyən edilir ki, 1992-ci ildən etibarən iddiaçı sözügedən məzildə ailə tərkibi 3 nəfərlə (özü, arvadı və qızı) pasport qeydiyyatındadır və yaşayır. Sözügedən Sərəncamla ünvan 1 ünvanı ilə bağlı icarə müqaviləsi dəyişdirilmiş və İddiaçı əsas icarədar hesab edilmişdir.
13. İş materiallarında olan X6 və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2007-ci il tarixli ərizələrdən müəyyən edilir ki, onlar ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər.
14. İş materiallarında olan AR Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən tərtib edilmiş arayışdan müəyyən edilir ki, İddiaçı, X6 və Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə daimi qeydiyyatdadırlar.
15. İş materiallarında olan Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 80 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 578 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı ailə tərkibi 3 nəfərdən ibarət olmaqla, o, mənzil kommunal ödənişlərini həyata keçirir.
16. İş materiallarında olan ünvan 3 ofisinin Xüsusi notariusu X14 tərəfindən həqiqiliyi təstiq edilmiş xx.xx.2024-cü il tarixli, **********626 saylı ərizədən müəyyən edilir ki, şahid X15 Cavabdeh ünvan 1 ünvanında yaşamadığını bildirmişdir.
17. İş materiallarında olan ünvan 3 ofisinin Xüsusi notariusu X14 tərəfindən həqiqiliyi təstiq edilmiş xx.xx.2024-cü il tarixli, **********625 saylı ərizədən müəyyən edilir ki, şahid X1 Cavabdeh ünvan 1 ünvanında yaşamadığını bildirmişdir.
18. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/4-16-1628/2025 saylı məktubdan müəyyən edilir ki, iddiaçının nümayəndəsinə cavabdehin nikahı haqqında məlumat əldə etmək hüququnun olmadığı bildirilmişdir.
19. İş materiallarında olan iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli vəsatətdən müəyyən edilir ki, iddiaçı cavabdehin nikah haqqında şəhadətnaməsinin surətini əldə edə bilmək üçün AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 sorğu verilməsini xahiş etmişdir.
20. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2331/2025 saylı qərardadından müəyyən edilir ki, Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Kommisiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir.
21. İş materiallarında olan ünvan 3 ofisinin Xüsusi notariusu X14 tərəfindən həqiqiliyi təstiq edilmiş xx.xx.2025-ci il tarixli, **********865 saylı ərizədən müəyyən edilir ki, şahid X2 Cavabdeh ünvan 1 ünvanında yaşamadığını bildirmişdir.
22. İş materiallarında olan ünvan 3 ofisinin Xüsusi notariusu X14 tərəfindən həqiqiliyi təstiq edilmiş xx.xx.2025-ci il tarixli, **********864 saylı ərizədən müəyyən edilir ki, şahid X4 Cavabdeh ünvan 1 ünvanında yaşamadığını bildirmişdir.
23. İş materiallarında olan cavabdehin vəkili Vəkil1 tərəfindən məhkəməyə daxil edilmiş iş üzrə icraatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, cavabdeh e-2(001)-2331/2025 saylı iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər cari iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
24. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1460/2025 saylı qərardadından müəyyən edilir ki, e-2(001)- 2331/2025 saylı iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
25. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2331/2025 saylı qərardadından müəyyən edilir ki, Cavabdeh “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
26. İş materiallarında olan Bakı Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3572/2025 saylı qərardadından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2331/2025 saylı qərardadından verdiyi şikayəti təmin edilməmişdir.
27. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə daxil edilmiş xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, iddiaçı məhkəmədən iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
28. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-1460/2025 saylı qərardadından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
29. İş materiallarında olan, AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/2-61797/2025 saylı məktuba əlavə edilmiş Cavabdeh ilə X23 arasında nikah haqqında akt qeydinin surətindən müəyyən edilir ki, cavabdeh 23 avqust 2004-cü il tarixində nikaha daxil olmuşdur.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 17. (1) Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: - Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: - Maddə 53 (3). İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. - Maddə 54 (1). İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. - Maddə 54 (2). Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. - Maddə 54 (3). İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - Maddə 60 (1). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. - Maddə 87 (2). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. - Maddə 123 (1). Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. - Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. - Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli: - Göründüyü kimi, Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçi və onun evinə (mənzilinə) köçürülmüş ailə üzvləri arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli qaydasının yuxarıda göstərilmiş tələblərini birmənalı əhatə etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin münasibətlər bu hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir. - Qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ-hüquqi akt qəbul etdikdə əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. - Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
35. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
36. Məhkəmə ilk öncə qeyd edir ki, işin mübahisəsiz hallarından biri ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1987-ci il tarixli Order əsasında X12 verilmiş və İddiaçı isə atası X12 verilmiş mənzildə ailə üzvləri ilə (özü, həyat yoldaşı və qızı (hazırki iş üzrə cavabdeh)) birlikdə 1992-ci ildən pasport qeydiyyatında olmaqla yaşamışlar.
37. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən mənzilin ilk icarəçisi olmuş X16 vəfat etmiş və iddiaçının ərizəsi, iddiaçının həyat yoldaşı və hazırki iş üzrə cavabdeh olan qızının xx.xx.2007-ci il tarixli yazılı razılığı əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 372 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamı ilə sözügedən mənzillə bağlı icarə müqaviləsi İddiaçı adına keçirilmiş və həmin tarixdən – xx.xx.2007-ci il tarixdən etibarən mənzilin əsas icarədarı iddiaçı olmuşdur. Daha sonra iddiaçı tərəfindən sözügedən sərəncam, icarə müqaviləsi və digər sənədlər təqdim edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2024-cü il tarixində mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır.
38. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmiş və işin bir başqa mübahisəsiz halı kimi tərəflərin də təsdiq etdiyi nüans ondan ibarətdir ki, iş üzrə Cavabdeh 2004-cü ildə X23 adlı şəxslə nikaha daxil olaraq həmin tarixədək yaşadığı mənzildən, yəni ünvan 1 ünvanında yerləşən mənzildən getmişdir (köçmüşdür).
39. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ həmin mənzilin ilkin icarədarı olmuş X10 dövründə, xx.xx.2009-cu il tarixində qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmışdır. Belə ki, mənzilin ilkin icarədarı olan X10 övladı olan hazırki iş üzrə İddiaçı öz azyaşlı qızını (1984-cü il təvəllüdlü Cavabdeh) atasına məxsus mənzilə köçürməklə ailə üzvü kimi qızının da mənzildən istifadə hüququnun yaranmasını təmin etmişdir. Lakin, cavabdeh hələ mənzilin ilkin və əsas icarədarı olmuş X10, yəni iddiaçının atasının sağlığında, yəni 2004-cü ildə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildən nikaha daxil olmaqla köçmüş və sonuncu dəfə isə xx.xx.2007-ci il tarixində, yəni köçdüyü tarixdən 3 il sonra babasının adına olan icarə müqaviləsinin atası, hazırki iş üzrə iddiaçının adına keçirilməsinə yazılı razılıq vermişdir. Bundan sonra, yəni xx.xx.2007ci il tarixindən etibarən sözügedən mənzilin əsas icarədarı İddiaçı olmuş, lakin cavabdeh bu tarixdən sonra ailə üzvü kimi həmin mənzilə köçərək orada yaşamadığı üçün hazırki iddiaçıya münasibətdə də mənzildən istifadə hüququ yaranmamışdır.
40. Məhkəmə qeyd edir ki, əgər cavabdeh 2007-ci ildən sonra iddiaçıya məxsus olan mənzilə ailə üzvü kimi köçərək yaşasaydı, bu zaman qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə və ya bu hal xx.xx.2009-cu il tarixindən sonra baş versəydi, o halda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ yaranacaqdı. İndiki halda cavabdehin mənzildən istifadə hüququ hazırki mülkiyyətçinin deyil, öncəki icarədarın, yəni babasının dövründə və ona münasibətdə yaranmış və hələ onun sağlığında mənzildən getdiyi (köçdüyü) üçün isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən mənzildən istifadə hüququ itirilmişdir.
41. Şərh edilənlər əsasında məhkəmə cavabdehin mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi ilə bağlıdır. İş materialları ilə təsdiq olunur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində, hətta 2004-cü ildən sonra belə mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar deyil. Cavabdehin uzun müddət ərzində mənzildə yaşamaması və mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra mənzilin ilkin icarədarı olmuş babası X12 münasibətdə yaranmış istifadə hüququnun itməsinə səbəb olmuşdur.
42. Məhkəmə qeyd edir ki, cavabdehin atası – İddiaçı münasibətdə isə iddiaçıya məxsus mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Belə ki, iddiaçı mənzilə mülkiyyət hüququnu xx.xx.2007-ci il tarixli Sərəncam və icarə müqaviləsi əsasında və həmin tarixdən sonra əldə etmiş, cavabdeh isə hələ bu hadisədən 3 il öncə ailə qurmaqla başqa yaşayış yerinə köçmüş, ondan sonra isə ümumiyyətlə iddiaçıya məxsus mənzildə yaşamamışdır. Beləliklə də, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Odur ki, mövcud olmayan istifadə hüququna xitam verilməsinə dair iddia da təmin edilə bilməz.
43. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.
44. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri kimi ödənilmiş ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev