Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1754/2024 15.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X12 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla cavabdeh Rəsulova (Osmanova) Könül Oktay qızı arasında 12 avqust 1994-cü il tarixdə nikah qeyd olunmuşdur. Nikahları Ağsu rayonunun Kalva kənd icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.1995-ci ildə Günel və xx.xx.1997-ci ildə Anar adlı övladları anadan olmuşdur. Nikahdan sonra bir müddət qardaşına məxsus Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ev 4A, mənzil 1-də yaşamışlar. Birgə yaşadıqları müddətdə 2004-cü ildə Binəqədi rayonu Xocasən Bələdiyyəsinə məxsus Sulutəpə qəsəbəsində dörd otaqdan ibarət ikimərtəbəli (birinci mərtəbə zaldır) ev tikdirmiş və ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamışdır. Ailədə baş verən münaqişələr nəticəsində 2008-ci ildə nikahları Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə nikahların pozulmasına baxmayaraq Sulutəpə qəsəbəsində özbaşına tikilmiş iki mərtəbəli evin ikinci mərtəbəsində o, birinci mərtəbəsində isə cavabdeh uşaqlarla birlikdə yaşamışlar. Nikahları pozulduqdan sonra cavabdeh onun evdə yaşamasına imkan verməmiş, evdən çıxarılması üçün mütəmadi olaraq müxtəlif orqanlara onun barəsində şikayətlər etmiş, hətta barəsində ittiahm hökmü çıxarılmasına nail olmuşdur. Cavabdeh onun evdə yaşamasına, əmlakından istifadə etməsinə imkan verməmiş, evin qıfılını dəyişərək açarı verməkdən imtina etmiş və hədə-qorxu gələrək yaşamağa imkan verməmişdir. Ona görə də məcbur olaraq birgə nikah müddətində tikdirdikləri evdən çıxmış, müxtəlif ünvanlarda yaşamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşamışdır. Mülki Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdeh isə qeyd edilən normaları 2016-cı ildən pozaraq onun yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hərəkətlər edir, ondan prokurorluq orqanlarına, yaşayış yeri üzrə polis orqanlarına şikayətlər edir. Həmin ev faktiki olaraq mövcuddur, mənzildən çıxana qədər əmlakları həmin evdə olmuşdur. O, həmin əmlaklardan da istifadə edə bilmir. Mübahisə predmeti olan tikili Binəqədi rayonunun ərazisinə yerləşir və o, hesab edir ki, iddiası əsaslıdır və Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 29 ünvanında yerləşən ikimərtəbəli, dörd otaqlı evə köçürülməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun ünvan 1 ünvanında yerləşən, iki mərtəbəli, dörd otaqlı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X19 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh eyni zamanda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmişdir. Həmçinin cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə də, məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 18 il keçdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini əsas gətirmiş və iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli, 3-16-5/7-O-70-1602/2023 nömrəli arayışdan görünür ki, İddiaçı ilə X14 arasında bağlanmış nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2009-cu il tarixdə 08№-li akt qeydi ilə Qaradağ rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı № 086470 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2009-cu ilin 01 ayının 23 günündə 08№ ilə qeyd edilmişdir. İş materiallarında olan 150 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 132 №-li arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən Xırdalan şəhəri 22-ci məhəllə, mənzil 35 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-292/2008 nömrəli 08 oktyabr 2008-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, İddiaçı hərəkətlərində sağlamlığın pozulmasına səbəb olmayan, qəsdən döymə faktı vardır və bu fakt, yəni İddiaçı 14 mart 2008-ci il tarixdə Könül Osmanovaya xəsarət yetirməsi faktı zərər çəkmiş şəxsin və şahidin ifadəsi ilə, habelə məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-819/09 nömrəli, 30 mart 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdehlər İddiaçı Ocaqulu oğluna və X11 qarşı ünvan 4 ünvanda yerləşən özbaşına tikilmiş evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən Binəqədi rayonu Xocasən Bələdiyyəsinin cavabdehlər X6, İddiaçı və X11 qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddiası təmin edilmiş, ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli evdən ibarət özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və boşaldılmış torpaq sahəsinin Xocasən Bələdiyyəsinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2009-cu il tarixli 2(103)-3039/2009 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-819/09 nömrəli, 30 mart 2009-cu il tarixli qətnaməsindən cavabdeh X9 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2009-cu il tarixli 2(103)-3039/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə cavabdeh X15 tərəfindən mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəmə Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 10 noyabr 2009-cu il tarixli 2(102)-3027/2009 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra K.Osmanova tərəfindən qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 09 iyul 2010-cu il tarixli 13(102)-15/10 saylı qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 10 noyabr 2009-cu il tarixli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin MİÜKnın 29 iyun 2009-cu il tarixli qətnaməsi yeni açılmış hallar əsasında ləğv edilmiş və iş prosessual qanunla müəyyən edilən qaydalara uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin 29 dekabr 2009-cu il tarixli məktubu ilə təsdiq edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin inzibati ərazisinə aid olmaqla dövlətin müstəsna mülkiyyətindədir. Həmin sahə Azərbaycan Respublikası DNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə əsasən “X22” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilindədir. Göründüyü kimi mübahisəli torpaq sahələri dövlətin müstəsna mülkiyyəti olmaqla Xocəsən Bələdiyyəsinin deyil, “X22” Əməliyyat Şirkətinin sahibliyindədir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli, 21 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı və X11 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddiasının təmin olunması, eləcə də müstəqil tələbi irəli sürən Bakı şəhəri Binəqədi Rayon Xocasən X1, İddiaçı, X11 qarşı “zəbt olunmuş torpaq sahəsinin Xocasən bələdiyyəsinə qaytarılması, torpaq üzərində tikilmiş tikilinin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiası təmin olunmamış, müstəqil tələb irəli sürən üçüncü şəxs “X22” Şirkətinin X6 qarşı “3 saylı mədənin ərazisində inşa edilmiş özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası təmin olunmuş, cavabdeh X3 3 saylı mədənin neft çənlərinin ərazisində inşa etdiyi qanunsuz tikilinin cavabdeh X3 hesabına sökülməsi və ərazinin boşaldılaraq “X22” Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X15 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli, 21 oktyabr 2011-ci il tarixli qətnaməsi iddiaçı “X22” Şirkətinin iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh X9 yaşadığı ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli evdən ibarət özbaşına tikilinin X9 vəsaiti hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq “X22” Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2013-cü il tarixli 2(102)-4/13 saylı Qərarından görünür ki, cavabdeh Rəsulova (Osmanova) Könül Oqtay qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2012-ci il tarixli 2(103)-35/12 saylı qətnaməsi ləğv edilmiş və işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2013-cü il tarixli 2(103)-2328/2013 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli, 21 oktyabr 2011-ci il tarixli qətnaməsindən cavabdeh X15 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli, 21 oktyabr 2011-ci il tarixli qətnaməsi müstəqil tələb irəli sürən 3-cü şəxs “X22” Şirkətinin iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs “X22” Şirkətinin X6 qarşı 3 saylı mədənin feft çənlərinin ərazisində inşa edilmiş tikilinin X3 hesabına sökülməsi və ərazinin boşaldılmasına dair tələbi təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-789/2011 nömrəli, 21 oktyabr 2011-ci il tarixli qətnaməsi digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2013-cü il tarixli 2(102)-4419/2013 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2013-cü il tarixli 2(103)-2328/2013 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2014-cü il tarixli, 2(103)-1499/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, X9 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-789/2011 saylı iş üzrə 02 oktyabr 2011-ci il tarixli qətnaməsi hazırki apellyasiya baxışının hədləri çərçivəsində yoxlanılan, müstəqil tələb irəli sürən 3-cü şəxs X22 şirkətinin iddiasının təmin edilməsi, həmçinin 3 manat pulun X2 tutularaq “X22” Şirkətinə ödənilməsi hissələrində ləğv edilmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs “X23” şirkətinin X6 qarşı X3 3 saylı mədən ərazisində inşa etdiyi qanunsuz tikilinin onun hesabına sökülməsi və ərazinin boşaldaraq qanuni istifadəsinə qaytarılması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mövqeyini onunla əsaslandırımışdır ki, “X22” Şirkətinin irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb hüququ buna cavab verməli olan şəxsə qarşı yönəldilməmiş, mübahisəli tikilinin məhz X10 tərəfindən inşa edilməsi sübut olunmamış, həmin evdə faktiki yaşayan və evi tikdiyi müəyyən edilən K.Osmanovaya qarşı tələb olunmadığı halda, birinci instansiya məhkəməsi məhz onun mənafelərinə toxunan qətnamə çıxarmaqla, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bununla yanaşı qətnamədə qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən tikilidə məhz K.Osmanovanın və azyaşlı uşaqlarının faktiki yaşadıqları və həmin tikilinin Bəhruz Osmanov tərəfindən tikilmədiyi işin artıq mübahisələndirilməyən halına çevrilmişdir. İş materiallarında olan Cavabdeh Oqtay qızı tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə qarşı etiraz edərək, etiraz ərizəsində iddiaçı tərəfindən müəyyən faktların təhrif edilməsini, yəni həmin evin 2002-ci ildə inşa edilməsini və 2004-cü ildən orda yaşamasını göstərmişdir. Belə ki, iddiaçı ilə həqiqətən də rəsmi evilikləri olmuşdur. 1994-cü ildə rəsmiləşən evlilikləri rəsmi olaraq da 2008-ci ildə pozulmuşdur. Lakin iddiaçı ərizəsində guya 2008-ci ildən nikahları pozulandan sonra o, uşaqları ilə birlikdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 29-da yaşadığını bildirsə də, faktiki olaraq 2006-cı ildən həmin ünvanda yaşamamışdır. Həmin dövrdən hal-hazıradək iddiaçı müxtəlif ünvanlarda yaşamaqdadır. İddiaçının bildiyi qədər 2010-2011-ci illərdə ikinci rəsmi evliliyi olmuşdur ki, həmin zamanda o, həyat yoldaşı və sonradan ikinci nikahdan doğulmuş uşağı ilə birlikdə Ağsu rayonunda və Bakı şəhərində yaşamışdır. Hazırda iddiaçı ikinci həyat yoldaşı ilə də rəsmi boşanmışdır. 2006cı ildən hal-hazıradək iddiaçı nəinki onlarla bir yaşamamışdır, o ümumiyyətlə onlarla maraqlanmamışdır. Bu illər ərzində onun minlərlə manat aliment borcu yaranmışdır ki, iddiaçı bu vəsaiti ödəməkdən illərlə yayınmışdır. İcra işi ilə əlaqədar Qaradağ rayon icra şöbəsinə şikayətlərindən sonra iddiaçı həmin məbləğdən yalnız 2023-cü ildə 700 manat ödəmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin surətindən də görünür ki, iddiaçı artıq 2008-ci ildən onlarla yaşamadığını etiraf etməkdədir. İddiaçının 2006-cı ildən etibarən onlarla yaşamadığını ərazidə olan qonşuları da şahidlik edərək təsdiq edə bilərlər. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh Oqtay qızı tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizədən görünür ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin buraxılmasını və həmin müddətin 2011-ci ildə başa çatmasını əsas gətirməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan həmin ev 2002-ci ildə inşa edilmiş və o, 2004-cü ildən orada yaşayır. İddiaçı ilə rəsmi evlilikləri 2008-ci ildə pozulmuşdur. O, uşaqları ilə birlikdə həmin ünvanda yaşamış və hal-hazırda da yaşayır. İddiaçı isə həmin evdə yaşamamış və hazırda müxtəlif ünvanlarda yaşamaqdadır. Hazırda iddiaçı 2006-cı ildən sonra, 18 il keçdikdən sonra evə köçürülməsi barədə iddia ərizəsi ilə müraciət etmiş, bu onun tərəfindən sui-istifadə olmaqla yanaşı iddia müddətinin buraxılması da deməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X7 hər biri ayrı-ayrılıqda cavabdehin qonşusu olmaqla yanaşı, 20 ilə yaxın Cavabdeh ilə qonşuluqda yaşadıqlarını, hazırki iş üzrə İddiaçı isə ümumiyyətlə tanımadıqlarını və onun həmin fərdi yaşayış evində yaşamadığını təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 iddiaçı ilə cavabdehin övladları olmaqla yanaşı, bildirmişdir ki, atası İddiaçı 2008-ci ildən onları tərk edərək getmiş, onun üzərində iddiaçının bir ata kimi heç bir maddi və mənəvi haqqının olmadığını, onun yaşatdığı travmaları xatırlamaq istəmədiyini, həmin travmaların onun həyatına hazırki günədək təsir etdiyini bildirmişdir. İlk növbədə məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsaslandırılmadığından hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməli, iddia mahiyyəti üzrə baxılaraq həll edilməlidir. İddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, hazırki mübahisənin predmetini özbaşına tikili təşkil edir. Özbaşına tikililərlə bağlı hüquqları tənzimləyən maddi hüquq normaları nə mülki qanunvericilikdə, nə də mənzil qanunvericiliyində mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Məhkəmə hesab edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə (mənzilə) köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Mənzil Məcəlləsinin 17.2-ci maddəsinə görə mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: özəl mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işdə olan sübutlarla, tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq edilir ki, iddiaçı cavabdehlə 1994-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar, nikahları 12 avqust 1994-cü il tarixdə rəsmiləşdirilmişdir. Tərəflərin iki övladları - 07 iyun 1995-ci il təvəllüdlü X16 və 05 oktyabr 1997-ci il təvəllüdlü X19 doğulmuşdur. Mübahisəli ev, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla tərəflər arasında nikah bağlandıqdan sonra, yəni 2004-cü ildə əldə edilmişdir, hal-hazıradək həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daha sonra tərəflər arasında münasibətlər pozulmuş, aralarında münaqişələr yaranmış, bu səbəbdən də, hazırki iş üzrə iddiaçı evi 2008-ci ildə tərk etmiş, nikah məhkəmə qaydasında ləğv olunmuşdur. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında ailə münaqişəsi zəminində dəfələrlə mübahisələr yaranmış, iddiaçı tərəfin cavabdeh tərəfi qəsdən döyməsi faktı məhkəmənin müvafiq hökmləri ilə öz təsdiqini tapmış və İddiaçı məsuliyyətə cəlb edilməklə, həmin əməllərin törədilməsində təqsirli bilinərək cərimə cəzasına məhkum edilmişdir. Həmçinin məhkəmə tərəfindən 2(001)-819/2009 saylı mülki işin materialları diqqətlə tədqiq edilmiş və məhkəmə iclas protokolları və məhkəmə qərarları ilə də bir daha təsdiq edilmişdir ki, X3 İddiaçı (hazırki iş üzrə iddiaçı) və X11 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən İddiaçı verdiyi izahatında ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmiş, o, və həyat yoldaşı (hazırki iş üzrə cavabdeh) X15 faktiki yaşayış yerləri olmadığından qardaşından Sulutəpə qəsəbəsində yerləşən evə köçmələrinə imkan verilməsi xahiş edilmiş, qardaşı onun xahişinə əsasən müvəqqəti olaraq onları mübahisəli evdə yerləşdirmiş, onlar mübahisəli evə 2006-cı ildə köçmüşlər, cavabdehlə aralarında olan nikah pozulmuş, İddiaçı qardaşının tələbini yerinə yetirərək mübahisəli evdən özünə məxsus əşyaları götürərək çıxıb getmişdir. İddiaçı mübahisəli fərdi yaşayış evinin məhz onun səyi, zəhməti ilə əldə edildiyini iddia etsə də, həmin faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə iclasında tərəflərin verdikləri izahatları və şahid ifadələri ilə təsdiq edilmişdir ki, həmin mübahisəli fərdi yaşayış evinin əldə edilməsində, inşa edilməsində iddaçının səyi, zəhməti yaxud birgə nikah dövründə ümumi əmlakı hesabına inşa edilməsi, tikilinin yaralı vəziyyətə gətirilməsi ilə bağlı iddiaçı tərəfindən əsaslı vəsaitin qoyulması müəyyən edilməmiş və ya həmin faktları təsdiq edəcək mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırda İddiaçı məhkəməyə yaşayış yerinin olmaması səbəbindən, eyni zamanda cavabdeh tərəfindən zorla mübahisəli fərdi yaşayış evindən çıxarılmasına istinad edərək, həmin mübahisəli fərdi yaşayış evinə köçürülməsini xahiş etsə də, həmin fərdi yaşayış evinin özbaşına tikili olduğu təsdiq edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2014-cü il tarixli, 2(103)- 1499/2014 nömrəli qətnaməsində həmin tikilinin yerləşdiyi torpaq sahəsinin dövlətin müstəsna mülkiyyəti olmaqla “X22” Əməliyyat Şirkətinin sahibliyində olması təsdiq edilməklə, mübahisəli tikilinin məhz iddiaçının qardaşı X10 tərəfindən inşa edilməsinin sübut olunmaması və həmin evdə Cavabdeh faktiki yaşadığı və evi tikdiyi təsdiq edildiyindən, İddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evi 2008-ci ildən tərk edildiyi və 16 ildən artıq həmin fərdi yaşayış evində yaşamadığı təsdiq edildiyindən, onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarılması dəlili 2(001)-819/2009 saylı mülki işin materiallarında olan protokollarda verdiyi izahatı ilə təkzib edildiyindən, həmçinin iddiaçı tələblərinin əsası kimi göstərdiyi halları mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən tərəflərin münaqişəli münasibətdə olduğu faktını da onların bir evdə yaşamasının mümkünsüzlüyü, hətta təhlükəli olduğu kimi nəzərə almışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq, belə hesab edir ki, iddia tələbi əsassız olduğundan və mötəbər sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1754/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1754/2024
15.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver