Məhkəmə qərarları › İş №2(3-9)-714/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-714/2026

14.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-714/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil/Nümayəndə iştirakı ilə, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona və ailə üzvlərinə verilmiş 2,4378 ha torpaq sahəsinin cavabdeh Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması və onun istifadə etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ## ###### 2026-cı il tarixdə ərizə verərək göstərmişdir ki, ona və ailə üzvlərinə verilmiş 2,4378 ha torpaq sahəsinin cavabdeh Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması və onun istifadə etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək cavabdeh Cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdeh Cavabdeh torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (Hakim: Sulduz Ləzimov) ilə, iddianın təmin edilməsi, torpağın icarəyə verilməsinə dair ## ###### 2019-cu il tarixli icarə müqaviləsinin ləğv olunması, cavabdeh Cavabdeh Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2025-cil tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən İddiaçı və onun ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan 2,4378 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəlləsinin 700.2-ci maddəsinə əsasən Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilən maddəyə uyğun olaraq iddiaçı İddiaçı ilə aramızda ##.##.2019-cu ildə əkin sahəsi mənə 16 il müddətinə icarəyə verilmişdir və hal hazırda da mən icarə müqaviləsinə uyğun olaraq istifadə edirəm. Buna baxmayaraq məhkəmə qanuna uyğun qaydada mənim icarəmə verilmiş torpaq sahəsini qanunsuz istifadə edilən torpaq sahəsi qiymətləndirmiş və həmin maddənin tələbinə zidd qətnamə çıxarmışdır. Həmin hüquq normasına uyğun olaraq iddiaçı və ailə üzvləri ##.##.2019-cu il tarixli icarə müqaviləsinə əsasən onlara məxsus pay torpaq sahəsinin 2.44 ha hissəsini ##.##.2019-cu ildən ##.##.2035-ci ilədək 16 il müddətə 2800 manat icarə haqqı müqabilində mənə icarəyə vermişlər. Həmin icarə müqaviləsinin müddəti başa çatmamışdır və ##.##.2035-ci il tarixə kimi qüvvədədir. Eyni zamanda bildirirəm ki, icarəmə verilmiş torpaq sahəsi istifadəyə yararlı vəziyyətə salınması üçün tərəfimdən torpağın münbitləşməsi istiqamətində addımlar atılmış və 7.000 (yeddi min) manat pul xərclənmişdir. Eyni zamanda torpaq sahəsi mənim tərəfimdən təyinatı üzrə istifadə edilmişdir. Bu baxımdan torpaq icarə müqaviləsi üzrə nə iddiaçı ilə mənim aramda nə də qanunvericilik üzrə pozuntu halı baş verməmişdir. Məhkəmənin icarə müqaviləsini ləğv edilməsini qət etməsindən görünür ki, məhkəmə icarə müqaviləsinin hüquqi qüvvəsinin olduğunu və qanuna müvafiq qaydada bağlandığını qəbul etmişdir. Lakin məhkəmə hüquqi statusunu qəbul etdiyi icarə müqaviləsi qüvvədə olduğu halda onun hansı əsasla ləğv etdiyini izah edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni ona görə izah edə bilməmişdir ki, icarə müqaviləsinin ləğv edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş heç bir hal movcud olmamışdır. Yəni icarə müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPMin 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini tərəflər arasında torpağa dair icarə müqaviləsi bağlansa da müqavilənin qanunvericiliyin tələblərinə əməl olunmadan bağlanması, tərəflərin hüquq və vəzifələri, müqavilənin yaratdığı hüquqi nəticələrin lazımınca onlara izah olunmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlayarkən müəyyən etmişdir ki, hazırkı ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Iddiaçı icarə müqaviləsinin ləğv edilməsi barədə tələbini onunla əsaslandırmışdır ki, dövlət reyestrindən çıxarışa əsasən ona və ailə üzvlərinə 2,4378 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib-becərmiş və gəlir əldə etmişdir. Daha sonra xəstəliyi ilə əlaqədar torpaq sahəsini əkib becərə bilmədiyi üçün həmin torpaq sahəsini cavabdeh Cavabdeh icarəyə vermişdir. Cavabdeh bu günə kimi həmin torpaq sahəsini əkib becərir. Hazırda həmin torpağı özü əkib-becərmək istəyir. Bunu cavabdehə bildirsə də, cavabdeh Cavabdeh torpaq sahəsini geri qaytarmayacağını bildirir. Göründüyü kimi iddiaçının iddia tələbi icarə müqaviləsinin ləğvinə yönəlməklə cavabdehin həmin torpaq sahəsindən çıxarılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasınınh 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Istehsalat Birliyinin ** saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə ## ###### 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzalanmalı həmçinin mübahisənin məhkəmədən qabaq həll edilməsi qaydalarına riayət edilməsi) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Kollegiya mübahisənin faktiki hallarından müəyyən edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2025-cil tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçıya Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində 2,4378 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair ona ## ###### 2025-cil tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Torpağın icarəyə verilməsinə dair ## ###### 2019-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında 2,44 ha torpaq sahəsinin ildə 2800 manat olmaqla 16 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı cavabdehdən şifahi qaydada həmin torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin cavabdeh müqavilənin olmasını əsas gətirərək imtina etmiş, bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, müqaviləni ləğv etmiş və torpaq sahəsinin boşaldılmasını qərara almışdır. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarının tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymətləndirilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 423.2-ci maddəsinin dispozitiv şərti kimi nəzərdə tutulan müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi iki halı yəni müqavilənin ləğv edilməsini və dəyişdirilməsini özündə ehtiva edir. Birinci halda müqavilənin ləğv olunması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitam olunmasını, ikinci halda isə müqavilənin dəyişdirməsi tərəflərin öhdəliklərinin dəyişdirilmiş şəkildə davam etməsini təmin edir. Göründüyü kimi müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin həm hüquqi əsaslar və həm də doğuracağı hüquqi nəticələr baxımından müxtəlifdir. Iddiaçı cavabdehlə aralarında olan icarə müqaviləsinə ləğv edilməsi barədə iddia qaldırmış, əsas kimi isə müqavilə bağlanan zaman maddi imkanı zəif olduğundan torpağını icarəyə vermiş, hazırda həmin torpaq sahəsindən istifadə etmək istəyir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Göründüyü kimi iddiaçı müqavilənin ləğv edilməsi barədə cavabdehə təklif göndərməmişdir. MM-nin 421-ci maddəsinə əsasən əgər iddiaçı icarə müqaviləsinin ləğv edilməsi barədə cavabdehə təklif göndərməlidir. Müqaviləyə bağlılıq prinsipinin kökündə ədalətə xidmət etmə düşüncəsi, sədaqət, etimad kimi əxlaqi əsaslarla yanaşı həm də iqtisadi və hüquqi müəyyənliklə bağlı əsaslara söykənən ədalətli nəticənin təmin olunması və qorunması məqsədinə nail olmaq durur. Tərəflər qeyd olunan müqaviləni azad surətdə bağlamış, müqavilə üzrə öhdəlikləri müəyyən etmişdir. Belə olan halda isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli, tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırkı işdə də iddiaçı icarə müqaviləsinin ləğvi barədə cavabdehə təklif göndərmədən məhkəməyə müraciət etmiş, bununla da işin məhkəmədən qabaq həlli qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin; 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə bu hlda ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260.1, 260.4, 372.1, 372.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar