Məhkəmə qərarları › İş №e-2(3-8)-1182/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1182/2026

10.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1182/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh10, Quliyev İlham Ənvər oğlu, cavabdeh3, cavabdeh2, cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər İbrahimova Könül Əhməd qızına, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh10, Quliyev İlham Ənvər oğluna, cavabdeh3, cavabdeh2, cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər İbrahimova Könül Əhməd qızına, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh10, Quliyev İlham Ənvər oğluna, cavabdeh3, cavabdeh2, cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadında göstərilmişdir ki, iddiaçı İddiaçı ##.##.2016-cı il tarixli ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mübahisəli torpaq sahəsi onun adına rəsmiləşdirilmiş və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin iddiaçı müəyyən müddət əraziyə getmədiyindən torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz zəbt edilmiş, müxtəlif hissələrə bölünərək hasarlanmış və üzərində tikinti işləri, o cümlədən fərdi yaşayış evləri inşa edilmişdir. İddiaçı cavabdehlərdən torpaq sahəsini boşaltmalarını və tikililəri sökmələrini tələb etsə də, tələbləri nəticəsiz qaldığından məhkəməyə müraciət etmişdir. ##.##.2026-cı il tarixli *-**-*- **/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən də mübahisəli əmlak Türkan Üzümçülük sovxozunun Abşeron Rayon İcra Hakimiyyətinin istifadəçiliyində qalan hissəsində yerləşir. MPM-in 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə, 39.1ci maddəsinə əsasən isə daşınmaz əmlaka dair, o cümlədən mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı iddialar əmlakın yerləşdiyi yer üzrə verilir. Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarında da bu normaların əlaqəli tətbiqi izah edilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə daşınmaz əmlaka dair olduğundan işə müstəsna aidiyyət qaydasında baxılmalıdır. Mübahisəli əmlak Abşeron rayonu ərazisində yerləşdiyinə görə işin Xəzər Rayon Məhkəməsində baxılması istisna edilir və iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi icraatında olan *(***)-****/**** saylı mülki işi Azərbaycan Respublikası MPM-in 39.1ci maddəsinə əsaslanaraq Abşeron Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Belə ki, iddiaçı İddiaçı adına olan ******* nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və ****** nömrəli, ##.##.2016-cı il tarixli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin hazırda inzibati ərazi üzrə hansı rayona aid olması barədə rəsmi məlumatın təqdim edilməsi barədə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə ## ###### 2026-cı il tarixdə sorğu göndərilmiş, sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubda sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Türkan üzümçülük sovxozunun hüdudları daxilində yerləşdiyi və inzibati olaraq Bakı şəhərinə (Xəzər rayonuna) aid edildiyi qeyd edilmişdir.Həmçinin iş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi inzibati olaraq Bakı Şəhəri, Xəzər rayonu,Türkan Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, hazırkı mülki iş iddiaçı İddiaçı cavabdehlər İbrahimova Könül Əhməd qızı və digərlərinə qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi əsasında başlanılmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə mülki işin daşınmaz əmlakın yerləşdiyi yer üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin sonradan Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında müəyyən edilmiş hallar göstərir ki, mübahisəli daşınmaz əmlakın inzibati ərazi mənsubiyyəti Bakı şəhəri, Xəzər rayonu ərazisidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab ki, işin Xəzər Rayon Məhkəməsində baxılması qanuna və iş materiallarında olan rəsmi sənədlərə daha uyğundur. Belə ki, iddia ərizəsində mübahisə predmeti olan torpaq sahəsinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, keçmiş Türkan üzümçülük sovxozu ərazisi kimi göstərilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən iş materialları araşdırılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinə müvafiq sorğu göndərilmiş və həmin sorğuya ##.##.2026-cı il tarixli, *-**-*- **/*-*****/**** nömrəli məktubla cavab verilmişdir. Həmin rəsmi cavabda açıq şəkildə qeyd edilir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli **** nömrəli Sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Türkan üzümçülük sovxozunun hüdudları daxilində yerləşsə də, inzibati ərazi olaraq Bakı şəhərinə, Xəzər rayonuna aiddir. Bundan əlavə, Abşeron Rayon Məhkəməsinin qərardadında da qeyd olunduğu kimi mübahisə predmeti olan torpaq sahəsinin inzibati ərazi olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan Bələdiyyəsinin ərazi hüdudlarında yerləşdiyi müəyyən olunmuş, yalnız inzibati idarəçilik olaraq Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmışdır. İdarəçilik isə özlüyündə faktiki inizbati ərazinin fərqli olması mənasını daşımır. Qeyd olunan hallar mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, habelə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və ya digər qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı işdə iddiaçının tələbləri birbaşa mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə aiddir. İddiaçı torpaq sahəsindən cavabdehlərin çıxarılmasını, torpaq sahəsində yerləşən hasarların, fərdi yaşayış evlərinin və digər tikililərin sökülməsini və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Beləliklə, hazırkı mübahisə MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan daşınmaz əmlakla bağlı müstəsna ərazi aidiyyəti qaydasına aiddir və işə daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 39, 263, 264, 400 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdehlər cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh10, Quliyev İlham Ənvər oğlu, cavabdeh3, cavabdeh2, cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və ərazinin boşaldılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar