Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1513/2022 01.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində “soyad”, “ad”, “ata” adı qrafasında Ərizəçi, “atası” qrafasında - X11 (milliyyəti azərbaycanlı), “anası” qrafasında - X7 (milliyyəti azərbaycanlı) olması faktının qeyd edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun, yəni X3 xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda doğulması, atasının milliyətçə azərbaycanlı olan X11, anasının milliyətçə azərbaycanlı olan X8 olması, buna uyğun olaraq ona aid doğum akt qeydinin bərpa edilməsinin və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, nikaha daxil olanadək onun soyadı anasının soyadına uyğun olaraq “Ellazova” olmuşdur. Belə ki, valideynləri arasında rəsmi deyil, dini nikah, yəni kəbin bağlandığından ona anasının soyadı verilmiş və o, atasının soyadına uyğun “Məmmədova” soyadını daşımamışdır. Valideynləri sonradan nikaha daxil olmuşlar və onun qardaşları soyadlarını dəyişdirmişdilər. Lakin o, dəyişdirməmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin böyük qardaşıdır. Onun atası X11, anası X4r. Onlar Ermənistan Respublikasının Kalinino rayonunda yaşamışlar və 1972-ci il tarixdə ailəvi şəkildə Azərbaycan Respublikasının Bakı şəhərinə köçmüşlər. Onun da soyadı əvvəllər anasının soyadına uyğun Ellazov olmuşdur. Belə ki, valideynləri arasında dini kəbin bağlanmış, rəsmi nikah olmamışdır. Lakin sonradan valideynləri arasında nikah bağlandığından o, aidiyyəti üzrə müraciət edərək, soyadını “Məmmədov” soyadına dəyişdirmişdir. Onun anasına da “Məmmədov” soyadı verilmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində ərizəçinin böyük qardaşı olduğunu bildirmiş və şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin əridir. Onlar Bakı şəhərində tanış olmuşlar. Onun həyat yoldaşının atası X11, anası X4r. Onlarla yaxşı münasibətdə olmuşdur. Xatırladığına görə ərizəçinin atası 1993-cü, anası isə 1997-ci ildə ölmüşdür. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçini, habelə şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verib, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ellazova (Əlləzova) Səmayə Səməd qızı xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Kalinin rayonunda doğulmuşdur. xx.xx.1985-ci il tarixdə Şahid2 ilə nikaha daxil olmuş və bundan sonra ona Qarayeva soyadı verilmişdir. Ərizəçi hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadır və bu ünvanda yaşayır. Şəxsiyyət vəsiqəsinə əsasən atasının adı Səməddir. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin şöbə doğum akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsas olmadığından doğum akt qeydinin bərpa edilməsindən imtina etmiş və ona məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. ərizəçi də məhkəməyə müraciət edərək, onun, yəni X3 xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda doğulması, atasının milliyətçə azərbaycanlı olan X11, anasının milliyətçə azərbaycanlı olan X8 olması, buna uyğun olaraq ona aid doğum akt qeydinin bərpa edilməsinin və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə çıxarlmasını xahiş edir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə qardaşı tərəfindən ona əmlakın hədiyyə edilməsi üçün lazımdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 və Şahid1 ərizəçinin qardaşı olduqlarını, atalarının X11, analarının X9 olduğunu, valideynləri arasında dini kəbin bağlandığından, onların rəsmi nikahları olmadığından soyadlarının ilk öncə Ellazov olduğunu, valideynləri arasında nikah bağlandıqdan sonra soyadlarının atalarının soyadına uyğun “Məmmədov” soyadına dəyişdirdiklərini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qərarın 1.6-cı bəndində isə məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv mqaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə əldə edə bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə qardaşı tərəfindən ona əmlakın bağışlanmasını təmin etmək üçün lazımdır. Ərizəçinin xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının, Kalinin rayonunda doğulması, milliyyətinin azərbaycanlı, atasının milliyətçə azərbaycanlı olan X11, anasının isə miliyyətçə azərbaycanlı olan X9 olması öz təsdiqini tapır. Məhkəmə onu da qeyd edir ki, şahidlər X2 xx.xx.1962-ci il, Şahid1 xx.xx.1964-cü il, onların bacısı, yəni Ərizəçi isə xx.xx.1966-cı il tarixdə doğulmasına baxmayaraq, onların valideynləri X11 və X9 arasında nikah yalnız xx.xx.1972-ci il tarixdə bağlanmış və bundan sonra X5 Məmmədova soyadı verilmişdir. Bundan sonra ərizəçinin qardaşları soyadını dəyişdirsələr də (bu hal onlara xx.xx.1980-ci il tarixdə təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə öz təsdiqini tapır), ərizəçi dəyişdirməmiş və məhz bu səbəbdən nikaha daxil olarkən onun soyadı anasının nikahdan əvvəlki soyadına uyğun olaraq Ellazova olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Ellazova (hazırda Qarayeva) Səmayə Səməd qızının xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda doğulması, milliyyətinin azərbaycanlı, atasının milliyyətcə azərbaycanlı olan X11, anasının milliyyətcə azərbaycanlı olan X9 olması faktı müəyyən edilməli, Ellazova (hazırda Qarayeva) Səmayə Səməd qızının doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ellazova (hazırda Qarayeva) Səmayə Səməd qızının xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda doğulması, milliyyətinin azərbaycanlı, atasının milliyyətcə azərbaycanlı olan X11, anasının milliyyətcə azərbaycanlı olan X9 olması faktı müəyyən edilsin. Ərizəçi Ellazova (hazırda Qarayeva) Səmayə Səməd qızının doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1513/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1513/2022
01.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver