Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1730/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı “işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" da maliyyə və təminat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi işəburaxma müddətinə görə əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən 10.866,1 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 15.866,1 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”-da maliyyə və təminat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmışdır. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 479 nömrəli Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, 480 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 775 nömrəli Fərmanının və AR Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8-ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq “işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. AR Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını xx xxxx 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar onlara evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X5 adına ərizə yazdırdılar. xx xxxx 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı xx xxxx 2020-ci il tarixli, 01/411 nömrəli sənədə əsasən xx xxxx 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. xx xxxx 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirmişlər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə nazir cənab Sahil Babayevə kollektiv müraciət etmişlər. Hazırkı vaxta qədər heç bir cavab verilməmişdir. xx xxxx 2020-ci il tarixdə isə Mehriban xanım Əliyevanın adına ünvanlanmaqla, əvvəlki məktubun və yeni məktubun surətlərini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), ƏƏSM Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Sonuncu müraciətlərinə ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin imzası ilə xx xxxxxx 2020-ci il tarixli, **********3 nömrəli və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) xx xxxxxxxx 2020-ci il tarixli, 2/15627-20 nömrəli cavab məktublarını almışlar. Həmin cavab məktublarına əsasən ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin istinad etdiyi AR Əmək Məcəlləsinin maddələri də göstərir ki, məsələ Nazirlik tərəfindən mahiyyəti üzrə hüquqi baxımdan araşdırılmamış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) AR Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə istinad edərək bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxıldığını bildirərək məhkəməyə müraciət edə biləcəklərini bildirmişdir. O, ilk öncə ETTM-in əməkdaşı kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra işçi “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında onun əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında xitam verilmişdir. Eyni zamanda 3 ayda fəalliyət göstərməyinə baxmayaraq əmək haqqı əksik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. Yuxarıda göstərilənlərə əsasən də görmək olar ki, o, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə ona təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və ona imzalatdırılmışdır. Halbuki, qanunvericiliyin bu norması da işəgötürən “Observatoriya” tərəfindən öncədən pozulmuşdur. Bundan əlavə, həmin əmrlərlə müvafiq sənədləşmə işləri ilə ümumiyyətlə tanış olmadığından cavabdehin hazırki addımı atmaqda olan mahiyyəti onun tərəfindən anlaşılan deyil. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır. Eyni zamanda hazırki işə əlavə olunan əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvələ əsasən də görünür ki, işəgötürən cavabdeh əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyən etmişdir. Bu isə hüquqların əlavə olaraq kobud pozuntusudur. Cavabdehin hazırki əməlləri nəticəsində bu gün də əmək kitabçasını əldə edə bilməmişdir. Buna görə də hazırki günə qədər başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanı xaricindədir. Təbii ki, bu da birbaşa cavabdehin təqsiri ucbatından baş vermişdir. Əmək haqqı ilə əlaqədar iddianın əsaslandırılması haqqında cədvəlində onun cədvəlin tərtib olunduğu günə qədər olan ziyanları müəyyən edilmişdir. Nəzərə alınsa ki, hələ də əmək kitabçası təqdim edilməmişdir, ona görə də hazırki gündə qanunvericiliklə nəzərdə tutulmuş cərimə funksiyasında cavabdeh cəzalandırılmalıdır. Bundan əlavə, artıq bir neçə müddətdir işsiz qaldığı üçün ona mənəvi ziyan vurulmuşdur. Belə ki, hazırki bütün dünyanı ağuşuna alan pandemiya şəraitində işsiz qalmaq və ailə saxlamaq onu həqiqətən də çox acınacaqlı vəziyyətə salmışdır. Bu vəziyyət ona əsəb-stress və mənəvi iztirablar vermişdir. Buna görə də bu mənəvi ziyanın əvəzi olaraq da 5.000 manat pul cavabdehdən tutulmalıdır. Eyni zamanda işdən çıxdıqdan sonra sosial ödənişlərlə, işsizlik sığortası ilə bağlı müraciət etməyinə baxmayaraq cavabdehin təqsiri ucbatından bu cəhdi də uğursuz alınmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli bağlansa da müddət bitdikdən sonra uzadılmalı idi. Bundan əlavə, onun əmək müqaviləsinə xitam verilərkən ona işdən azadolunması barədə müvafiq əmrin surətini də verməmişlər. Son haqq hesabı isə 2 ay sonra vermişlər. Göründüyü kimi onun əmək qanunvericiliyi ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələblərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı əsassız olaraq işdən azad edildiyindən işə bərpa edilməli, məcburi işburaxma dövrünə görə ona 10866,1 manat, mənəvi zərərə görə 5000 manat ödəniş edilməlidir. Həmçinin, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər iddiaçıya ödənilmiş əmək haqqları tam ödənilməmişdir. Belə ki, həmin ödənişlər ştat cədvəlində göstərilən məbləğdən əksik olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili X6 məhkəməyə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin başa çatdığı üçün müqaviləyə xitam verildiyini, buna görə də iddianın əsassız olduğunu bildirmiş və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı sosial arayışından görünür ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixdən xx xxxx 2020-ci il tarixə qədər Əmək və Sosial Problemlər üzrə X1 katibə vəzifəsində çalışmış, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər isə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X8 aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” PHŞ-də “Maliyyə və təminat” şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********1 nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı – “Maliyyə və təminat” şöbəsinin aparıcı mütəxəssisi xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əsas: əmək müqaviləsinin müddətinin qurtarması, xidməti məruzə. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 arasında xx xxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək müqaviləsi bildirişi ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx xxxx 2020-ci il tarixli xxxxxxx0004X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı üçün hesablanmış son haqq-hesab cədvəlindən görünür ki, 2020-ci ilin aprel, may və iyun ayları üçün hesablanmış cəmi məbləğ 1.800 manatdır. Son hesaba düşən gün 7,5 gün, 1 günə düşən məbləğ 19,74 manat, cəmi hesablanmış son haqqhesab 148,03 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı verilmiş hesabdan çıxarış cədvəlinin surətindən görünür ki, İddiaçı hesabına xx xxx 2020-ci il tarixdə 500,81 manat əmək haqqı, xx xxx 2020-ci il tarixdə 617,58 manat əmək haqqı, xx xxxx 2020-ci il tarixdə 523 manat əmək haqqı, xx xxxxxx 2020-ci il tarixdə isə 142,85 manat məbləğində əmək haqqı köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbərinin xx xxxxxx 2020-ci il tarixdə X2 və digərlərinə ünvanladığı “kollektiv müraciətin cavablandırılması” barədə məktubun surətindən görünür ki, müraciət edənlər Nazirliyin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12in xx xxxx 2020-ci il tarixli ********** nömrəli əmri ilə xx xxxx 2020-ci il tarixdən 3 ay müddətinə adı çəkilən X12də müvafiq vəzifələrə təyin olunmuşlar. Bununla əlaqədar olaraq, onlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) Nazirliyin tabeliyində X12in müvafiq əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər. xx xxxx 2020-ci il tarixdə müvafiq işlə təmin olunmaq üçün Nazirliyin tabeliyində yeni yaradılmış Sosial Xidmətlər Agentliyinə dəvət olunmuş, lakin görüşə gəlməmişlər. Daha sonra telefonla əlaqə saxlanmış və görüşə gəlməkdən könüllü imtina etdikləri bildirilmişdir. Əlavə olaraq “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin qeydiyyatda olduğu rayon üzrə məşğulluq mərkəzinə işaxtaran kimi qeydiyyata alınmaq üçün müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35 ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; -43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; -45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; -45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; -47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; -68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. -73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. -83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər arasında xx xxxx 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti xx xxxx 2020-ci il tarixdə bitmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli, **********1 nömrəli əmr ilə “Maliyyə və təminat” şöbəsində aparacı mütəxəssis vəzifəsində işləyən İddiaçı ilə bağlanan əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin vaxtının bitməsi ilə bağlı) xitam vermişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, işəgötürən əmək müqaviləsinin müddəti başa çatdığından iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermiş, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş və iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Belə olan halda, məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, belə qənaətə gəlir ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmadığından iddia tələbinin “işə bərpa” hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia tələblərinin “məcburi işəburaxma müddətinə görə əmək haqqı 10.866,1 manat maddi və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, ümumilikdə 15.866,1 manat pulun və qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin cavabdehdən tutulması” hissələri ilə əlaqədar isə qeyd edir ki, iddia tələblərinin bu hissələri törəmə tələblərdir və əmək qanunvericiliyin istinad edilən normasına əsasən bu tələblərin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “işə bərpa” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbləri bu hissələrdə də təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində əmək haqqının ona ödənilməməsini və ya natamam ödənilməsini iddia edirsə, o, işlədiyi müddət üçün ödənilməmiş və ya natamam ödənilmiş əmək haqqının cavabdehdən tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı “işə bərpa, məcburi işəburaxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi” tələblərinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosı̇ al Müdafı̇ ə Məsələlərı̇ Üzrə Mı̇ llı̇ Observatorı̇ ya" Publı̇ k Hüquqı̇ Şəxsinə qarşı “işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi, habelə qətnamə icra olunan günə qədər hər gün üçün ümumi məbləğin 1 faiz hissəsində hesablanacaq cərimənin ödənilməsi” tələblərinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1730/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1730/2021
10.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver