Məhkəmə qərarları › İş №2(001)-1516/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1516/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1516/2020 08.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Binəqədi New Service X68, X51 və X42 qarşı xx.xx.2002-ci il təvəllüdlü X36, xx.xx.2005-ci il təvəllüdlü X52 və xx.xx.2014-cü il təvəllüdlü X56 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamalarına yaradılan manelərin aradan qaldırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Binəqədi New Service X68, X51 və X42 qarşı xx.xx.2002ci il təvəllüdlü X36, xx.xx.2005-ci il təvəllüdlü X52 və xx.xx.2014-cü il təvəllüdlü X56 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamalarına yaradılan manelərin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X64 ilə xx.xx.2015-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 döngə 1-ci dalan ünvanında tikilən evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 51,4 m2 olan 26 saylı mənzili 9000 manat ilkin ödənişlə, qalan məbləği hissə-hissə ödəmək şərtilə 52000 manata almışdır. Sonradan başqa adla zəng edərək həmin binada mənzilin 40000 manata olmasını bildiyindən ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. Daha sonra E.F.Ağayevin tapşırığı ilə onunla xxxxx MMC arasında xx.xx.2017-ci il tarixli N-11/05 saylı alqı-satqı müqaviləsi bağlanmış, ünvan 1 döngə 5-ci dalan ev 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 55,15 m2 olan 14 saylı mənzil ona E.F.Ağayevə ödədiyi 24000 manat ilkin ödəniş hesab olunmaqla 52000 manata satılmış, o, MMC-nin direktoru X53 2500 manat ödəmişdir. Daha sonra xxxxx Fərdi MTŞ-nin direktoru X65 ilə onun arasında ödədiyi 26500 manatın əvəzində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı 2 saylı mənzilə dair xx.xx.2018-ci il tarixli 19-1 saylı mənzil tikinti müqaviləsi bağlanmışdır. Cinayət işi üzrə zərərçəkən şəxs olaraq ona vurulan ziyanın əvəzi kimi R.B.Bəşirov tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı 2 saylı mənzil ona verilsə də, X64 onu bu mənzilə buraxmır. E.F.Ağayev onun müalicəsi ilə bağlı aldığı puldan ona 4500 manat qaytarmışdır. O, Qarabağ qazisi və İİ qrup əlildir. Yaşamağa başqa yaşayış sahəsi olmadığından mübahisəli mənzilə köçüb orada yaşamaq istəyir. Ona görə də onun övladları xx.xx.2002-ci il təvəllüdlü X36, xx.xx.2005-ci il təvəllüdlü X52 və xx.xx.2014-cü il təvəllüdlü X56 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında yerləşən 2 otaqlı, 2 saylı mənzilə köçürülmələrinə və həmin mənzildə yaşamasına yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Binəqədi New Service X61 təsisçisi X21 nümayəndəsi və vəkili X27 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Unibank KB ASC, investor X43 və mülkiyyətçi X57 iarasında bağlanmış xx.xx.2017-ci il tarixli üçtərəfli müqaviləyə əsasən E.N.Zeynalovun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında yerləşən torpaq sahəsində V.O.Mustafayeva tərəfindən 320000 manat vəsait qoyuluşu hesabına 3 mərtəbəli 24 mənzildən ibarət bina tikilməli və həmin mənzillər satılaraq satışdan əldə olunan vəsaitin 40%-i X37 Unibank KB ASC-yə 07UM/13 saylı xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə borcuna ödənilməli və mənzillərin satışından əldə olunan vəsaitin qalan 60%-i isə investor X28 verilməlidir. Unibank KB ASC-nin, investor X21 və mülkiyyətçi X37 arasında bağlanmış xx.xx.2017-ci il tarixli üçtərəfli müqavilənin icrası məqsədilə X21 xx.xx.2017-ci il tarixli əmrinə əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında yerləşən torpaq sahəsində 3 mərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədi ilə göstərilən ünvanda Binəqədi New Service X85 yaradılmışdır. Eyni zamanda X21 xx.xx.2017-ci il tarixli əmri ilə Binəqədi New Service X61 direktoru X65 təyin edilmiş və həmin yaşayış binasının tikintisinin aparılması ilə bağlı bütün səlahiyyətlər şirkətin direktoru X53 həvalə olunmuşdur. xx.xx.2017-ci il tarixli üçtərəfli müqavilənin icrası məqsədi ilə X7 ilə icraçı X44 arasında qeyd olunan çoxmənzilli yaşayış evində olan fərdi yaşayış evlərinin təmir (tikilməsi) olunması barədə 1 №-li xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Daha sonra X43 və Binəqədi New Service X61 direktoru X65 tərəfində xərclənmiş maliyyə vəsaiti hesabına və sonuncunun nəzarəti ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında yerləşən torpaq sahəsində 4 mərtəbəli 32 mənzilli bina inşa edilərək mənzil sahiblərinin istifadəsinə verilmiş və hazırda da həmin binada xeyli sayda sakinlər yaşayırlar. 2018-ci ilin ortalarında X57, X64 və Unibank KB ASC-nin nümayəndəsi Ramiz Bəşirova bildirmişlər ki, X94 Zeynalovun adına bankdan götürdüyü kredit ödənilmədiyindən binadakı mənzilləri özləri sataraq həmin krediti ödəyəcəklər. Bununla bağlı xeyli mübahisə olmuş, lakin sonuncular bu qanunsuz əməllərindən əl çəkməmişlər. 2019-cu ildə isə məlum olmuşdur ki, Unibank KB ASC-nin iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X29 Unibank KB ASC-nin xeyrinə 07UM/13 nömrəli xx.xx.2013-cü il tarixli kredit müqaviləsi çərçivəsində 34 UB/15 nömrəli xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən cəmi 4339954,83 ABŞ dolları məbləğində pul tutulmalı, tutma Bakı şəhəri B.Nuriyev küçəsi 15/9 a nömrəli binanın 119 saylı mənzilinə və Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan vəsait Elşad Zeynalovun həmin bankda olan borcuna ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, peniyanın tutulması hissəsində dəyişdirilmiş, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası Xammal və X86 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində formal hərrac keçirilmiş investor Vera Mustafayevanın vəsaiti hesabına Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında tikilmiş 4 mərtəbəli 32 mənzilli binanın ilkin satış qiyməti 162 500 manat müəyyən edilmiş və xx.xx.2018-ci il tarixli 47/01 saylı protokol və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə Unibank KB ASC tərəfindən həmin 4 mərtəbəli 32 mənzilli bina 103594 manata (balansa götürülmüşdür) alınmışdır. X107 Service X85 tərəfindən, istərsə də onun sahibi və ya direktoru tərəfindən həmin binadan xx.xx.2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə uyğun qanuni şəkildə müqavilə bağlayaraq ev almış şəxlərin aldıqları mənzilə köçmələri və ya digər hüquların həyata keçirilməsinə heç bir halda heç bir maneə törədilmir. X16 və Binəqədi New Service X61 direktoru X65 tərəfində xərclənmiş maliyyə vəsaiti hesabına və sonuncunun nəzarəti ilə tikilmiş 4 mərtəbəli 32 mənzilli binaya dair Unibank KB ASC tərəfindən qeyri-qanuni formada müvafiq çıxarışın alınması və binada olan mənzillərin bank tərəfindən yenidən ayrı-ayrı şəxslərə təkrar satılması nəticəsində istər İddiaçı istərsə də digər qanuni mənzil alanların mənzilə köçmələri və digər mənzil hüquqları pozulmuşdur. Binəqədi New Service X85 və ya onun təsisçisi X43 iddiaçının köçmək istədiyi mənzilə köçməsinə heç bir maneə yaratmamışdır. Məhkəmə iclasında cavabdeh X64 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində təxminən bir hektardan çox torpaq sahəsi olmuş, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Ramazan Gülməmmədov küçəsində yerləşən torpaq sahəsində o, 4 mərtəbəli yaşayış binasının tikintisini aparmış, həmin tikinti üçün aldığı borcu qaytara bilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən binanın tikildiyi torpaq sahəsinə və onun üzərində aparılmış tikintinin üzərinə həbs qoyulmuşdur. 2014-cü ildə qalan torpaq sahəsində 4 mərtəbəli yaşayış binasının tikintisini aparmaq istəmiş, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyindən mühəndis geoloji rəyi, həmçinin torpaq sahəsinin çıxarışı dostu Vüqar Zeynalovun qardaşı Elşad Zeynalovun adına rəsmiləşdirmiş, buna tikintisi üçün 2013-cü ildə Elşad Zeynalovun adına X63 ASCdən kredit götürmüş, 0,24 ha torpaq sahəsini və 1 mərtəbəli yaşayış sahəsini banka girov qoymuşdur. Təxminən 2017-ci ildə Ramiz Bəşirova tikəcəyi binada mənzillərin satışı üçün reklam aparmasını, bu qayda ilə mənzillərin satılmasını tapşırıb satışdan pul əldə edib tikintini davam etdirmək istəmiş, lakin aralarında hər hansı bir müqavilə bağlanılmamış, aralarında olan şifahi razılaşmaya əsasən Ramiz Bəşirova hər satılan mənzilin dəyərindən 2 faiz pul verilməsini nəzərdə tutmuşdur. O, özünə məxsus olan həmin ərazidə yerləşən 1 A saylı binadan 26 saylı mənzili 52000 manata İddiaçı satmış və İddiaçı ona cəmi 24000 manat ödəmişdir. Daha sonra ona X87 Kişiyevadan 2500 manat pul alması məlum olumuşdur. İddiaçı sonradan aldığı mənzili istəmədiyindən X102 Kişiyevanın mənzilini ilkin ödəniş 16000 manat olmaqla satmış, İddiaçı isə pulunu qaytarmamışdır. Hazırda həmin mənzilin sahibi mənzili təmir edərək orada yaşayır. O, İddiaçı aldığı puldan 4500 manat qaytarmışdır. Hazırda İddiaçı məhkəməyə təqdim etdiyi müqavilə arxa tarixə tərtib olunan saxta müqavilədir. Həmin binada sahəsi 59,1 m2 olan mənzil yoxdur. xx.xx.2018-ci il tarixli müqavilə cinayət işinə baxılan ərəfədə mövcud olmamışdır. Əgər olmuş olsaydı cinayət işində bu mənzillə bağlı ifadələrdə izahatlarda deyilərdi. Müqavilədə qeyd olunan mənzil X37 mülkiyətindədir. xxxxx. Fərdi Mənzil Tikintisi Şirkətinin isə X37 mülkiyyətində olan mənzili satmaq səlahiyyəti olmamışdır. İddiaçı hal-hazırda mənzilə görə ödədiyi pulu Ramiz Bəşirovdan tələb etməlidir. Belə ki, X102 Kişiyevanın tapşırığına əsasən ona məxsus mənzili sataraq pulunu iddiaçıya ödəməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh X42 və 3-cü şəxs Unibank KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X57 və 3-cü şəxs Unibank KB ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X37 və 3-cü şəxs Unibank KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. X12 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı alıcıya ünvan 1 döngə 1-ci dalan ünvanında tikilən evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 51,4 m2 olan 26 saylı mənzili 9000 manat ilkin ödənişlə, qalan məbləği hissə-hissə ödəmək şərtilə 52000 manata satmış, müqavilə satıcı tərəfindən nümayəndəsi X64 tərəfindən imzalanmışdır. Satıcı xxxxx MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli N-11/05 saylı alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı alıcıya ünvan 1 döngə 5-ci dalan ev 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 55,15 m2 olan 14 saylı mənzili 24000 manata ilkin ödəniş etməklə, qalan məbləği 28 aya hissəhissə ödəmək şərtilə 52000 manata satmış, satıcı tərəfindən müqavilə MMC-nin direktoru X65 tərəfindən imzalanmışdır. xxxxx Fərdi MTŞ-nin direktoru X65 ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 19-1 saylı mənzil tikinti müqaviləsinin surətindən müəyyən olunur ki, xxxxx Fərdi MTŞ payçı İddiaçı dəyəri 32500 manat olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı 2 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. xxxxx Fərdi MTŞ-nin xx.xx.2018-ci il tarixli 021 saylı maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı 2 saylı mənzilin dəyərini tam ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı ümumi sahəsi 1000,9 m2 olan fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi 2 otaq (y/s 38,7 m2 k/s 6,5 m2 ) və 76,1 m2 torpaq sahəsi həcmində X22, 2 otaq (y/s 39,9 m2 ) və 83,1 m2 torpaq sahəsi həcmində X23, 2 otaq (y/s 41,5 m2 k/s 6,8 m2 ) və 83,6 m2 torpaq sahəsi həcmində X70, 2 otaq (y/s 31,1 m2 k/s 2,7 m2 ) və 99,1 m2 torpaq sahəsi həcmində X10, 3 otaq (y/s 47,7 m2 ) və 86,4 m2 torpaq sahəsi həcmində X24, 2 otaq (y/s 35,7 m2 k/s 5,6 m2 ) və 70,8 m2 torpaq sahəsi həcmində X30, 3 otaq (y/s 46,3 m2 ) və 91,0 m2 torpaq sahəsi həcmində X45, 3 otaq (y/s 46,9 m2 ) və 91,3 m2 torpaq sahəsi həcmində X46, 2 otaq (y/s 43,0 m2 ) və 86,4 m2 torpaq sahəsi həcmində X20, 2 otaq (y/s 53,1 m2 k/s 16,4 m2 ) və 200,0 m2 torpaq sahəsi həcmində X25 və qalan hissədə X47 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 16609 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA № ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı ümumi sahəsi 1000,9 m2 olan fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi X47 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 16609 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzili X37 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 3085 nömrəli reyestr kitabının 288049 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli **********76-05301-093021 reyestr nömrəli Texniki Pasportunun surətindən müəyyən olunur ki, X42 məxsus Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzilin ümumi sahəsi 96 m2-dir və 3 otaqdan ibarətdir. X43, Unibank KB ASC və X57 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, tərəflər X37 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında yerləşən torpaq sahəsinin qalan hissəsində investor X43 tərəfindən 320000 manat investisiya qoyuluşu hesabına 3 mərtəbəli 24 mənzildən ibarət bina tikilməsi və həmin mənzillər satılaraq satışdan əldə olunan vəsaitin 40%-i X37 Unibank KB ASC-yə 07UM/13 saylı xx.xx.2013-cü il tarixli əsas kredit müqaviləsi üzrə borcuna ödənilməsi, mənzillərin satışından əldə olunan vəsaitin qalan 60%-nin isə investor X28 verilməsi barədə razılığa gəlmişlər. X7 ilə icraçı X44 arasında bağlanmış xx.xx.2017-ci il tarixli № 01 saylı müqavilənin surətindən müəyyən olunur ki, sifarişçi fərdi yaşayış evinin təmir olunması xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada fərdi yaşayış evinin təmir olunması xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi R.M.Süleymanovun zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərarından müəyyən olunur ki, X18 KB ASC-dən xx.xx.2013-cü il tarixli 07 UM/13 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli 34 UB/13 saylı kredit müqaviləsi ilə X42 verilmiş 366000 ABŞ dolları məbləğində kreditə görə girov yüklülüyündə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5-də yerləşən 1 nömrəli binadan xx.xx.2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə görə mənzil satışından əldə olunan vəsaitin 40 faizini banka ödəməli olduğu halda, bunu etməyərək xx.xx.2017-ci il tarixli N-11/05 nömrəli mənzil tikintisi haqqında müqaviləni X95 mənzil tikinti şirkətinin direktoru kimi imzalayıb möhürü ilə təsdiq etməklə İddiaçı Unibank KB ASC-nin girov yüklülüyündə olan binadan ümumi dəyəri 52000 manant olan 2 otaqlı 14 saylı mənzili sataraq onun mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla mənafeyinə mühüm zərər vurduğuna görə İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)-10/2020 saylı hökmünə əsasən X65 Azərbaycan Respublikasının CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 02 ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs X65 Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinərək 01 ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs X53 Azərbaycan Respublikasının CM-nin 308.2 və 313-cü maddələrin ilə təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaq yolu ilə onun üzərində qəti olaraq 02 il 06 ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(001)- 10\2020 saylı hökmü ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X65 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx xxx 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN № **********) “xxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi vəzifəsində işləyərkən tanışı X37 adına rəsmiləşdirilməklə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5- də inşa edilən 1 nömrəli fərdi yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə X63 ASC-nin nümayəndəsi X66, tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisi Elşad Zeynalov və tikintinin investoru qismində X43 arasında bağlanılmış x xxxxxx 2017- ci il tarixli üçtərəfli müqavilə üzrə investor kimi tikintiyə vəsait qoyan fiziki şəxs kimi vergi ödəyicisi Vera Mustafayevanın (VÖEN Ne **********) adından, onun xəbəri olmadan, həmin tikintinin aparılması məqsədilə xx xxxxxxxx 2017-ci il tarixdə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yerləşən 225 nömrəli binanın 57 nömrəli mənzilində gələcəkdə tikintini özünün aparmasını təmin etməkdən ibarət şəxsi niyyətlə kompyuterdə məzmununa Vera Mustafayeva tərəfindən “Binəqədi Nevs Service” X61 yaradılmasına dair bilə-bilə yalan məlumatlar daxil etdiyi eyni tarixli nömrəsiz əmri hazırlayıb, həmin əmrdə Vera Mustafayevanın adı qarşısında istintaqa məlum olmayan şəxs tərəfindən imzanın icra olunmasına nail olmaqla, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumalar daxil edib vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1, dalan 5də inşası aparılan 1 nömrəli 4 mərtəbəli fərdi 1400 m2 ümumi sahəsi olan 14 mənzilli yaşayış binasının tikintisinin davam etdirilməsinə investor qismində vəsait qoyan X21 xx xxxxxxxx 2017-ci il tarixli 1 nömrəli əmri ilə həmin binanın tikintisini həyata keçirməsi nəzərdə tutulan “Binəqədi Nevs Service” X61 direktoru təyin edilməklə, həmin əmrə əsasən, şirkət üzrə maliyyələşdirmə, satış və nəzarətin həyata keçirilməsi ilə bağlı təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi X64 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, X63 ASC ilə həmin ünvanda yaşayış binasının tikintisini fərdi sahibkar qismində 2017-ci ilin sentyabr ayınadək həyata keçirmiş X57 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixdə 07 UM/13 saylı kredit müqaviləsi restrukturizasiya olunmaqla xx xxx 2015-ci il tarixdə yenidən bağlanmış 34 UB /13saylı kredit müqaviləsi üzrə Elşad Zeynalova verilmiş 366 000 ABŞ dolları məbləğində kreditlə bağlı həmin və xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələri ilə həmin binanın girov qismində yüklü edilməsi ilə əlaqədar binanın tikintisinin davam etdirilməsi məqsədilə X63 ASC-nin nümayəndəsi X66, tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisi Elşad Zeynalov və tikintinin investoru qismində X43 arasında bağlanılmış x xxxxxx 2017- ci il tarixli üçtərəfli müqavilə şərtlərinə görə mənzil satışından əldə olunan vəsaitin 40 faizinin həmin kredit üzrə yaranmış borcun ödənilməsinə cavabdeh olan “Binəqədi Nevs Service” X61 direktoru kimi qeyd olunan öhdəliyə məsul şəxs olmasına baxmayaraq, həmin binanın yerləşdiyi torpaq sahəsinin faktiki mülkiyyətçisi X47 yanında nüfuz qazanmaq məqsədilə, sonuncuya 2015-ci il tarixdə müvafiq olaraq 26500 manat və 24000 manat ilkin vəsait ödəyib, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi G.Ramazanov küçəsi döngə 1, dalan 5də yerləşən digər -1 A saylı yaşayış binasından mənzil almış X74 və İddiaçı, həmçinin həmin binada apardığı inşaat işlərinin dəyəri müqabilində mənzil almış X54 aldığı mənzillərin yerləşdiyi həmin bina üzərinə Elçin Ağayevin xx xxxxxx 2015-ci il tarixdə X31 aldığı 305000 ABŞ dolları məbləğində borcunu qaytarmamasına görə sonuncunun iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə həbs qoyulması səbəbindən E.Ağayevin ondan Nadir Əhmədova, Mədət Vəliyevə və İddiaçı inşasını həyata keçirdiyi həmin ünvanda yerləşən 1 nömrəli fərdi yaşayış binasından müvafiq olaraq N.Əhmədova sahəsi 55,15 mx xxxx 31000 manat dəyərində 23 nömrəli, M.Vəliyevə sahəsi 32 mx xxxx 21000 manat dəyərində nömrəsi qeyd edilməyən mənzilin və İddiaçı sahəsi 55,15 mx xxxx 52000 manat dəyərində 14 nömrəli mənzilin rəsmiləşdiriməsi barədə xahişi ilə əlaqədar Elçin Ağayevlə sövdələşməklə təhriki əsasında özü 2017-ci ilin sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində həmin ünvanda yerləşən ofis otağında “Binəqədi Nevs Service” X61 mənzil alqı-satqısına dair müqavilə blankının məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumat daxil etdiyi 23 nömrəli mənzilin X5 dair qəsdən tarixi “xx.xx.2017-ci il” kimi göstərilmiş N-ll/27 nömrəli saxta müqaviləni şirkətin dairəvi möhürü ilə təsdiq edib imzalamaqla vəzifə saxtakarlığı edib, həmçinin, İddiaçıdan 14 nömrəli mənzilin satılmasına dair əlavə ödəniş olaraq 2500 manat almaqla ona xx.xx.2017-ci il tarixdə eyni tarixli N-ll/05 nömrəli, M.Vəliyevə isə 1 otaqlı mənzilin satılmasına dair xx.xx.2017-ci il tarixli 02 nömrəli, bundan əlavə, özü direktor qismində şəxsən X1 34 mx xxxx 20400 manat dəyərində 27 saylı mənzilin satılması ilə əlaqədar şəxsən sonuncudan 18000 manat pul almaqla xx.xx.2017-ci il tarixli, 11/15 nömrəli, X6 31,2 mx xxxx 21216 manat dəyərində 10 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 8365 manat pul almaqla xx.xx.2017-ci il tarixli, N-ll/29 nömrəli, X35 sahəsi 74 mx xxxx 44400 manat dəyərində 19 saylı mənzilin satılması ilə əlaqədar şəxsən və Elşad Zeynalovun vasitəsi ilə 37000 manat pul almaqla xx.xx.2017-ci il tarixli, N -11/18 nömrəli, X8 60 mx xxxx 36000 manat dəyərində 21 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və Elşad Zeynalovun vasitəsi ilə 16620 manat pul almaqla xx.xx.2017- ci il tarixli, N-H/18-2 nömrəli, X11 31,3 mx xxxx 18000 manat dəyərində 12 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 18000 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/19 nömrəli, X9 46,6 mx xxxx 33500 manat dəyərində 8 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və Elşad Zeynalovun vasitəsi ilə 10582 manat pul almaqla xx.xx.2018-ci il tarixli, Nll/31 nömrəli, Hacıdəmirli Əli Əlövsət oğluna sahəsi 29 mx xxxx 17000 manat dəyərində 13 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 14400 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-11/26 nömrəli, X13 40 mx xxxx 28800 manat dəyərində 24 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və iş icraçısı Elçin Əzizovun vasitəsi ilə 9721 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/28 nömrəli, X2 60 mx xxxx 40800 manat dəyərində 14 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən və Elşad Zeynalovun, Elçin Əzizovun vasitəsi ilə 17850 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/31 nömrəli, X3 45 mx xxxx 31000 manat dəyərində 7 nömrəli mənzilin satılması ilə əlaqədar şəxsən 7000 manat pul almaqla xx.xx.2018-ci il tarixli, N-ll/14 nömrəli müqavilələr, həmçinin X17 46 mx xxxx 31500 manat dəyərində mənzilin satılması ilə əlaqədar beh qismində şəxsən 1000 manat pul almaqla xx.xx.2018-ci il tarixli 456270 nömrəli “xxxxxxxxxxxxxxxx” MMC-nin adından ödəniş qəbzləri üzrə həmin şəxslərə satışını şəxsən həyata keçirdiyi 374116 manat dəyərində mənzillərlə bağlı şəxsən və ya Elşad Zeynalovun, həmçinin Elçin Əzizovun vasitəsi ilə aldığı 161038 manat məbləğində vəsaitin 40 faizini, yəni 64415,2 manatını Elşad Zeynalovun adına X63 ASC-yə olan qeyd edilən kredit borcunun ödənilməsinə qəsdən sərf etməyib, həmin vəsaitin bir hissəsini tikintiyə, digər hissəsini isə rəhbərlik etdiyi müəssisənin digər xərclərinə sərf edib həmin hərəkətləri ilə hüquqi şəxsin, yəni X63 ASC-nin kreditləşmə siyasətinin həyata keçirilməsi və kredit vəsaitlərinin yığımı ilə əlaqədar əmlak hüquqlarına və qanuni mənafelərinə, habelə, kredit borcu ilə bağlı heç bir ödəniş etməməsi ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Xammalvə X97 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinə dair protokol əsasında həmin binanın X63 ASC-nin nümayəndəsi X40 tərəfindən satın alınması nəticəsində özünün mənzil alqı-satqısnı həyata keçirdiyi 14 nəfərin, yəni kütləvi surətdə fiziki şəxslərin tikintidə mənzilə sahib olmaq və ondan birgəyaşayış qaydalarına uyğun normal istifadə etmək hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bu hərəkətləri ilə X65 Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X65 ona AzərbaycanRespublikasıCM-nin 308.2 və 313-cü maddələri ilə elanolunmuşittihamda özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ... 1998-ci ildə Bakı şəhərində “xxxxx” (xxxxxxxxxxxxxxxx) MMC-ni təsis etmiş, cəmiyətin direktoru arvadı X41r. Təsisçisi olduğu cəmiyyətin vəzifəsi təmir tikinti işləri və daşınmaz əmlakın alqı-satqısını aparmaqdan ibarətdir. 2017-ci ildə əvvəllər qonşusu olmuş, təxminən 20 il ərzində tanıdığı X64 ilə onun Bakı şəhəri Binəqədi rayonu Gülməmməd Ramazanov küçəsində olan inşasını apardığı tikintinin özü tərəfindən davam etdirilməsi barədə razılaşmış, həmin dövrlərdə həmin tikintinin X63 ASC-nin girovluğunda olması, yəni həmin tikintinin Elçin Ağayevin öz tanışı Elşad Zeynalovun həmin bankdan aldığı təxminən 700000 manat məbləğində kreditə görə bankın girovluğunda olmasını bilmiş, Elçin Ağayevə bank tərəfindən tikintinin aparılmasına icazə verlməsi üçün satışdan əldə olunan gəlirdən 40 faizini birbaşa banka ödəmələri barədə müqavilə bağlamaları ilə bağlı razılaşmış, bundan sonra qohumu Vera Mustafayeva, Elşad Zeynalov və bank arasında satışdan gələn gəlirdən 40 faizinin banka ödənilməsi, qalan 60 faiz vəsaitin investora verilməsi barədə 3 tərəfli müqavilə bağlanılmış, tikintini başlamaq üçün yeni şirkət yaratmaq zəruri olduğundan və özünün adına özəl cəmiyyət olmasına görə müqavilədə vergi ödəyicisi olan qohumu Vera Mustafayevanın adını yazmışdır. Təxminən 2017-ci ilin iyul ayında 4 mərtəbəli binanın tikintisinə başlamış, layihəyə əsasən həmin binada 33 mənzil olmuş, tikintini başlamaq üçün qohumu X21 adına “X98” adlı şirkət yaratmış, sonuncu onu həmin şirkətin direktoru təyin etmiş və həmin şirkətin direktoru kimi tikintiyə başlamış, tikinti ilə bağlı onunla Elçin Ağayevin işçisi Elçin Əzizov arasında podrat müqavliəsi bağlanılmış, yəni tikintinin aparılmasının Elçin Əzizova həvalə etmiş, həmin şirkətin təsis edilməsi barədə əmri Vera Mustafayeva özü imzalamamış, həmin sənədi yaşadığı evində kompyuterdə hazırlamış və adını unutduğu şəxsə imza etdirmişdir. 2017-ci ilin iyul ayında işə başlamış, Elçin Ağayev ona tikintini aparmaq üçün mal-material almaqdan ötəri pul verməsini xahiş etmiş, tikintidən kifayət qədər məlumatı olmamasına, o cümlədən münasib qiymətli tikinti materiallarının yerini Elçin Ağayevin bilməsinə görə onun təklifi ilə razılaşmış və ilkin olaraq ona yaşadığı Bakı şəhəri Nərimanov rayonu Montin qəsəbəsində yerləşən evinin həyətində heç kimin iştirakı olmadan və heç bir sənəd tərtib etmədən 200000 manat pul vermiş, Elçin Ağayev həmin puldan təxminən 37000 manat dəyərində tikinti materialları alımş, sonradan isə material almamış və aldığı pulu material almaq üçün verdiyini, materialın gələcəyini bildirib yeni inşaat materiallarıl almaq üçün ona yenə də pul verməsini xahiş etmiş, buna görə ona yenə də evlərinin həyətində heç kimin iştirakı olmadan və heç bir sənəd tərtib etmədən 40000 manat pul vermiş, lakin Elçin Ağayev yenə də material almamışdır. Bir müddət sonra Elçin Ağayev ona tikintisi aparılan binadan bir neçə mənzil verməsini, o cümlədən Nübar adlı qadına əvvəlki binasından mənzil satmasını, lakin sonradan Qismət adlı şəxsdən aldığı borc pulu qaytarmamasına görə onun iddiası ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2016-cı ildə binanın üzərinə həbs qoyulmasına görə həmin binadan ona mənzil verməsini bildirmiş, daha sonra isə Elçin Ağayev ona üzərinə həbs qoyulmuş həmin binadan mənzil satdığı Nadir Əhmədov və Mədət Vəliyev adlı şəxslərin də adlarına müqavilə yazmasını xahiş etmiş, Mədət Vəliyevin onun binasında inşaat işləri, yəni qapı-pencərə işləri görməsini, Nadir Əhmədovun isə onun əvvəlki binasından naqd pul verib mənzil almasını bimiş, Elçin Ağayevinn sözləri ilə həmin şəxslərdən pul almamasına baxmayaraq, həmin şəxslərin adlarına tikintisini apardığı binadan alqı-satqı müqavilələrini yazıb imzalamış və şirkətin möhürünü vurmuşdur. Təxminən 2017-ci ilin oktyabr ayından başlayaraq Elçin Ağayev onun telefon zənglərinə cavab verməmiş, ona görə də məcbur olub tikintini saxlamış və 2017-ci ilin dekabr ayında və sonrakı aylarda tikintini davam etdirmək üçün maliyyə vəsaiti əldə etmək məqsədilə bir neçə şəxsə mənzil satmış, həmin şəxslərə mənzili daxili kreditlə, yəni ilkin ödəniş olaraq mənzilin dəyərinin 40 fazinin ödənilməsi, qalan pulun isə 5 il ərzində ödənməsi şərti ilə satmış, həmin şəxslərdən aldığı puldan bir hissəsini əvvəllər alınmış tikinti materiallarının borcuna ödəmiş, qalan hissəsini isə tikintiyə sərf etmiş, həmin puldan bir hissəsini də özünə götürüb şəxsi ehtiyacına sərf etmiş, yəni satışdan əldə etdiyi pulun 40 faizini banka ödəməmiş, banka pul ödəmədiyinə görə isə 2018-ci ilin avqust ayında bankın iddiası əsasında həmin bina hərraca çıxarılmış və bank həmin binanı almışdır. Təxminən 2018-ci ilin aprel ayında Elçin Ağayev tikintinın özünə məxsus olmasını, onun binadan mənzil stamaq səlahiyyəti olmadığını bildirmiş, bu əsasda onunla aralarında mübahisə yaranmışdır. Mənzil satdığı şəxslər mənzilin tam dəyərini ödəməmiş, onlara təxminə 300000 manat dəyərində mənzil satmış, həmin mənzillərə görə təxminən 120000 manata yaxın borc qalmış, satdığı mənzillərin açarını onların özlərinə vermiş, mənzillər hamısı şəxslərin öz adınadır, lakin bütün kommunal xidmətlər tam təmin edilmədiyinə görə, həm də bankın həmin binaya həbs qoymasına görə narazılıq edirlər. Həmin şəxslərə mənzilləri “Binqədi Nevs Service” şirkətinin direktoru kimi satmış, həmin şirkətə direktor Vera Mustafayevanın əmri ilə təyin olunmuşdur. X63 ASC ilə olan razılaşmanın şərtlərinə görə həmin binadan satdığı mənzillərdən aldığı puldan 40 faizini Elşad Zeynalovun həmin bankdan adına olan kreditə görə ödəməli olmasına baxmayaraq həmin banka heç bir vəsait ödəməmişdir. Zeynal İsmayılovun, İddiaçı, Gültəkin İslamovanın, Kəmalə Allaherdiyevanın, Hüseynalı Nəsibovun, Xəyyam Vəliyəddinovun, Rəşad Əzizovun, Rita Çiqniyevanın, Rəşad Hacıdəmirlinin, Sara Rəhimovanın, Nadir Əhmədovun, Elmira Nəbiyevanın, Mədət Vəliyevin adlarına olan alqı-satqı müqavilələrini qeyd edilən tikintini yerləşdiyi ərazidə olan ofisdə tərtib etmiş, həmin müqavilələrdə və Elşən Qəniyevin adına olan ödəniş qəbzində adının qarşısında ola imzalar özünə məxsusdur, həmin sənədlərə “Binəqədi Nevs Service” şirkətinin və “xxxxxxxxxxxxxxxx” MMC-nin möhürünü də özü icra etmiş, Nadir Əhmədovun və Mədət Vəliyevin adlarına yazdığı alqı-satqı müqavilələrinə görə həmin şəxslərdən və ya Elçin Ağayevdən pul almamış, həmin müqavilələri Elçin Ağayevin sözləri ilə tərtib edib imzalamışdır. Hazırda əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hökmdən daha sonra müəyyən olunur ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı izahatında göstərmişdir ki, o, 1995-ci ildən 2010-cu ilə kimi olan dövrdə Azərbaycan Respublikası DİN-nin Daxili qoşunlarında rabitə xidmətinin rəisi vəzifəsində işləmiş, 2-ci qrup əlil kimi pensiya alır. 2015-ci ildə uşaqları üçün münasib qiymətə ev almaq istəmiş, yaşadığı yerin yaxınlığında Elçin Ağayev adlı şəxsin bina tikməsini və onun tikdiyi binadan münasib qiymətə ev almağın mümkünlüyünü eşitmiş, buna görə də həmin binaya getmiş, binanın bünövrəsinin qazılmasını və həmin yerdə 4 mərtəbəbli bina tikiləcəyini görmüş, Elçin Ağayevi tapıb ona 2 otaqlı mənzil almaq istədiyini bildirmiş, onunla tikintisi aparılacaq 4 mərtəbəli binadan 2-ci mərtəbədə 2 otaqlı mənzilin 52000 manata alqısatqısı ilə bağlı razılaşmış, ilkin olaraq Elçin Ağayevə 9000 manat pulu naqd olaraq vermiş, bundan sonra sonuncu onun adına 2 otaqlı 26 nömrəli mənzilin alqı-satqısı barədə müqavilə yazıb vermiş, aralarında olan razılığa görə qalan pulu da hər ay hissə-hissə ödəməli olduğuna görə Elçin Ağayevə hər ay 400-500 manat olmaqla ümumilikdə 24000 manat pul vermiş, sonradan isə həmin binanın tikintisinin dayandırılmasını görmüş, ondan tikintinin dayandırılmasının səbəbini soruşduqda sonuncu tikinti üçün pul vəsaiti olmamasını, sonradan isə borcuna görə məhkəmənin qərarı ilə həmin bina üzərinə həbs qoyulmasını bildirmiş, ona görə də Elçin Ağayevdən pulunu qaytarıb verməsini tələb etmiş, təxminən 5-6 ay keçəndən sonra Elçin Ağayevin həmin ünvanda yeni bir 4 mərtəbəli bina tikməsini bilmiş və ondan tikintisini apardığı yeni binadan mənzil verməsini tələb etmiş, Elçin Ağayev onunla razılaşmış və ona həmin tikintini aparan Ramiz Bəşirovun yanına getməsini tapşırıb sonuncunun onun adına mənzil alqı-satqı müqaviləsi yazıb həmin binadan ona mənzil verəcəyini bildirmiş, buna görə də Ramiz Bəşirovun yanına gedib Elçin Ağayev tərəfindən göndərildiyini bildirmiş, Ramz Bəşirov ona 3 mərtəbəsi tikilmiş binanın 2ci mərtəbəsindən 14-cü mənzilin alqı-satqısı barədə müqavilə yazıb vermiş və qalan pulu ona ödəyəcəyini tapşırmış, onunla razılaşmış və bundan sonra bir neçə dəfəyə olmaqla ümumilikdə Ramiz Bəşirova 2500 manat pulu naqd olaraq vermişdir. Sonradan isə X91 Ağayevin arasında həmin bina ilə bağlı mübahisə yaranmasını görüb onlara mənzil istəmədiyini bildirib pulunu qaytarmalarını tələb etmiş, X106 və Ramiz Bəşirovun ondan aldığı pulu qaytarmalarıdır. Hazırda ona vurulmuş ziyanın ödənilməsinə baxmayaraq, Elçin Ağayev onu evə buraxmır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il 1(103)- 520/2020 saylı qərarından müəyyən olunur ki, X45 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmiş, X65 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 313-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar hökmdən xaric edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən X45 üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 02 ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü təqsirləndirilən şəxslər X64 və X42 dair hissədə ləğv edilmiş, təqsirləndirilən şəxslər X47 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə və X37 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X99 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 döngə 1-ci dalan ünvanında tikilən evin 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 51,4 m2 olan 26 saylı mənzilə görə X51 24000 manat ödəniş etmiş, daha sonra, xxxxx MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli N-11/05 saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 döngə 5-ci dalan ev 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 55,15 m2 olan 14 saylı mənzilə görə, 26 saylı mənzilə görə ödənilən 24000 manat nəzərə alınmaqla əlavə olaraq X53 2500 manat ödəniş etmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, 26500 manat ödəniş etdikdən sonra N.X. Kişiyeva aldığı mənzil satılaraq ödənişlərin geri qaytarılmasını tələb etmiş, E.F.Ağayev tərəfindən ona 4500 manat qaytarılmışdır. Arşadıma zamanı daha sonra müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi R.M.Süleymanovun zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən X65 girov yüklülüyündə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5-də yerləşən 1 nömrəli binadan xx.xx.2017-ci il tarixli üçtərəfli müqavilənin şərtlərinə görə mənzil satışından əldə olunan vəsaitin 40 faizini banka ödəməli olduğu halda, bunu etməyərək xx.xx.2017-ci il tarixli N-11/05 nömrəli mənzil tikintisi haqqında müqaviləni X95 mənzil tikinti şirkətinin direktoru kimi imzalayıb möhürü ilə təsdiq etməklə İddiaçı Unibank KB ASC-nin girov yüklülüyündə olan binadan ümumi dəyəri 52000 manant olan 2 otaqlı 14 saylı mənzili satdığı üçün mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla mənafeyinə mühüm zərər vurduğuna görə İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Göründüyü kimi xx.xx.2019-cu il tarixədək İddiaçı dəyəri 52000 manant olan 2 otaqlı 14 saylı mənzilə dair tələbi olmuş, bu mənzilə dair bağlanan müqavilədən irəli gələn hüquqlarının pozulması ilə bağlı şikayət etmiş, xxxxx Fərdi MTŞ-nin direktoru X65 ilə xx.xx.2018-ci il tarixli 19-1 saylı mənzil tikinti müqaviləsi bağlamasını, həmin müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı 2 saylı sahəsi 59,1 m2 mənzil almasını, mənzilin dəyəri olan 32500 manatı tam ödəməsini istintaq zamanı bildirməmişdir. Bu hal isə həmin müqavilənin məhz xx.xx.2018-ci il tarixdə bağlanmasını şübhə altına alır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı özü də imzaladığı müqavilələr üzrə öhdəliyini tam olaraq yerinə yetirməmiş, ödədiyi pulun bir hissəsini, yəni 4500 manatı geri almış, hal-hazırkı iddia tələbinə əsasən övladları ilə birlikdə köçmək istədiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzili isə X37 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə işin tədqiq olunan faktiki hallarına əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1.-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. xxxxx Fərdi MTŞ-nin direktoru X65 ilə İddiaçı arasında bağlanıldığı tarix şübhə altında olan 19-1 saylı mənzil tikinti müqaviləsinə əsasən R.B.Bəşirov Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi döngə 1 dalan 5 ev 1 ünvanında inşa edilmiş 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 2 saylı mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürərkən E.N.Zeynalovun, yəni mənzilin mülkiyyətçisinin iradə ifadəsi mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı N.X. Kişiyevanın övladları ilə birlikdə cavabdeh E.N.Zeynalovun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzilinə köçmək üçün subyektiv hüquqa malik olmadığından iddia tələbləri tam həcmdə əsassızdır ona görə də təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddiaçıya izah edir ki, imzaladığı müqavilələrə əsasən ödədiyi pul vəsaitinin geri qaytarılması, vurulmuş ziyanın ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Binəqədi New Service X68, X51 və X42 qarşı xx.xx.2002-ci il təvəllüdlü X36, xx.xx.2005-ci il təvəllüdlü X52 və xx.xx.2014-cü il təvəllüdlü X56 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsi 1-ci döngə 5-ci dalan 1 saylı evin 2 saylı mənzilinə köçürülmələrinə, həmin mənzildə yaşamalarına yaradılan manelərin aradan qaldırılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar