Məhkəmə qərarları › İş №2(001)-1589/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1589/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1589/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuş, həmin vaxt Ermənistanın Tumanyan rayon VVADQ şöbəsində akt qeydləri kitabında qeyd aparılmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında ərizəçiyə SSRİ vətəndaşının pasportu, daha sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçinin anası xx.xx.1936-cı il təvəllüdlü X15, atası xx.xx.1936-cı il təvəllüdlü X4r. Lakin ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə uzun müddət əvvəl nəməlum şəraitdə itirilmişdir. Ərizəçi xx.xx.1960-cı il tarixli akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, xx.xx.2023-cü il tarixli cavabda müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmaması ərizəçiyə bildirilərək faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Ərizəçi xx.xx.1960-cı il tarixdə akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən cavabda müvafiq akt qeydinin bərpasının mümkün olmaması ona bildirilmiş və faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Akt qeydi Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən ərizəçinin hüquqlarının həyata keçirilməsində manelər yaranır. Ona görə də, ərizəçinin xx.xx.1960-cı il tarixdə Ermənistanın Tumanyan rayonu VVADQ şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsinə, xx.xx.1960-cı il tarixdə Ermənistanın Tumanyan rayonu VVADQ şöbəsində doğumunun qeyd edilməsinə, xx.xx.1960-cı il tarixdə Ermənistanın Tumanyan rayonunda doğulmasına, atasının X12, milliyyəti azərbaycanlı, anasının X15, milliyyyətinin azərbaycanlı olması faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib ərizəsinin təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 0******* saylı xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-ci il tarixdə Ermənistanın Tumanyan rayonunda anadan olmuşdur. Kirovabad VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli Vİİİ-ЖГ № 486839 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1982-ci il tarixdə Kirovabad şəhərində anadan olmuş, atası milliyəti azərbaycanlı olan X8, anası milliyəti azərbaycanlı olan Ərizəçidır. Ermənistanın Tumanyan rayonunun Ağtala kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli V-СЛ № 319184 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.1985-ci il tarixdə Tumanyan rayonunun Ağtala kəndində anadan olmuş, atası milliyəti azərbaycanlı olan X8, anası milliyəti azərbaycanlı olan Ərizəçidır. Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2015-ci il tarixli AZ-İİİ № 468898 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası milliyəti azərbaycanlı olan X8, anası milliyəti azərbaycanlı olan Ərizəçidır. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV 820435 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1988-ci il tarixdə Ermənistanın Allahverdi rayonunda anadan olmuş, atası milliyəti azərbaycanlı olan X8, anası milliyəti azərbaycanlı olan Ərizəçidır. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, o, xx.xx.1962-ci il tarixdə Allahverdi rayonunun Kiçik Ayrım kəndində anadan olmuş, Ərizəçi onun doğma bacısıdır. Bacısı 1960-cı ildə Allahverdi rayonunun Kiçik Ayrım kəndində anadan olmuş, atası X12, anası X13r. Bacısı Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, anası 1960-cı il təvəllüdlü Ərizəçi və atası 1961-ci il təvəllüdlü X3r. Anası Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərmişdir ki, anası Ərizəçi 1960-cı ildə Ermənistanda anadan olmuşdur. Anasının anası Məsmə, anasının atası Kərəmdir. Anası Ərizəçi doğum haqqında şəhadətnaməsi yoxdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun dayısı qızı və keçmiş həyat yoldaşıdır. Ərizəçi 1960-cı ildə Allahverdi rayonunun Ayrım kəndində anadan olmuş, atası X12 və anası X13r. Allahverdi rayonunun adını dəyişib ermənilər Tumanyan qoymuşlar. Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-ci il tarixli 05/q-108/23 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpasının bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilməsi, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi, itmiş sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulması, xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi atasının milliyyəti azərbaycanlı olan X12, anasının milliyyəti azərbaycanlı olan X15 olması, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonda doğulmasına dair Ermənistan Respublikasının Tumanyan rayonu VVAQ şöbəsində doğum akt qeydinin aparılması faktları öz təsdiqini tapdığından, ərizəçi bu faktları təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda doğulması faktı müəyyən edilsin. xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi atasının milliyyəti azərbaycanlı olan X12, anasının milliyyəti azərbaycanlı olan X15 olması faktı müəyyən edilsin. Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonda doğulmasına dair Ermənistan Respublikasının Tumanyan rayonu VVAQ şöbəsində doğum akt qeydinin aparılması faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar