Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1729/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı xxx cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ şəxsinə qarşı işə bərpa və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" da əmək bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 11.188,1 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 16.188,1 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”-da əmək bazarının proqnazlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmışdır. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya da bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2.bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nm yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və AR Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. AR Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını xx xxxx 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazan və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X2 adına ərizə yazdırdılar. xx xxxx 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı xx xxxx 2020-ci il tarixli, 01/411 mömrəli sənədə əsasən xx xxxx 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. xx xxxx 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə nazir cənab Sahil Babayevə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir. xx xxxx 2020-ci il tarixdə isə Mehriban xanım Əliyevanın adına ünvanlanmaqla, əvvəlki məktubun və yeni məktubun surətlərini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), ƏƏSM Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Sonuncu müraciətlərinə ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin imzası ilə xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) xx xxxxxxxx 2020-ci il tarixli, 2/15627-20 nömrəli cavab məktublarını almışlar. Həmin cavab məktublarma əsasən ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin istinad etdiyi AR Əmək Məcəlləsinin maddələri də göstərir ki, məsələ Nazirlik tərəfindən mahiyyəti üzrə hüquqi baxımdan araşdırılmamış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) AR Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə istinad edərək bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxıldığını bildirərək məhkəməyə müraciət edə biləcəklərini bildirmişdir. Yuxanda qeyd edildiyi kimi, bütün qanuni və hüquqi aktlara uyğun olaraq ləğv edilməsi mütləq olan təşkilatdan öz xahişləri ilə onlara məcburi ərizə yazdırıb (qanunla qorunan hüquqlarımıza təcavüz edərək pandemiya şəraitində onlara maddi və mənəvi zərbə vurmaqda) sosial müdafiəsini təmin etməli olan bir Nazirliyin məqsədi nədir görəsən? AR Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı xx xxxx 2020-ci il tarixli, 01/411 nömrəli sənədə uyğun olaraq pandemiya şəraitində orta əmək haqqlarının Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində saxlanılması və yuxarıda sözü keçən bütün normativhüquqi aktlara uyğun olaraq həmin ETTM-in ləğv edilməsinin də mütləq olduğu bir vaxtda, onlara məcburi ərizə yazdıraraq yeni yaradılan “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da e-sosial portaldan verilən çıxarışa əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək əsas iş yeri kimi 1D45V9N000401 nömrəli Əmək müqaviləsini bağlamağın adı nədir? O, ilk öncə ETTM-in əməkdaşları kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında onun əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda 3 ayda fəalliyət göstərməyinə baxmayaraq əmək haqqı əksik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. Yuxarıda göstərilənlərə əsasən də görmək olar ki, o, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hərhansı bir əsas mövcud olmamışdır. Bundan əlavə işçiyə təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və işçiyə imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən “Observatoriya” tərəfindən öncədən pozulmuşdur. Bundan əlavə həmin əmrlərlə müvafiq sənədləşmə işləri ilə ümumiyyətlə tanış olmadığından cavabdehin hazırki addımı atmaqda olan mahiyyəti tərəfindən anlaşılan deyil. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır. Eyni zamanda hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən də görünür ki, işəgötürən cavabdeh əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə hüquqların əlavə olaraq kobud pozuntusudur. Cavabdehin hazırki əməlləri nəticəsində bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də hazırki günə qədər başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanı xaricindədir. Təbii ki, bu da birbaşa cavabdehin təqsiri ucbatından baş vermişdir. Əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvəlində onun cədvəlin tərtib olunduğu günə qədər olan ziyanları müəyyən edilmişdir. Nəzərə alınsa ki, hələ də əmək kitabçası təqdim edilməmişdir, ona görə də hazırki günddə qanunvericiliklə nəzərdə tutulmuş cərimə funksiyasında cavabdeh cəzalandırılmalıdır. Bundan əlavə, artıq bir neçə müddətdir işsiz qaldığı üçün ona mənəvi ziyan vurulmuşdur. Belə ki, hazırki bütün dünyanı ağuşuna alan pandemiya şəraitində işsiz qalmaq və ailə saxlamaq onu həqiqətən də çox acınacaqlı vəziyyətə salmışdır. Bu vəziyyət ona əsəb-stress və mənəvi iztirablar vermişdir. Buna görə də bu mənəvi ziyanın əvəzi olaraq da 5.000 manat pul cavabdehdən tutulmalıdır. Eyni zamanda işdən çıxdıqdan sonra sosial ödənişlərlə, işsizlik sığortası ilə bağlı müraciət etməyinə baxmayaraq cavabdehin təqsiri ucbatından bu cəhdi də uğursuz alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, cavabdeh şirkətdə işə qəbul olunarkən ona əmək müqaviləsi imzalatmamış, ümumiyyətlə işə qəbul olunması barədə hər hansı sənəd göstərilməmişdir. Cavabdeh şirkətin İnsan Resursları üzrə mütəxəssisi xx xxxx 2020-ci il tarixdə 27 nəfəri bir otağa yığaraq, tələm-tələsik əmək müqaviləsini ona imzalatmışdır. Onun əmək müqaviləsini oxumağa, hər hansı etirazını bildirmək üçün vaxtı belə olmamışdır. O, məcburiyyət qarşısında qalaraq müqaviləyə imza atmışdır. Eyni zamanda əmək müqaviləsinin digər nüsxəsidə ona verilməmişdir. Daha sonra cavabdeh şirkətin İnsan Resursları üzrə mütəxəssisi onu çağıraraq bildirmişdir ki, onun işi cavabdeh şirkəti qane etmədiyindən onunla yollarını ayırırlar. Halbuki, cavabdeh şirkətdə 3 ay rəsmi ştatda olsa da koronovirus pandemiyası ilə əlaqədar cəmi 2 həftə işə çıxmaq imkanı olmuşdur. Belə ki, onu və ləğv olunmuş idarədən işə götürülmüş digər işçiləri işə çağırmamışlar, onlara hər hansı bir işi yerinə yetirməyidə tapşırmamış, onun və digərlərinin adını elektron icazə portalında yerləşdirməmişlər. Ümumiyyətlə, göründüyü kimi onlarla publik şəxsdə əvvəldən işləyən işçilər arasında ayrı-seçkilik yaratmışlar. Buna baxmayaraq, o, özünü doğrultmaq üçün tez-tez cavabdeh şirkətlə əlaqə saxlamış, hər hansı işləri yerinə yetirilməsi tapşırıq verilməsini gözləmişdir. Belə ola halda, onun hansı gördüyü işi cavabdeh şirkəti qane etməyə bilərdi? Axı ona hər hansı bir işin yerinə yetirməyi tapşırılmamışdı? Bundan əlavə, güman etsə ki, onun hər hansı biri işi yerinə yetirmək qabiliyyəti yox idisə, bu zaman publik şəxsin nizamnaməsinə uyğun olaraq təlimlərə cəlb edilməliydi, işdən çıxarılmalı deyildi. Həmçinin, o, 17 ildir bu sektorda işləyir. Publik şəxsdə kənardan çağırılmış şəxslərin keçdiyi təlimlərdə öyrətdiyi proqramları o, daha yaxşı bilir və illərdir ki, o proqramlarla işləmişdir. Bütün bunlara baxmayaraq onun hüquqları kobud şəkildə pozulmuş və əsassız yerə işdən çıxarılmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun əmək haqqı kartına maaşı əksik köçürüləndə o, rəhbərliyə bu barədə etiraz etməmişdir. Fikirləşmişdir ki, pandemiya şəraitinə görə əksik köçürülüb. O, xx xxxx 2020-ci il tarixdə işdən çıxarılmasına baxmayaraq məhkəməyə 2021-ci ildə müraciət etmişdir. Bunun səbəbi ondan ibarətdir ki, onlar kollektiv şəkildə işdən azad olunduqlarına görə onlar yuxarı səlahiyyətli orqanlara müraciət etmişlər və ümid etmişlər ki, onlar arasında razılıq əldə olunacaq və işlə təmin olunacaqlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, əmək müqaviləsindən görünür ki, işçinin aylıq vəzifə maaşının məbləği göstərilməmiş, ümumi şəkildə ştat cədvəlinə uyğun olaraq təyin edilməsi qeyd edlmişdir. Göründüyü kimi iddiaçının hüquqları kobud surətdə cavabdeh Şirkət tərəfindən pozulmuşdur. İddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Belə ki, iddiaçıya işdən azadolunma barədə əmrin surəti və əmək kitabçası verilməmişdir. Göründüyü kimi cavabdeh tərəf iddia müddətinin ötürüldüyünu bildirsə də, lakin iddiaçıya işdən azadolunma barədə əmrin surətinin və əmək kitabçasının verildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiada göstərilmiş “məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbi iddiaçıya cavabdeh tərəfindən əmək müqaviləsi olduğu müddətdə ödənilməyən məbləğləri də ehtiva edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naziri cənab Sahil Babayev tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış məktubdan göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi nəticəsində mərkəzin ixtisar olunan işçilərinin işlə təmin olunması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilmiş və həmin işçilər Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik şəxsində işə götürülmüşdür. Hazırki iş üzrə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi də şəxsin iradə ifadəsinə əsasən bağlanır. İddiaçı müddətli əmək müqaviləsini könüllü bağlamışdır. İddiaçıya əmək müqaviləsini imzalamağı ilə bağlı hər hansı təsir göstərilməmiş və ona qarşı ayrı-seçkiliyə yol verilməmişdir. Əmək müqaviləsinin müddəti bitdiyindən iddiaçının əmək müqaviləsinə xitam verilmiş və bununla da iddiaçının hər hansı hüquqları cavabdeh tərəfindən pozulmamışdır. Belə olan halda, iddianın əsassız olduğuna görə, habelə iddia müddətinin də ötürülməsinə görə iddiaçının iddiasının təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxxx 2014-cü il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzi ilə İddiaçı arasında xx xxxxxx 2003-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, sonuncu “Kadr hazırlığı və ixtisasartırma kursunun təşkili” şöbəsinə aparıcı metodist təyin edilmişdir. Əmək müqaviləsi bildirişi qüvvədə deyil. xx xxx 2016-cı il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzi ilə İddiaçı arasında xx xxxxxx 2003-cü il tarixdə müddətsiz əmək müqaviləsi üzrə sonuncu “Əmək şəraiti və əməyin mühafizəsi” şöbəsinə baş elmi işçi təyin edilmişdir. Əmək müqaviləsi bildirişi qüvvədə deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********2 nömrəli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin ştat cədvəlinin təsdiq edilməsi” haqqında əmri ilə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin müəyyən edilmiş işçilərin say həddi daxilində ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin ştat cədvəlindən görünür ki, “Əmək bazarının proqnozlaşdırılması şöbəsi” nin aparıcı mütəxəsinin aylıq vəzifə maaşı və vəzifə maaşına əlavələr cəmi 1200 manat olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın PHŞ-də Əmək bazarının proqnozlaşdırılması şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********5 nömrəli əmrindən görünür ki, İddiaçı - əmək bazarının proqnozlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əsas: əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə. xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə İddiaçı arasında xx xxxx 2020-ci il tarixdə müddətli əmək müqaviləsi üzrə sonuncu “Əmək bazarının təhlili və proqnozlaşdırma departamenti, əmək bazarlarının proqnozlaşdırılması” şöbəsinə aparacı mütəxəssis təyin edilmişdir. Əmək müqaviləsinin müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir, hazırkı əmək müqaviləsi bildirişi qüvvədə deyil. İddiaçı üçün hesablanmış son haqq-hesab cədvəlindən görünür ki, 2020-ci ilin aprel, may və iyun ayları üçün hesablanmış cəmi məbləğ 1.800 manatdır. Son hesaba düşən gün 7,5 gün, 1 günə düşən məbləğ 19,74 manat, cəmi hesablanmış son haqqhesab 148,03 manatdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik hüquqi şəxs arasında xx xxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin xx xxxxxx 2020-ci il tarixdə X1 və digərlərinə ünvanladığı “kollektiv müraciətin cavablandırılması” barədə məktubun surətindən görünür ki, müraciət edənlər Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli ********** nömrəli əmri ilə xx xxxx 2020-ci il tarixdən 3 ay müddətinə adı çəkilən publik hüquqi şəxsdə müvafiq vəzifələrə təyin olunmuşlar. Bununla əlaqədar olaraq, onlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) Nazirliyin tabeliyində publik hüquqi şəxsin müvafiq əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər. xx xxxx 2020-ci il tarixdə müvafiq işlə təmin olunmaq üçün Nazirliyin tabeliyində yeni yaradılmış Sosial Xidmətlər Agentliyinə dəvət olunmuş, lakin görüşə gəlməmişlər. Daha sonra telefonla əlaqəsi saxlanmış və görüşə gəlməkdən könüllü imtina etdikləri bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin qeydiyyatda olduğu rayon üzrə məşğulluq mərkəzinə işaxtaran kimi qeydiyyata alınmaq üçün müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35 ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir, 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında xx xxxx 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli, **********5 nömrəli əmr ilə “Əmək bazarının proqnozlaşdırılması” şöbəsində aparacı mütəxəssis vəzifəsində işləyən Salmanova Aybənı̇ z Kamı̇ l qızı ilə bağlanan əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı müddətli əmək müqaviləsini məcbur olub imzaladığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, hesab edir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin “işə bərpa” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələbinin “məcburi işəburaxma müddətinə görə əmək haqqı 11.188,1 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 16.188,1 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddia tələblərinin bu hissələri törəmə tələblərdir və əmək qanunvericiliyin istinad edilən normasına əsasən bu tələblərin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, həmin müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə aşağldakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cavabdehin tərəf isə iddiaçıya xx xxxx 2020-ci il tarixli əmrin surətinin və əmək kitabçasının verildiyini təsdiq edən sübutları (kitaba (jurnala) imza etdirməklə həmin sənədlərin işçiyə verilməsi, bu mümkün olmadıqda həmin sənədlərin poçt vasitəsilə işçiyə göndərilməsini təsdiq edən qəbz və s.) məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Salmanova Aybənı̇ z Kamı̇ l qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ şəxsinə qarşı işə bərpa və pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Salmanova Aybənı̇ z Kamı̇ l qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ şəxsinə qarşı işə bərpa və pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1729/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1729/2021
11.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver