Məhkəmə qərarları › İş №2(3-10)-452/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-452/2026

02.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-452/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X2 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Ərizəçi Ərizəçi “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı “ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi barədə” qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, mərhum bibisi X4 ##.##.1960-cı ildə babası X1 nənəsi X8 birgə nikahından doğulmuşdur. Həmçinin atası X3 da atası X1 ilə nənəsi X8 birgə nikahından doğulmuşdur. Mərhum atası Xəlilov Məzahir ##.##.2020-ci ildə kəskin miokard infaktı səbəbindən vəfat etmişdir. Mərhum bibisi X4 da ##.##.2025-ci ildə düz bağırsağın bədxassəli yeni törəməsindən vəfat etmişdir. Mərhum bibisi X4 vəfat etdiyi günədək ünvan 1 ünvanında onunla birlikdə yaşamışdır. Bibisinin ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum bibisi X4 tərəfindən ona verilmiş vəsiyyətnaməyə əsasən mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət edib. Lakin mərhum bibisi X4 doğum haqqında arayışında adı Şəhla olaraq qeyd edilmişdir. Mərhum bibisi X4 doğum haqqında şəhadətnaməsi Elektron notariat informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmamışdır.Bu səbəbdən də X4 ilə babası X1 və nənəsi X8 qohumluq münasibətlərini təsdiq edən sənədi Qeydiyyat şöbəsindən və Arxiv İdarəsindən əldə etmək mümkün olmamışdır. Mərhum bibisi X4 ilə babası X1 və nənəsi X8 qohumluq münasibətlərini təsdiq edən sənədi başqa formada əldə etmək mümkün deyildir. Bu səbəbdən də mərhum bibisi X4 babası X1 və nənəsi X8 qohumluq münasibətlərini faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Odur ki,iddiaçı mərhum bibisi X4 ilə babası X1 və nənəsi X8 qohumluq münasibətlərin faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Fidan Ələkbərova) ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadı ilə Ərizəçi “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi, Ərizəçi ərizəsində qaldırdığı məsələ ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi məqsədilə Ağdaş rayon Qeydiyyat Şöbəsinə müraciət edilməklə həmin qurum tərəfindən imtina edildiyi təqdirdə bu barədə ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olmasının izah edilməsi və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən Ərizəçi qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Ərizəçi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ... məhkəmə tərəfindən ərizəsinə düzgün qiymət verilməmiş, müraciəti ilə bağlı xeyli sayda qətnamə mövcuddur, onun tələbinə notariat ofisinin imtina məktubunu əlavə etmişdir, ona qohumluq faktının müəyyən edilməsi lazımdır ki, notariusda əməliyyat apara bilsin. Əməliyyat aparmağı üçün qeydiyyat şöbəsinə müraciət etməsi vacib deyildir. Buna görə də Ağdaş Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv olunmasını və ərizənin baxılması üçün icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin bibisi olduğunu göstərdiyi şəxsin doğum haqqında akt qeydində adı “Şəhla”, şəxsiyyət vəsiqəsi məlumatlarında isə adı “Mətanət” kimi qeyd edilməklə səhv vətəndaşlıq aktlarının qeydi ilə bağlı olmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 2.2-ci hissəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər. Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Ağdaş Rayon Məhkəməsi ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş ərizənin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur və ərizəçinin həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də ərizəçinin Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar