Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1497/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X1, AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X7rşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X7rşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqının hesablanması və mənəvi zərərə görə 1000 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, onun 39 il iş təcrübəsi var və bunun 32 ilini eyni müəssisədə çalışmışdır. 2019-cu ilin iyul ayında mərkəzə yeni təyin edilmiş müdir müavini Xalidə Hümbətova onu otağına çağıraraq bildirmişdir ki, əmək müqaviləsinin müddəti bitib, onun qarşısına şərt qoyaraq, ya 1 illik əmək müqaviləsi imzalamağı ya da işdən azad olunacağını bildirmişdir. O, müqaviləni imzalamayacağını bildirsə də, sonda məcbur qalaraq uzun müddətdir işlədiyi iş yerini itirməmək üçün müqaviləni imzalamışdır. Əmək müqaviləsi 1 il müddətinə 2019-cu ilin iyul ayından xx.xx.2020-ci il tarixədək bağlanmışdır. İstehsalat təlimi ustası vəzifəsi daimi xarakter daşıdığı halda onunla əmək müqaviləsi bir il müddətinə bağlanmışdır. İddiaçıya müqavilə müddəti bitdikdən sonra işlə təmin ediləcəyi bildirilsə də, xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli 66 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. 2020-ci ilin sentyabr ayında X.Hümbətova ona bildirmişdir ki, ona iş verə bilməyəcək, halbuki iş təcrübəsi olmayanlar, texnikum bitirənləri, az bal toplayanları işlə təmin etmişdir. İddiaçı işlədiyi müddət ərzində işini vicdanla yerinə yetirmiş, verilən bütün tapşırıqları qüsursuz olaraq həyata keçirmiş, heç bir nöqsana yol verməmiş, işlədiyi müddət ərzində heç bir töhmət, xəbərdarlıq almamış, barəsində intizam tənbeh tədbiri olmamışdır. Həmçinin iddiaçı Təhsil Nazirliyinin keçirdiyi istehsalat ustalarının diaqnostika qiymətəndirilməsində yüksək bal toplamışdır. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilərək işə bərpa olunması, məcburi iş buraxmaya görə 5 aylıq, yəni 2300 manat əmək haqqının və mənəvi zərərə görə 1000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı həmçinin ötürülmüş iddia müddətinin bərpasına dair ərizə təqdim edərək, işdən çıxarılma barədə əmrin və əmək kitabçası ona xeyli müddət sonra təqdim edildiyindən məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə edə bilməməsini nəzərə alaraq iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili N.Alməmmədov xx.xx.2021ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinə etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı cavabdeh Mərkəzin direktoruna xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, onu Mərkəzə xx.xx.2020-ci il müddətinədək (təhsil ili müddətində) istehsalat təlim ustası vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçının xahişi nəzərə alınmaqla həmin ərizəsi əsasında onunla cavabdeh Mərkəz arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanmışdır. İddiaçı dəfələrlə Mərkəz rəhbərliyinin qəbulunda olarkən onun müqaviləsinin bitmə tarixi ilə bağlı məlumatlandırılmışdır. İddiaçı Mırpaşa qızının 10 (on) aylıq əmək müqaviləsi müddətində daima İİ qrup əlilliyi nəzərə alınmış, əmək haqqı və son haqq-hesabında güzəştlər tətbiq edilmiş, işə geç gəlmə və ya işdən tez gedən halları baş verən zaman övladları və əlilliyinə görə rəhbərlik tərəfindən humanist yanaşılmışdır. Əlavə olaraq bildirmişdir ki, onun diplom üzrə ixtisası inşaat-mühəndisidir. 2019-2020-ci tədris ilində ixtisası üzrə qrup olmadığı üçün qeyri-ixtisas qrupunu tədris etmişdir. Ümumirespublika üzrə keçirilən diaqnostik qiymətləndirilmədən ixtisası üzrə keçməyən istehsalat təlim ustaları əmək haqları artımsız almalıdırlar. Buna görə də dekabr ayından etibarən İddiaçı digər qeyri-ixtisas qruplarına dərs tədris edən istehsalat təlim ustaları ilə birgə artımsız əmək haqqı verilmişdir. İddiaçı əmək haqqının artımsız verilməsinin səbəbi dəfələrlə izah edilmişdir. Dekabr ayından iyun ayına kimi əmək haqqını alan zaman heç bir şikayət etməmiş, qanuna uyğun tutulma edildiyini bilmişdir. Bundan əlavə 2020-2021-ci tədris ili üçün istehsalat təlim ustalarının və pedaqoji işçilərin işə qəbul prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirildiyi üçün İddiaçı da onlayn olaraq qeydiyyatdan keçməsi barədə şəxsən məlumat verilmiş, Agentlik tərəfindən göndərilən qeydiyyat təlimatı da yönləndirilmişdir. İddiaçı onunla bağlanan müqavilənin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin ləğv edilməsini tələb etsə də, həmin əmrin qanunsuz olması ilə bağlı hər hansı bir sübut növünə əsaslana bilməmişdir. Bunlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən AR ƏƏSMN yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi A.Şabanov iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Təhsil İşçiləri X5 Respulika Komitəsi tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən ona bildirilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi xx.xx.2020-ci il tarixli, 66 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Müqaviləyə xitam verilməsi barədə əmrlə razı olmadığı halda əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ixtisası və iş təcrübəsi üzrə Sənaye və İnnovasiyalar üzrəBakı Dövlət Peşə Təhsil Mərkəzində vacant yer olmadığından Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda, peşə təhsili müəssisələrində müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı müsabiqədə iştirak etməyi tövsiyə edilmiş, lakin bu imkandan istifadə etməmişdir. - AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışa əsasən İddiaçı ikinci dərəcəli əlildir. - Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X8 direktoru, işəgötürən X2 İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 10 ay müddətinə, xx.xx.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. - Əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 66 nömrəli əmrə əsasən, İddiaçı istifadə olunmamış məzuniyyət günlərinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan iş dövrü üçün 35 təqvim gününün pul əvəzinin ödənilməsi əmr edilmişdir. - xx.xx.2019-cu il tarixdə İddiaçı tərəfindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X8 direktoru R.Xanlarova ünvanlanmış ərizəyə əsasən, İddiaçı xx.xx.2020-ci il müdətinədək (təhsil ili müddətində) istehsalat təlim (i/t) ustası vəsifəsinə qəbul edilməsini xahiş etmiş, həmçinin xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsinə həmin tarixdən xitam olunacağı barədə məlumatlandırılmışdır. - Azərbaycan Təhsil İşçiləri X5 Respulika Komitəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. O, uzun illərdi işlədiyinə görə və istehsalat təlimi ustası vəzifəsi daimi xarakterə malik olduğu üçün hesab edilmişdir ki, onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Hazırkı işdə əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 73.1-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. - 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqavilə bağlanıla bilər. - 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. - 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmətinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilə bilməli və bu halın baş verməsi özü-üzlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Həmçinin məhkəmə iddiaçının iddiaçının ötürülmüş iddia müddətinin bərpasına dair ərizəsinə münasibətdə hesab edir ki, iddia müddəti bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 379.1.1-ci maddəsi iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır. - 379.3-cü müddəsinə əsasən, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Həmin Məvəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi qismən təmin edilməli, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X8 xx.xx.2020-ci il tarixli, 66 nömrəli əmri ləğv edilməli, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X9 İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilərək, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ : İddia tələbi qismən təmin edilsin. “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X9 İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilsin. İddiaçı “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X10 əvvəlki vəzifəsinə bərpa edilsin. “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil” X12 tərəfindən məcburi işburaxmaya müddəti üzrə xx.xx.2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1497/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1497/2021
11.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver