Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1099/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X6 və Muradov Rəhman Şaban oğludan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı iddiaçı4 iştirakı ilə, İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Tənifəyev İlham Mikayıl oğluna qarşı «torpaqdan çıxarılma» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Tənifəyev İlham Mikayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüquqna dair JN-0074 KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Bərdə rayon Əmirli kənd sakinləri X7, X15, X4, X5 və X8 mülkiyyətinə 1.22 ha torpaq sahəsi verilmişdir.
2. Bərdə Rayon Bələdiyyəsi tərəfindən tərtib olunmuş Aktdan görünür ki, Azərbaycan Respublikasının ləğv edilmiş DTXK-nın Bərdə rayon şöbəsi tərəfindən verilmiş ******** nömrəli sənədinin siyahısında bəzi mülkiyyətçilərdən bəzilərinin adı səhv yazılmışdır. Səhv yazılan: X7, X15, X4, X5 və X8. Əslində olan: iddiaçı1, X14, iddiaçı3, iddiaçı2 və iddiaçı4.
3. Torpağa mülkiyyət hüquqna dair JN-0072 KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Bərdə rayon Əmirli kənd sakinləri X3, X9 və X17 mülkiyyətinə 0.34 ha torpaq sahəsi verilmişdir.
4. Torpağa mülkiyyət hüquqna dair JN-0074 KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Bərdə rayon Əmirli kənd sakinləri Tənfəyev İlham Mikayıl oğlunun, X16 və Tənfəyeva Qəndab İlham qızının mülkiyyətinə 0.80 ha torpaq sahəsi verilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəyindən görünür ki: Bərdə Rayon Məhkəməsinin *(***)- ********* saylı, mülki işi üzrə iddiaçı iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh Tənifəyev İlham Mikayıl oğluna qarşı "torpaqdan çıxarılma" tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək kompleks yerquruluşu layihəsinə və elektron məlumat bazasına əsasən müqayisə edilmişdir. TEKUİS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-**** saylı Dövlət Aktına əsasən iddiaçı1, X15, X5, X4 və X8 mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 1,22 ha torpaq sahəsinin 0,57 ha hissəsi, onların faktiki istifadə etdikləri 1,39 ha torpaq sahəsi ilə üst-üstə düşür. TEKUIS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-**** saylı Dövlət Aktına əsasən iddiaçı1, X15, X5, X4 və X8 mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 1,22 ha torpaq sahəsi ilə "Torpağa mülkiyyət hüququna dair" JN-0076 KOD ******** nömrəli Dövlət Aktına əsasən Tənfəyev İlham Mikayıl oğlunun, T nf yeva Ülviyyə Hüseyn qızının, Tənfəyeva Qəndab İlham qızının mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 0.80 ha torpaq sahəsi və "Torpağa mülkiyyət hüququna dair" JN-0072 KOD ******** nömrəli Dövlət Aktına əsasən X3, Tənfəyeva Qəndab İlham qızının mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 0,34 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Qeyd edirik ki, TEKUIS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN- **** saylı Dövlət Aktına əsasən X3, Tənfəyeva Qəndab İlham qızının mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 0,34 ha torpaq sahəsinin 0,30 ha hisssəsi iddiaçı Tənfəyev İlham Mikayıl oğlu tərəfindən naturada istifadə olunur. TEKUIS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-**** saylı Dövlət Aktına əsasən iddiaçı1, X15, X5, X4 və X8 mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 1,22 ha torpaq sahəsinin 0,65 ha hissəsi cavabdeh Tənifəyev İlham Mikayıl oğlu tərəfindən naturada istifadə edilir. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar iddiaçı4, X12, X13 və iddiaçı1 Mikayil oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, JN 0074 KOD ******** saylı Dövlət aktı əsasında onların xüsusi mülkiyyətində olan Bərdə rayon Əmirli kəndində yerləşən olan 1.22 ha torpaq sahəsindən cavabdeh Tənifəyev İlham Mikayıl oğlunun çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində Bərdə rayon Əmirli kəndində yerləşən 1.22 ha torpaq sahəsi var. Onların istifadəsində olan 1.22 ha torpaq sahəsinə Bərdə rayon Aqrar İslahat Komissiyasının ## #### 2005-ci il tarixli ** saylı qərarına əsasən JN 0074 KOD ******** saylı Dövlət Aktı da verilmişdir. Dövlət aktında adı qeyd olunan Namazova (Tənfəyeva) Gözəl Məhəmməd qızı ##.##.2002-ci il tarixdə vəfat etmişdir. X1 əsasında olan 1.22 ha torpaq sahəsini hazırki iş üzrə cavabdeh əmisi Tənifəyev İlham Mikayıl oğlu qanunsuz yolla zəbt etmişdir və onların istifadəsinə maneə törədir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. Dəfələrlə cavabdehdən qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, məhəl qoymur.
8. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim F.Abdullayev) iddianın qismən təmin edilməsi, "Torpağa mülkiyyət hüququna dair" JN-**** saylı Dövlət Aktına əsasən iddiaçı1, X15, X5, X4 və X8 mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 1,22 ha torpaq sahəsinin 0,65 ha hissəsindən cavabdeh Tənifəyev İlham Mikayıl oğlu çıxarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması və iş üzrə ödənilmiş 100 manat məbləğində rüsumunun cavabdeh Tənifəyev İlham Mikayıl oğlundan alınaraq, iddiaçı iddiaçı4 xeyrinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, TEKUIS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-**** saylı Dövlət Aktına əsasən iddiaçı1, X15, X5, X4 və X8 mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 1,22 ha torpaq sahəsinin 0,65 ha hissəsi cavabdeh Tənifəyev İlham Mikayıl oğlu tərəfindən naturada istifadə edilir.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
11. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Tənifəyev İlham Mikayıl oğlu apellyasiya şikayəti verərək, Bərdə rayon məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin iddiaçıların iddia tələbinin təmin edildiyi hissədə və 100 manat məbləğində ödənilmiş Dövlət rüsumunun ondan alınaraq, iddiaçı iddiaçı4 ödənilməsi hissəsində ləğv edilərək, iddiaçıların iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən nаrаzıdır və оnu qəbul еtmir. Hеsаb еdir кi, qətnаmə mаddi və prоsеssuаl hüquq nоrmаlаrının pоzulmаsı, həmçinin məhкəmənin gəldiyi nəticə üçün əhəmiyyətli оlаn hаllаrın аydınlаşdırılmаmаsı ilə qəbul еdilmiş əsаssız və qаnunsuz qətnаmədir. Tоfiq Tənifəyеvin 1,22 hа tоrpаq sаhəsinə qаtıb 20 ildir кi, istifаdə еtdiyi 0,80 hа-dаn çох tоrpаq sаhəsinin кimin bаlаnsındа (mülкiyyətində) оlduğu, bаlаnsdа (mülкiyyətdə) dеyildirsə, оnun кim tərəfindən dövlət qеydiyyаtındаn gizlədilmiş оlmаsı аydınlаşdırılmаmışdır. Hаlbuкi, bu məsələdə cinаyətin аşкаr əlаmətləri vаrdır. Ona və аilə üzvlərinə tоrpаğа mülкiyyət hüququnа dаir JN-0076 КОD: ******** nömrəli Dövlət Акtı əsаsındа хüsusi mülкiyyət hüququ ilə məхsus оlаn 0,80 hа tоrpаq sаhəsinin 0,65 hа hissəsindən mərhum еtməyə yönəlmişdir. Hаlbuкi, o, yаlnız və yаlnız həmin Dövlət Акtındа göstərilən коordinаtlаr və sərhədlər dахilində 0,80 hа tоrpаq sаhəsindən istifаdə еdir. Bеlə оlаn hаldа suаl оlunur: Bəs onun və аilə üzvlərinin 0,80 hа tоrpаq sаhəsinin 0,65 hа hissəsi hаrаdаdır və onu кim zəbt еdibdir? İddiаçılаr tərəfindən ödənilmiş 100 mаnаt dövlət rüsumunun ondan tutulаrаq iddiаçılаrdаn biri оlаn Qаrаyеvа Gülаnə Tоfiq qızının хеyrinə ödənilməsini qət edilmişdir. Hаlbuкi, iş mаtеriаllаrındа onun Qаrаbаğ mühаribəsinin vеtеrаnı оlmаğını təsdiq еdən müvаfiq vəsiqənin surəti vаrdır. Bərdə Rаyоn Məhкəməsi hеç bir üzrlü səbəb оlmаdаn onun müvafiq ekspertizalar təyin edilməsi ilə bağlı vəsаtətinə bахmаmışdır, ümumiyyətlə isə məhкəmənin qətnаməsində sözügеdən vəsаtəti bаrəsində bir cümlə də yохdur. Bеləliкlə də, Bərdə Rаyоn Məhкəməsi Аzərbаycаn Rеspubliкаsı MPM-nin 47.2-ci mаddəsi ilə nəzərdə tutulmuş hüququnu pоzmuşdur. Bərdə Rаyоn Məhкəməsinin ##.##.2025-ci il tаriхli qərаrdаdı ilə məhкəmə tiкinti-tехniкi екspеrtizаsı təyin еdilsə də, DƏDRХ-nin 7 sаylı Bərdə Ərаzi İdаrəsindən mütəхəssis rəyi аlınmışdır. Hаlbuкi, екspеrt rəyi ilə mütəхəssis rəyi fərqli-fərqli hüquqi nəticə dоğurаn hallardır. Bu idаrənin vеrdiyi rəy əsаslı və qаnuni оlа bilməzdi. Təəssüf кi, bu bаrədə izаhаtı ilə bildirdiкlərinə Bərdə Rаyоn Məhкəməsi əhəmiyyət vеrməmişdir və екspеrtizа кеçirilməsinin Аzərbаycаn Rеspubliкаsı Ədliyyə Nаzirliyinin Məhкəmə Екspеrtizаsı Mərкəzinə həvаlə еdilməкlə müvаfiq məhкəmə екspеrtizаsının təyin еdilib кеçirilməsini və екspеrt rəyinin аlınmаsını təmin еtməmişdir.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 20 ildir ki, həbsxanada idi. 7 ildir ki çıxıb onun torpağını zəbt etmişdir. Onun torpaqdan çıxmasını istəyir.
15. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:
16. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:
23. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
24. 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
25. 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, işin mübahisəsiz halıdır ki, Torpağa mülkiyyət hüquqna dair JN-0074 KOD ******** nömrəli Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Bərdə rayon Əmirli kənd sakinləri X7, X15, X4, X5 və X8 mülkiyyətinə 1.22 ha torpaq sahəsi verilmişdir. ƏMDX-nin DƏDKR publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, ##.##.2025-ci il tarixli Çıxarışdan görünür ki, Bərdə rayonu Əmirli kəndində yerləşən 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçı1, iddiaçı4, iddiaçı2, iddiaçı3 və X14 ümumi birgə mülkiyyətinə verilmişdir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, TEKUIS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-**** saylı Dövlət Aktına əsasən iddiaçı1, X15, X5, X4 və X8 mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 1,22 ha torpaq sahəsinin 0,65 ha hissəsi cavabdeh Tənifəyev İlham Mikayıl oğlu tərəfindən naturada istifadə edilir.
37. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əldə olunmuş mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçılara məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanuni əsas olmadan istifadə olunur. Nəticədə iddiaçı öz mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsindən istifadə etmək imkanından məhrum edilmiş, bununla da onun sahiblik və istifadə hüquqları pozulmuşdur.
38. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir».
40. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olmuş, işə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmişdir.
41. Kollegiya aydınlıq gətirir ki, ümumi birgə mülkiyyətçilərdən biri X14 ##.##.2002-ci il tarixdə vəfat etdiyindən iddia tələbi digər dörd ümumi birgə mülkiyyətçi tərəfindən qaldırılmışdır.
42. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, o, yаlnız ona məxsus Dövlət Акtındа göstərilən коordinаtlаr və sərhədlər dахilində 0,80 hа tоrpаq sаhəsindən istifаdə еdir. Lakin rəydən görünür ki, TEKUIS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-**** saylı Dövlət Aktına əsasən iddiaçı1, X15, X5, X4 və X8 mülkiyyətinə verilmiş Bərdə rayonu Əmirli kəndində yerləşən 1,22 ha torpaq sahəsinin 0,65 ha hissəsi cavabdeh Tənifəyev İlham Mikayıl oğlu tərəfindən naturada istifadə edilir. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Rəyin mötəbərliyi və düzgünlüyü məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini iddia edən heç bir dəlil təqdim edilməmişdir.
43. Kollegiya qeyd edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
44. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir.
45. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Tənifəyev İlham Mikayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.