Məhkəmə qərarları › İş №2(001)-1630/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1630/2022

11.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1630/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxkatibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 noyabr 2021-ci il tarixli 541-K saylı əmrinin ləğvi edilməsi, 16 noyabr 2021-ci il tarixdən məhkəmə qətnaməsinin qanuni qüvvəsini alanadək məcburi iş buraxma müddətinə görə 368 manat məbləğində aylıq əmək haqqının hesablanaraq cavabdeh tərəfindən onun xeyrinə ödənilməsi və Cavabdehndə satış üzrə nümayəndə kimi işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə barışıq sazişi təqdim edərək iddiaçı ilə aralarında razılıq əldə olunaraq barışıq sazişi imzalandığını, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirərək, həmin barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı barışıq sazişinin şərtləri ilə razı olduğunu, barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin ona aydın olduğunu bildirərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin şərtləri aşağıdakılardır: İddiaçı (birinci tərəf) və Cavabdeh (ikinci tərəf) razılığa gəlirlər ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1630/2022 saylı mülki iş üzrə mübahisəni sazişin aşağıdakı bəndlərində göstərilən şərtlərlə həll edirlər:

1. “İkinci tərəf” “Birinci tərəf” olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə 16 noyabr 2021 -ci il tarixdə verdiyi 541/k nömrəli əmrini ləğv etməyi və onu öz ərizəsinə əsasən işdən azad etməyi, eləcə də bununla bağlı müvafiq elektron hökümət portalında zəruri dəyişikliklər etməyi öhdəsinə götürür.

2. “Birinci tərəf” öhdəsinə götürür ki, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə “İkinci tərəf”in əmri ləğv edildiyi gün işdən azad edilməsi barədə ərizə ilə “İkinci tərəf”ə müraciət edəcək.

3. Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar.

4. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir- birinin əleyhinə istifadə etməyəcəklər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara a l d ı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin:

1. “İkinci tərəf” Cavabdeh “Birinci tərəf” olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə 16 noyabr 2021-ci il tarixdə verdiyi 541/k nömrəli əmrini ləğv etməyi və onu öz ərizəsinə əsasən işdən azad etməyi, eləcə də bununla bağlı müvafiq elektron hökümət portalında zəruri dəyişikliklər etməyi öhdəsinə götürür.

2. “Birinci tərəf” öhdəsinə götürür ki, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə “İkinci tərəf’in əmri ləğv edildiyi gün işdən azad edilməsi barədə ərizə ilə “İkinci tərəf’ə müraciət edəcək.

3. Bu sazişdə birbaşa müəyyən olunub-olunmamasından asılı olmayaraq, tərəflər bu barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan bütün hərəkətləri, müraciətləri vicdanla və ləngitmədən həyata keçirəcək, eyni qaydada sənədləri tərtib edəcək və ya imzalayacaqlar.

4. Tərəflər bu barışıq sazişi üzrə məlumatları gizli saxlayacaq, onları yaymayacaq, bir- birinin əleyhinə istifadə etməyəcəklər. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar