Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1778/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 cəlb edilməklə) «qohumluq faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X14nun onun babası olmaqla qohumluq münasibətlərində olması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il təvəllüdlüdür və Biləcəri qəsəbəsi Əfzələddin Xəqani 6 ünvanında doğulmuş və burada böyüyüb başa çatmışdır. xx.xx.1977-ci il tarixdə X13 ilə nikaha daxil olmuş və soyadını Məmmədova ilə dəyişmişdir. X2 xx.xx.1990-cı il tarixdə, anası X9 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdirlər. X14 isə xx.xx.1959-cu il tarixdə vəfat etmişdir. Doğulduğu böyüyüb başa çatdığı ünvan X14nun adına çıxarış ilə rəsmiləşdirilmişdir. Babası vəfat etdikdən sonra sözügedən ünvanı faktiki olaraq və adına texniki pasport çıxarılmaqla X2 miras kimi qəbul etmişdir. Atası və anası ölənə qədər bu ünvanda yaşamışdır. Anası ölənə qədər o, anasına baxmış və mütəmadi olaraq bu ünvana hal-hazıra qədər gedib-gəlir. Atasının ölümünə qədər faktiki miras olaraq qəbul etdiyi ev hal-hazırda da X14nun mülkiyyətində qalmışdır. Bldirir ki, bu ünvanı faktiki olaraq qəbul etdiyinə dair əsaslı faktlar təqdim edə bilir. Belə ki, sözügedən mülkdə öz vəsaiti hesabına təmir və rekonstruktiv işlər apramış və bu ünvanla əlaqəsi indiyə qədər kəsilmədiyinə dair yetəri qədər şahidi var. Bildirir ki, X14nun adında qalan və faktiki olaraq atası və tərəfindən miras kimi qəbul edilmiş mülkiyyətə dair vərəsəlik şəhadətnaməsi almaq üçün qohumluq əlaqələrinin müəyyən edilməsi məqsədilə o, aidiyyəti üzrə Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etmişdir. Belə ki, X2nun doğum haqqında şəhadətnaməsi yoxdur və bu haqda müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cii il tarixli № 3-48- DA-M-02645/2023-saylı arayışa əsasən AR Ədliyyə Nazirliyi yanında Notariat və Vətəndaşlıq vəziyyətləri aktları idarəsi" arxiv fondunda atasının təvəllüdü barədə heç bir məlumatın olmadığı bildirilir. Maraqlı şəxs1 tərəfindən ona xx.xx.2025-ci il tarixdə 3-16-5 7- 13-2300/24 saylı məktub ilə imtina cavabı verilmişdir. Bildirir ki, Bakı şəhəri 20 saylı Notariat Ofisinə X14nun vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsi ilə müraciət etmiş və cavab olaraq müddətin ötürülmə səbəbi ilə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olduğu bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin, ona şifahi olaraq qohumluq əlaqələrini müəyyən edən sənədlərdə də çatışmazlığın olduğu qeyd edilmişdir. Göründüyü kimi, 20 saylı Notariat ofisi tərəfindən veriliş müddət ötürülməsi ilə əlaqədar rədd məktubunun hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs2 məhkəməyə xx.xx.2025-ci il tarixdə məktub ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, ərizəçinin ərizəsinə etiraz etmirlər və işin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, ərizəçi ilə əmi nəvələridirlər. Ərizəçinin atasının adı Ağabala, anasının adı Havaxanım idi. Babasının adı Hacıqulu idi, səhv yadında deyilsə təxmini 1959-cu ildə vəfat etmişdir. Biləcəridə dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun uzaq qohumudur. Ərizəçinin babası Hacıqulu vəfat edəndə 9 yaşı var idi. Həmin vaxtdan ərizəçi ilə əlaqələri vardır. Ərizəçinin atasının adı Ağabala olub, anasının adı Havaxanım idi. Ərizəçinin babası 1959-cu ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ИЕ seriyalı 974199 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X1 X2, anası Havaxanım Mustafa qızıdır. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Balayev X22 ilə X8 rayon qeydiyyat şöbəsində xx.xx.1949-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə akt qeydi tərtib olunmaqla, sonuncuya “Balayeva” soyadı verilmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Hacıqulu Ağabala oğlu xx.xx.1959-cu ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1959-cu ildə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. AZ-İİ seriyalı 238351 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2023cü il tarixli cavab məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasl Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1926-cı ilə dair Bakı şəhəri Kirov (Binəqədi) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır. İУ-МГ seriyalı 284568 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İ-ЖГ seriyalı 458088 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 ilə X4 arasında olan nikah Bakı şəhəri Kirov rayon VVAQ şöbəsində xx.xx.1977-ci il tarixdə bağlanmış və 715 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Məmmədova” soyadı verilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xəqani küçəsi, ev 9 X6 adına qeydiyyatda keçirilmişdir. Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində yerləşən 9 saylı ev Hacıqulu Ağabala oğlunun adına qeydiyyatda keçirilmişdir. Azərbaycan Respublikasının Əlidyyə Nazirliyi ünvan 3 ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, onun xx.xx.1959-cu ildə vəfat etmiç X14nun vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinı baxılmış, bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Maraqlı şəxs1 ərizəçiya ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsinə baxılmış və bildirilmişdir ki, itmiş sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4007/2024 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi X7 maraqlı şəxs Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilmiş, xx.xx.1959-cu il tarixdə ölmüş Hacıqulu Ağabala oğlunun X7 ulu babası (ərizəçi X7 Hacıqulu Ağabala oğlunun nəticəsi) olmasına dair qohumluq əlaqəsində olması barədə hüququ əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə doğulmuşdur. Ərizəçinin X2 xx.xx.1990-cı il tarixdə, anası X9 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdirlər. X14 isə xx.xx.1959-cu il tarixdə vəfat etmişdir. Ərizəçi X14nun adında qalan və faktiki olaraq atası tərəfindən miras kimi qəbul edilmiş mülkiyyətə dair vərəsəlik şəhadətnaməsi almaq üçün qohumluq əlaqələrinin müəyyən edilməsi məqsədilə müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilir ki, Ərizəçi X2, onun atası isə Hacıqulu Ağabala oğludur. Bu hal ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə də müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Hacıqulu Ağabala oğlunun Ərizəçi babası (Ərizəçi Hacıqulu Ağbala oğlunun nəvəsi) olmasına dair qohumluq əlaqəsinin olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Hacıqulu Ağabala oğlunun Ərizəçi babası (Ərizəçi Hacıqulu Ağbala oğlunun nəvəsi) olmasına dair qohulmuq əlaqəsində olması barədə hüquq əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1778/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1778/2025
11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver