Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-172/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, xxx katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 351 b saylı bağ sahəsində Cavabdeh qanunsuz müdaxiləsinə son qoyularaq torpaq sahəsinin boşaldılaraq cavabdehin həmin ərazidən çıxarılması, cavabdeh ilə ona məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsi, 0.0377 ha torpaq sahəsinin sərhədi boyunca cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı XDS İcraiyyə Komitəsinin xx xxxxx 1990-cı il tarixli, 3/78 saylı qərarı ilə Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağ sahəsi B/S saylı order əsasında mərhum həyat yoldaşı X8 verilmişdir. X13 xx xxxxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. X4 varisi olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağ sahəsinin xx xxxxx 1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında X8 (ölmüş şəxsə) məxsus olması barədə arayışın verilməsini tələb etsələr də, müraciətindən imtina edilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağ sahəsinin xx xxxxx 1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında X8 (ölmüş şəxsə) məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2268/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağın 377 kv.m olan sahəsinin xx xxxxx 1990-cı il tarixli, 3/78 saylı qərarı əsasında X8 (ölmüş şəxsə) məxsus olması barədə arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02/848 saylı, xx xxxxxx 2018-ci il tarixli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların mümkünlüyü barədə arayışa əsasən İddiaçı mərhum X8 aid olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi 351b saylı ünvandakı 0.0377 ha torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının mülkiyyət qanunvericiliyinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və bundan həmin idarə imtina etmişdir. Bundan sonra, o, məcburetmə tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilmiş və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı, xx xxxxxx 2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. Lakin torpaq sahəsinə baş çəkərkən qonşusu Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə edilərək zəbt etmiş və hasar çəkmişdir. O ona həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədini dəfələrlə təqdim edərək ona məxsus ərazini boşaldılmasını tələb etsə də, onun sözlərinə cavabdeh əhəmiyyət verməmiş və öz qanunsuz əməllərinə davam etmişdir. Hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, X3 və İstismarı Birliyinin qərarı ilə xx xxxxxx 2005-ci il tarixli 16 saylı “Orderə” əsasən ona Göradil bağlar sahəsində 361“F” saylı bağ sahəsi verilmişdir. X6 mühəndisləri tərəfindən həmin bağ sahəsində 3 sot boş torpaq sahəsinin heç kimə aid olmadığı bildirilmiş, həmin torpaq sahəsi oğlu X9 akt tərtib edilərək verilmişdir. Akt tərtib edilərkən mühəndislər onlara dedilər ki, X3 və İstismarı Birliyində qeydiyyata düşsün ki, qeyd edilən torpaq sahəsi onun adına keçsin. Onlar onlardan həmin aktı tələb edəndə bildirdilər ki, aktı X3 və İstismarı Birliyinin texniki şöbəsindən götürərsiniz. O da xx xxxxxxxx 2005-ci ildə DZR259002 saylı mədaxil qəbzi ilə X11 pul köçürərək, torpaq sahəsini oğlunun adına keçirtmişdir. İddiaçı Bakı şəhəri Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ona Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli X1 nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b saylı bağ sahəsinin xx xxxxx 1990-cı il tarixli qərarı əsasında X10 məxsus olması barədə arayış verilməsini tələb etsə də, Bakı şəhəri Ərazi İdarəsindən imtina cavabı almış, daha sonra iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxx 2018-ci il tarixli, 2-1(81)-2268/2018 saylı qərarı ilə Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 torpaq sahəsində yerləşən 351b saylı bağın 377 kv.metr olan sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində hüquqi qeydiyyata alınaraq buna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Halbu ki, hər bir vətəndaş X7 bağ sahəsi üçün qeydiyyata durduqdan sonra onlara torpaq sahəsi ayrılır. İddiaçının isə 29 ildən sonra bağ sahəsinə hansı qaydada çıxarış alması ona aydın deyildir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, məhkəmə tərəfindən verilmiş suala cavab olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi hasara onun tərəfindən alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin izahatını müdafiə edərək əlavə olaraq qeyd etdi ki, mübahisəli bağ sahələri qonşu sahələr ola bilməz. Bunun isə iki səbəbi var. Birinci səbəb odur ki, mübahisəli bağ sahələrinin nömrələri ardıcıl deyil. İkinci səbəbi isə mübahisəli bağ sahələri tərəflərə fərqli koorperativlər tərəfindən, biri 159 saylı Koorperativ tərəfindən digər isə 121 saylı Koorperativ tərəfindən verilmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş ekspertiza üzrə verilmiş rəyə torpaq sahələrinə dair xəritələr də əlavə edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağ təsərrüfatının inkişafı və istismarı birliyinin Göradil bağlar sahəsindəki 159 nömrəli kooperativ üzrə b/s nömrəli orderinin surətinə əsasən X8 Bakı şəhər icraiyyə komitəsinin xx xxxxx 1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 159 nömrəli ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 351b nömrəli bağ ayrılmışdır. X3 və İstismarı Birliyinin DZR № 259002 saylı xx xxxxxxxx 2005-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İbrahimov R növbə ilə X3 və İstismarı Birliyinə 11.800 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və İstismarı Birliyinin xx xxxxxxxx 2005-ci il tarixli arayışının surətindən görünür ki, vətəndaş X5 ərizəsinə X3 və İstismarı birliyində baxılmış və bildirilmişdir ki, X14 29596 say nömrəsi ilə bağ növbəsinə qəbul edilmişdir. Azərbaycan SSR Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsi X3 və istismarı birliyinin arayışının surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsi X3 və istismarı birliyi tərəfindən Cavabdeh ərizəsinə baxılıb və bildirilmişdir ki, qeydiyyata götürülmüşlər, növbə qaydasına uyğun olaraq, bağ tikinti kooperativinin birində bağ sahəsi ilə təmin olunacaqlar. Azərbaycan SSR Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsi X3 və istismarı birliyinin xx xxxxxx 1990-cı il tarixli arayışının surətindən görünür ki, Bakı şəhər Soveti İcraiyyə komitəsinin xx xxxxxx 1990-cı il tarixli 15/558 nömrəli kooperativin tərkibində yoldaş Cavabdeh 121 nömrəli kooperativdə bağ sahəsi verilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X12 bağlar sahəsindəki 121 saylı kooperativ üzrə 16 saylı orderin surətinə əsasən Cavabdeh Bakı şəhər icra hakimiyyətinin xx xxxxxx 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Novxanı-Göradil bağlar sahəsində 121 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 361 “F” saylı bağ ayrılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4321/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351B saylı bağın 377 kv.metr olan sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində hüquqi qeydiyyata alınaraq buna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4321/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının hüquqi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Cavabdeh tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1134/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4321/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1739/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1134/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsi (0.0377 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxx 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, 338655 nömrəli torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsinin döngə nöqtlərinin koordinatları 1 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı-400730.17, Y koordinatı 4490777.12, nöqtələr 1-2, döngə nöqtələri arasında məsafə 10.15, 2 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı-400740.28, Y koordinatı 4490776.26, nöqtələr 2-3, döngə nöqtələri arasında məsafə 37.24, 3 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı 400736.28, Y koordinatı 4490739.24, nöqtələr 3-4, döngə nöqtələri arasında məsafə 10.74 və 4 saylı döngə nöqtlərinin nömrəsi üzrə X koordinatı-400725.88, Y koordinatı 4490741.94, nöqtələr 4-1, döngə nöqtələri arasında məsafə 35.44 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx xxxx 2019-cu il tarixli, **********21 saylı məktubdan görünür ki, 351b saylı bağ sahəsi 361f saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində sahə 1.577,0 m2 təşkil edir. Ümumi sahədən 377,0 m2 hissəsi 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir (sənəd üzrə 1200,0 m2 –dir). 361f saylı bağ sahəsi isə sənəd üzrə və faktiki 1200,0 m2 –dir. 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 377,0 m2 sahədə tikili yoxdur. 361f saylı bağ kimi 1200,0 m2 olan hissədə 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Mübahisə predmeti olan və faktiki vətəndaşın istifadəsinə 361f saylı bağ sahəsi kimi olan sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 22305 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Əşrəf Quliyevin imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə əsasən 351b saylı bağ sahəsi 361f saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara məsafələri şərtidir. Ümumi hasar daxilində sahə 1577.0 m2 təşkil edir. Ümumi sahədən 377,0 m2 hissəsi 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir (sənəd üzrə 1200,0 m2 –dir). 361f saylı bağ sahəsi isə sənəd üzrə və faktiki 1200,0 m2 –dir. 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 377 m2 sahədə tikili yoxdur. 361f saylı bağ kimi 1200,0 m2 olan hissədə bir mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Mübahisə predmeti olan və faktiki vətəndaşın istifadəsinə 361f saylı bağ sahəsi kimi olan sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, cavabdehə Bakı şəhər icra hakimiyyətinin xx xxxxxx 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Novxanı-Göradil bağlar sahəsində 121 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 361 “F” saylı bağ ayrılmışdır. Həmin bağ sahəsi sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsi (0.0377 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur, həmin sahə cavabdeh tərəfindən hasara alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsində cavabdehin qanunsuz müdaxiləsinə son qoyularaq torpaq sahəsinin boşaldılaraq cavabdehin həmin ərazidən çıxarılmasını, cavabdeh ilə ona məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsini, 0.0377 ha torpaq sahəsinin sərhəddi boyunca cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə qanunvericiliyin istinad edilən maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulmalı, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinin sərhəddi boyunca inşa edilmiş daş hasar cavabdehin hesabına sökülməli, həmin bağ sahəsi boşaldılmalı və cavabdeh həmin sahədən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlə iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsi” hissəsi ilə əlaqədar isə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Ona görə də məhkəmə, bununla bağlı yenidən iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə hər hansı zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 5 manatı Cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 25 manatı iddiaçıdan, 25 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinə Cavabdeh qanunsuz müdaxiləsinə son qoyulsun. Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinin sərhəddi boyunca inşa edilmiş daş hasar cavabdehin hesabına sökülsün, həmin bağ sahəsi boşaldılsın və cavabdeh həmin sahədən çıxarılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-172/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-172/2020
01.12.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver