Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1664/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh X2rşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh PHŞ-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X6” MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh PHŞ-də vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Humanitar Kollecində Musiqi və bədii yaradıcılıq iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, əmr qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Belə ki, iddiaçı həmin vaxtı işdə olmamış, müalicədə olmuşdur. Həmçinin işdən azad olunarkən iddiaçının 14 il iş stajının və digər üstünlüklərinin olması nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, kollec rəhbərliyi tərəfindən əmr qəbul edilən gün o, xəstəxanada əməliyyatda olmuş, buna dair sənədləri kollecə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, əmr qəbul edilən vaxt iddiaçının xəstəxanada əməliyyatda olmasını təsdiq edən sənədlərdə qanunsuzluq var. Xəstəxana tərəfindən verilən sənədin tarixində dəyişiklər edilmişdir. Bu hal ekspert rəyi ilə sübuta yetirilmişdir. Bu səbəbdən də iddiaçının iddiasını əsassız sayaraq tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs “X6” MMC-nin nümayəndəsi Orxan Kərimov izahatında bildirdi ki, İddiaçı həqiqətəndə xx.xx.2021-ci il Milana Hospitalda əməliyyatda olub və əməliyyatdan sonra xx.xx.2021-ci il tarixədək ona işlədiyi müəssisəyə təqdim etmək üçün əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Həmin vərəqə yazılarkən tibb bacısı tərəfindən texniki səhvə yol verilmiş, lakin səhv tibb bacısı tərəfindən düzəldilərək (ağardıcı ilə ağardılaraq düzgün tarix yazılmışdır) İddiaçı təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli 332 nömrəli əmrə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Kollecin Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri (İddiaçı) ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün xx.xx.2021-ci ildən xitam verilmişdir. - əmək kitabçasının, əmək müqaviləsinin və xx.xx.2019-cu il tarixli 6 nömrəli əmrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna (xx.xx.2010-cu il tarixdən Bakı Sosial Pedaqoji Kolleci; xx.xx.2016-cı il tarixdən Bakı Humanitar Kolleci; xx.xx.2020-ci il tarixdən “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec) əmək müqaviləsi (müddətsiz) bağlanmaqla işə qəbul edilmiş, xx.xx.2016-cı il tarixindən “Musiqi və Sosial Pedaqoji” şöbəsinə müdir, xx.xx.2019-cu il tarixdən “Musiqi və bədii yaradıcılıq” şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Bakı Humanitar Kollecinin xx.xx.2021-ci il tarixli xəbərdarlıq bildirişinə əsasən, Kollecin xx.xx.2021-ci il tarixli 177 nömrəli əmri ilə İddiaçı müdiri vəzifəsində çalışdığı Musiqi və bədii yaradıcılıq işi üzrə vəzifə ştatı ixtisara düşməsi və tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş məktubdan görünür ki, Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 №-li Struktur dəyişikliyi barədə əmrinə əsasən 6 şöbə müdiri, o cümlədən Musiqi və bədii yaradıcığı işi şöbəsinin müdiri vəzifəsi ixtisar edilmişdir. İxtisara düşən 6 şöbə müdiri vəzifəsinə əvəzinə ixtisasların istiqamətlərinə və kollecin profilinə müvafiq 3 şöbə müdiri ştat vahidi yaradılmışdır. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 167 saylı əmrinə əsasən, Musiqi və bədii yaradıcılı işi şöbəsinin müdiri ştatı ləğv edilmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin xx.xx.2021-ci il tarixli 177 saylı əmrinə əsasən, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməsi əmr edilmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X1 İttifaqı Komitəsinin xx.xx.2021-ci il tarixli 05 nömrəli məktubuna əsasən, İddiaçı Kollecdə ixtisar edilməsinə etiraz edilməmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən, 10 sentyabr 2021-ci il tarixində kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə iclas keçirilmiş, sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri İxtisarın həyata keçirilməsinə nəzarət komissiyanın sədri tərəfindən təklif edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/401 nöməli ekspert rəyinə əsasən, tədqiqata təqdim ediliş İddiaçı adına 845294 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində olan “26 noyabr 2021 ildən 28 noyabr 2021 ilədək” yazısındakı “26” rəqəmlərin əvəzinə əvvəlcə “19” rəqəmləri, “28” rəqəmləri yerində əvvəlcə “20” rəqəmləri, “iyirmi altı noyabr” yazısındakı “iyirmi altı” sözlərinin yerində əvvəlcə “on doqquz” sözləri, “iyirmi səkkiz noyabr” yazısındakı “səkkiz” sözünün yerində əvvəlcə “noyabr” sözü, “iyirmi doqquz noyabr” yazısındakı “doqquz” sözünün yerində əvvəlcə “bir” sözü olmuş, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəmlər və sözlər icra edilmişdir. - Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabının surətindən müəyyən edilir ki, cari müəssisə tərəfindən verilən əmək qabiliyyətini itirmə vərəqəsində İddiaçı adı sıra ardıcıllığı ilə 845294 nömrə ilə xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir. - “X7” tərəfindən təqdim edilmiş epikrizdən, xəstəlik tarixi vərəqindən və digər sənədlərdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əməliyyatda olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; - Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. - Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. - Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. -Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. -Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; Məhkəmə qeyd edir ki, cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi - “Musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri” vəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsənin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrini qəbul edərəkən, Əmək Məcəlləsinin 79-cu maddəsini nəzərə almadan qəbul etmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirmiş və bu barədə cavabdeh məlumat vermişdir. Belə olan halda cavabdeh tərəfindən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin işdən azad olunması qadağandır. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli 177 saylı əmrin 3-bəndində ixtisar edilən(vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdehin 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehdə əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ :
İddia tələbi təmin edilsin. Cavabdehn 26 noyabr 2021-ci il tarixli 332 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh X4 əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova