Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1679/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı1 nümayəndəsi və vəkili X3, Cavabdeh X4 vəkili X8 iştirakı ilə, İddiaçılar İddiaçı2 və X2 cavabdeh X6 qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların övladları 2008-ci il təvəllüdlü X20 və 2010-cu il təvəllüdlü X21 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaqdan ibarət (əvvəl 4) ikinci mərtəbəsinə köçürülməsi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əvvəl iddiaçı X11 cavabdehlər X7, İddiaçı2, X9, X5 və İddiaçı1 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanında olan yaşayış evinin 2ci mərtəbəsində 40 il müddətində faktiki istifadəsində olan sahəsi 104,38 kv.m. 3 otaqdan, sahəsi 5,36 kv.m. olan mətbəxtən, sahəsi 19,50 kv.m. olan eyvandan və həyətdə eyni müddətdə faktiki istifadəsində olan sahəsi 15,50 kv.m olan qarajdan və sahəsi 14,26 kv.m. olan təsərrüfat təyinatlı tikilidən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4445/2020 saylı qərardadına əsasən iddiaçı X4 cavabdehlər X7, İddiaçı2, X9, X5 və İddiaçı1 qarşı (X16, Rəcəbova mahizər Əliyulla qızı, X14 və X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı X6 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4445/2020 saylı qərardadına əsasən İddiaçı X4 vəsatət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4445/2020 saylı qərardadı ləğv edilmiş, mülki işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə, hazırki mülki iş üzrə iddiaçılar İddiaçı2 və X2, məhkəmənin icraatında olan digər iş üzrə cavabdeh, cavabdeh X4 isə müvafiq olaraq iddiaçı olmasını, hər iki iş üzrə mübahisə predmetinin eyni yaşayış sahəsi təşkil etdiyini (İddiaçı2 və X10 həmin yaşayış sahəsinə köçürülmələrini və istifadə qaydasının müəyyən edilməsini, X11 həmin sahədən istifadə hüququnun tanınmasını tələb edir) nəzərə alıb, mülki işin hərtərəfli araşdırılmasının və işin obyektiv həllinə nail olunmasının təmin edilməsi üçün hazırki mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-488/2021 nömrəli mülki işlə birləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X12 və cavabdeh X4 vəkili X15 hazırki mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-488/2021 nömrəli mülki işlə birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 167.2-ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir; 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1679/2021 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı X4 cavabdehlər X7, İddiaçı2, X9, X5 və İddiaçı1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)- 488/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və birləşdirilmiş mülki iş üzrə 2(001)-488/2021 qeydiyyat nömrəsi saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı2 və X2 cavabdeh X6 qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-1679/2021 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan iddiaçı X4 cavabdehlər X7, İddiaçı2, X9, X5 və İddiaçı1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-488/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(001)-488/2021 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1679/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1679/2021
05.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver