Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1666/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim xxxxxxxx sədrliyi, Məhkəmə iclas katibi xxxxxxxxx katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə3, Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh X9rşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh PHŞ-ya qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh PHŞ-də vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o Bakı Humanitar Kollecində Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Kollecin direktoru tərəfindən imzalanmış 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçilərin sayı və ştatları ixtisar edilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı olsa da, onun 11 il iş stajı olması nəzərə alınmamışdır. Həmçinin o, tək anadır, himayəsində bir övladı var və yeganə gəlir mənbəyi işlədiyi kollec olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddiaçının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Sığorta və korreksiyaedici təhsil şöbəsinin” müdiri vəzifəsində çalışdığını, işçilərin sayı və ştatları ixtisar edildiyi zaman iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini və iddiaçıya başqa vəzifə təklif olunmadığını bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə1yev iddia tələbinə etiraz edərək, bildirdilər ki, kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 26.11.2021-ci il tarixli 331 nömrəli əmri ilə 16 ştat ləğv olunub. İddiaçı tərəfin qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququna istinad etməsini düzgün hesab etmirlər. Belə ki, iddiaçı nəzərə almamışdır ki, burada ixtisas və ya peşəkarlıq səviyyəsi onunla eynilik təşkil edən digər şəxs və ya şəxslər yoxdur. Yəni, mübahisələndirilən hal üzrə əsas məsələ iddiaçının çalışdığı “sığorta və korreksiyaedici” təhsil şöbəsinin müdiri vəzifəsinin ixtisara düşməsi nəticəsində mövcud olmamasıdır. Bunlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmənin 30.03.2022-ci il tarixli iclasında şahid qismində iştirak edən X5 izahat verərək bildirdi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar X1qdan sonra 6 şöbədən 3-ü birləşdirilmiş, kompleksləşdirmə edilmişdir. İddiaçı iş təklif olunmuş, o qəbul etməmişdir. İddiaçıya müəllim vəzifəsində işləmək barədə şifahi məlumat verilmişdir. Tərəflərin iştirak etdiyi həmin iclasla bağlı protokol tərtib olunub. Telefon danışığı zamanı da bildirilsə də, İddiaçı təklifi rədd etmişdir. Həmçinin qeyd etdi ki,digər ştatlarda olan şöbə müdiri vəzifəsində çalışanların staj müddətləri çox olanlardır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 26.11.2021-ci il tarixli 331 nömrəli əmrə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Kollecin Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri (İddiaçı) ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 26.11.2021-ci ildən xitam verilmişdir. - əmək kitabçasının surətindən və 15.09.2011-ci il tarixli 83 nömrəli əmrdən görünür ki, İddiaçı 14.09.2010-cu il tarixdə Bakı Sosial Pedaqoji Kollecinə (15.07.2016-cı il tarixdən Bakı Humanitar Kolleci) əmək müqaviləsi (müddətsiz) bağlanmaqla işə qəbul edilmiş, 15.09.2011-ci il tarixindən “Musiqi nəzəriyyəsi və ümumi fortapiano” kabinetinin laborantı, daha sonra “Sosial iqtisadi fənn birləşməsinə müəllim təyin edilmiş və 26.11.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - nikahın pozulması haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı X3 ilə nikahına 12.11.2011-ci il tarixdıə xitam verilmiş və birgə nikahdan 16.07.2006-cı il təvəllüdlü Kələntərli Duyğu adlı qızı var. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş məktubdan görünür ki, Humanitar Kollecin 10.09.2021-ci il tarixli 167 №-li Struktur dəyişikliyi barədə əmrinə əsasən 6 şöbə, o cümlədən Sığorta və korreksiyaedici təhsil şöbəsi ixtisar edilmişdir. Onun əvəzinə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” əsas götürülərək ixtisasların istiqamətlərinə və kollecin profilinə müvafiq 3 şöbə yaradılmışdır. Sığorta və korreksiyaedici təhsil şöbəsi ixtisar edildiyi üçün İddiaçı qıznın tutduğu şöbə müdiri vəzifəsi də istisar edilmişdir. Ona kollecdə başqa vəzifə təklif edilsə də, o, ancaq şöbə müdiri vəzifəsində işləmək istədiyini bildirmişdir. - Bakı Humanitar Kollecinin 6 saylı, 29.01.2019-cu il tarixli əmrinə əsasən, İddiaçı 28.01.2019cu il tarixindən “Sığorta və korreksiyaedici təhsil” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. - Bakı Humanitar Kollecinin 23.09.2021-ci il tarixli, 77-25/02-12 saylı xəbərdarlıq bildirişinə əsasən, Kollecin 14.09.2021-ci il tarixli 177 nömrəli əmri ilə İddiaçı Yusiz qızının müdiri vəzifəsində çalışdığı Sığorta və korreksiyaedici təhsil üzrə vəzifə ştatı ixtisara düşməsi və tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X4 İttifaqı Komitəsinin 10.09.2021-ci il tarixli 05 nömrəli məktubuna əsasən, İddiaçı Kollecdə ixtisar edilməsinə etiraz edilməmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən tərtib edilmiş 10.09.2021-ci il tarixli akta əsasən, 10 sentyabr 2021-ci il tarixində kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə iclas keçirilmiş, sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri İxtisarın həyata keçirilməsinə nəzarət komissiyanın sədri tərəfindən təklif edilmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 10.09.2021-ci il tarixli 167 saylı əmrinə əsasən, Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri ştatının ləğv edilmişdir. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 14.09.2021-ci il tarixli 177 saylı əmrinə əsasən, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməsi əmr edilmişdir. - Elmi Şuranın 14.09.2020-ci il tarixli qərarına (protokol №01) əsasən, Humanitar Kollecin yeni Nizamnaməsi, struktur və ştat cədvəlinin layihəsinin təsdiq edilmək üçün Təhsil Nazirliyiniə təqdim edilməsi və s. məsələlərin həll edilməsi tapşırılmışdır. - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X6 X2 4.2.5 və 4.2.9cu bəndlərinə əsasən, strukturun, əməyin ödəniş fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin və digər ödənişlərin) təsdiqi, kollecin yenidən təşkili və ləğv edilməsi kollecin təsisçilərinin səlahiyyətlərinə aiddir. Nizamnamənin 4.14.3, 4.14.5 və 4.14.6-cı bəndlərinə əsasən, kollecin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlərin verilməsi, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Universitetlə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarının təsdiq edilməsi, kollecin işçilərinin (direktor müavinləri istisna olmaqla), o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nizamnamənin 6.7-ci bəndi nəzərə alınmaqla), habelə Kollecin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarları direktor qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrlə 1,0 ştat vahidi- “Sığorta və korreksiyaedici təhsil şöbəsinin müdiri” vəzifəsinin ləğv edilməsi və şöbə müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsənin 70-ci maddəsinin “b” bəndi (ştat ixtisarı) ilə xitam verilməsi barədə 26.11.2021-ci il tarixli əmrlərin hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Beləki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə görə işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, 14.09.2021-ci il tarixli 177 saylı əmrin 3-bəndində ixtisar edilən(vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif olunması qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə habelə Həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, hazırda “Sığorta və korreksiyaedici təhsil şöbəsi” fəaliyyətini dayandırmalı idi və əmrə əsasən “şöbə müdiri” ştatı ləğv olunmalı, şöbənin ləğvi, şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməli idi. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, şöbə öz fəaliyyətini davam etdirir və şöbənin digər əməkdaşları ilə əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Odur ki, həmin şöbənin fəaliyyət göstərdiyi halda həmin şöbənin müdiri ştatının ləğv olunması faktının formal xarakter daşıması ehtimal olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; -Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü. - Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. - Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. -Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. -Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. -Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdehin 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdehdə əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ :
İddia tələbi təmin edilsin. Cavabdehn 26 noyabr 2021-ci il tarixli 331 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh X12 əvvəlki vəzifəsinə bərpa edilsin. Cavabdeh X14 tərəfindən məcburi işburaxma müddəti üzrə 26.11.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova