Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-795/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsiylə məhkəməyə müraciət edərək cavabdeh Masallı rayonu Musaküçə kənd sakini Cavabdeh zəbt etdiyi mərhum bacısı X7 miras qalmış Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, *** saylı qərarı əsasında tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-327A Kod ******** saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsindən özbaşına vurduğu armatur və tikanlı məftildən ibarət çəpərin, həmçinin torpağa ev tikmək üçün tökdürdüyü betonun onun hesabına sökülməklə torpağın əvvəlki vəziyyətə gətirilərək, oradan çıxarılması, eləcə də dövlət rüsumu kimi ödəmiş olduğu 100 manat, iddia ərizəsinin tərtibi ilə bağlı hüquqi xidmətə görə ödəmiş olduğu 30 manat pul vəsaitlərinin də məhkəmə xərcləri kimi cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası Ağaş Rəsulov ##.##.1992-ci il tarixdə, anası Ərkinaz Fətullayeva ##.##.2001-ci il tarixdə, bacısı Minaxanım Fətullayeva ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək bacısının mülkiyyətində Masallı rayonu Musaküçə kəndində 0,10 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, 0,** saylı qərarı əsasında tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-327A Kod ******** saylı şəhadətnamə ilə bacısının mülkiyyətində olmuşdur. Həmin evdə bacısı ilə yanaşı o da ailə üzvləri ilə yaşamışdır. Evin kommunal xərcləri də (qaz, işıq) onun adınadır. Bacısının ölümündən sonra da həmin evdə o yaşayıb, təsərrüfatı idarə etmişdir. Yuxarıda göstərdiyi kimi valideynləri daha öncə vəfat etmiş, iki qardaşı qalmışdır ki, onlardan biri Rusiya Federasiyasında, digəri isə Bakı şəhərində yaşamaqla miras əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Lakin cavabdeh son zamanlarda onun evdə olmadığı vaxt həyətin bir hissəsini armatur və tikanlı məftillə ayırıb, həmin hissədə yeri qazdıraraq ev tikintisi üçün beton tökdürmüşdür. Ona iradını bildirdikdə isə torpağın həmin hissəsini bələdiyyədən aldığını və torpağın ona məxsus olmasını bildirmişdir. Bu barədə bələdiyyədən soruşduqda isə belə halın olmadığını demişlər. Bacısından qalan miras əmlakı məhz cavabdehin hərəkətləri nəticəsində notarial qaydada rəsmiləşdirmək mümkün deyildir. O, torpağı zəbt etməklə ölçü işlərinin aparılmasına da maneçilik törədir. Həmin şəxsdən torpaq sahəsindən çıxmasını tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi (hakim: Ellara Abbasova) ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu və məhkəmə məsrəflərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1997-ci il tarixli, *** saylı qərarı əsasında tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-327A Kod ******** saylı şəhadətnamədən görünür ki, X7 ünvan 1ndə yerləşən 0.10 ha torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X7 ##.##.1961-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Atası XXX, anası X9r. Ölüm haqqında arayışdan görünür ki, X1 ##.##.1992-ci il tarixdə Masallı rayonunda ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, X9 ##.##.2001-ci il tarixdə Masallı rayonunda ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ##.##.2021-ci il tarixdə Masallı rayonunda ölmüşdür. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin ##.##.2024-cü il tarixli, **/**IS/******-** saylı arayışdan görünür ki, ##.##.1961-ci il təvəllüdlü X7 rəsmi nikahı olmamışdır. Masallı RİHB-nin Musaküçə kənd inzibati dairəsi üzrə ##.##.2025-ci il tarixli, ** №-li təsərrüfatbaşına kitabından çıxarışından görünür ki, Masallı RİHB-nin Musaküçə kənd inzibati dairəsi üzrə nümayəndəliyinin ** saylı kitabının 124 səhifəsində mərhum X7 0.10 ha torpaq sahəsində 1949-cu ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evi vardır. Masallı RİHB-nin Musaküçə kənd inzibati dairəsi üzrə nümayəndəsinin ##.##.2024-cü il tarixli, *** saylı arayışından görünür ki, Masallı rayon Musaküçə kəndində yaşayan İddiaçı, bacısı X7 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayon Musaküçə kəndi olmuş, ölənədək onunla birlikdə və hazırda həmin evdə yaşayan ailə üzvü İddiaçıdur. Mərhum X7 ailə tərkibindən çıxıb getmiş övladları X3 və X4r. Mərhum X7 qeyd edilən vərəsələrdən başqa vərəsələri yoxdur. Doğum haqqında arayışdan görünür ki, İddiaçı ##.##.1965-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Atası X1, anası X9r. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin ##.##.2025-ci il tarixli, *** saylı məktubundan görünür ki, Elektron notariat informasiya sisteminə baxış keçirildiyi zaman mərhum X7 adına heç bir vərəsəlik işi açılmamış və vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2024-cü il, qeydiyyat nömrəsi 2324021771 olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyindən məlum olur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998ci il tarixli, *** nömrəli qərarı əsasında verilmiş “Torpağa mülkiyyət hüququna dair JN-***A nömrəli şəhadətnamə ilə X7 mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi, Masallı rayonu Musaküçə kənd ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə əsasən iddiaçı İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. X11 uçotu informasiya sisteminə əsasən ************ olan Çıxarışla Cavabdeh mülkiyyətində olan 0.03 ha həyətyanı torpaq sahəsinin 169 kv.m hissəsi, onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə, qalan 131 kv.m hissəsi isə Masallı rayonu Musaküçə kənd ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə əsasən bələdiyyə mülkiyyəti ilə üst-üstə düşdüyü müəyyən edildi, (yerquruluşu sxemində göstərilib). Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, *** nömrəli qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-***A nömrəli şəhadətnamə ilə X7 mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi, ************ reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan 0.03 ha yaşayış məntəqəli təyinatlı, həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmədiyi müəyyən olundu. Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, *** nömrəli qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-***A nömrəli şəhadətnamə ilə X7 mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi, Masallı rayonu Musaküçə kənd ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə əsasən cavabdeh Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmədiyi və həmin torpaq sahəsi üzərində tikilinin inşa olunmadığı müəyyən olundu. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 95 manat rüsum İddiaçı tərəfindən ödənilmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, ##.##.1961-ci ildə Masallı rayonu Musaküçə kəndində doğulmuş və ##.##.2021-ci il tarixdə vəfat etmiş X7 ##.##.1965-ci ildə Masallı rayonu Musaküçə kəndində doğulmuş İddiaçı bacısı olması faktı müəyyən edilmişdir. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, hüquqi xidmətin göstərilməsi üçün üçün 30 manat rüsum İddiaçı tərəfindən ödənilmişdir. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış və mütəxəssis rəyi əsasında müəyyən olmuşdur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, *** nömrəli qərarı əsasında verilmiş Torpağa mülkiyyət hüququna dair JN-***A nömrəli şəhadətnamə ilə X7 mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi, ************ reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan 0.03 ha yaşayış məntəqəli təyinatlı, həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmədiyi, cavabdeh Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmədiyi və həmin torpaq sahəsi üzərində tikilinin inşa olunmadığı müəyyən olunmuşdur. Bunun əksi olaraq cavabdehin istifadəsində olan 0.03 ha mübahisəli torpaq sahəsinin 131 kv.m hissəsinin bələdiyyə mülkiyyəti ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, 131 kv.m hissəsinin bələdiyyə mülkiyyəti olmaqla qalan hissədə cavabdeh Cavabdeh mülkiyyətində olması halı ekspert rəyi ilə müəyyən edilir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı hazırkı tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, qanunsuz tikililərin tikildiyi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələb edilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2024-cü il, qeydiyyat nömrəsi 2324021771 olan Çıxarış ilə cavabdeh Cavabdeh məxsus torpaq sahəsinin hüdudlarında yerləşir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2, 152.1, 157.4, 238.1, 170.1, 170.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1,14.2, 77.1, 217.1, 217.2, 217.3, 217.4, 234.2.1, 119.1, 107, 115.0, 115.0.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Masalı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum bacısı Minəxanım Fətullayevanın mülkiyyətinə Masallı rayon Musaküçə kəndində 0,10 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mərhumun mülkiyyətinə verilməsi barədə Masalı rayon Aqrar İslahat Komissiyası tərəfindən ona JN-327A, KOD ******** saylı dövlət aktıda verilmişdir. Vərəsəlik qaydasında mərhum bacısının mirasını o, qəbul etmişdir. Torpaq sahəsinə çıxarış almaq üçün reyestr xidmətinə müraciət etmişdir, lakin ona torpaq sahəsində azalma olduğundan çıxarışı azalmaya əsasən verə biləcəklərini bildirmişdir. Torpaq sahəsində 0,3 hektar çatışmır, bu barədə araşdırma apardıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh onun torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Zəbt etdiyi torpaq sahəsində özü üçün tikilidə tikmişdir. Bələdiyyə və digər qurumlara müraciətlər etsə də nəticəsi olmamışdır. Sonradan bilmişdir ki, cavabdeh bələdiyyə işçiləri ilə cinayət əlaqəsinə girərək mərhum bacısının adına olan torpaq sahəsindən kəsərək cavabdehin adına rəsmiləşdirmişlər. Qətnamədə hakimin istinad etdiyi yeganə sübut qanunsuz ekspert rəyidir. Mütəxəssislər əraziyə gəlmədən, yerində baxış keçirmədən rəylərini vermişlər. Məhkəmə iclaslarında çıxışlarında qeyd etsə də nəticəsi olmamışdır. Mütəxəssislərin əraziyə gəlməyindən onun məlumatı olmamış və ümumiyyətlə ona məlumat verməmişlər. Onda olan məxfi məlumata görə ümumiyyətlə mütəxəssislər əraziyə gəlməmişlər, onun mülkiyyətində olan torpaq sahəsinin kordinatlarını müəyyən etməmişlər. Təyin etmədiklərinə görə qanunsuz rəylərini vermişlər. Ədalət naminə məhkəmə hazırkı bələdiyyə sədrini və yaxud bələdiyyənin nümayəndəsini məhkəmə iclasına şahid və ya üçüncü şəxs kimi çağırmalı idi. Çünki torpaq sahəsinin ilkin cizgi-plan sənədləri, hansı ərazinin yol, hansı ərazinin xüsusi mülkiyyət olmasını bələdiyyədən düzgün heç kim bilə bilməzdi. Mülki işin obyektiv araşdırılmasından ötrü iş üzrə təkrar və yaxud əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayayaq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırda mübahisələndirilən qətnamə ilə iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilməmiş cavabdeh Cavabdeh qanunsuz tikilinin sökülərək torpaq sahəsindən çıxarılması hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə iddianı rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk növbədə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iş üzrə mütəxəssis rəyinin nəticələrinə qətnamədə istinad etsə də, eyni zamanda iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması və hüququ olmayan şəxs tərəfindən iddia qaldırılması qənaəti ilə iddianın rədd edilməsinə qərar vermişdir. Məhkəmə tərkibi bu xüsusda qeyd edir ki, hazırkı iş üzrə iddiaçı mərhum bacısı X7 vərəsəsi olduğunu, mübahisəli torpaq sahəsinin isə həmin şəxsin adına rəsmiləşdirilmiş və onun tərəfindən faktiki istifadə edilmiş əmlak olduğunu əsas gətirərək cavabdehə qarşı iddia qaldırmışdır. Qeyd edilməlidir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Buna görə də iddiaçının mirası qəbul edib-etməməsi araşdırılmalıdır. Çünki miras iddiaçı tərəfindən qəbul ediləcəyi halda onun iddia tələbi üzrə subyektiv hüququ yaranmış olacaqdır. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsini əsasən iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması ilə əsaslandırmış, mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətində olması və iddiaçıya məxsus olmaması qənaətinə gəlmişdir. Lakin məhkəmə tərəfindən iddiaçının mərhum bacısı X7 mirası qəbul edibetməməsi, mirasın faktiki qəbul edilməsi nəticəsində onun miras əmlaka münasibətdə hüquqlarının yaranıb-yaranmaması lazımi qaydada qiymətləndirilməmişdir. Halbuki, iş materiallarından görünür ki, X7 ölümündən sonra iddiaçı İddiaçı həmin miras əmlakda yaşamaqda davam etmiş, mərhumla ölümünədək birlikdə yaşamış və hazırda da həmin evdə yaşayır. Həmçinin iş materiallarında olan Masallı RİHB-nin Musaküçə kənd inzibati dairəsi üzrə nümayəndəsinin ##.##.2024-cü il tarixli, *** saylı arayışı ilə iddiaçının mərhumla birlikdə yaşadığı və onun ölümündən sonra da həmin evdə yaşamağa davam etdiyi müəyyən olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olmadığı barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. İddiaçının mirası faktiki qəbul etməsi nəzərə alınmaqla, onun miras əmlaka münasibətdə hüquqlarının yarandığı və bu hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanının olduğu qənaətinə gəlinir. Beləliklə birinci instaniya məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını əsas tutaraq iddia tələbini rədd etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Bununla belə, iddiaçının belə subyektiv hüquqa malik olması onun iddia tələbinin təmin edilməli olması nəticəsini doğurmur. İddia tələbinin təmin edilməsi üçün cavabdehin məhz iddiaçıya məxsus miras əmlakı zəbt etməsi, həmin əmlak üzərində qanunsuz tikinti aparması və ya digər qanunsuz hərəkətlərə yol verməsi iş materiallarında olan mötəbər və kifayət edən sübutlarla təsdiq edilməlidir. İş materiallarında olan mütəxəssis rəyində Masallı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, *** nömrəli qərarı əsasında verilmiş JN-***A nömrəli şəhadətnamə ilə X7 mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə cavabdeh Cavabdeh mülkiyyətində olan 0,03 ha həyətyanı torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir. Eyni zamanda, həmin rəydə X7 mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən faktiki olaraq istifadə edilmədiyi və həmin torpaq sahəsi üzərində hər hansı tikilinin inşa olunmadığı qeyd edilmişdir. Digər tərəfdən, cavabdehin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin 169 kv.m hissəsinin onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə, qalan 131 kv.m hissəsinin isə bələdiyyə mülkiyyəti ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, aparılmış ölçmə və müəyyənləşdirmə nəticələri cavabdehin faktiki istifadə etdiyi və mülkiyyətində olan torpaq sahəsinin iddiaçının vərəsəsi olduğu mərhum X7 mülkiyyətində olmuş 0,10 ha torpaq sahəsinin hüdudlarına daxil olduğunu sübut olunmamışdır. İddiaçı apellyasiya şikayətində mütəxəssis rəyinin mötəbər olmadığını, mütəxəssislərin əraziyə gəlmədiyini və yerində ölçmə aparmadığını bildirsə də, iş materiallarında olan (cild1; səhifə 82) aktdan görünür ki, mübahisəli torpaq sahələrində ölçmə işləri tərəflərin iştirakı ilə aparılmış, mühəndislər tərəfindən GPS aparatı vasitəsilə müvafiq ölçmələr həyata keçirilmiş və həmin aktın məzmununun düzgünlüyü tərəflərin, habelə iddiaçı İddiaçı imzası ilə təsdiq edilmişdir. Bundan başqa, iddiaçı mütəxəssis rəyinin hansı konkret hissəsinin həqiqətə uyğun olmadığını, ölçmələrin hansı qaydada səhv aparıldığını, istifadə edilmiş kadastr məlumatlarının hansı səbəbdən yanlış və ya etibarsız olduğunu əsaslandırmamış, bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Rəyin yalnız iddiaçının mövqeyinə uyğun olmaması onun mötəbərliyini şübhə altına alan hal kimi qəbul edilə bilməz. Əksinə, mütəxəssis rəyindən görünür ki, ölçmə və müəyyənləşdirmə işləri X11 Uçotu İnformasiya Sisteminin (TEKUİS) məlumatları, habelə ərazidə aparılmış ölçmələrin nəticələri əsasında həyata keçirilmişdir. Həmin məlumatların mövcudluğu və rəyin hazırlanması zamanı istifadə olunan məlumatların iş materialları ilə ziddiyyət təşkil etməsi müəyyən edilməmişdir. Buna görə də məhkəmə tərkibi mütəxəssis rəyinin nəticələrini şübhə altına almağa əsas verən obyektiv hal müəyyən etmir. İddiaçının iş üzrə təkrar və ya əlavə məhkəmə ekspertizasının keçirilməsi barədə dəlilinə münasibətdə də məhkəmə tərkibi qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə görə ekspertiza və ya təkrar ekspertizanın təyin edilməsi üçün mövcud rəyin natamam, əsassız və ya ziddiyyətli olması kimi konkret hallar müəyyən edilməlidir. Hazırkı iş üzrə isə iddiaçı mütəxəssis rəyinin nəticələrinin hansı konkret elmi, texniki və ya faktiki səbəbdən səhv olduğunu əsaslandırmamışdır. Yalnız rəyin nəticələri ilə razılaşmaması yeni ekspertizanın təyin edilməsi üçün kifayət edən əsas hesab edilə bilməz. Məhkəmə tərkibi xüsusilə qeyd edir ki, iddiaçının mirası faktiki qəbul etməsi onun miras əmlak üzərində hüquqlarının müdafiəsini tələb etmək imkanını yaratsa da, həmin müdafiənin təmin edilməsi üçün cavabdehin məhz həmin əmlaka müdaxilə etməsi sübuta yetirilməlidir. Hazırkı iş üzrə isə iddiaçının tələb etdiyi çəpərin və beton örtüyünün məhz onun vərəsəsi olduğu mərhum bacısının mülkiyyətində olmuş torpaq sahəsi üzərində yerləşməsi və cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi iş üzrə mötəbər və kifayət edən sübutlarla müəyyən olunmamışdır. Başqa sözlə, iddiaçının subyektiv hüququnun mövcudluğu qəbul edilsə belə, həmin hüququn cavabdeh tərəfindən pozulması sübuta yetirilmədiyindən, iddianın əsaslı olması halı müəyyən edilmir. İddiaçının cavabdehin bələdiyyə işçiləri ilə “cinayət əlaqəsinə girərək” mərhum bacısının mülkiyyətində olmuş torpaq sahəsinin bir hissəsini cavabdehin adına rəsmiləşdirməsi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının konkret faktlarla təsdiq edilməyən ehtimal və mülahizələrinin hüquqi əhəmiyyət kəsb edən sübut kimi qəbul edilməsi mümkün deyil. Eyni zamanda iddiaçının bələdiyyə sədrinin və ya bələdiyyə nümayəndəsinin şahid və ya üçüncü şəxs qismində məhkəməyə çağırılmalı olması barədə dəlilinə münasibətdə də məhkəmə tərkibi qeyd edir ki, tərəfin müəyyən şəxsin şahid qismində dindirilməsini istəməsi həmin şəxsin mütləq şəkildə şahid qismində məhkəməyə çağırılmasını və onun ifadələrinin iş üzrə müəyyənedici sübut kimi qəbul edilməsini şərtləndirmir. Şahidin dindirilməsi barədə vəsatətin təmin edilməsi iş üçün əhəmiyyətli halların həmin şəxsin ifadəsi ilə müəyyən edilə biləcəyinin əsaslandırılmasından asılıdır. Beləlikdə məhkəmə tərkibi hesab edir ki, iddiaçının iddia tələbi əsassız olmuşdur. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu və məhkəmə məsrəfləri iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-795/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-795/2026
10.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver