Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1518/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları xx.xx.2017-ci il təvəllüdlü X10 ilə xx.xx.2018-ci il təvəllüdlü X8 ünvan 1 ünvanına istifadə hüquqlarının təmin edilərək onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda (yeni qaydada: AZİ 115, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi 263, M4, m6) yerləşən mənzil, xx.xx.2021-ci il tarixli ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, keçmiş qaynanası Cavabdeh mülkiyyətindədir. Həmin mənzil alınan vaxtdan, orda keçmiş əri X7 yaşamışdır. Övladları - xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X15 həmin mənzildə dünyaya gəliblər. Mənzil alınandan 2021-ci ilin sonlarınadək həmin ünvanda yaşamışlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 735/2022 saylı qətnaməsi ilə Ruslan Əsgərovla nikahları pozulmuşdur. Keçmiş qaynanası Cavabdeh, ünvan 2 ünvanda yerləşən mənzildə yaşamaqlarına imkan vermir. Baxmayaraq ki, onun və övladlarının həmin mənzildən istifadə hüquqları var. Cavabdeh, onun və övladlarının həmin mənzilə qeydiyyatlarının ləğv edilməsi barədə məhkəmədə inzibati mübahisə icraatında iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8866/2021 saylı qərardadı ilə, iddiaçı (hazırki iş üzrə cavabdeh) Cavabdeh Binəqədi Rayon Polis İdarəsinə qarşı, onun isə iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi ilə “qeydiyyatdan çıxarma barədə” iddiası mümkün sayılmamışdır. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, X9 xx.xx.2006-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan övladları: X10 xx.xx.2007-ci il tarixdə və X15 xx.xx.2008-ci il tarixdə anadan olmuşlar. xx.xx.2022-ci il tarixli 2(001)-735/2022 saylı qətnamə ilə onların nikahı pozulmuş və hər iki övladı onun himayəsində qalmışdır. Nikahları pozulduqdan sonra keçmiş qaynanası və keçmiş həyat yoldaşı tərəfindən onun və övladlarının qanunla müəyyən olunmuş mənzildən faktiki olaraq istifadə və ya yaşama hüquqları pozuldu, ona görə də onlar, halhazıradək məcburi olaraq anasının yanında, onun mənzilində yaşayırlar. 2006-cı ilin yay fəslinin sonunda keçmiş qaynanası Cavabdeh ilə anası Nümayəndə Həttamxan qızı arasında belə bir söhbət mövzusu yarandı ki, yeni tikilən binalardan birində onlar övladları və nəvələri üçün bir mənzil alınsın. Həmin vaxtlar keçmiş qaynanası Cavabdeh Moskva şəhərində yaşayırdı, eyni zamanda Rusiya vətəndaşı idi. Növbəti telefon danışıqlarının birində razılığa gəlindi ki, bu məsələni anası Nümayəndə həll etsin. Anası əvvəlcədən tanıdığı "xxxx" MMC-nin Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: Azl 115, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi 263, M4, m6) ünvanında tikilməkdə olan binadan mənzil seçdi. Bu barədə MMC-nin rəhbərliyi və müvafiq şəxsləri ilə danışıqlar apardı, müəyyən razılığa gəldilər, bundan sonra Moskvaya keçmiş qaynanası Cavabdeh zəng vurdu və bu barədə məlumat verdi. O həmin vaxtlar Moskvada yaşayırdı. Bu faktı Binəqədi Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin verdiyi xx.xx.2022-ci il tarixli 33/2371 saylı Arayış da təsdiq edir. Kifayət xanım o zaman deyirdi ki, mehriban qohumdurlar, onun da övladıdı və nəvəsidi, onun da övladıddır və nəvəsidir, MTK ilə danışıqları başa çatdır, Müqavilə bağla, ilkin ödəniş et və mənzili al. Anası razılaşdı və soruşdu ki mənzil kimin adına alınsın? O anasına dedi ki, elə onun adına alsın, o da Bakıya gələndə köməkləşərlər, o da ödəniş edər, gələcəkdə övladları və nəvələri köçüb orada yaşayarlar. Bu razılıqdan sonra anası 17.700 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC-nin əməkdaşı Əliaga Hüseynova verdi, o Müqaviləni Cavabdeh adına yazaraq, xx.xx.2006-cı il tarixli maliyyə arayışını və eyni zamanda həmin mənzili almağı barədə xx.xx.2006-cı il tarixli müqaviləni təqdim etdi. Müqaviləni anası və Əliağa Hüseynov imzalamışlar. Beləliklə, yuxarıda qeyd edilən həmin mənzil yuxarıda qeyd edilən tarixdə keçmiş qaynanası Cavabdeh adına anası tərəfindən ilkin ödəniş edilərək alındı. Bundan sonra anası həmin MMC-yə üç dəfə olmaqla xx.xx.2006-cı il tarixdə üç min dollar, sonrakı və ya əvvəlki tarixlərdə isə 2 dəfə üç min ABŞ dolları məbləğində, cəmisi 26 700 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Bu faktı MMC-nin əməkdaşı Əliağa Hüseynov da təsdiq edir. Bundan sonra keçmiş qaynanası Cavabdeh Azərbaycana, Bakıya qayıtdı və həmin mənzilin ödənişinin sonrasını o icra etdi. Keçmiş həyat yoldaşı X7 nikahları pozulduqdan sonra azyaşlı övladları: X16 oglu (xx.xx.2007) və X15 (xx.xx.2008) (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022 tarixli 2(001)-735/2022 saylı qətnaməsi ilə, onun öhdəsində qalması qət edilmişdir) Keçmiş qaynanası Cavabdeh adına anasının aldığı Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C, mənzil 18 (Yeni qaydalarla: Az 1115, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 263, M4, m 6) ünvanındakı mənzildə daimi pasport qeydiyyatdadırlar. Hal-hazırda onun iki azyaşlı uşağı ilə birlikdə anası tərəfindən pulunun böyük hissəsinin ödənildiyi və Cavabdeh formal olaraq mülkiyyətində olan yuxarıda adı çəkilən mənzildə yaşamaqlarına ehtiyacı vardır. Ona görə də hesab edir ki, o, iki azyaşlı uşaqları ilə bərabər mülkiyyət və yaşamaq hüququ olan mənzilə köçürülmək tələbində haqlıdır. Onu da qeyd etmək lazımdır ki, həmin mənzilə dair keçmiş qaynanası Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı xx.xx.2021-ci il tarixli çıxarış da verilmişdir. Odur ki, əvvəlki iddia ərizəsi qüvvədə qalmaqla, ona əlavə olaraq yuxarıda qeyd etdiklərini nəzərə almağı, əvvəlki iddia ərizəsində qeyd etdiyi kimi onun və övladları xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008 təvəllüdlü X8 anasının keçmiş qaynanası Cavabdeh adına aldığı Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: Az 1115, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 263, m4, m 6) ünvanına isifadə hüquqlarının təmin edilərək onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbindən yaşayış sahəsinə istifadə hüququnun təmin edilərək hissəsinin iddia tələbindən çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Artıq onun mübahisəli mənzilə istifadə hüququnun olması mübahisə yaratmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunlarda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzili cavabdeh öz hesabına almış, iddiaçı həmin mənzildə yaşamamışdır. İddiaçının həmin mənzilə istifadə hüququ yoxdur. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S.S.Axundov küçəsi, 3132 məhəllədə yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tikilməkdə olan binasında 18 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 (yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 263, M4, m6) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Qeydiyyat tarixi xx.xx.2021-ci ildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8866/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respubiikası Daxili İşlər Naziriiyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı və onunla birlikdə qeydiyyatda olan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X8 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 (yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 263, M4, m6) ünvanından qeydiyyatdan çıxarılmaları haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də lakin, iddia məhkəmə tərəfindən mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1439/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 8866/2021 saylı qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. X11 şahid qismində məhkəməyə ünvanladığı izahatdan görünür ki, o, “Prestij İnşaat’’ MTK-da 2007-ci ilin sonunadək baş mühasib vəzifəsində işləmişdir. Bu dövrdə kooperativ tərəfindən maddi-məsul şəxs kimi mənzillərin alqı-satqısında iştirak edirdi. O cümlədən Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 7-ci mikrorayon, ev 3 C, mənzil 18-in (yeni qaydalarla: Az 1115, Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 269,M- 4, mənzil 6) 19 sentyabr 2006-cı il tarixində alqı-satqı müqvailəsinin icrasını, o, həyata keçirmişdir. Müqavilə bağlanarkən mənzilin ilkin dəyərini - 17.700 ABŞ dollarını X3 şəxsən ona ödəyərək, müqaviləni qudası, yəni qızı İddiaçı qaynanası Cavabdeh adına bağlanmışdır. O, müqaviləni bağlayarkən qudası Kifayət xanımın Moskvada yaşadığını, həmin zamanda onun Moskvada olduğunu bildirərək, ilkin ödənişi özü ödəyəciyini və müqvailəni isə onun adına bağlayacağını bildirdi. Ona görə də müqaviləni yazdıqdan sonra "xxxx" tərəfindən o, imzalamışdır. Kifayət xanımın əvəzinə isə Zemfıra xanım imzaladı. Sonra o, mənzilin “19 sentyabr 2006-cı il tarixli alqı-satqı” müqaviləsini və mənzilin ilkin dəyəri üçün ödənilmiş məbləğin (17.700 ABŞ dolları) “maliyyə arayışını” eyni tarixlə (yəni 19 sentyabr 2006-cı il) ona vermişdir. Bina tikildikdən sonra mənzillərin sahəsində dəyişikliklər əmələ gəlir. Ona görə də yenidən ölçmə zərurəti yaranır. Bu zaman ölçmə nəticəsində üzə çıxan əlavə sahələrin dəyəri birinci müqavilədə (yəni ilkin yazılan müqavilədə) göstərilən qiymətlə hesablanaraq mənzilin ilkin dəyərinin üstünə əlavə edilir. Ona görədə köhnə tarixi saxlamaqla 1-ci müqavilə əsasında 2-ci müqaviləni yazmışdır. Qeyd edir ki, 1-ci müqavilədə, yəni Nümayəndəmn imzası olan, əsas sayılan müqavilədə, mənzilin sahəsi 90,6 kv.m olduğu üçün mənzilin dəyəri 1 m2 x 452,9 =40951 (qırx min doqquz yüz əlli bir) ABŞ dolları şərti vahid məbləğində müəyyənləşdirilmişdir. Lakin köhnə tarixlə yazılan (19 sentyabr 2006-cı il) 2-ci müqavilədə mənzilin sahəsi 1,69 m2 çox olduğu üçün, onun ümumi sahəsi 92,29 kv.m olur və nəticədə mənzilin qiyməti artaraq 41715 ABŞ (qırx bir min yeddi yüz on beş) ABŞ dolları təşkil edir. (Həmin müqavilənin yuxarı sol küncündə öz xəttimlə yazaraq hesabladığım görünür) ona görə də mənzilin alınmasında 1-ci müqavilə, yəni Nəsirova Zemfıra xanımın imzası ilə bağlanan müqavilə əsas sayılır. Bundan başqa Zemfıra xanım yuxarıda göstərilən mənzilin 3 ayının kreditini, hər ay 3.000 ABŞ dollar olmaqla, 9.000 min ABŞ dolları da ödəmişdir. Nəticədə evin dəyərinin 26,700 ABŞ dollarını o ödəmişdir. Evin qalan dəyərini Cavabdeh xanım ödəmişdir. Bir daha nəzərə çatdırır ki, 1-ci müqavilədə mənzillərin sahəsi layihəyə əsasən göstərilir. 1-ci müqavilənin tarixi ilə yazılan 2-ci müqavilədə evin faktiki sahəsi göstərilərək, dəyəri dəqiqləşdirilir və MKT-nın direktoru tərəfindən imzalanmaqla 1-ci müqavilənin etibarlığına təminat verir. “Prestij İnşaat’’ MMC tərəfindən verilmiş arayışların surətindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə 17.700, xx.xx.2006-cı il tarixdə 3.000, xx.xx.02006-cı il tarixdə 3.000, xx.xx.2007-ci il tarixdə 2000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2.000, xx.xx.2007-ci il tarixdə 2000, xx.xx.2007-ci il tarixdə 1500 və xx.xx.2007-ci il tarixdə 1515 ABŞ dolları məbləğində pul MMC-yə ödənilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-735/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə X13 arasında xx.xx.2006-cı il tarixdə Səadət Sarayında bağlanmış 882 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il X15 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2007-ci il təvəllüdlü X1 üçün X5 İddiaçı xeyrinə hər ay 175 manat alimentin tutulması, xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2008-ci il təvəllüdlü X2 üçün X5 İddiaçı xeyrinə hər ay 175 manat alimentin tutulması, X5 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3062/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçılar Nümayəndə və İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı, X4 və X8 Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 ünvanına dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. AZ-İ 416225 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə İddiaçı arasında olan nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh dövlət sərhədindən çıxışı xx.xx.2006-cı il tarixdə, dövlət sərhədinə girişi isə xx.xx.2007-ci il tarixdə olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarının surətindən görünür ki, MTK-nın İddiaçı adlı payçısı olmayıb. Cavabdeh MTK-ya tək özü üzv olub və həmin mənzilin tək özü pay sahibidir. Payçı Cavabdeh MTK-nın nizamnaməsinin tələblərini tam yerinə yetirmiş, pay haqqını MTK-nın ünvan 9 ünvanında inşa etdiyi yaşayış binasında 18 saylı mənzilə görə tam ödəyərək, mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cüil tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh, X10 və X15 Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 7-ci mkr, ev 3C, mənzil 18 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır; 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin oğlu X13 ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, iddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına alınmış, lakin mənzilin mülkiyyətçisi – iddiaçının qaynanası ilə onun arasında mənzilə istifadə hüququnun yaranmasına əsas ola biləcək notariat qaydasında razılaşma bağlanmamışdır. Daha sonra iddiaçı cavabdehin oğlu ilə nikahı məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları müəyyən edilmişdir. İddiaçı cavabdehin oğlu X13 ilə nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamalarını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı qaynanasının evində formal olaraq pasport qeydiyyatına düşmüşdür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib və mülki qanunvericiliyin istinad olunan normalarını rəhbər tutub belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3C mənzil 18 (Yeni qaydalarla: AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi, 263, m4, m 6) ünvanına istifadə hüququ yaranmadığına görə və uşaqların yaşayış yeri məhkəmə qətnaməsinə əsasən onun yanında müəyyən edildiyinə görə onun həmin mənzilə himayəsində olan uşaqları ilə birlikdə köçürülmələri tələbinə dair iddiası təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1518/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1518/2023
18.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver