Məhkəmə qərarları › İş №2(3-7)-955/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-955/2026

21.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-955/2026 21.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Ərizəçi ərizəçi1 prosessual hüquqi varisi Hüquqi varis, ərizəçi ərizəçi2 nümayəndəsi vəkil nümayəndə3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi İsmayılova Səyalı Mahmud qızının iştirakı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-***/**** saylı qətnaməsindən həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər ərizəçi2 və ərizəçi1 məhkəməyə müraciət edərək, mərhum X9 onların oğlu olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1967-ci ildə ərizəçi1lə ailə qurmuş, bir müddət Sanktpeterburq şəhərinin Kamenkova kəndində yaşamışlar. Oğlu Ruslan orada anadan olmuş, ona doğum haqqında şəhadətnamə alınmışdır. Ruslan 3 yaşı olanda Gəncə şəhərinə qayıtmışlar. Ruslan 1992-ci ildə Qarabağ uğranda gedən döyüşlərdə iştirak edərək şəhid olmuşdur. Oğluna Rusiyada verilmiş doğum haqqında şəhadətnamə itmişdir. ## #### 1968ci il təvəllüdlü Abdullayev Ruslanın onun oğlu olması faktının müəyyən edilməsini xahiş edir. Həmin faktın müəyyən edilməsi şəhid ailələrinə verilən sosial təminatlardan istifadə etmək üçün ona lazımdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-***/**** saylı qətnaməsi ilə ərizəçilər ərizəçi2 və ərizəçi1 qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi təmin edilərək, ##.##.1968-ci il təvəllüdlü, ##.##.1992-ci ildə həlak olmuş X9 ərizəçilərin oğlu olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunan AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi (bundan sonra Fond) ##.##.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi X9 adında bir şəxsin olub olmaması barədə bir hər araşdırma aparmamışdır. Gəncə şəhər prokurorluğunun AR ƏƏSMN-ə ünvanladığı ##.##.2022-ci il tarixli ***-C-** nömrəli məktuba əsasən Bakı şəhər akini X1 ərizə ilə AR Baş Prokurorluğuna müraciət edərək atası ##.##.1968-ci il təvəllüdlü İ Qarabağ müharibəsində Marquşan istiqamətində şəhid olmuş, hazırda Mingəçevir şəhər qəbirsanlığında rəmi qəbri olan X3 Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında da eyni fotoşəkil ilə lakin başqa doğum tarixi və başqa soyad ilə atasına məxsus qəbr olduğunu bildirmişdir. Prokurorluğun məktubu əsasında ərizəçi2 AR ƏƏSMN-də izahatı alınmış, ərizəçi2 ##.##.2022-ci il tarixli yazılı izahatında bildirmişdir ki, X9 onun öz oğlu deyildir. Ruslan 5 aylıq olarkən ana nənəsi Ruslanı polis əməkdaşı ilə birlikdə gətirib onlara qoyub getmişdir. İşin halları ilə bağlı bildiririk ki, prokurorluğun məktubu əsasında, ərizəçi2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində izahatı alınmış, ərizəçi2 ##.##.2022-ci il tarixli yazılı izahatında bildirmişdir ki, X9 onun öz oğlu deyildir, Ruslan 05 (bes) aylıq olarkən ana nənəsi Ruslanı polis əməkdaşı ilə birlikdə gətirib onlara qoyub getmişdir. Faktın araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə ünvanlanmış sorğuya ##.##.2022-ci il tarixli **/Q-**** nömrəli cavab məktubuna əsasən Gəncə şəhər qeydiyyat şöbəsinin arxivində X9 doğum haqqında aktın aşkar olunmadığı bildirilmişdir. Ərizəçi ərizəçi2 keçmiş Gəncə şəhəri Kəpəz rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən ##.##.2007-ci il tarixdə şəhid ailəsi üçün prezident təqaüdü təyin edilərkən şəhidin doğum haqqında şəhadətnaməsi barədə sənəd işə əlavə olunmamışdır. Həmçinin məkəmə doğum haqqında faktı təsdiq edərkən artıq X3 Qazax rayonu Ağstafa şəhəri soveti tərəfindən ##.##.1968-ci il tarixdə ******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X3 ilə X9 eyni şəxs olması barədə kifəyət qədər sübutlar mövcuddur. Belə ki, hər iki şəxsin ölüm tarixinin eyni olması, hər ikisi eyni tarixdə şəhid olması, qəbir daşlarında eyni şəxsə məxsus şəklin olması və.s. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X3 rayonu Ağstafa şəhəri soveti tərəfindən ##.##.1968-ci il tarixdə verilmiş ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən ##.##.1968-ci il tarixdə Ağstafa şəhərində doğulmuş, doğum haqqında şəhadətnamədə ata qrafasında qeyd aparılmamış, ana qrafasında X4 qeyd olunmuşdur. Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən ##.##.1992-ci il tarixdə verilmiş IV- JQ ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X3 ##.##.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bildiririk ki, şəhid R.Abbasovun qanunvericiliklə müəyyən olunmuş ailə üzvü kimi anası X5 ##.##.2007-ci il tarixdən Bakı şəhəri keçmiş Əzizbəyov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən üçdə bir hissə, həyat yoldaşı X7 və ##.##.1991-ci il təvəllüdlü övladı Rzayeva (Abbasova) Leyla Ruslan qızına ##.##.2007-ci il tarixdən keçmiş Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən üçdə iki hissə olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Şəhidin övladı L.Rzayevanın 18 yaşı tamam olduğundan ##.##.2009-cu il tarixdən şəhidin anası və həyat yoldaşına təqaüd 50 faizlə ödənilmişdir. Nəticədə, ##.##.2007-ci il tarixdən hazıradək V.Abbasovaya 21221,74 manat, S.Kazımovaya 20555,34 manat məbləğində təqaüd ödənilmişdir. Bundan əlavə, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş. ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanına əsasən Mingəçevir regional "ASAN" xidmətinin notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında şəhid X3 vərəsəsi L.Rzayevaya (övladı) birdəfəlik ödəmə həyata keçirilmişdir. Həmçinin araşdırma zamanı Gəncə şəhəri Kəpəz rayonu VVAQ şöbəsi tərəfindən ##.##.1992-ci il tarixdə verilmiş IV-JQ ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 ##.##.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olduğu və Kəpəz Rayon Məhkəməsinin *-***/**** nömrəli Qətnaməsinə əsasən ərizəçi2 və ərizəçi1 ##.##.1968-ci il təvəllüdlü ##.##.1992-ci il tarixdə həlak olmuş X9 valideynləri olması faktının müəyyən edildiyi məlum olmuşdur. ərizəçi2 keçmiş Gəncə şəhəri Kəpəz rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən Məhkəmə qətnaməsi və ##.##.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhid X9 görə ##.##.2007-ci il tarixdən şəhidin anası kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilərək tam məbləğdə ödənilir. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ##### tarixli * nömrəli Fərmanına uyğun olaraq Gəncə şəhəri * saylı notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında şəhid X9 vərəsələri ərizəçi2, Məhərrəmova İndiana Ələnşir qızı və X13 birdəfəlik ödəmə həyata keçirilmişdir. Vətəndaş ərizəçi2 ##.##.2007-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr ərzində 41977,0 manat məbləğində təqaüd, Gəncə şəhəri * saylı notariat ofisinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında şəhid X9 vərəsələri ərizəçi2, Məhərrəmova İndiana Ələnşir qızı və X13 11000,0 manat məbləğində birdəfəlik ödəmə həyata keçirilmişdir. Kəpəz rayon Məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən qeyd olunan hallar gizlədilmiş və başqa məzmunda məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi İsmayılova Səyalı Mahmud qızı apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi ərizəçi1 prosessual hüquqi varisi Hüquqi varis apellyasiya şikayətinin əsassız olduğunun bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi ərizəçi2 nümayəndəsi vəkil nümayəndə3 apellyasiya şikayətinin əsassız olduğunun bildirərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Qeyd olunmalıdır ki, hüquq haqqında mübahisə digər şəxsin eyni predmetə hüquqlarının olmasını iddia etməsi anlamına gəlir. Göründüyü kimi, hüquqi əhəmiyyət fakt, məhkəmə qaydasında müəyyən oluna bilər. Lakin, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Analoji qayda Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsində də müəyyən edilməklə göstərilmişdir ki, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırkı işdən isə görünür ki, ərizəçinin tələb etdiyi faktın müəyyən olunması məsələsində hüquq haqqında mübahisə vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman X9 doğumu barədə sənədlərin mövcud olub-olmaması barədə hər hansı araşdırma aparmamış, maraqlı şəxs isə X9 doğum faktının müəyyən olmasını və anasının başqa şəxs olmasını mübahisələndirmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 1.5-ci bəndində qeyd olunmuşdur ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə hüquq haqqında mübahisə olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanmalıdır. MPM-nin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 391-ci maddəsində göstərilir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsində deyilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də, ərizə baxılmamış saxlanılmaqla yanaşı ərizəçiyə izah olunmalıdır ki, ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 259.0.10, 263-264, 384.0.5 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: qətnaməsindən həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli, *-***/**** saylı qətnaməsi ləğv edilsin. Ərizəçilər ərizəçi2 və ərizəçi1 mərhum X9 onların oğlu olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, həmin tələblə ümumi əsaslarla iddia vermək hüquqları vardır. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar