Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1740/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına, mənzilin cavabdehlərin hesabına boşaldılaraq ona təhvil verilməsinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh1 Cavabdeh İddiaçı qarşı 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri Binəqədi rayonu 9cu mkr Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına, mənzilin cavabdehlərin hesabına boşaldılaraq ona təhvil verilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında 30.11.2019-cu il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 71 nömrəli mənzili 100000 manata İddiaçı satmışdır. İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 100000 manatı tam şəkildə cavabdehə ödəmişdir. 11.12.2019-cu il tarixdə isə həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Müqavilənin 11-ci bəndində Cavabdeh1 29.12.2019-cu ilədək mənzili boşaldıb alıcının sahibliyinə verməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bugünədək həmin mənzili boşaltmamış və alqı-satqı müqaviləsinin 11-ci bəndində qeyd olunan öhdəliyi icra etməmişdir. Hətta daha sonra Cavabdeh1 mənzilə başqa şəxsi digər Cavabdeh2 köçürmüşdür. Dəfələrlə cavabdehlərdən mənzildən çıxmaları və mənzili tamamilə boşaltmaları tələb edilsə də, cavabdehlər tərəfindən bu tələblərə məhəl qoyulmamış və mənzildə yaşamaqda davam etmişlər. Cavabdeh1 və Cavabdeh2 tərəfindən əmlakın əsassız olaraq zəbt edilməsi İddiaçı mülkiyyət hüquqlarının kobudcasına pozulmasına səbəb olmuşdur. Qarşılıqlı iddia tələbi tamamilə əsassızdır. Notariat kontoruna müraciət edən tərəflər borc, əmlakın yüklülüyünə dair də müqavilələr də bağlaya bilərdilər. İddiaçı ilə cavabdehlər arasında hər hansı bir borc münasibətləri olmamış, iddiaçı pulunu verib mənzil almışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilindən məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin ilk iddia ərizəsi üzrə cavabdehlərin hesabına boşaldılaraq ilk iddia ərizəsi üzrə iddiaçıya təhvil verilməsinə, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə R.Y. Rüstəmov arasında bağlanmış 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzilini 100000 manata İddiaçı satmışdır. Lakin bu alqısatqı müqaviləsi formal olaraq bağlandığından heç bir hüquqi əsası yoxdur. Belə ki, F.H. Hüseynova sələmə pul verməklə məşğuldur, tərəflər arasında olan borcun qaytarılmasının təminatı olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh1 mülkiyyətində olan mənzil faktiki qiymətindən aşağı qiymətə İddiaçı satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bu halı İddiaçı mərhum qardaşı H.Hüseynovun verdiyi qəbzlər təsdiq edir. Hal-hazırda Cavabdeh1 barəsində Ağcabədi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinə baxılır. Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzilində Cavabdeh2 yaşayır. Ona görə də ilk iddia ərizəsinin rədd olunmasına, qarşılıqlı iddia ərizəsinin təmin edilərək 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İlk iddia ərizəsi üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də ilk iddia ərizəsi üzrə Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə ilk iddia ərizəsi üzrə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.03.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 9-cu mkr 143a saylı evin 71 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2300 saylı reyestr kitabının 214052 saylı vərəqində qeydiyyata alınmışdır. Cavabdeh1 və İddiaçı ünvan 2 ünvanladıqları ərizənin surətindən müəyyən olunur ki, onlar Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilini 100000 manata satılması barədə razılığa gəldiklərindən alqısatqı müqaviləsinin notarialqaydad təsdiq edilməsini, müqavilə üzrə məbləğin depozit hesabına qəbul edilməsini xahiş etmişlər. Satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış 30.11.2019-cu il tarixli AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzilini alıcıya 100000 manata satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən satıcı Cavabdeh1 29.12.2019-cu il tarixədək mənzili alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. X4 29.11.2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, əri Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi 143A saylı evin 71 saylı mənzilininsatılmasına razı olmasını bildirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.12.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 9-cu mkr 143a saylı evin 71 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayonu 19 saylı xüsusi notariat kontorunun 29.11.2019-cu il tarixli 777 saylı məktubundan müəyyən olunur ki, notariat qaydasında təsdiq ediləcək müqavilə üzrə ödənilməli olan 100000 manatın müqavilə təsdiq olunduqdan sonra satıcı Cavabdeh1 verilməsi üçün notairusun Muğanbank ASC-nin İnvest filialında olan depozitinə qəbul edilməsi xahiş olunmuşdur. Muğanbank ASC-nin 29.11.2019-cu il tarixli qəbzinin surətindən müəyyən olunur ki, X3 müqavilə üzrə 100000 manatı notariusun depozitinə ödəmişdir. Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu H.Hacızadənin 29.11.2019-cu il tarixli 442 reyestr nömrəli kassa məxaric çekinin surətindən müəyyən olunur ki, Cavabdeh1 məxaric olunan 100000 manatı almağa vəkil edilmişdir. H.Hüseynov tərəfindən imzalanması qeyd olunan 28.06.2020-ci il tarixli qəbzdən görünür ki, o, Cavabdeh1 40000 manat pul almış, həmin pulu sonuncunun evini aldığı vaxt verdiyi sələm pulundan çıxacaqdır. H.Hüseynov tərəfindən imzalanması qeyd olunan tarixi qeyd olunmayan qəbzdən görünür ki, o, Cavabdeh1 sonuncuya məxsus olan ünvan 3 ünvanında yerləşən evi almış, onun müqabilində Cavabdeh1 100000 manat ödəmiş, lakin evin dəyəri bundan artıq olduğu üçün sonuncu onun pulunu qaytardıqda evi sonuncuya qaytarmağa söz vermişdir. H.Hüseynov tərəfindən imzalanması qeyd olunan tarixi qeyd olunmayan qəbzdən görünür ki, o, Cavabdeh1 sonuncuya məxsus olan ünvan 3 ünvanında yerləşən evi almış, onun müqabilində Cavabdeh1 40000 ABŞ dolları ödəmiş, lakin evin dəyəri bundan artıq olduğu üçün sonuncu onun pulunu qaytardıqda evi sonuncuya qaytarmağa söz vermişdir. 25.06.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, milliön elektron ödəmə sistemi vasitəsilə X1 hesabına 500 manat ödəniş edilmişdir. 02.03.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, milliön elektron ödəmə sistemi vasitəsilə X1 hesabına 1870 manat ödəniş edilmişdir. 01.02.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, milliön elektron ödəmə sistemi vasitəsilə X1 hesabına 1700 manat ödəniş edilmişdir. 07.01.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, milliön elektron ödəmə sistemi vasitəsilə X1 hesabına 800 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilini 30.11.2019-cu il tarixdə 100000 manata İddiaçı sataraq mənzilin pulunu alsa da, müqavilə üzrə öhdəliyini yetirməmiş, yəni mənzili boşaldaraq yeni mülkiyyətçiyə təhvil verməmişdir. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı əqdin etibarsız olmasını iddia etsə də, məhkəmə tədqiqatı zamanı qarşılıqlı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, məhkəməyə təqdim olunan qəbzlərdən müəyyən olunur ki, bu qəbzlərin bir qisminin tərtib olunduğu tarix müəyyən deyil, digər qismi isə müqavilə bağlanandan sonra tərtib olunmuş, ödəniş H.H.Hüseynova edilmiş, qəbzlərin məzmunundan İddiaçı ilə deyil, H.Hüseynovla Cavabdeh1 arasında olan razılıqdan bəhs edilir. Məhkəmə qeyd edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (MM –nin 389.1,390.1,390.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İstinad olunan maddi hüquq normasının tələbindən müəyyən olunur ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməlidirlər. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasına aid edilən şərtə tərəflər əməl etdikləri halda əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin ləğv edilməsi üçün deyil, əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər notariat kontoruna müraciət edərək məhz alqı-satqı müqaviləsinin bağalanması barədə razılığa gəldiklərini, daşınmaz əmlakın dəyərinin qarşılıqlı razılığa əsasən 100000 manat məbləğində müəyyən etmələrini bildirmiş, Cavabdeh1 mənzilin satılmasına dair öz həyat yoldaşının razılıq ərizəsini notariat kontoruna təqdim etməklə şəxsən müqaviləni imzalamaqla müqavilənin təsdiq olunmasında iştirak etmiş, alıcı mənzilin dəyərini notariusun depozitinə ödəmiş, daha sonra həmin vəsaitin satıcı tərəfindən depozitdən çıxarılması barədə sərəncam verilmişdir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, tərəflər daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etdiklərindən, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən ilk iddia ərizəsi tam həcmdə təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr Mir Cəlal küçəsi 143 A saylı evin 71 saylı mənzili Cavabdeh1 və Cavabdeh2 hesabına boşaldılmaqla İddiaçı təhvil verilsin. Cavabdeh1 İddiaçı qarşı 30.11.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1740/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1740/2021
12.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver