Məhkəmə qərarları › İş №2(001)-176/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-176/2021

11.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-176/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı X4 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılmasına, yarımtikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin ona təhvil verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı X4 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılmasına, yarımtikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin ona təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X1 qəsəbə bələdiyyəsinə ərizə ilə müraciət edərək istifadəsində olan X4 xx.xx.2005-ci il tarixli qərarı ilə X5 istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilmiş fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsini xahiş etmiş və X4 xx.xx.2006-cı il tarixli sərəncamı ilə Z.M.Ziyadovun istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinə sahiblik və istifadə hüququ iddiaçının adına keçirilmişdir. Mütəxəssis tərəfindən torpaq sahəsinin eskizi tərtib edilməklə təsdiq edilmişdir. Hal-hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və cavabdeh orada özbaşına tikili inşa etməyə başlamışdır. Bununla bağlı iddiaçı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq sonuncu iddiaçının tələbinə məhəl qoyulmamışdır. Hal-hazırda iddiaçının sahiblik və istifadə hüquqları pozulmuş, ona məxsus torpaq sahəsi qanunsuz zəbt edilməklə orada özbaşına tikili inşa edilmişdir. Ona görə də Cavabdeh X4 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamı ilə iddiaçının sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılmasına, yarımtikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun tikinti apardığı torpaq sahəsinə dair sənədi vardır, lakin o, həmin sənədi İcra Hakimiyyətinin nümayəndəsinə vermişdir. Ümumiyyətlə həmin torpaq sahəsi X17 Şirkətinə ayrılan torpaq sahəsidir, 30 metr aralıda neft quyusu yerləşir. Ona görə də o, iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi rayon X4 nümayəndəsi X9 iddia ərizəsinin həllini məhkəmənin səlahiyyətinə verərək izahatında göstərmişdir ki, cavabdehin torpağa dair sənədləri onlara təqdim edilməmiş, iddiaçının torpağa dair sənədlərinin surəti Bələdiyyədə vardır. Binəqədi rayonu X4 xx.xx.2006-cı il tarixli № 2030 saylı sərəncamı ilə İddiaçı istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi ayrılmışdır. Lakin sərəncama əlavə edilmiş sxemdə miqyas, koordinat və hər hansı bir istinad nöqtəsi göstərilməmişdir. Ona görə də iddia tələblərinin həllini məhkəmənin səlahiyyətinə verir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2006-cı il tarixli № 2030 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhər sakini vətəndaş X6 xx.xx.2005-ci il tarixli 1508/1 saylı qərarla fərdi ev tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilən 300 m2 torpaq sahəsinin Bakı şəhər sakini İddiaçı adına verilməsini ərizə ilə X3 xahiş etmişdir. X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilməsinə sərəncam verilmişdir. Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2019-cu il tarixli № 1337 saylı arayışından müəyyən olunur ki, X4 xx.xx.2006-cı il tarixli № 2030 saylı sərəncamı ilə İddiaçı istifadəsinə 300 m2 torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2019-cu il tarixli № 01-13/N-1213 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu X4 xx.xx.2006-cı il tarixli № 2030 saylı sərəncamı ilə İddiaçı istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi Binəqədi qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşir. Müvafiq qaydalara əsasən torpaq sahəsi vətəndaşlara ayrıldıqdan sonra həmin torpaq sahəsinin qorunub saxlanmasının öhdəçiliyi vətəndaşın üzərinə düşür. Həmin vaxtdan uzun müddət keçdiyinə görə heç bir koordinat oxları olmadığına görə və sözügedən ərazidə çoxlu sayda yaşayış evləri tikildiyinə görə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazini müəyyənləşdirmək bələdiyyənin imkanları xaricindədir. Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2006-cı il tarixli № 2030 saylı sərəncamına əlavə edilmiş sxemdə miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, sərəncamda ayrılan torpaq sahəsinin, iddiaçı tərəfindən göstərilərək ölçülən mübahisəli sahə olub-olmadığını müəyyən etmək mümkün olmamış, lakin ölçülən ərazi dövlət mülkiyyətidir. Torpaq sahəsi dövlət mülkiyyətində olub, X17 Şirkətinin istifadəsinə verilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, iş üzrə aparılmış tədqiqatının dəyəri 60,60 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1741 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X12 Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2006-cı il tarixli № 2030 saylı sərəncamına əlavə edilmiş sxemdə miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, sərəncamda ayrılan torpaq sahəsinin, iddiaçı tərəfindən göstərilərək ölçülən mübahisəli sahə olub-olmadığını müəyyən etmək mümkün olmamış, lakin ölçülən ərazi dövlət mülkiyyətindədir. Torpaq sahəsi dövlət mülkiyyətində olub, X17 Şirkətinin istifadəsinə verilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mütəxəssis rəyinə əsasən sözügedən tikilinin X15 Şirkətinin istifadəsinə verilən ərazidə yerləşdiyini və iş materiallarına X2 inşa etdiyi tikiliyə dair hər hansı razılaşdırma sənədinin əlavə edilmədiyi nəzərə alaraq həmin tikilinin lazımi icazə alınmaqla, şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; ...... Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.) İmperativ xarakterli normaların məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyektlərinin layihələşdirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də həmin sahələrdə yeraltı qurğuların yerləşdirilməsinə faydalı qazıntıların çıxarılmasının mümkünlüyünü və tikinti işlərinin iqtisadi cəhətdən məqsədəuyğunluğunu, habelə dağ-mədən işlərinin təhlükəsiz aparılmasını və yerli şəraiti nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilir. Yuxarıda göstərilən obyektlərin inşasına tikinti işləri aparılacaq sahənin altındakı yerin təkində faydalı qazıntılar olmadığı halda da müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilir. Faydalı qazıntılar yerləşən sahələrdə özbaşına aparılan tikinti işləri, onlara qoyulan vəsait, tikililərin sökülməsinə və sahənin rekultivasiyasına çəkilən xərclər ödənilmədən dayandırılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X4 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300 m2 torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir və bu topraq sahəsi X17 şirkətinin istifadəsinə verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı X4 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamı ilə ayrılmış 300 m2 torpaq sahəsi bələdiyyənin deyil, dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan Binəqədi rayonu X4 həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ, iddiaçının isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından iddia ərizəsi təmin edilə bilməz. Belə ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı X4 xx.xx.2006-cı il tarixli 2030 nömrəli sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılmasına, yarımtikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin ona təhvil verilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı mütəxəssis rəyinə görə 60,60 manat Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xeyrinə tutulsun. İddiaçı ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar