Məhkəmə qərarları › İş №2(001)-153/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-153/2024

05.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-153/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Binəqədi rayon X7 cəlb edilməklə) qarşı Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, ona ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsinə, cavabdeh X4 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmış və onun torpaq sahəsi ilə üst-üstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsinə, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində inşa edilməkdə olan tikilinin onların hesabına sökülərək ərazidən çıxarılmalarına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Binəqədi rayon X7 cəlb edilməklə) qarşı Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, ona ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsinə, cavabdeh X4 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılan torpaq sahəsinin onun torpaq sahəsi ilə üst-üstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsinə, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində inşa edilməkdə olan tikilinin onların hesabına sökülərək ərazidən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayon X2 530/1 saylı xx.xx.2003-cü il tarixli qərarı və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədlər, maliyyə qəbzi, esgiz-cizgi, alqı-satqı aktı ilə Binəqədi qəsəbəsinin inzibati ərazisində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına rəsmiləşdirilərək mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus olduğunu hesab etdiyi torpaq sahəsində planlaşdırma işləri aparmış, torpaq sahəsini mişar daşı ilə hasara almışdır. Son vaxtlar torpaq sahələrinin zəbt olunma hallarının çoxaldığını nəzərə alaraq, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə baxmağa gedərək, nəzarət etmişdir. Torpaq sahəsi bu gündə iddiaçının nəzarətindədir, torpağın iddiaçıya məxsus olduğu aidiyyatı idarə və təşkilatlar tərəfındən rəsmi olaraq öz təsdiqini tapsada iddiaçıya məxsus torpaq sahəsində tikinti aparmağa cəhd edən Cavabdeh1 və onun tərəfdarları torpaq sahəsinin onlara aid olduğu iddiası ilə iddiaçını və ailə üzvlərini narahat edir, iddiaçının həmin sahədə görmək istədiyi işlərin qarşısının alınması üçün hər variantla, hətta divarını uçurmaqla ona ziyan vurmaqdan belə çəkinmirlər. Belə ki, cavabdeh X9 xx.xx.2005-ci il tarixli Bələdiyyə qərarına əsasən, həmin ərazidə fərdi yaşayış evinin tikintisi üçün 700 kv.m. torpaq sahəsinin ayrıldığını iddia edərək iddiaçının torpaq sahəsini zəbt etməyə başlamışdır. Həmin ərazinin sonradan cavabdehə verilməsinin əsası yoxdur və bu qanunsuzdur. İddiaçının Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 530 saylı qərarına əsasən aqlı-satqı yolu ilə dəyərini tam olaraq ödəməklə aldığı torpaq sahəsini iki ildən sonra Binəqədi rayon Bələdiyyəsinin rəhbərliyi qanunsuz olaraq heç bir aidiyyatı olmayan Cavabdeh2 saxta sənədlə satmış, nəticədə Cavabdeh2 verdiyi etibarnamə əsasında Cavabdeh1 və digər şəxslər tərəfindən həmin torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq yarımçıq tikinti işləri görmüşdür. İddiaçı həmin şəxslərlə görüşüb onların ordan çıxmasını və yarımçıq tikilinin özləri tərəfindən sökülməsini tələb etmiş, onlar isə tikinti işlərini dayandırsalar da, yarımçıq tikintini sökməmişlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2003-cü il tarixli qərarı və ona əlavə edilmiş cizgi sənədi ilə birlikdə 530/1 saylı olmaqla Dövlət Arxivnin Bakı filialında mövcuddur. Eyni zamanda qəsəbə nümayəndəliyi arayışında bildirmişdir ki, torpaq sahəsinin ayrılmasına əsas olan eskizlərin fərqli sahələrə aid olduğu vizual olaraq müəyyən olunsa da, hər iki cizgidə kordinat nöqtələri olmadığından ərazinin coğrafi hüdudlarının müəyyən olunması, yalnız məhkəmə yolu ilə müəyyən edilməlidir. Bu bir daha onu göstərir ki, iddiaçı həmin torpağı qanuni və əsaslı olaraq əldə etmiş, bu gün həmin şəxslərin oradan çıxarılmasına subyektiv hüququ vardır. Ona görə də iddiaçı Binəqədi rayon Bələdiyyəsinə, prokurorluğa və polisə şikayət ərizələri ilə müraciət etmişdir. İddiaçı Binəqədi rayon Bələdiyyəsindən torpaq sahəsinin kimə məxsus olmasının dəqiqləşdirilməsi, ona məxsus olan torpaq sahəsinin kordinotlarının yerini işarələrlə göstərilməsini, torpaq sahəsinə dair hüquqlarına qarşı yaranmış qanunsuz maneələrin və mübahisəli məqamların aradan qaldırılmasını və şikayəti üzrə ona ətraflı məlumatlar verilməsini xahiş etmişdir. Prokurorluqdan və polisdən isə iddiaçı şikayətinin nəzarətə götürülməsini, torpaq sahəsininə dair hüquqlarına qarşı yaranmış qanunsuz maneələrin aradan qaldırılmasını, Binəqədi rayon Bələdiyyəsinin rəhbərliyinin, Cavabdeh2, Cavabdeh1 və digər təqsirli şəxslərin barələrində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Lakin həmin ünvanlardan iddiaçıya cavablar verilməmişdir. Binəqədi rayon Bələdiyyəsinin aiddiyatı olan məsul şəxslərinin, o cümlədən cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olduğuna görə məhkəmə tərəfindən bu barədə xüsusi qərardad çıxarılaraq prokurora göndərilməlidir. Ona görə də İddiaçı Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsinə, cavabdeh X4 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmış və iddiaçının torpaq sahəsi ilə üst-üstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsinə, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilməkdə olan tikilinin onların hesabına sökülərək ərazidən çıxarılmaları barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və numayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə hazırkı iddianın cavabdehə aidiyyatının olmadığı müəyyən olunmuşdur. İddia tələbləri üzrə Cavabdeh1 cavabdeh qismində cəlb olunması tamamilə əsassızdır. İddia tələbinə cavab verməli olan cavabdeh olmadıqlarından iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, torpaq sahəsi ona 2005-ci ildən ayrılmış, etibarnamə ilə verilmiş, o, həmin əraziyə su, işıq xətləri çəkdirmiş, qaz borusu çəkdirmişdir. 3-4 il əvvəl həmin sahəyə satlıq elanı yazmışdır. İddiaçı orada yaşamış olsaydı elanı görərdi. İddiaçı həmin ərazidə hasar inşa etməmişdir. O, torpaq sahəsini alarkən ərazidə 3-4 ev olmuş, həmin evləri neft şirkətinin nümayəndələri sökdürmüşlər. Onun apardığı tikinti işlərini bələdiyyənin nümayəndəsi dayandırmışdır. İddiaçı torpağın ona aid olmasına dair aktı imzalamışdır. O, həmin ərazidə iki il əvvəl iki mərtəbəli ev tikdirmiş, tikililəri hasara almışdır. Torpaq sahəsini ona bələdiyyə sədri, memarı və hüquqşünası vermişdir. Torpaq sahələrinin üst-üstə düşməməsi barədə bələdiyyədən ona akt verilmişdir. İnşa etdiyi evdə yaşayış yoxdur, hazırda tikinti dayandırılmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi rayon X2 nümayəndəsi X10 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçı onun torpağına müdaxilə edilməsi və hasarının dağıdılması ilə bağlı Bələdiyyəyə rəsmi müraciət etmiş və ona rəsmi cavab verilmişdir. Əgər mübahisə yoxdursa, akt tərtib etməyə zərurət yoxdur. Vətəndaşın müraciətinə Bələdiyyə tərəfindən rəsmi olaraq cavab verilməlidir. Həmin vaxt Cavabdeh1 ona zəng edərək prokurorluğa teleqram vurub şikayət edəcəyini demişdir. Orada heç bir tikintidən söhbət gedə bilməz, hasar 15-18 il əvvəl tikilmişdir. İddiaçı özü də deyir ki, hasarı o tikdirmiş, cavabdeh də hasarın olmasını təsdiq edir. Hasar 5-6 daş hündürlüyündədir, bir tərəfi də uçurulmuşdur. xx.xx.2022-ci il tarixli aktı o, rəhbərliyi üçün yazmış, akt cavabdehə verilməmiş, cavabdeh aktı oğurlamışdır. O, hara gedirsə bu barədə bələdiyyə sədrinə məlumat verir, akt tərtib edir. O, cavabdehə başqasının torpağına girməsini, iddiaçı ilə razılaşmasını demişdir. Bu hal cavabdehin birinci işi deyil, beşinci-altıncı işidir, cavabdehin özəlləşmiş torpaqlara da girmə faktı var. Həmin massiv Bakı şəhəri İcra Hakimiyyətinin və Memarlıq Şəhərsalma İdarəsinin ümumi razılığı əsasında mənzil növbəsinə dayanmış vətəndaşlara ayrılmış torpaq ərazisidir. Neft şirkəti də həmin hissələrə razılıq vermişdir. 1999-cu ilin avqust ayından xx.xx.2003-cü il tarixdək İcra Hakimiyyətinin başçısı işləmiş H.B.Hüseynov tərəfindən onun razılıq məktubu əsasında vətəndaşlara verilirdi. Yəni Cavabdeh1 o sənədlərə aidiyyatı yoxdur. Həmin ərazi massivdir, qabaqcadan asfaltlanmış yollardır, xəttlənib, rənglənib, küçələrdə yol kənarının dirəkləri qoyulub, şəhər tipli qəsəbə salınıbdır. 500 ailənin yaşayış massivindən söhbət gedir. Neft şirkəti deyə bilər ki, ərazi onlarındır. Amma bu ümumi razılıq əsasında olmalıdır. Bələdiyyələr təşkil edilərkən mənzil növbəsində durmuş vətəndaşlara həyat şəraitlərinin yaxşılaşdırılması üçün, mənzil növbəsindən çıxmaları şərti ilə torpaq sahəsi ayrılırdı. Mərkəzi rayonlar çıxmaq şərtilə qalan rayonlarda vətəndaşlara belə bir şəkildə torpaq sahələri ayrılırdı. xx.xx.2022-ci tarixli akt rəhbərliyə aiddir. O, aktda tikintinin olub-olmamasını yazmamışdır. Ona real vəziyyəti aktlaşdıraraq rəhbərliyə məruzə etməsi tapşırılmışdır. Cavabdehin apardığı tikinti işləri dayandırılmışdır. Torpaq sahəsi ayrılarkən sxemdə göstərilir. Torpaq sahəsinin üst-üstə düşmə halları ola bilməz. Vətəndaşa torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul olunur. Sonradan ona çizgi verilir, alqı-satqı aktı bağlanır və maliyyə qəbzi həyata keçirilir. Ona görə üst-üstə düşmə halı ola bilməz. Həmin ərazinin neft şirkətinə heç bir aidiyyatı yoxdur. Torpaq sahəsinin koordinatları Əmlak Komitəsi tərəfindən xüsusi cihazla ölçülür. Həmin cihaz çox bahalı olduğuna görə Bələdiyyədə yoxdur. Torpağın koordinatları vaxtında ölçülməli idi. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada). Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə: 1.Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir). Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli № 530/1 nömrəli qərarından müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 600 kv.m. boş torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılaraq ona həmin torpaq sahəsinə görə X3 hesablaşma hesabına 2.400.000 AZM məbləğdə ödəniş həyata keçirməsi, torpaq vergisini vaxtı-vaxtında ödəməsi, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikntisinin eskizinin rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanması, qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini X8 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyat üçün Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır. Binəqədi rayonu X2 İddiaçı təklif olunan torpaq sahəsinin planından müəyyən olunur ki, planda ayrılan torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. X2 torpaqların alqı-satqısına dair aktından müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixli müraciətinə baxılaraq ona X12 ərazisində 600 kv.m. torpaq sahəsi satılması barədə xx.xx.2003-cü il tarixli 530 saylı qərar qəbul edilmiş, İddiaçı tərəfindən 673339 saylı qəbzə əsasən Bələdiyyənin hesabına 2.400.000 AZM ödəniş edilmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 avqust 2004-cü il tarixli AİT 673339 nömrəli kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, İddiaçı torpağın dəyərinə görə 2.400.000 AZM ödəniş etmişdir. Binəqədi rayonu X2 xx.xx.2022-ci il tarixli № 02/7-1196-1199 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 və İddiaçı torpaq sahəsinin ayrılmasına əsas olan eskizlərin fərqli sahələrə aid olduğu vizual olaraq müəyyən olunsa da, hər iki cizgidə kordinat nöqtələri olmadığından ərazinin coğrafi hüdudlarının məhkəmə tərəfindən müəyyən edilməsinin mümkün olması izah olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA- 07970-2022 saylı məktubundan müəyyən olunur ki, İddiaçı Binəqədi rayonu İH-nin arxiv fondu üzrə xx.xx.2003-cü il tarixli qərar və ona əlavə edilmiş cizgi sənədi 530 saylı deyil, 530/1 saylı olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcud olması bildirilmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarından müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 700 kv.m. torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanması, qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X6 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır. Binəqədi rayonu X2 Cavabdeh2 təklif olunan 700 kv.m. torpaq sahəsinin planından müəyyən olunur ki, planda ayrılan 700 kv.metr torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. X2 torpaqların alqı-satqısına dair aktından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixli müraciətinə baxılaraq ona X7 ərazisində 700 kv.m. torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 1805 saylı qərar qəbul edilmiş, Cavabdeh2 tərəfindən 674971 saylı qəbzə əsasən 2.800.000 AZM ödəniş edilmişdir. Bakı şəhəri Binəqədi rayon X2 xx.xx.2021-ci il tarixli 670 saylı arayışından müəyyən olunur ki, X2 xx.xx.2005-ci il tarixli, 1805 saylı qərarı ilə istifadəsinə Binəqədi qəsəbə ərazisində fərdi yaşayış evinin tikintisi üçün 700 kv.m torpaq sahəsinin ayrılmasına dair qərarın X2 arxivində qorunub saxlanılması Cavabdeh2 bildirilmişdir. Bakı şəhəri Binəqədi rayon X2 xx.xx.2005-ci il tarixli AİT 674971 nömrəli kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, Cavabdeh2 torpaq sahəsinin dəyərinə görə 2.800.000 AZM ödəniş etmişdir. X2 inventarizasiya komissiyasının üzvləri Natiq Kazımov, Qorxmaz Cəfərov, Əli Əliyev, qonşular X11, X13, Fuad Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli aktdan müəyyən olunur ki, X2 1805 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə vətəndaş Cavabdeh2 adına rəsmiləşdirilmiş 700 kv.m. torpaq sahəsini etibarnamə ilə alan Hüseynov X5 qəsəbə Bələdiyyəsinə 02/H-1199 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək qeyd olunan mübahisəli torpaq sahəsinə X1 530 saylı xx.xx.2003-cü il tarixli başqa bir qərarı ilə vətəndaş İddiaçı adına rəsmilşədirilmiş 600 kv.m torpaq sahəsi üst-üstə düşdüyü iddia olunaraq mübahisələndirildiyi bildirildiyindən komissiya üzvləri mübahisəli torpaq sahəsinə yaxınlıqda yaşayan qonşuların iştirakı ilə araşdırmalar aparmış, qonşuluqda yaşayan sakinlərlə söhbətlər aparmış, adları çəkilən qonşular mübahisəli torpaqda daim Cavabdeh1 adlı şəxsin çalışdığını gördüklərini bildirmiş, torpaq sahəsindən keçən qaz xəttinin yenisi ilə əvəz olnmasında onun iştirakının və əməyinin olduğunu, qaz xəttinin dəyişdirilməsində lazım olan avadanlıqların alınıb gətirilməsini və işin başa çatdırılmasında maraqlı şəxs kimi iştirak etdiyini bildirmişlər. Tərəflərin təqdim etdikləri sənədlərdən aydın görünür ki, hər tərəfin eskiz-cizgiləri fərqli ərazilərdə yerləşən cizgilərdir. Hər iki cizginin koordinat oxları olmadığından torpaq sahəsinin coğrafi hüdudlarının müəyyən edilməsində vizual olaraq görünüşlə cizgilərin fərqli yerləşdiyini müəyyən etmək mümkündür. İddiaçı mübahisəli torpağın əsas sahibi kimi özünü təqdim etsə də, aktı tərtib edənlər həm qonşuların onu tanımadıqlarının şahidi olmuş, həm də təqdim edilmiş cizginin daha çox mərkəzi küçə kimi tanıdıqları Binəqədi-Biləcəri şossesinin kənarından keçdiyi vətəndaşa izah edilmişdir. Nəticə olaraq torpaq sahəsinin kimə məxsus olması tam müəyyən olunmasada məhkəmə predmeti kimi qiymətləndirilmiş və iddiaçı tərəfin aiddiyyatı üzrə araşdırılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli № 3-21-33/2-42795/2023 **********95 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə İddiaçı ayrılan 600 kv.metr torpaq sahəsinə aid təqdim edilmiş cizgi planında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarı ilə Cavabdeh2 ayrılan 700 kv.metr torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia etdiyi 600 kv.metr torpaq sahəsinin 700 kv.metr torpaq sahəsinin sərhədləri daxilində yərləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 695 kv.metr torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur. Lakin, Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə Binəqədi qəsəbə ərazisində ayrılmış 600 kv.metr torpaq sahəsinə aid cizgi planında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməməsi səbəbindən yarımtikilinin ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsini təyin etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla X17 Şirkətinin istifadəsindədir. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə İddiaçı ayrılan 600 kv.metr torpaq sahəsinin aid cizgi planında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkün olmamışdır. Cavabdehin iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla X17 Şirkətinin istifədəsindədir. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarı ilə Cavabdeh2 ayrılan 700 kv.metr torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizginin təqdim edilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkün olmamışdır. Azərbaycan Respubilkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli № 3-16-16/2-10/8228 nömrəli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-42795/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə İddiaçı ayrılan 600 kv.metr torpaq sahəsinə aid təqdim edilmiş cizgi planında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarı ilə Cavabdeh2 ayrılan 700 kv.metr torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizgi təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin 700 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.Mütəxəsis rəyinə əsasən, iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 695 kv.metr torpaq səhəsində Cavabdeh1 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur. Lakin, Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə Binəqədi qəsəbə ərazisində ayrılmış 600 kv.metr torpaq sahəsinə aid cizgi planında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən yarımtikilinin ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsini təyin etmək mümkün olmamışdır. Mütəxəsis rəyinə əsasən, iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla X17 Şirkətinin istifadəsindədir. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə İddiaçı ayrılan 600 kv.metr torpaq sahəsinə aid cizgi palanında miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkün olmamışdır. Mütəxəsis rəyinə əsasən, cavabdehin iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla X17 Şirkətinin istifadəsindədir. Bakı şəhəri Binəqədi rayon X2 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarı ilə Cavabdeh2 ayrılan 700 kv.metr torpaq sahəsinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmiş cizginin təqdim edilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin mülkiyyət növünü təyin etmək mümkün olmamamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2003-cü il tarixli 530/1 saylı qərarı ilə İddiaçı ayrılan 600 kv.metr və Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2005-ci il tarixli 1805 saylı qərarı ilə Cavabdeh2 ayrılan 700 kv.metr torpaq sahələrinə aid miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən ayrılmış torpaq sahələrinin harada yerləşməsi, mülkiyyət növünün təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərə torpaq sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş Binəqədi rayonu X7 özü də ayırdığı torpaq sahələrinin yerləşdiyi yeri müəyyən edə bilmədiyindən tərəflərə ayrılmış torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Baxmayaraq ki, Dövlət torpaq kadastrının məlumatları torpaqları ayırarkən Binəqədi rayonu X7 üçün də əsas olmalı idi. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, tərəflərin iddia etdikləri faktiki olaraq yerində tərəflərin və mütəxəssisin iştirakı ölçülmüş torpaq sahələri elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid olmaqla X17 Şirkətinin istifədəsindədir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Dövlət torpaq kadastrının məlumatları bələdiyyələr tərəfindən də torpaqla bağlı hər hansı qərarı qəbul edərkən əsas olmalı olduğundan, X7 tərəfindən miqyası, koordinatı, hər hansı istinad nöqtələri göstərilməyən torpaq sahəsinin ayrılmasına dair sənədlər əsasında tərəflərin faktiki olaraq yerində göstərdikləri dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinə hüquqlarının yaranması mümkün olmadığından iddiaçının hazırkı tələblərlə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, yuxarıda istinad olunan normativ aktların tələblərinə əsasən, torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Ona görə də məhkəmə iddia ərizəsinin təmin edilməsini qeyri-mümkün hesab edir. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh2 da torpaq sahəsi eyni qaydada ayrıldığından hazırkı iddia ərizəsinin təmin edilməməsi cavabdehlərin də torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlinməsi üçün əsas ola bilməz. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Binəqədi rayon X7 cəlb edilməklə) qarşı Binəqədi Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, ona ayrılmış torpaq sahəsinin coğrafi kordinatlarının müəyyən edilməsinə, cavabdeh X4 Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmış və onun torpaq sahəsi ilə üst-üstə düşərsə torpaq sahəsinin verilməsinə əsas olan sənədlərin etibarsız edilməklə həmin qərarın ləğv edilməsinə, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində inşa edilməkdə olan tikilinin onların hesabına sökülərək ərazidən çıxarılmalarına dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar