Məhkəmə qərarları › İş №2(3-8)-1149/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1149/2026

16.09.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1149/2026 16.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Ərizəçi Ərizəçi * saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi * saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Eyvazova (Mehdiyeva) Afərim Balakişi qızının X1 anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə ərizəçi Ərizəçi * saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçi Ərizəçi tərəfindən ##.##.2026-cı il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən alınaraq ərizəçiyə qaytarılması qərara alınmışdır. Ərizəçi Ərizəçi məhkəmənin həmin qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3- *)- ***/**** saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilmiş, ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) ərizənin qəbul edilməsindən imtina olunması, ərizə və əlavə edilmiş sənədlərin rəsmi qaydada ərizəçiyə təqdim edilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, sözügedən qərardadın ləğv olunması, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə qərardadın müəyyən etdi hissəsinin 12-ci abzasında bildirmişdir ki, ad, soyadla bağlı yalnışlıqlar inzibati qaydada həll edilməli olduğundan MPM-nin 153.2.1-ci maddəsinə əsasən iddia mümkünsüz sayılmalıdır. Hüquqi əsas ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsi Mülki Prosesual Məcəllənin 385-ci (Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar) və 386-cı (Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) maddələrinin tələblərini pozaraq, öz qərarının əsaslandırma hissəsində düzgün olmayan aktı tədbiq etmiş, bütün faktiki halları araşdırmamış, işə formal baxmış və qanunu səhv təfsir etmişdir. Belə ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən konkret olaraq görünür ki, qayınanasının ##.##.1962-ci il tarixli ** saylı ölüm haqqında akt qeydində soyadı Eyvazova (qızlıq soyadı), əri Mehtiyev Fizulinin ##.##.1954-cü il tarixli *** saylı doğum haqqında akt qeydində isə anasının soyadı Mehtiyeva (nikah soyadı) yazılmış, lakin qayınanasının nikah haqqında akt qeydi müəyyən edilmədiyindən bu iki soyad arasında əlaqəni müəyyən etmək mümkün olmamışdır. Nəticədə Eyvazova (Mehtiyeva) Afərimin ərinin anası olması (yəni eyni şəxs olmağı) faktı müəyyən edilmədiyi üçün vərəsələrin dairəsini müəyyən etmək mümkün olmamışdır. Yəni akt qeydlərində hər hansı bir yalnışlıq olmamışdır. Sadəcə o vaxtın müvafiq qurumun qayınanasının bir sənəddə qızlıq soyadını, digər sənəddə isə nikah soyadını qeyd etdiyindən bugünki sənədlərdə fərqliliklər yaranmış və ərinin anası olması faktında müəyyən çətinliklər yaranmışdır. Əgər məhkəmənin müəyyən etdiyi qaydada inzibati məhkəməyə müraciət olunduğu halda onda sual yaranır ki, iddia necə qoyulsun? Axı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli Qərarının 2.1-ci və 2.2-ci bəndləri birmənalı olaraq texniki yanışlıqları bildirmişdir. Faktiki olaraq texniki səhvlər deyil, müvafiq dövrlərdə qeyd edilmiş soyad fərqləridir. Əgər soyadların dəyişdirilməsi tələbi qoyulsa onda hüquqi faktların (soyadların) təhrif olunması olardı ki, belə olan halda həm inzibati orqan, həm də, inzibati məhkəmələrə imtina üçün əsasdır. Bundan başqa məhkəmə mümkünlük məsələsini tərəflərin iştirakı olmadan, çəkişmə təmin edilmədən baxmış, çəkişməsi vacib olan iddiaya tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Iş materiallarından görünür ki, ərizəçi Ərizəçi Eyvazova (Mehdiyeva) Afərim Balakişi qızının X1 anası olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizənin verilməsinin məqsədinin mirasla bağlı vərəsələrin dairəsinin müəyyənləşdirilməsi olduğu ərizəçi tərəfindən göstərilmişdir. Ərizəçi həmçinin göstərir ki, o vaxt müvafiq qurum qayınanasının bir sənəddə qızlıq soyadını, digər sənəddə isə nikah soyadını qeyd etdiyindən bugünki sənədlərdə fərqliliklər yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hüquqi əhəmiyyətli faktların xüsusi icraat qaydasında müəyyən edilə bilən növlərindən biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, * nömrəli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 2.2-ci bəndində də izah edilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hazırkı iş üzrə ərizəçinin özünün istinad etdiyi hallardan müəyyən olunur ki, mübahisə edilən şəxsin müxtəlif vətəndaşlıq vəziyyəti aktlarında soyadının fərqli göstərilməsi ilə bağlıdır. Belə ki, Eyvazova (Mehdiyeva) Afərim Balakişi qızının ölüm haqqında akt qeydində “Eyvazova”, X1 doğum haqqında akt qeydində isə onun anasının soyadı “Mehdiyeva” kimi göstərilmişdir. Ərizəçinin mövqeyinə görə, həmin şəxsin nikah haqqında akt qeydi müəyyən edilmədiyindən “Eyvazova” və “Mehdiyeva” soyadlarının eyni şəxsə aid olması sənədlər əsasında təsdiq edilə bilmir. Beləliklə, ərizəçinin tələb etdiyi hal yalnız iki şəxsin faktiki olaraq ana-oğul münasibətində olmasının müəyyən edilməsindən ibarət deyildir. Tələb edilən faktın müəyyən edilməsi üçün ilk növbədə müxtəlif vətəndaşlıq vəziyyəti aktlarında göstərilmiş soyadların eyni şəxsə aid olubolmamasının müəyyənləşdirilməsi zəruridir. Başqa sözlə, ərizəçinin tələb etdiyi hüquqi nəticəyə nail olunması vətəndaşlıq vəziyyəti aktlarında mövcud olan fərqli məlumatların hüquqi baxımdan aradan qaldırılmasından və həmin akt qeydləri arasında uyğunluğun yaradılmasından asılıdır. Bu baxımdan şikayətdə qeyd edilən - “akt qeydlərində hər hansı yanlışlıq yoxdur, sadəcə həmin dövrdə şəxsin bir sənəddə qızlıq, digər sənəddə isə nikah soyadı ilə göstərilməsi” barədə dəlil məhkəmə kollegiyasının qənaətini dəyişdirmir. Əksinə, məhz bu hal müxtəlif vətəndaşlıq vəziyyəti aktlarında eyni şəxs barədə fərqli soyad məlumatlarının mövcud olduğunu göstərir. Belə məlumatların hansı əsasla dəyişdirilməsi, düzəldilməsi və ya əlaqələndirilməsi məsələsi xüsusi icraat çərçivəsində qohumluq faktının müəyyən edilməsindən əvvəl həll edilməli olan inzibati xarakterli məsələdir. Odur ki, ərizəçinin istinad etdiyi faktın müəyyən edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarındakı fərqli soyadların hüquqi statusunun və həmin aktlarda dəyişiklik edilməsinin mümkünlüyünün müəyyənləşdirilməsi zəruri olduğundan, hazırkı tələb xüsusi icraat qaydasında məhkəmə tərəfindən bilavasitə qohumluq faktının müəyyən edilməsi yolu ilə həll edilə bilməz. Bundan başqa, kollegiya həmçinin qeyd edir ki, mövcud məsələ üzrə müəyyən edilməli hallardan biri eyni zamanda yuxarıda adı çəkilən nikah haqqında akt qeydinin mövcud olubolmaması məsələsidir ki, bununla bağlı ərizəyə müvafiq sənəd (arayış) əlavə edilməmişdir. Məhkəmə kollegiyası şikayətin - məhkəmənin ərizənin mümkünlüyü məsələsinə tərəflərin iştirakı olmadan baxması və çəkişmə prinsipinin pozulması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, ərizənin icraata qəbul edilməsinin mümkünlüyü məsələsi işə mahiyyəti üzrə baxılmasından əvvəl məhkəmə tərəfindən həll edilən prosessual məsələdir. Bu mərhələdə məhkəmə ilk növbədə müraciətin məhkəmə qaydasında baxılmalı olub-olmadığını və seçilmiş icraat növünün qanuna uyğunluğunu müəyyən edir. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Kollegiya işin qeyd olunan hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır və şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar