Məhkəmə qərarları › İş №2(001)-1726/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1726/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1726/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi iştirakı ilə, atası X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X4 29 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. O, atasının ölümü haqqında şəhadətnaməni almamışdır. Maneə budur ki, müvafiq qurumlar, bu halda konkret Binəqədi Tibb idarəsi, Xocəsən Sağlamlıq Mərkəzi onun ölümü haqda lazım olan arayışı vermirlər. Ona məhkəməyə müraciət etməyi tövsiyyə edən həkimlər atasının öldüyünü inkar etmirlər, ancaq, faktı təsdiq edən arayış vermirlər. Mərkəzdən verilən 18-1-1-25/3-44/2024 saylı, 04 dekabr 2024-cü il tarixli imtina məktubunda əsasən mərhumun qeydiyyatı Sulutəpə qəsəbəsi, 331 saylı bağ evinə olduğundan, onun Mərkəzə müraciəti olmadığmdan, onun vəfatı ilə bağlı müvafiq sənədin verilməsi üçün məhkəməyə müraciət edək. Məhkəməyə müraciət etdikdə 16 dekabr 2024cü il tarixli qərardad çıxarılmış, Maraqlı şəxsnə müraciət etmək tövsiyə olunmuşdur. Tövsiyəni nəzərə alaraq Maraqlı şəxsnə müraciət etmiş, oradan 24 dekabr 2024-cü il tarixli imtina məktubu verilmiş və bildirilmişdir ki, tibbi şəhadətnamə olmadığı üçün ərizəm təmin edə bilmirlər. Məhkəmənun əvvəlki iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, atası X4 29 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. O, atasının ölümü haqqında şəhadətnaməni almamışdır. Ona müraciətləri əsasında izah edilmişdir ki, o, yalnız məhkəmə qərarı əsasında şəhadətnaməni əldə edə bilər. Göstəriklərini nəzərə alaraq ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, eləcə də növbəti məhkəmə iclasında onun iştirakı olmadan işə baxılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 fadəsində göstərmişdir ki, X13 onun xalasının əri olub. O, 29 noyabr 2024-cü il tarixdə, oğlu Ərizəçi məxsus Sulutəpə qəsəbəsindəki mənzildə vəfat edib. X13 Xırdalan qəbiristanlığında dəfn edilib və o, həmin dəfində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X13 onun qonşusu olub. Mərhumu 1986-cı ildən tanıyırdı. O, 29 noyabr 2024-cü il tarixdə, oğlu Ərizəçi məxsus Sulutəpə qəsəbəsindəki mənzildə vəfat edib. X13 Xırdalan qəbiristanlığında dəfn edilib və o, həmin dəfində iştirak edib. Mülki iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1972-ci ildə Abşeron rayonunda anadan olmuş, şəhadətnamənin ata qrafasında – X4, ana qrafasında X9 qeyd edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Xocasən Sağlamlıq Mərkəzinin Ərizəçi ünvanlandığı 04 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, mərhum X2 daimi qeydiyyat ünvanı Sulutəpə qəsəbəsi, 331 saylı bağ evi ünvanında olduğundan, Xocasən Sağlamlıq Mərkəzinə müraciəti olmadığından onun vəfatı ilə bağlı müvafiq sənədin alınması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Təcili və X7 Stansiyasının 29 yanvar 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 1940-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə həkimə qədər ölmüşdür. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi atası X2 ölümü qeydinin əldə edilməsinin məhkəmə qaydasından başqa mümkün olmadığından, habelə onun vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və 1940-cı il təvəllüdlü X2 29 noyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 1940-cı il təvəllüdlü X2 29 noyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar