Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1584/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci publik hüquqi şəxsinə qarşı 25.10.2021-ci il tarixli 284 saylı əmrin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə müəllim vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci publik hüquqi şəxsinə qarşı 25.10.2021-ci il tarixli 284 saylı əmrin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə müəllim vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 16.09.2019-cu il tarixdən balayaraq müəllim vəzifəsində çalışmışdır. Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 25.10.2021-ci il tarixli 284 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddasinin “b” bəndinə əsasən içilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda cavabdeh tərəfindən ona hər hansı bir xəbərdarlıq məktubu təqdim olunmamışdır. O, bu barədə 24.09.2021-ci il tarixdə kolektivin bütün üzvlərinin iştirakı ilə keçirilən iclas zamanı bilmişdir. O, işlədiyi vaxt Kollecdə 4 nəfər coğrafiya müəllimi işləmişdir. İxtisardan sonra 2 nəfər saxlanmışdır. İxtisar zamanı onun qüvvədə olan nikahından 19.03.2018-ci il tarixli X29 adlı uşağının olması nəzərə alınmamışdır. İxtisardan sonra tələbələrdən öyrəndiyi məlumata əsasən işə yeni coğrafiya müəllimi işə götürülmüşdür. Cavabdeh ona yalnız əmək müqaviləsinə xitam verildikdən sonra iş təklif etmişdir. Müddətli müqavilə bağlamaq istəmədiyindən razılaşmamışdır. Tyutor vəzifəsində isə bütün iş saatı işdə olmaq tələb olunduğundan o, bu vəzifədə işləmək istəmir. Mediasiya Şurasına müraciət etsə də, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci publik hüquqi şəxsinin 25.10.2021-ci il tarixli 284 saylı əmrinin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə müəllim vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil İddiaçı izahatı ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, coğrafiya müəllimi olaraq ixtisar edilən iddiaçıya yenidən bu vəzifəni təklif edilməsi və iddiaçının bu təklifi qəbul etməməsi inandırcı deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçının birinci arqumenti ilə bağlı qeyd edilməlidir ki, 23.04.2021-ci il tarixli xəbərdarlıq məktubu 24.09.2021-ci il tarixdə iddiaçıya göndərilmişdir. Həmin tarixdə kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının üzvləri, tədris işləri üzrə direktor müavini X18, inzibati-təsərrüfat işləri üzrə direktor müavini X19, baş mühasib X12, hüquqşünas X5 və İnsan resursları və informasiya şöbəsinin müdiri X31 tərəfindən kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmişdir. Müəllimlərə ixtisarlarla bağlı xəbərdarlıq edilmiş və xəbərdarlıq bildirişləri rəsmi qaydada təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. İddiaçının ikinci arqumenti himayəsində 19.03.2018-ci ildə doğulmuş uşağının olması və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmasıdır. İddiaçı nəzərə almayıb ki, həmin normanın birinci cümləsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sırasında hamilə, habelə üç yaşınadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərdən söhbət gedir. Lakin iddiaçı özü iddia ərizəsində qeyd edib ki, övladı 19.03.2018-ci il tarixdə dünyaya gəlib. İddiaçının mübahisələndiridiyi əmr isə 25.10.2021-cı il tarixlidir. Yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən övladı 3 yaş 6 aylıq idi. Bununla da hər hansı normanın, konkret olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin tələblərinin pozulması qeyri-mümkündür. İşçilərin sayının azaldılması və ştatların ixtisarına dair isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli 250 saylı qərarınına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilib. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05.07.2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli 04-26- 718/15 saylı məktubuna əsasən həmin ştat cədvəli təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29.07.2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çoxsayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021-ci il tarixli, F-65 nömrəli əmrinə əsasən, audit şöbəsinin şöbə müdiri müavini X6, həmin şöbənin böyük məsləhətçisi X3, məsləhətçisi X30 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 01.01.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16.03.2021-ci il tarixli arayş tərtib edilmişdir. Həmin arayışda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazırlər Kabinetınin 24.10.2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsenmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147 nəfərinin dərs yükünün 250-500 olmasının əsas səbəbi, yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində kollecin rəhbərliyi tərəfindən öz vəzifə səlahiyyətlərini aşaraq 47 müəllimin daimi işə qəbul edilməsi olmuşdur. Eyni zamanda normativ sənədlərin tələbləri pozularaq 19 nəfər orta ixtisas təhsilli müəllimin kollecdə dərs deməsi nöqsan kimi qeyd edilmişdir. Bununla da yuxarı orqan tərəfindən bir tədris ili üçün müddətli əmək müqaviləsi bağlanılmasıa razılıq verilmiş işçilərlə, 47 nəfər işçi əmək müqavilələri müddətsiz bağlanıldığından həmin işçilərin əmək müqavilələrinə müddətin bitməsi əsası ilə xitam verilməsi mümkün olmamışdır. Kollecdə aparılmış araşdırma nəticəsində 16.03.2021-ci il tarixdə tərtib edilmiş arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcə də təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır, ixtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14.09.2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-nin 78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Sözu gedən arayışın iddiaçıya dair olan hissəsində göstərilib ki, İddiaçı 19.09.2019-cu il tarixli 107 saylı əmrlə Sosial-iqtisadi fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim təyin olunmuş, 2019-cu ilin sentyabr ayında müddətsiz əmək müqaviləsi bağlanmaqla daimi işə qəbul edilmiş 47 müəllimdən biri İddiaçı olmuşdur. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olduğundan və o, qanunsuz şəkildə işə qəbul edildiyindən bu hal digər müəllimlərin dərs saatının azalmasına, yəni balansın pozulmasına gətirib çıxarmışdır. Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.10.2010-cu il tarixli 215 nömrəli Qərarının tələblərinə riayət edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə Orta ixtisas təhsil pilləsinin dövlət standartı subbakalavriat səviyyəsinin ixtisas üzrə təhsil proqramı 2021-ci ildə yenidən hazırlanmış və həmin proqrama əsasən dərs yükü azaldılmışdır. Qeyd olunan bu hal işçilərin sayının azaldılması zərurətini artırmışdır. İddiaçıya müddətli əmək müqaviləsinin bağlanması təklif olunmuş, lakin iddiaçı bu təkliflə razılaşmayaraq onunla müddətsiz müqavilə bağlanmasını təklif etmişdir. Göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 cavabdehin digər nümayəndəsi Nümayəndə2 izahatını təsdiq etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X23 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyə- təsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin təşkili, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər bərəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçun zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovaya tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%dən az olmamaqla) müəyyən olmuşdur. Kollecdə araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147 nəfərinin dərs yükünün 250-500 olmasının əsas səbəbi yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində kollecin keçmiş rəhbərliyi tərəfidən öz vəzifə səlahiyətlərini aşaraq 47 müəllimlə müdətsiz əmək müqaviləsi bağlaması olmuşdur. Kollecdə dərs yükü qəbuldan asılıdır. Qəbul az olduğu və ya olmadığı halda iş yükü də olmur. Təhsil Nazirliyi tərəfindən Kollecin əvvəlki rəhbərliyinə müddətli əmək müqaviləsi bağlanmasına icazə versə də, keçmiş rəhbərlik müddətsiz əmək müqavilələri bağlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarının tələblərinə zidd olaraq Kollecə işə qəbul olunan 47 müəllimin siyahısına İddiaçı da daxildir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi Təhsil Nazirliyində də araşdırılmış, müəyyən olunmuşdur ki, işəgötürən qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçı müddətli əmək müqaviləsi bağlanması təklif olunsa da, iddiaçı razılaşmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli 250 saylı nömrəli Qərarının icrası barədə 04.08.2020-ci il tarixli № F-355 saylı əmrindən müəyyən olunur ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-iqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X35 Kollecinin, X21 Kollecinin, X37 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 250 nömrəli Qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutub ... Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Əmrdən daha sonra müəyyən olunur ki, kolleclərin yenidən təşkili ilə əlaqədar müvafiq ardıcıllıq gözlənilməklə Azərbaycan Respublikasının Mülkü və Əmək Məcəllələrindən irəli gələn tədbirlərin (aktivlərin və öhdəliklərin inventarizasiyası, möhürün, ştampın, ciddi hesabat blənklannın Təhsil Nazirliyinə, arxiv sənədlərinin yeni yaradılacaq kolleclərə təhvil verilməsi, əvvəlki kolleclərin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə tədbirlərin görülməsi və s.) görülməsi eləcə də bu əmrin icrasından irəli gələn digər məsələlərin həllinin təmin edilməsi təhsil müəssisələrinin rəhbərlərinə, əmrin icrasına nəzarət tədris işləri üzrə nazir müavini Firudin Qurbanova həvalə edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.04.2021-ci il tarixli 05.16.291/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021ci il tarixli F-65 nömrəli əmrinə əsasən, Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərsməşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin təşkili, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər bərəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əmək haqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçun zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovaya tapşırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Bakı Humanitar Kollecində 01.01.2019-cu il tarixindən 01.01.2021-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyyətinin araşdırılmasına dair 16.03.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, araşdırma ilə əhatə olunan dövrdə Kollecin direktoru vəzifəsində 01.07.2016-ci il tarixindən 15.12.2020-ci il tarixinədək X7, 18.12.2020-ci il tarixdən hal-hazıra kimi X8, təsərrüfat işləri üzrə direktor müavini X11 12.11.2016-cı il tarixindən 02.02.2021-ci il tarixinədək, tədris işləri üzrə direktor müavini X24 12.12.2016-cı il tarixdən 20.11.2020-ci il tarixə kimi, X25 18.12.2020-ci il tarixdən hal-hazıra kimi, baş mühasib vəzifəsində 15.08.2016-cı il tarixdən hal-hazıra kimi X4 fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrində müəllim və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamaqla (nəzəri, laborator və praktiki məşğələlərə, musiqi, mədəniyyət, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 80%-dən az olmamaqla) müəyyən olmuşdur. Araşdırma nəticəsində müəyyən olundu ki, 2019-2020-ci tədris ilində dərs yükünün hesablanması barədə əmrdə dərs yükü 250-500 saat aralığında olan müəllimlərin sayı 147 nəfər, 500-dən 600 saata qədər dərs yükü olan müəllimlərin sayı 118 nəfər və 600-800 saat dərs yükü olan müəllimlərin sayı isə 21 nəfər olmuşdur. Kollecdə fəaliyyət göstərən 286 müəllimdən 147 nəfərinin dərs yükünün 250-500 olmasının əsas səbəbi yuxarıda göstərilən Qərarın tələblərinə zidd olaraq 2019-cu ilin sentyabr ayı ərzində kollecin rəhbərliyi tərəfidən öz vəzifə səlahiyətlərini aşaraq 47 müəllimi daimi işə qəbul edilməsi olmuşdur. Arayışdan daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarının tələblərinə zidd olaraq Kollecə işə qəbul olunan 47 müəllimin siyahısına İddiaçı da daxildir. Məhkəmə iclasında şahid X25 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsində Tədris işləri üzrə direktor müavini vəzifəsində işləyir. Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Kolecdə dərs yükü tələbə qəbuldan asılı olduğundan kollecin bütün müəllimləri ilə müddətli əmək müqavilələri bağlanılır. Bu səbəbdən onunla da müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.02.2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyətəsərrüfat fəaliyyəti araşdırılaraq müəyyən olunmuşdur ki, kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin təşkili, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar olunmuşdur. Nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər bərəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçun zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin rəhbərliyinə tapşırılmışdır. Kollecdə araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 2019cu ilin sentyabr ayı ərzində kollecin keçmiş rəhbərliyi tərəfidən öz vəzifə səlahiyətlərini aşaraq 47 müəllimlə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Kollecə işə qanunsuz qəbul olunan 47 müəllimin siyahısına İddiaçı da daxildir. 24.09.2021-ci il tarixdə kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilmiş, müəllimlərə ştatlarının ixtisar edilməsi barədə xəbərdarlıq edilmiş, xəbərdarlıq bildirişləri təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. O, iki dəfə İddiaçı ilə şəxsən telefonla əlaqə saxlayıb ona 500 saat dərs yükü ilə müddətli əmək müqaviləsi bağlamağı təklif etmiş, lakin İddiaçı Kollecin onun yaşayış ünvanına yaxın olmasını bildirib, yalnız müddətsiz əmək müqaviləsi bağlamağa razı olacağını bildirmişdir. İddiaçı Kollecə dəvət olunsa da, pandemiya ilə bağlı, yalnız onun atası onun çağırışına gəlmiş, qızının müddətli əmək müqaviləsi ilə işləməyə razılaşmadığını ona bildirmişdir. İxtisardan sonra coğrafiya fənni üzrə 250 saat dərs yükü qaldığından, İddiaçı müddətli əmək müqaviləsi bağlamaqdan imtina etdiyindən, Kollec tərəfindən həmin saatla bağlı başqa bir müəllim ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Belə ki, Kollec dərslərin keçirilməsini təmin etməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec publik hüquqi şəxsinin 07.07.2021-ci il tarixli Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Kollec Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli 250 nömrəli Qərarına əsasən Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. Nizamnamənin 4.2-ci bəndinə əsasən, kollecin təsisçisinin səlahiyyətləri aşağıdakılardır: 4.2.5. strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əmək haqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin və digər ödənişlərin) təsdiqi; Nizamnamənin 4.10-cu bəndinə əsasən, kollecin cari fəaliyyətinə direktor rəhbərlik edir. Nizamnamənin 4.14.-cü bəndinə əsasən direktor: 4.14.4.təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Universitetə təkliflər verir və sənədlər (o cümlədən, kollecin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir; 4.14.5.müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Universitetlə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 05.07.2021-ci il tarixli № 38/1-12 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin publik hüquqi şəxs statusuna malik kollecə çevrilməsi ilə yenidən təşkili ilə bağlı kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə tərtib olunan yeni ştat cədvəlinə münasibət bildirilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyindən xahiş olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli № 04-26-718/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi kollecin ştat cədvəlinin təsdiq olunmasına etiraz etməmiş, eyni zamanda, ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində onların başqa işlə təmin olunması məsələsinə baxılmasını kollec rəhbərliyinə tövsiyə etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 23.07.2021-ci il tarixli № 56/02-12 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin publik hüquqi şəxs statusuna malik kollecə çevrilməsi ilə yenidən təşkili ilə əlaqədar olaraq, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəlinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli 04-26- 718/15 nömrəli məktubuna əsasən ştat cədvəlinin təsdiq edilməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bildirilməklə kollecin yeni ştat cəvəli təsisçiyə təqdim edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 23.07.2021-ci il tarixli № 11-01/293 saylı məktubundan müəyyən olunur ki, ADMİU-nun 07.07.2021-ci ildə keçirilən Elmi şurasının iclasında kollecin ştat cədvəlinin şura üzvlərinə tanışlıq üçün təqdim edilməsi, Elmi şuradakı məlumat nəzərə alınaraq kollecin təklifinin səsə qoyularaq qəbul olunması, Təhsil Nazirliyinin 17.07.2021-ci il tarixli 0426-718/15 saylı məktubuna əsasən ştat cədvəlinin təsdiqi ilə bağlı göndərilmiş vəsatətin təmin edilməsi kollecə bildirilərək Təhsil Nazirliyinin ştat cədvəlinin təsdiqi ilə bağlı məktubunun və ADMİU-nun razılığının Bakı Humanitar Kollecinin fəaliyyəti üçün əsas kimi qəbul edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 29.07.2021-ci il tarixli № 141 saylı əmrindən müəyyən olunur ki, ADMİU-nun nəzdində Humanitar Kollecdə səmərəli idarəetmənin təşkili, strukturun optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2021- 2022-ci tədris ili üçün ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərrəfindən təsdiq olunmuş orta ixtisas üzrə təhsil proqramından müəyyən olunur ki, 040713 – sosial iş ixtisası üzrə ümumi orta təhsil bazasından tələbə qəbulu olduğu halda, ixtisasın təhsil proqramında aşağıdakı ümumtəhsil fənlər bölümü nəzərdə tutulmuşdur: Fənn bölümünün kodu UF- B12; fənin adı coğrafiya; həftəlik saat miqdarı 2. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova tərəfindən X14 İttifaqı komitəsinin sədri X15 ünvanlanmış 30.07.202-ci il tarixli №58A/02-12 saylı məktubdan müəyyən olunur ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial- İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X35 Kollecinin, X21 Kollecinin, X37 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisar edildilməsi zərurəti yaranmışdır. Məktuba əlavə edilən işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısından müəyyən olunur ki, Sosial-iqtisadi fənn birləşməsi müəllimi İddiaçı Aqsin qızının kollecdə ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısına daxil edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X10 İttifaqı Komitəsinin 10.09.2021-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışdan müəyyən olunur ki, Kollecin Həmkərlar ittifaqı Komitəsinə daxıl olmuş 30.07.2021-ci il tarixli 58A/Q2-12 nömrəli məktubu müzakirə edilmiş və ixtisarla bağlı adları siyahıda qeyd olunan işçilərin sənədləri və iş fəaliyyətləri araşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrini və Azərbaycan Təhsil işçiləri X33 ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X34 Həmkərlar İttifaqı Komitəsi arasında bağlanmış kollektiv müqavilənin tələbləri rəhbər tutaraq məktubda əlavə edilən cədvəldə qeyd edilən Sosial-iqtisadi fənn birləşməsi müəllimi İddiaçı Aqsin qızının ixtisar edilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 14.09.2021-ci il tarixli 177 saylı əmrindən müəyyən olunur ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-iqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X35 Kollecinin, X21 Kollecinin, X37 Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.07.2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.07.2020-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkili ilə bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurətinin yaranması ilə əlaqədar əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsi, ixtisar edilən ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin direktor müavini Kamran Mənsimova həvalə edilməsi əmr edilmişdir. İddiaçı Bakı Humanitar Kollecin direktoru Vaqif Əmiraslanova ünvanladığı ərizədən müəyyən olunur ki, İddiaçı ixtisası üzrə müəllim vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İşəgötürən Bakı Humanitar Kolleci ilə işçi İddiaçı arasında bağlanmış 16.09.2019-cu il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı Humanitar Kollecinə müddətsiz müəllim vəzifəsinə işə qəbul edilmişdir. Bakı Humanitar Kollecinin 18.09.2019-cu il tarixli 107 saylı əmrindən müəyyən olunur ki, İddiaçı 16.09.2019-cu il tarixdən sosial-iqtisadi fənn birləşməsinə 500 saat dərs yükü ilə müəllim vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Bakı Humanitar Kolleci ilə işçi İddiaçı arasında 16.09.2019cu il tarixli müddətsiz əmək müqaviləsi bağlanaraq İddiaçı aylıq əmək haqqı 360 manat olmaqla Bakı Humanitar Kollecinə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən İddiaçı ünvanlanmış 23.09.2021-ci il tarixli 77-06/02-12 saylı xəbərdarlıqbildirişdən müəyyən olunur ki, ADMİU-nun nəzdində Humanitar Kollecin müəllimi İddiaçı kollecin 14.09.2021-ci il tarixli 177 nömrəli əmri ilə çalışdığı vəzifə ştatının ixtisara düşməsi, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməklə ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecində ixtisarın həyata keçirilməsinə nəzarət komissiyasının Tədris işləri üzrə direktor müavini X13, İnzibati-təsərrüfat işləri üzrə direktor müavini X9, baş mühasib X2, hüquqşünas X1, insan resursları və informasiya şöbəsinin müdiri X16 tərtib etdikləri 24.09.2021-ci il tarixli aktdan müəyyən olunur ki, 24.09.2021-ci il tarixdə kollecin akt zalında dərs yükü olmayan ştatları ixtisara düşən müəllimlərlə iclas keçirilərkən müəllimlərə ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilməklə xəbərdarlıq bildirişləri təqdim edilmişdir. Müəllimlər xəbərdarlıqla tanış olsalar da, xəbərdarlıq bildirişlərini qəbul etməkdən imtina etmiş və iclasın pozulmasına səbəb olan hərəkətlərə yol verərək iclası tərk etmişlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 25.10.2021-ci il tarixli № 284 əmrindən müəyyən olunur ki, Kollecin Sosial iqtisadi fənn birləşməsinin müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 25.10.2021-ci il tarixdən xitam verilmiş, onunla son haqq-hesab mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmış, əmrin verilməsinə əsas işçilərin sayının və ştatlarının ixtisar edilməsi barədə 14.09.2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli 10.09.2021-ci il tarixli məktubu (№ 29 protokoldan çıxarış) olmuşdur. 0687477 saylı əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 25.10.2021-ci il tarixdən xitam verilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının 21.01.2022-ci il tarixli MŞB/6-115 saylı arayışından müəyyən olunur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Sumqayıt Asan xidmət mərkəzi tərəfindən verilmiş 15.04.2018-ci il tarixli AZ-İV № 103227 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X29 19.03.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası İddiaçı, atası X17r. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 09.03.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı İxtisarın həyata keçirilməsinə nəzarət komissiyasının sədri tərəfindən coğrafiya fənni üzrə müddətli əmək müqaviləsi ilə 1,0 ştat vahidi dərs yükü təklif olunmuş, İddiaçı ilə dəfələrlə telefon əlaqəsi saxlanılsa da, o, heç bir danışığa getməyərək müddətli əmək müqaviləsi bağlamaqdan imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir : bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci publik hüquqi şəxsinə çevrilməsi nəticəsində işəgötürən yenidən təşkili ilə bağlı kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılmasını təmin etmək məqsədi ilə işçilərin sayının və ya ştatların ixtisarını keçirməsi nəticəsində İddiaçı ilə ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. Məhkəmə iclasında iddiaçı onunla bağlanan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tədris müəssisəsində ixtisaradək Sosial-iqtisadi fənn birləşməsi müəllimi vəzifəsində işləmiş, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən işçini qanunvericiliyin tələblərinə uyğun xəbərdar etmiş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır. İddiaçı ilk əvvəll izahatında işəgötürən tərəfindən ona başqa iş təklif olunmadığını bildirsə də, daha sonra ixtisardan sonra ona müddətli əmək müqaviləsinin bağlanmasının təklif olunmasını etiraf etməklə məhkəmə iclasında izahat verərkən səmimi olmadığını nümayiş etdirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya təris etdiyi fənn üzrə ixtasaradək, ixtisardan sonra müddətli əmək müqaviləsi bağlamaq təklif olunmuş, lakin iddiaçı bu təkliflərlə razılaşmamışdır. Məhkəmə arşdırması zamanı iddiaçının himayəsində olan uşağın ixtisar aparılarkən üç yaşının tamam olması müəyyən olunduğundan məhkəmə iddiaçının əmrin bu əsasdan da, qanunsuz hesab edilməsi dəlili ilə razılaşmır. Belə ki, istinad olunan maddi hüquq normasının tələbinə əsasən, himayəsində üç yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi qadağandır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia ərizəsində istinad olunan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl etməklə xitam verdiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci publik hüquqi şəxsinə qarşı 25.10.2021-ci il tarixli 284 saylı əmrin ləğv edilməsinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə müəllim vəzifəsinə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1584/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1584/2022
21.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver