Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-165/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ATV məhəlləsində yerləşən 480,0 m2 torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsinə və Cavabdeh3 məxsus əşyaların həmin evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ATV məhəlləsində yerləşən 480,0 m2 torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsinə və Cavabdeh3 məxsus əşyaların həmin evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, iddiaçının iddia ərizəsinin geri qaytarılmasını tələb etməsini, cavabdehlərin məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ATV məhəlləsində yerləşən 480,0 m2 torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsinə və Cavabdeh3 məxsus əşyaların həmin evdən çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-165/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-165/2021
12.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver