Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1727/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatoriya"nın ümumi şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 9.085,20 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 13.085,20 manat məbləğində pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın ümumi şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, xx xxxxx 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata “əmək müqaviləsinin müddətsiz hesab edilməsi” hissəsində xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində 2 ilə yaxın müddət ərzində müxtəlif vəzifələrdə işləmişdir. Sonradan həmin Mərkəz ölkə başçısının müvafiq fərmanı ilə ləğv edilmiş və eyni funksiyaları yerinə yetirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsi yaradılmışdır. İşlədiyi Mərkəz ləğv edildiyindən o, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmiş və sonradan onunla yeni yaradılmış Milli Observatoriya arasında xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan sonra 3 ayın tamamında onunla bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Halbuki, onun kimi işçi ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi və o, nəticə etibarı ilə təxminən 15 gün öz əmək funksiyalarını yerinə yetirmiş və heç bir əsas olmadan tutduğu vəzifədən azad edilmişdir. Bu zaman ona əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin, tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə, habelə İddiaçı izahatına uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının işlədiyi Milli Observatoriyada xeyli sayda işçi ilə müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, 3 aydan sonra hər hansı əsas göstərilmədən yalnız müəyyən işçilərlə, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, digərləri ilə bağlanmış əmək müqaviləsinin müddəti uzadılmışdır. Bununla da əmək münasibətlərində iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verilmişdir. Halbuki, qüvvədə olan əmək qanunvericliyi bunu qadağa edir. Həmçinin, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Belə ki, bunun üçün qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən edilmiş hallardan hər hansı biri mövcud olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsinin nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinə hər hansı aidiyyəti yoxdur, Observatoriya onun bazasında yaradılmamış və onun varisi deyil. Həmin Mərkəz ləğv ediləndə də iddiaçı öz ərizəsi ilə orada tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra onunla cavabdeh arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır və həmin müddət tamam olduqdan sonra cavabdeh bu əsasla tutduğu vəzifədən azad edilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına məcbur edilməmiş, müddət bitdikdə isə cavabdeh öz hüququndan istifadə etmişdir. Ümumilikdə əvvəllər qeyd edilən Mərkəzdə çalışan 29 nəfər işçi ilə 3 aylıq əmək müqaviləsi bağlanmış, həmin müddət tamam olduqdan sonra onlardan 17-i ilə yeni müddətli əmək müqavilələrinin bağlanması məqsədəmüvafiq hesab edilmiş, digər 12 nəfərlə, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilmişdir. Nəticə etibarı ilə cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun hərəkət edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2 ilə yaxın müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində (bundan sonra Mərkəz) mütəxəssis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 480 nömrəli Fərmanı ilə həmin Mərkəz ləğv edilmiş və ölkə başçısının xx xxxx 2019-cu il tarixli, 775 nömrəli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir (bundan sonra cavabdeh). Cavabdeh hazırda vaxtı ilə Mərkəzin yerinə yetirdiyi səlahiyyətləri yerinə yetirir. Mərkəz ləğv edildikdən sonra iddiaçı öz ərizəsi ilə orada tutduğu vəzifədən azad edilmiş və bundan sonra cavabdehlə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə ümumi şöbədə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin xx xxxx 2020-ci il tarixli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Hazırda iddiaçı bu əmrin əmək qanunvericiliyinin tələbləri pozulmaqla, o cümlədən ona münasibətdə ayri seçkiliyə yol verilməklə qəbul edildiyini, onun işdən azad edilməsi üçün hər hansı əsasın olmadığını, ümumiyyətlə onunla müddətli əmək müqaviləsinin bağlanmasının qanunsuz olduğunu bildirir və bu əmrin ləğv edilməsini, işə bərpa olunmasını, məcburi iş buraxma üçün ona əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, müddətin qurtarması əsası ilə xitam verildiyini, iddiaçının müddətli əmək müqaviləsini bağlanmasına məcbur edilmədiyini və nəticə etibarı ilə cavabdehin öz hüququndan istifadə edərək, müqavilənin müddətini uzatmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 16-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; 16-cı maddəsinin 4-cü hissəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər; 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Mərkəzin işçisi olmuş 29 nəfər şəxslə sonradan cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanmasına baxmayaraq, həmin müddət qurtardıqdan sonra onların yalnız 17 nəfəri ilə yeni müddətli əmək müqaviləsinin bağlanması məqsədmüvafiq hesab edilmiş, digər 12 əməkdaşla, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikasında koronavirus (COVİD 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər çərçivəsində iddiaçı 1 aydan da az müddət ərzində öz əmək funksiyalarını yerinə yetirə bilmişdir. Nəticə etibarı ilə hansı meyarlara əsasən və hansı tələblərə uyğun gəlmədiyi üçün iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdeh əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verməsi hüququnu reallaşdırmaqla yanaşı qismən olsa da iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermiş olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, yeni yaradılan publik hüquqi şəxs (cavabdeh) iddiaçının əvvəl işlədiyi Mərkəzin hüquqi varisi olmasa da, eyni istiqamətlər üzrə fəaliyyət göstərir. Hüquqi nəticə etibarı ilə Mərkəz ləğv edildikdən sonra eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılmış və iki ilə yaxın müddətdə həmin Mərkəzdə işləmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay müddətinə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə yeni iş yeri üzrə də əvvəlki (eyni) əmək funksiyalarını həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. İddiaçının əmək funksiyası isə davam edən əmək bazarı münasibətlərində müxtəlif mövzular barədə elmi-tədqiqat işləri, əmək bazarında təhlil və proqnozlaşdırma ilə bağlı davamlı araşdırma aparmaqdan ibarət olmuş və bu baxımdan öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilir. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi işin şərtlərinə görə daimi xarakterə malik olduğu cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuşdur. Bu səbəbdən iddiaçının əmək funksiyaları həmin maddənin “a-ə”, “g” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Bu baxımdan məhkəmə hesab edir ki, 2 ilə yaxın müddət ərzində fasiləsiz olaraq Mərkəzdə işləmiş iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra (müəssisə ləğv edildiyindən), yeni yaradılmış, lakin nəticə etibarı ilə eyni istiqamətlər üzrə fəaliyyət göstərən yeni publik hüquqi şəxsin (cavabdehin) onunla 3 ay müddətinə müddətli əmək müqavilənin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və müddətli hesab oluna bilməz. Bu da öz növbəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız olmasına dəlalət etməklə, onun müddətsiz bağlanmış hesab edilməsini şərtləndirir. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli, **********9 saylı əmr Əmək Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ lli Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsinin “Ümumi” şöbənin mütəxəssisi vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsi tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsi tərəfindən ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmri ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ üzrə Mı̇ llı̇ Observatorı̇ ya" publı̇ k hüquqı̇ şəxsi tərəfindən ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1727/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1727/2021
05.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver