Məhkəmə qərarları › İş №2(001)-1470/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1470/2021

19.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1470/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və s.” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 868 nömrəli, xx xxxxxx 2009-cu il tarixli qərarına əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində fərdi yaşayış evi üçün ayrılmış 12 sot torpaq sahəsindən çıxarılması, özünün həmin torpaq sahəsinə köçürülməsi, ona məxsus torpaq sahəsində inşa edilmiş evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehin hesabına oradan daşınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 868 nömrəli, xx xxxxxx 2009-cu il tarixli qərarına əsasən ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində fərdi yaşayış evi tikmək üçün 12 sot torpaq sahəsi ayrılmış, lakin maddi imkanı olmadığı üçün orada tikinti işləri apara bilməmiş, bir neçə ay əvvəl torpaq sahəsinə baş çəkmək üçün getdikdə isə Cavid adlı şəxsin ona məxsus həmin torpaq sahəsinin 3 sot hissəsini zəbt edərək kürsülü birmərtəbəli fərdi yaşayış evi tikdiyini və yaşadığını müəyyən etmişdir. Cavabdehdən ona məxsus torpaq sahəsindən çıxmağı və özbaşına tikdiyi evi də öz hesabına söküb ərazini boşaltmağı tələb etsə də, cavabdeh tələbinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X2 xx xxxx 2004-cü il tarixli, 989/1 saylı sərəncamı ilə ona Bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən 1500 kv.m torpaq sahəsi ayrılmış və o, səkkiz il əvvəl həmin ərazidə ev tikərək hazırda orada yaşayır. İddiaçı bir neçə ay öncə ona müraciət edərək həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmiş və Bakı şəhəri Binəqədi rayonu X2 xx xxxxxx 2009-cu il tarixli, 868 saylı Qərarı ilə ona Bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən 1200 kv.m torpaq sahəsi ayrılması barədə Qərara istinad etmişdir. Hesab edir ki, həmin qərarın onun qanuni istifadəsində olan torpaq sahəsinə aidiyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X2 xx xxxxxx 2009-cu il tarixli 868 №-li Qərarının surətindən görünür ki, X2 ərazi hüdudları daxilində Bakı şəhər sakinləri Cəmilə Ağabala qızının və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 1200 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X2 xx xxxx 2004-cü il tarixli 989/1 №-li Sərəncamının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 1500 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı qaydasına mülkiyyətinə ayrılmaslna dair sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X5 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X2 xx xxxxxx 2009-cu il tarixli 968 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən tərəflər arasındakı mübahisəli torpaq sahəsi İddiaçı Bakı şəhəri, Binəqədi rayonu X2 xx xxxxxx 2009-cu il tarixli 968 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi olub - olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Lakin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan iddiaçı ona Binəqədi rayonu X2 xx xxxxxx 2009-cu il tarixli 968 saylı qərarı əsasında 1.200 kv.m. torpaq sahəsi ayrılmasını sübuta yetirsə də, cavabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etmiş olduğunu sübut edə bilmədiyindən onun iddiası əsaslı hesab ediliərək təmin oluna bilməz. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar