Məhkəmə qərarları › İş №2(3-9)-824/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-824/2026

07.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-824/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ### 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Beyləqan Rayon Məhkəməsinin ## ### 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Səbuhi Səfərov), iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayəti vermişdir. IŞIN HALLARI: Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-*1-1, 6*7***98 kodlu “Dövlət aktı”na əsasən bələdiyyənin mülkiyyətinə verilmiş *,1* ha torpaq sahəsindən cavabeh Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli ərazi JN-*1-1, 6*7***98 kodlu “Dövlət aktı” ilə Beyləqan rayon Aqrar Islahat Komissiyasının ## ###### 2**2-ci il tarixli, *** saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Lakin, cavabdeh Cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt edərək, orada ev və tövlə inşa etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, zəbtini başa çatdıraraq həmin ərazidən çıxmaq istəməmiş, əksinə bələdiyyənin mülkiyyət hüququnu pozmaqda davam etmişdir. Nəticədə, həmin torpaq sahəsindən bələdiyyə tərəfindən istifadə olunaraq, gəlirlər əldə edilməsi və əldə olunmuş gəlirlərdən istifadə edərək kəndin abadlaşdırılmasının qarşısını almışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi və cavabdehin bələdiyyə mülkiyyətində olan *.1* hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, mübahisəli torpaq sahəsinin Sovet dövründən cavabdehin istifadəsində olmasına və həmin vaxtdan orada ev və tövlə tikilməsinə baxmayaraq, ərazi sonradan bələdiyyə mülkiyyətinə verilmişdir. Keçmiş uzun müddət ərzində tələb edilməsi üçün zərurət yaranmadığına görə tələb edilməmişdir. Hazırda isə torpaq sahəsinin boşaldılmasını istədiyini qeyd edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddianın əsassız olduğunu deyib, mübahisəli torpaq sahəsinin ətrafında olan torpaq sahələrinin mülkiyyət hüququ əsasında ona məxsus olduğunu, mübahisəli olan *.1* hektar torpaq sahəsinin isə onun mülkiyyətində olmasa da Sovet dövründən onun və ailə üzvlərinin istifadəsində olduğunu, torpaq üzərində olan evin və tövlənin də məhz həmin vaxtdan inşa edildiyini, ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını və yaşamağa başqa bir yerinin olmadığını, həmçinin 3*-4* il bundan əvvəldən istifadələrində olan həmin ərazinin Azərbaycan Respublikasında bələdiyyələr yaradılmamışdan əvvəldən onlarda olmasına baxmayaraq, yaradıldıqdan sonra da onlardan istənilmədiyini və yalnız bu il istənildiyini deyərək, bələdiyyənin bundan sui-istifadə edib onların ərazisindən çıxarılmalarına nail olmaq istədiyini bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı İddiaçı nümayəndəsivəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin ## ### 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Iddiaçı İddiaçı nümayəndəsi X1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin ## ### 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, kollegiya cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2*13-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPMin 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının uzun illər ərzində susması, nəticədə hal-hazırda iddia qaldırmaqla hüquqdan sui-istifadə etməsi kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, mübahisəli ərazi JN-*1-1, 6*7***98 kodlu “Dövlət aktı” ilə Beyləqan rayon Aqrar Islahat Komissiyasının ## ###### 2**2-ci il tarixli, *** saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Lakin, cavabdeh Cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt edərək, orada ev və tövlə inşa etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, zəbtini başa çatdıraraq həmin ərazidən çıxmaq istəməmiş, əksinə bələdiyyənin mülkiyyət hüququnu pozmaqda davam etmişdir. Nəticədə, həmin torpaq sahəsindən bələdiyyə tərəfindən istifadə olunaraq, gəlirlər əldə edilməsi və əldə olunmuş gəlirlərdən istifadə edərək kəndin abadlaşdırılmasının qarşısını almışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi və cavabdehin bələdiyyə mülkiyyətində olan *.1* hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasınınh 6*-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Istehsalat Birliyinin ** saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə ## ###### 2*19-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi iddia ərizəsi iddiaçı İddiaçı sədri Nümayəndə tərəfindən imzalanmaqla cavabdehin torpaq sahəsində çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və II hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, ümumi istifadədə olan torpaq sahələri bələdiyyə torpaqları hesab olunur. Iddiaçı Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Cavabdehin istifadəsində olan və iddiaçının mübahisələndirdiyi torpaq sahəsi bələdiyyənin ümumi mülkiyyətində olan torpaq sahəsi olmaqla, mülkiyyət hüququnun pozulması bələdiyyənin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Həmin hüququn bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulması əsası ilə həmin hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Göründüyü kimi bələdiyyə sədrinin bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda İddiaçı sədri Nümayəndə məhkəməyə müraciət etmədən öncə, İddiaçı ümumi yığıncağının qərarı ilə səlahiyyət almalı daha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun başqa şəxslər tərəfindən hazırkı iddia üzrə cavabdeh Cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. Lakin İddiaçı sədri Nümayəndə bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 15*.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırki iddia da İddiaçı sədri tərəfindən qaldırılmış, lakin bu müraciət İddiaçı ümumi yığıncağında müzakirəyə çıxarılmamış və bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməsindən ötrü bələdiyyə sədrinə belə bir səlahiyyət verilməmişdir. Halbuki bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. Əks halda bu bələdiyyə sədrinin qanunsuz hərəkətlərin edilməsinə rəvac verilməsinə şərait yaratmaqla yanaşı hüquqda nihilizmin yaranmasına da səbəb olar. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## #### 2*11-ci il tarixli qərarının 1-ci bəndinsə qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Mülki Prosessual Məcəllənin 259.*.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini prosessual hüquq normalarının pozulması ilə icraata qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən Beyləqan Rayon Məhkəməsinin ## ### 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Iş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Mülki Prosessual Məcəllənin 26*.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4**-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 4*2-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. HYPERLINK "http://e-qanun.az/framework/46945" \l "_edn336" \o "" Həmin Məcəllənin 4*2.2-4*2.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.*.4, 391, 4** və 4*2ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin ## ### 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Iddiaçı İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikаyət vеrilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar