Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1521/2021 17.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29.12.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada iddiaçının xeyrinə 11656,58 ABŞ dolları əsas borcun, 10687,97 ABŞ dolları faiz borcunun, 12174,3 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34518,85 ABŞ dolları borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı QSC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlakın hərracda satıldıqdan bir ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və evin banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29.12.2014-cü il tarixli kredit Müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 30.12.2014-cü il tarixli kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq 1.8333% olmaqla hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 03.04.2015-ci il tarixli, 17.02.2016-cı il tarixli, 11.01.2017-ci il tarixli, 29.12.2017-ci il tarixli və 12.06.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin kreditin təminatı olaraq cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair İpoteka Müqaviləsi bağlanmışdır. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi pozaraq 01.10.2018-ci il tarixdən banka olan borcunu qaytarmamışdır. Cavabdeh götürdüyü borcdan ümumi olaraq 8343,42 ABŞ dolları ödəniş etmiş, 11656,58 ABŞ dolları məbləğində isə kredit borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əhmədova iddianı müdafiə edib, ərizənin məzmunu ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - tərəflər arasında bağlanmış 29.12.2014-cü il tarixli, 038L**********52 saylı uzunmüddətli krediti müqaviləsindən görünür ki, Cavabdeh1 bank tərəfindən 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - "xxxx" ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 038R********** nömrəli, 30.12.2014-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq 1.8333% olmaqla hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. - tərəflər arasında bağlanmış ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərdən görünür ki, tərəflər arasında 03.04.2015-ci il tarixli, 17.02.2016-cı il tarixli 038R**********S nömrəli, 11.01.2017-ci il tarixli 038R**********SA nömrəli, 29.12.2017-ci il tarixli 038R**********SC nömrəli və 12.06.2018-ci il tarixli 038R**********SD nömrəli saziş müqavilələri bağlanmışdır. - zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ilə bank arasında zaminlik müqavilələri bağlanmış və onlar, iddiaçı ilə Cavabdeh1 arasında 29.12.2014-cü il tarixdə bağlanan 038L**********52 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. - 30.12.2014-cü il tarixli İpoteka Müqaviləsindən görünür ki, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-də mülkiyyətçilər tərəfindən ipotekaya qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.12.2014-cü il tarixli, RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, mülkiyyət hüququ ilə cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan (04.11.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış) Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. - 05.12.2014-cü il tarixli 366 nömrəli arayışın surətindən görünür ki, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 X2 mülkiyyətində olan Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. - iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, ipoteka müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə 04.09.2020-ci il tarixli məktubundan görünür ki, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan (04.11.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış) Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair məlumat göndərilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin 25.05.2021-ci il tarixli, 9/2613 nömrəli ekspert rəyinə əsasən, 29.12.2014-cü il tarixli, 038L**********52 saylı kredit xətti çərçivəsində bağlanmış 038R********** nömrəli, 30.12.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 06.10.2020-ci il tarixə İddiaçı QSC-yə 11565,62 ABŞ dolları əsas, 7085,10 ABŞ dolları faiz borcu təşkil edir. - "xxxx" MMC tərəfindən verilmiş 07.06.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan 0,46 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 17000 manat, satış (likvid) qiyməti isə 15000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 470.1, 472.2, 739-cu maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 11565,62 ABŞ dolları məbləğində əsas borc, 7085,10 ABŞ dolları məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir (ekspert rəyinə əsasən). Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 (zaminlər) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər (zaminlər) X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 iddiaçıkreditor qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddianın 12174,3 ABŞ dolları məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 12174,3 ABŞ dolları məbləğində deyil, 500 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin göstərilən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların əmlakdan çıxarılması və əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsinə dair hissələrini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). Eyni Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Eyni zamanda həmin qanunun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 (bir) ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə münasibətdə hesab edir ki, bu tələb hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı məsələdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Məhkəmə həmçinin cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair münasibətdə hesab edir ki, iddiaçı mənzilinin faktiki mülkiyyətçisi olmadığından, bu hüquq yalnız faktiki mülkiyyətçisinə məxsus olduğundan, iddiaçı Bank cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilməsinə dair iddiada haqqlı deyil, bu səbəbdən həmin hissədə iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 kredit müqaviləsinə əsasən iddiaçının xeyrinə 11565,62 ABŞ dolları əsas borc, 7085,10 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19150,72 ABŞ dolları borc tutularaq İddiaçı QSC-yə ödənilməli, tutulmalı olan məbləğ cavabdehlər X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın ilkin satış qiyməti 15000 manat müəyyən edilməli, əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməli, Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalıdır, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 11565,62 ABŞ dolları əsas borc, 7085,10 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19150,72 (on doqquz min yüz əlli dollar yetmiş iki sent) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdehdən tutulmalı olan məbləğ X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məxsus olan ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilsin və əldə edilmiş pul vəsaiti hesabına borc İddiaçı QSC-yə ödənilsin. Ağcabədi rayonu, İmamqulubəyli kəndində yerləşən 0,46 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 136,7 kv.m ümumi, 82,1 kv.m yaşayış, 54,6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsınlar, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərcin 50%-i, yəni 50 (əlli) manatı İddiaçı QSC-dən, qalan 50%-i yəni 50 (əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. İş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xidmət haqqının 50%-i yəni 150 (bir yüz əlli) manatı İddiaçı QSC-dən, qalan 50%-i yəni 150 (bir yüz əlli) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-1521/2021 27 avqust 2021-ci il İddiaçı: İddiaçı QSC Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033 Cavabdeh: Cavabdeh1 Ünvan: Bakı şəhəri, Xocasən qəsəbəsi, Yeni Yol küçəsi, ev 79 Cavabdeh: Cavabdeh2 Ünvan: Ağcabədi rayonu, İmamqulubəyli kəndi Cavabdehlər: X6, Cavabdeh3 Cavabdeh4 Cavabdeh5 Cavabdeh6 Cavabdeh7 Cavabdeh8 Cavabdeh9 Cavabdeh10 Ünvan: Ağcabədi rayonu, İmamqulubəyli kəndi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(001)- 1521/2021 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti – “08” vərəqədə (hər bir ünvana). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1521/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1521/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver