Məhkəmə qərarları › İş №2(3-8)-527/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-527/2026

29.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-527/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X32 ibarət tərkibdə, X4 qızının katibliyi, Ərizəçi Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs üçüncü şəxs1 Mirasəf oğlunun iştirakları ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs * saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi olmaqla (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 Mirasəf oğlu olmaqla) qohumluq faktının müəyyən edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iş materiallarına əlavə olunmuş 1939-cu il tarixli, ** nömrəli akt qeydindən görünür ki, X19 ##.##.1939-cu ildə doğulmuşdur. X6, anası X37r.

2. Iş materiallarına əlavə olunmuş Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli, ** saylı protokoldan çıxarışın surətindən görünür ki, 18-ci məhəllədə yerləşən *** nömrəli evin yerləşdiyi torpaq sahəsi Sumqayıt Sintetik Kauçuk Zavodunun E2 sexinin aparatçısı işləyən X19 ayrılmışdır.

3. Iş materiallarına əlavə olunmuş AZ-T seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Isayeva Sənubər Mirzəbaba qızı ##.##.1962-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası XXX Mirzəbaba Asəf oğlu, anası X20r.

4. Iş materiallarına əlavə olunmuş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 ##.##.1985-ci ildə ölmüşdür.

5. Iş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 18 ünvanında yerləşən *** nömrəli evə dair 1987-ci il tarixli texniki pasportun surətindən görünür ki, X22 adına tərtib olunmuşdur.

6. Iş materiallarına əlavə olunmuş AZ-IV seriyalı, ЖГ nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Isayeva Sənubər Mirzəbaba qızı arasında bağlanmış nikah ##.##.1989-cu il tarixdə Sumqayıt şəhər nikah evində *** saylı akt qeydilə rəsmiləşdirilmişdir.

7. Iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Mirzəbaba Asəf oğlu ##.##.2003-cü ildə ölmüşdür.

8. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-1931-ci illərə dair Bakı şəhəri Abşeron rayonu Pirəkəşkül qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında ## ##### 1931-ci ildə doğulan Isayev Mirzə (sənəddə olduğu kimi) M.Asəf (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: Isayev M.Asəf (sənəddə olduğu kimi) Isa oğlu Anası: Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı.

9. Iş materiallarına əlavə olunmuş Sumqayıt ŞIH KTIB tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Ev sahibi X23 vəfat edib. Ərizəçi ev sahibinin qardaşı qızı, X24 ev sahibinin qardaşı nəvəsidir. X5 qeyd edilən ünvana aidiyyəti yoxdur.

10. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, ##.##.1956-cı il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır.

11. Iş materiallarına əlavə olunmuş Sumqayıt ŞIH KTIB tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli ətraflı arayışdan görünür ki, 1892-ci il təvəllüdlü, ##.##.1970-ci ildə vəfat etmiş, X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 11, ** nömrəli fərdi evdə yaşamış ailə üzvləri aşağıdalardır. 1. Tutuxanım Mirseyid qızı-mərhumun arvadı 1906-cı il təvəllüdlü, vəfat edib ##.##.1983-cü il; 2. Mirzəbaba Asəf oğlu-mərhumun oğlu, 1929-cu il təvəllüdlü, vəfat edib ##.##.2003-cü ildə; 3. üçüncü şəxs2- mərhumun qızı, 1930-cu il təvəllüdlü; 4. Seyidmirzə Asəf oğlu-mərhumun oğlu, ##.##.1931-ci il təvəllüdlü, vəfat edib ##.##.2024-cü ildə; 5. X14mərhumun qızı-1932-ci ildə anadan olmuş, vəfat edib; 6. X15, mərhumun oğlu, 1937-ci il təvəllüdlü, vəfat edib ##.##.2021-ci ildə; 7. X23, mərhumun oğlu, 1939-cu il təvəllüdlü, vəfat edib ##.##.1990-cı ildə; 8. üçüncü şəxs1 Mirasəf oğlu mərhumun oğlu, ##.##.1946-cı il təvəllüdlü. Mərhumun yaşadığı fərdi yaşayış evi, məhəllə 11, ** nömrəli fərdi ev mərhumun oğlu Seyidmirzə Asəf oğlunun adınadır və orada hal-hazırda onun ailə üzvləri yaşayır.

12. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Abşeron Rayon Icra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, 1929, 1930 və 1946-cı illərə dair Pirəkəşkül doğum aktları saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaşlar Mirzəbaba Asəf oğlunun, üçüncü şəxs2 və üçüncü şəxs1 Mirasəf oğlunun adlarının araşdırılması mümkün olmamışdır. Bundan əlavə arxivdə mövcud olan 1933-cü il tarixli X10 və 1936-cı il tarixli X15 adları aşkar edilməmişdir.

13. Iş materiallarına əlavə olunmuş Sumqayıt ŞIH KTIB tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Ərizəçi əmisi X23 adına olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi 18-ci məhəllə, 18/ *** saylı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində onun atası Mirzəbaba Asəf oğlu öz ailəsi birlikdə yaşamış və təsərrüfatı idarə etmişdir. Mirzəbaba Asəf oğlu vəfat etdikdən sonra orada onun qızı Ərizəçi yaşayıb, hal-hazırda da yaşayır və təsərrüfatı idarə edir.

14. Iş materiallarına əlavə olunmuş * saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin Ərizəçi ünvanladığı ## #### 2025-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, təqdim edilmiş sənədlər natamam olduğundan, yəni mirasqoyanla qohumluq əlaqələrinin müəyyən edilməsi üçün onun atasının və əmisinin doğum haqqında şadətnamələrinin olmaması səbəbindən vərəsə olub-olmadığını müəyyən etmək mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, müvafiq sənədlərin təqdim edilməsindən sonra vərəsəlik işinin açılması məsələsinə baxılacaqdır.

15. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, **/*** nömrəli arayışından görünür ki, Ərizəçi əmisi X23 ##.##.1990-cı ildə vəfat etmiş və Abşeron rayon Saray qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. Bu arayış mərhumun dəfnində iştirak etmiş şəxslər tərəfindən ##.##.2025-ci il tarixdə tərtib ediımiş akta əsasən verilir.

16. Iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən olümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ##.##.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən Olüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənizin təmin edilməsi mümkün deyil.

Birinci instansiya məhkəməsindəki icraat

17. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əmisi X23 ilə qohumluq münasibətlərinin olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Ərizə onunla əsaslandırmışdır ki, o, ##.##.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 18, ev 244-də qeydiyyatdadır və həmin evdə yaşayır. Valideynləri rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahları Abşeron rayon qeydiyyat şöbəsində ##.##.1956-cı il tarixdə ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin evi tikmiş, evdə qeydiyyatda olmuş və vəfat edən günə kimi bu evdə yaşamış atası Mirzəbaba Asəf oğlu ##.##.2003, anası X21 ##.##.1985-ci il tarixdə vəfat etmişdir. Ailə üzvlərinin yaşadığı evin yerləşdiyi torpaq sahəsi ##.##.1939-cu il təvəllüdlü əmisi X23 adınadır. O da onlarla yaşamışdır. Həmin torpaq sahəsi Sumqayıt Sintetik kauçuk zavodunun E2 sexində aparatçı vəzifəsində işləyərkən Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli, ** saylı protokolu ilə ona verilmişdir. Həmin vaxt əmisi subay, atası isə evli olmuşdur. X25 məsləhəti ilə əmisi bu torpaq sahəsini atasının onun üzərində fərdi yaşayış evi tikməsi məqsədilə almışdır. Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli, ** saylı protokolun çıxarışından görünür ki, yaşadığı Sumqayıt şəhəri,Təzə Kotec qəsəbəsi, məhəllə 18, *** nömrəli evin yerləşdiyi torpaq sahəsi Sumqayıt Sintetik kauçuk zavodunun E2 sexinin aparatçısı işləyən əmisi X23 ayrılmış və üzərində tikilmiş fərdi yaşayış evinin 1987-ci ildə tərtib olunmuş texniki pasportunda onun adı göstərilmişdir. Həmin sənədlər rus dilində tərtib olunmuş, onun soyadı adı, adı və atasının adı kiril əlifbası ilə “Джафаров Шахмирза Мирасаф оглы” yazılmışdır. ##.##.1939-cu il təvəllüdlü əmisi Şahmirzə Cəfərov ailə qurmamış, övladı yoxdur. ##.##.1990-cı il tarixdə vəfat etmiş və Abşeron rayonu Saray kənd qəbirstanlığında dəfn edilmişdir. X2 Asəf Seyidisa 1892-ci ildə Abşeron rayonunun Pirəküşkül kəndində anadan olmuş, həmin kənddə yaşamış, 1950-ci illərin əvvəllərində Sumqayıt şəhərinə köçmüşdür. Təzə kotec qəsəbəsində torpaq sahəsi alıb fərdi yaşayış evi tikmişdir. Həmin ev hal hazırda mərhum əmisi Seyidmirzə Asəf oğlunun adınadır, orada onun ailə üzvləri yaşayır. Onun bütün uşaqları Abşeron rayonunun Pirəkəşkül kəndində anadan olmuşdur. Qızlarını köçürmüş, onların və oğullarının Sumqayıt şəhərində müxtəlif ünvanlarda yaşayış evləri vardır. Sumqayıt şəhər MKTIB-nin fərdi sektor üzrə mühəndisi R.K.Məhərrəmovun ##.##.2025-ci il taixli *** nömrəli ətraflı arayışından göründüyü kimi, X1 onunla yaşamış ailə üzvləri aşağıda göstərilənlərdir: 1.Tutuxanım Mirseyid qızımərhumun arvadı 1906-cı il təvəllüdlü, vəfat edib; ##.##.1983-cü il 2.Mirzəbaba Asəf oğlu-mərhumun oğlu, 1929-cu il təvəllüdlü, vəfat edib; ##.##.2003-cü ildə 3.üçüncü şəxs2- mərhumun qızı, 1930-cu il təvəllüdlü; 4.Seyidmirzə Asəf oğlumərhumun oğlu, ##.##.1931-ci il təvəllüdlü, vəfat edib ##.##.2024-cü ildə; 5.X14mərhumun qızı-1932-ci ildə anadan olmuş, vəfat edib; 6.X15, mərhumun oğlu, 1937-ci il təvəllüdlü, vəfat edib ##.##.2021-ci ildə 7. X23, mərhumun oğlu, 1939-cu il təvəllüdlü, vəfat edib ##.##.1990-cı ildə; 8.üçüncü şəxs1 Mirasəf oğlu mərhumun oğlu, ##.##.1946-cı il təvəllüdlü. Sumqayıt şəhər MKTIB-nin fərdi sektor üzrə mühəndisi R.K.Məhərrəmovun ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Ərizəçi əmisi X23 adına olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi 18-ci məhəllə, 18/ *** saylı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində onun atası Mirzəbaba Asəf oğlu öz ailəsi birlikdə yaşamış və təsərrüfatı idarə etmişdir. Mirzəbaba Asəf oğlu vəfat etdikdən sonra orada onun qızı Ərizəçi yaşayıb, hal-hazırda da yaşayır və təsərrüfatı idarə edir. * saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin ərizəsinə cavabından görünür ki, atalarının və əmisinin doğum haqqıda şəhadətnamələri olmaması səbəbindən onun vərəsə olub-olmadığını müəyyən etmək mümkün deyildir. Mərhum atası və əmisi X23 doğum haqqında şəhadətnaməsi ailə üzvlərində saxlanılmadığına görə vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Bu məqsədlə atasının doğumunun qeyd edilməsi barədə aktın surətinin ona göndərilməsi barədə ##.##.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmişdir. ##.##.2024-cü il tarixli, *-**-DA/*-A-**-*-***/**** nömrəli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nairliyi yanınnda notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-1931-ci illərə dair Bakı şəhəri Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında ## ##### 1931-ci ildə doğulan Isayev Mirzə (sənəddə olduğu kimi) M.Asəf (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası Isayev M.Asəf (sənəddə olduğu kimi) Isa oğlu, anası Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı Isayev M.Asəf (sənəddə olduğu kimi) Isa oğlu və Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Arxivində qorunan doğum haqqında qeydiyyat kitabında 1931-ci il təvəllüdlü əmisi Seyidmirzə Asəf oğlunun doğum aktı qeyd olunmuş, atası Mirzəbaba Asəf oğlunun doğumu qeydə alınmamışdır. Abşeron rayon Dövlət Arxivi vəkil sorğusuna ##.##.2025-ci il tarixli məktubunda bildirir ki, arxivdə mövcud olan Pirəkəşkül doğum aktlarında 1939-cu il təvəllüdlü X22 doğumu qeydə alınmış, aktın surəti məktuba əlavə edilərək vəkil bürosuna göndərilmişdir. Doğum barədə məlumat verən şəxs kimi onun X3 göstərilmişdir. Məktubda əmisinin soyadı “Cəfərov” adı “Şahmirzə” göstərilsə də, doğum akt qeydində onun soyadı “Isayev” adı “Şixmirzə” olduğu qeyd edilmişdir. Bütün qohumlar onu Şaxmirzə kimi tanımışlar. Onun baş daşında adı düzgün olaraq Şaxmirzə yazılmışdır. Ona torpaq sahəsinin ayrılması haqqında protokoldan çıxarışda və MKTIB-nin fərdi sektorunda saxlanılan kitablarda əmisinin soyadı Isayev, adı Şıxmirzə deyil, X23 göstərilməsi sonradan şəxsiyyətini müəyyən edən sənədlərdə (sovet pasprtunda) dəyişiklik edilərək X23 yazılması nəticəsinə gəlir. Sumqayıt şəhər Polis Idarəsinə rəsmi ərizə ilə müraciət etsə də, məxfi, fərdi məlumatlar olduğuna görə əmisinin X23 pasportunun surətini ona verilməmişdir. Bildirir ki, əmilərinin bəzisinin sənədlərdə babalarının adı ilə soyadı Isayev, bəziləri isə atalarının soyadı ilə Cəfərov yazılmışdır. X16 1931-ci il təvəllüdlü əmisi Seyidmirzə Asəf oğlu da özünə soyad götürməmişdir. Onun da nikaha qədərki soyadı “Isayeva” olmuşdur. Göründüyü əmisinin X23 doğumu akt qeydiyyatı kitablarında qeydə alınsa da, X16nun doğumu qeydə alınmamışdır. Əmisi ilə qohumluq münasibətləri sənədlərlə təsdiq olunmadığına görə (atasının doğumu qeydə alınmadığına görə) əmisinin vərəsəsi (əmisi ilə atasının doğma qardaş olması) hesab edilə bilmir. Bu səbəbdən quhumluq münasibətlərinin müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu faktın müəyyən olunması nəticəsində vərəsəlik şəhadətnaməsi aldıqdan sonra yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi ola bilər, yəni bu faktın təsdiq olunması ona vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır. Öncə bildirdiyi kimi yaşadıqları evin yerləşdiyi torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada əmisi X23 verilmişdir. Torpaq Islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən həmin torpaq sahəsini onun vərəsəsi tərəfindən xüsusi mülkiyyətə keçirilməsi mümkündür. Həmin maddədə göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Ona görə əmisi ilə qohumluq münasibətlərində olmaları faktının müəyyən olunması nəticəsində əmisinin adına olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları əldə edə bildiyi üçün həmin faktın müəyyən edilməsi onun üçün hüquqi əhəmiyyət kəsb edir. Mərhum əmisi X23 ##.##.1990-cı il tarixdə vəfat etməsi, Saray qəsəbə qəbirstanlığında dəfn olması Abşeron rayon Saray Bələdiyyəsinin ##.##.2025-ci il tarixli arayışı ilə təsdiq olunur. Atası da Saray qəsəbə qəbiristanlığında əmisi X33 yanında dəfn olunmuşdur. Ərizəyə əlavə etdiyi iki ədəd fotoşəkil bu halı təsdiq edir. Əmisi vəfat etsə də, ölümü qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmadığına görə Sumqayıt şhər qeydiyyat şöbəsi ##.##.2025-ci il tarixli məktubu ilə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir.

19. Işə məhkəmədə baxılarkən üçüncü şəxs2 və üçüncü şəxs1 Mirasəf oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

20. Məhkəmə iclasında iştirak etmiş ərizəçi izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 18 ünvanında yerləşən *** saylı evdə doğulmuş, orada yaşamış və * nömrəli məktəbdə oxumuşdur. Ev atasına məxsus olmuşdur. Mərhum onun əmisidir.

21. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin vəkili və nümayəndəsi Vəkil qeyd etmişdir ki, torpaq sahəsi X23 adınadır. Ərizəçi torpağı özəlləşdirmək istəyir. Lakin əvvəlcə mərhumla qohum olması müəyyən olunmalıdır ki, daha sonra həmin şəxsin ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olsun. Məhkəməyə təqdim edilmiş sənədlər bu halı bir daha təsdiq edir. Evin bütün kommunalları ərizəçinin adınadır və onun tərəfindən ödənir.

22. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli süməyən üçüncü şəxs üçüncü şəxs1 Mirasəf oğlu izahatında bildirmişdir ki, sözügedən evi mərhum atası tikmişdir. Belə ki, atası kənddə olan evlərini satmış və həmin evi tikmişdir. Ev Şıxmirzənin adına olmuşdur. Mirzəbaba həbsdə olmuş, Şıxmirzə isə Almatıya çıxıb getmiş, orada vəfat etmişdir. Mərhumun meyitini o Almatıdan gətirmiş, dəfn etdirmişdir. Şıxmirzənin əmlakını həmişə o idarə etmişdir. O evdə onun haqqı var. Ərizəçinin atasının isə ayrıca evi olmuşdur. Nümayəndə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, ərizəçi onun qardaşı Mirzəbabanın qızıdır.

23. Məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə göndərilmiş kartoçkadan görünür ki, 1939-cu il tarixli SSRI nümunəli pasportun surətindən görünür ki, X22 1939-cu ildə doğulmuşdur. X6, anası Tutuxanım Mirseyid qızıdır.

24. Məhkəmə sorğusu cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-cu ilə dair Abşeron rayonu Pirəkəşkül qəsəbəsi üzrə qismən qəbul olunmuş (oktyabr-dekabr) doğum haqqında qeydiyyat kitablarında Mirzəbaba Asəf oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildirilmişdir ki, 1929-cu il yanvarsentyabr ayları üzrə doğum haqqında qeydiyyat kitabları arxivə qəbul olunmamışdır.

25. Məhkəmə sorğusu cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Qobustan Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Qobustan rayon X26 Rayon Pirəşkül kəndinin sənədləri saxlanılmır.

26. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Pərvin Imamverdiyeva) ərizənin təmin edilməməsi qət edilmişdir.

27. Ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Vəkil həmin qətnamədən ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir.

28. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Pərvin Imamverdiyeva) ərizəçinin vəkili və nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair ##.##.2026-cı il tarixli ərizəsi təmin edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olduğundan baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin atasının doğum akt qeydinin aşkar edilmədiyindən işə baxan hakim mərhum atası Mirzəbaba Asəf oğlu ilə X22 doğma qardaş olub-olmamasının müəyyən edilməsini mümkün hesab etməmiş, iş üzrə bu nəticəsini məhkəməyə dolayı sübutlar təqdim edilməsi ilə, birbaşa sübutlar təqdim edilməməsi ilə əsaslandırmışdır. Vərəsəlik zamanı qardaşların doğma olması məsələsi doğum haqqında akt qeydi əsasında yazılmış doğum haqqında şəhadətnamələrə əsasən müəyyən olunur. Hər iki qardaşın doğum akt qeydi olduğu halda artıq ehtiyac olmadığına görə qohumluq münasibətlərinin müəyyən olunması faktı məhkəmədə müəyyən edilmir, ərizə qəbul edilməkdən imtina edilərək, sənədlər Azərbaycan Respublikası MPM-nin 153-1.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılır. Doğum akt qeydinin aşkar edilməməsi, aktın qeyd edilməməsi demək deyil, dövlət arxivinin məktubundan göründüyü kimi, 1929-cu ilə dair Abşeron rayonu Pirəkəşkül qəsəbəsi üzrə qismən qəbul olunmuş (oktyabr-dekabr) doğum haqqında qeydiyyat kitablarında Mirzəbaba Asəf oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanamışdır. 1929-cu il yanvar-sentyabr ayları üzrə doğum haqqında qeydiyyat kitabları arxivə qəbul olunmamışdır. Göründüyü kimi Pirəkəşkül qəsəbəsi üzrə 1929-cu ilin 9 ayı, yəni yanvar-sentyabr aylarının doğum aktı haqqında qeydiyyat kitabları arxivə daxil olmadığı səbəbindən atasının doğum qeydi aşkar olunmamışdır. Arxivin bu məzmunda cavab məktubu ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi və faktın onun üçün hüquqi əhəmiyyət kəsb etdiyi halda ərizənin icraata qəbul edilməsi məsələsinin həll edilməsi üçün əhəmiyyət kəsb edir. Işə baxan hakim isə Azərbaycan Respublikası MPM-nin (bundan sonra MPM) 88-ci maddəsinin tələbinə uyğun sübutların qiymətləndirilməsi üzrə iş üzrə nəticəyə gəlmək əvəzinə, doğum akt qeydi aşkar olunmadığından təqdim edilmiş dolayı sübutlarla qohumluq münasibətlərinin müəyyən edilməsini mümkün hesab etməmiş, birbaşa sübutlar təqdim edilmədiyindən ərizəni təmin edilməməsi nəticəsinə gəlmişdir. Bu zaman birbaşa sübutlar dedikdə nəyi nəzərdə tutduğu bildirməmişdir. Bundan əvvəl məhkəmə iclasında arxivin cavabını elan etdikdən sonra MPM-nin 77.3-cü maddəsinin tələbinə görə məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadığını bildirməmiş, zəruri əlavə sübutlar təqdim etməyi təklif etməmişdir. Birbaşa, mötəbər sübut doğum haqqında akt qeydidir ki, bu halda xüsusi məhkəmə icraatı istisna edilir. Digər hal isə məlum səbəbdən mümkün deyil. Xüsusi icraatın iddia icraatından fərqi məhkəməyə aid hüquq haqqında mübahisənin olmaması, ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmaması, həmin faktın müəyyən edilməsinin ərizəçi üçün hüquqi əhəmiyyət kəsb etməsidir. Göründüyü kimi atasının doğum haqqında şəhadətnaməsi olmadığına, doğum akt qeydi arxivdə aşkar olunmadığına və əmisinə verilmiş miras torpaq sahəsi ilk öncə onun vərəsəsi kimi atası, onun da vərəsəsi kimi ərizəçinin qəbul etməsinə baxmayaraq, vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmədiyi üçün əmisi ilə qohumluq münasibətinin olması faktının müəyyən olunması ərizəçi üçün hüquqi əhəmiyyət kəsb etdiyindən məhkəməyə müraciət etmişdir. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Göründüyü kimi sübutetmə Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun ərizəçi, maraqlı şəxs və məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə təqdim edilmiş sübutlar üzrə hüquqi qiymətləndirmə aparmadan, məhkəmə sübutetməsini həyata keçirmədən iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi işə baxan hakim məhkəmə icraatının bir növü kimi xüsusi icraatın mahiyyətini düzgün başa düşmədiyinə görə səhv qərar qəbul etmişdir. Təqdim edilmiş sübutları məhkəmə dolayı (fotoşəkillər, arayış və s.) sübutlar hesab etmişdir. Iddia ərizəsinə əlavə edilmiş və məhkəmənin gedişində təqdim edilmiş 25 sübut tələbin əsası kimi istinad edilən hallar, yəni atası Mirzəbaba Asəf oğlu ilə X23 doğma qardaş olduğunu təsdiq edən sübutlardır. X2 Seyidisa oğlunun 5 oğlu və 2 qızı olmuşdur. 1929-cu il təvəllüdlü atası Mirzababa Asəf oğlu onun böyük oğlu, 1939-cu il təvəllüdlü əmisi X23 onun altıncı övladı olmuşdur. Onun övladlarından yalnız 1930-cu il təvəlldlü 95 yaşı olan bibisi üçüncü şəxs2 və 1946-cı il təvəllüdlü 80 yaşı olan kiçik əmisi üçüncü şəxs1 Mirasəf oğlu sağdır, hər birinin özünün evi var və bu evlərdə yaşayır, digər bibisi və əmiləri vəfat etmiş, onların da özlərinə aid evlərində övladları yaşayır. Atası ##.##.1956-cı il tarixdə anası X20 ilə ailə qurmuş, Abşeron rayon qeydiyyat şöbəsində nikahları qeyd olunmuşdur. Babası artıq evli olan oğlu Mirzəbabanın özünə həyət evi tikməsi məqsədilə Sumqayıt Sintetik Kauçuk zavodunda işləyən, həmin vaxt subay, 20 yaşı olan əmisi X23 iş yerindən torpaq sahəsi alıb ona verməsini məsləhət görmüşdür. Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli ** saylı protokolun çıxarışı ilə əmisinə ayrılmış Sumqayıt şəhəri, Inşaatçılar qəsəbəsi sonradan adı dəyişdirilmiş Təzə Kotec qəsəbəsi, 18 məhəllə ünvanda yerləşən 600 kv.m *** saylı sahəni atasına vermişdir. Həmin torpaq sahəsində atası fərdi yaşayış evi tikmiş, 1962-ci ildə həmin evdə doğulmuş, həmin vaxtdan evdə qeydiyyatdadır. Həmin evdən 1969-cu ildə məktəbə getmiş, 1989-cu ildə gəlin köçmüşdür. X12 1965-ci ildə bu evdə anadan olmuş, 1-ci Qarabağ müharibəsində iştirak etmiş 1993-cü ildə vəfat etmişdir. Valideynləri və qardaşı həmin evdə qeydiyyatda olmuş və yaşamış, anası ##.##.1985-ci ildə, qardaşı 1993-cü ildə, atası ##.##.2003-cü ildə həmin evdə vəfat etmişdir. X8 da bu evdə qeydiyyatdadır və yaşayır. X13 ilə həmin torpaq sahəsində övladı Nicata ev tikiblər. Atasından ona miras qalmış evin yerləşdiyi torpaq sahəsi əmisinin adına olduğu üçün 1987-ci il dekabr ayında fərdi yaşayış evinin texniki pasportu onun adına yazılmışdır. Evin tikintisi başa çatdığı 1962-ci ildən 63 ildir evə və onun yerləşdiyi torpaq sahəsinə atası, hazırda da ərizəçi fasiləsiz və etirazsız sahiblik edir. X2 Seyidisa oğlu Sumqayıt şəhəri, Kotec qəsəbəsi 11-ci məhəllə, ** saylı evdə arvadı və uşaqları ilə yaşamış, uşaqları həmin evdə böyüyüb boya-başa çatmış, ata yurdundakı həmin ev hazırda əmisi Seyidmirzə Asəf oğlunun adınadır, həmin evdən bibiləri gəlin köçmüş, atası kimi əmiləri də evləndikdən sonra başqa ünvanlarda özlərinə tikmiş evlərdə hazırda onların övladları yaşayır. Babası Mirasəf 1970-ci ildə, nənəsi Tutuxanım 1983-cü ildə vəfat etmişdir. Hazırda 95 yaşı olan bibisi Bircəbacı və 80 yaşı olan əmisi Mircəlil özlərinə məxsus evlərində yaşayır, vəfat edən bibisinin və əmilərinin Təzə kotec qəsəbəsində və Sumqayıt şəhərində özlərinə məxsus evlərində övladları yaşayır. Mərhum atası və əmisi X23 doğum haqqında şəhadətnaməsi ailə üzvlərində saxlanılmadığına görə vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Bu məqsədlə atasının doğumunun qeyd edilməsi barədə aktın surətinin ona göndərilməsi barədə ##.##.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmişdir. ##.##.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nairliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-1931-ci illərə dair Bakı şəhəri Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında ## ##### 1931-ci ildə doğulan Isayev Mirzə (sənəddə olduğu kimi) M.Asəf (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası Isayev M.Asəf (sənəddə olduğu kimi) Isa oğlu, anası Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı. Göründüyü kimi doğum akt qeydi kitabında yalnız 1931-ci il təvəllüdlü əmisi Mirzənin doğum qeydi müəyyən olunmuş, atasının və digər əmi və bibilərinin doğum qeydi aşkar olunmamışdır. Abşeron rayon Dövlət Arxivi vəkil sorğusuna ##.##.2025-ci il tarixli məktubunda bildirir ki, arxivdə mövcud olan Pirəkəşkül doğum aktlarında 1939-cu il təvəllüdlü X22 doğumu qeydə alınmış, doğum barədə məlumat verən şəxs kimi onun X3 göstərilmişdir. Digər əmi və bibilərinin doğum akt qeydi aşkar edilməmişdir. Arxivdə atasının doğum aktı qeydi aşkar edilmədiyinə görə əmisi ilə qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinə yaşadığı evin yerləşdiyi torpaq sahəsinin əmisi X23 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 600 kv.m torpaq sahəsinin ayrılması barədə Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin Icraiyyə Komitəsinin ##.##.1959cu il tarixli ** saylı protokolundan çıxarışını, onun adına 1987-ci il dekabr ayında yazılmış fərdi yaşayış evinin texniki pasportunu, torpaq sahəsinin əmisi X23 müddətsiz istifadəsinə verilməsi barədə ##.##.1960-cı il tarixli müqaviləni, Abşeron rayon Dövlər Arxivinin məktubunu (məktubda məlumat üçün bildirilir ki, 1929-cu, 1930-cu və 1946-cı illərə dair Pirəkəşkül doğum aktları saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaşlar Mirzəbaba Asəf oğlunun, üçüncü şəxs2 və üçüncü şəxs1 Mirasəf oğlunun adlarının araşdırılması mümkün olmamışdır). Bundan əlavə arxivdə mövcüd olan 1933-cü il tarixli X10 və 1936-cı il tarixli X15 adları aşkar edilməmişdir) və əmisi Şahmirzənin doğum aktı qeydinin təsdiq olunmuş surətini, ##.##.1990-cı ildə vəfat etmiş əmisinin Abşeron rayonu Saray qəsəbə qəbistanlığında dəfn olunması barədə Abşeron rayon Saray Bələdiyyəsinin ##.##.2025-ci il tarixli arayışını, atası və anasının ölüm haqqında şəhadətnamələrini, atası və əmisi X17 bir hasarın içində dəfn olunmasını təsdiq edən 3 ədəd fotoşəkili (qarşıda əmisi, arxasında atası dəfn olundmuşdur, əmisinin qəbrinin qarşısında dayanarkən arxasında atasının baş daşı və üstündəki yazı 1929-cu ildə anadan olması və ##.##.2003-cü ildə vəfat etməsi aydın görünür), əmisinin adına ayrılmış torpaq sahəsində tikilmiş Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 18, 244 evdə qeydiyyatda olub yaşadığını təsdiq etmək məqsədilə doğum haqqında şəhadətnaməni, şəxsiyyət vəsiqəsini (vəsiqədə qeydiyyat ünvanı əmisinin adına ayrılmış torpaq sahəsinin ünvanı göstərilmişdir), Azərbaycan Respublikası DIN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2024 və ##.##.2025-ci il tarixli arayışları (arayışdan görünür ki, ##.##.1990-cı il təvəllüdlü oğlu da torpaq sahəsinin ünvanı üzrə qeydiyyatdadır), ərizəçi və oğlu Nicatın Sumqayıt şəhəri,Təzə Kotec qəsəbəsi məhəllə 18 ev 244-də daimi qeydiyyatda olub yaşamağı barədə Sumqayıt şəhər MKTIB fərdi sektor üzrə mühəndisinin ##.##.2024-cü il tarixli Forma 2 arayışını, həmin mühəndisin X2 Asəf Seyidisa oğlunun adına verilmiş onunla yaşaymış ailə üzvlərinin tərkibi haqqında ##.##.2025-ci il tarixli ətraflı arayışını, həmin mühəndisin mərhum X23 torpaq sahəsində tikilmiş fərdi yaşayış evində mərhum Mirzəbaba Asəf oğlunun öz ailəsi ilə birlikdə yaşamasını və təsərrüfatı idarə etməsini, vəfat etdikdən sonra onun qızı Ərizəçi yaşayıb və hal-hazırda da yaşayır və təsərrüfatı idarə etməsi barədə ##.##.2025-ci il tarixli arayışını əlavə edib elektron məhkəmə informasiya sistemində yerləşdirmişdir. Məhkəmədə işə baxılarkən ##.##.2015-ci ildən ##.##.2022-ci ilədək əmisi Cəfərov Şahmirzənin adından, həmin tarixdən abonent kodunu adına dəyişdirdiyi üçün öz adından ##.##.2025-ci ilədək elektrik sərfiyyatına görə ödənişləri etdiyini təsdiq edən abunə haqqında məlumatı elektron məhkəmə informasiya sistemində yerləşdirmişdir. 09.2010cu ildən ##.##.2025-ci il tarixədək “Azəriqaz” IB-nə qazdan istifadəyə görə borcun olmamasını təsdiq edən Abonentin saldosunu elektron məhkəmə informasiya sistemində yerləşdirmişdir. ##.##.2001-ci ildən sudan istifadəyə görə müqavilə bağlanmasını, borcun olmaması barədə abonent kartını elektron məhkəmə informasiya sistemində yerləşdirmişdir. Sumqayıt şəhər MKTIB fərdi sektor üzrə mühəndisinin mərhum əmisinin adına olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evində mərhum atası Mirzəbaba Asəf oğlu və digər ailə üzvləri ilə birlikdə yaşamağını, 1962-ci ildə həmin evdə anadan olmağını, həmin evdən 1969-cu ildə məktəbə getməyini, həmin evdən 1989-cu ildə gəlin köçdüyünü, X12nun 1965-ci ildə bu evdə anadan olmasını, 1993-cü ildə vəfat etməsini, valideynlərinin həmin evdə qeydiyyatada olması və yaşaması, anasının ##.##.1985-ci ildə, atasının ##.##.2003-cü ildə vəfat etdiyi günədək həmin evdə yaşmaları barədə qonşular tərəfindən tərtib olunmuş MIS tərəfindən təsdiq olunmuş ##.##.2025-ci il tarixli aktını elektron məhkəmə informasiya sistemində yerləşdirmişdir. ##.##.2025-ci il tarixdə yaşadığı evin yerləşdiyi torpaq sahəsinə bələdiyyə vergisini ödəməyini təsdiq edən qəbzi elektron məhkəmə informasiya sistemində yerləşdirmişdir. Məhkəməyə təqdim edilən 26 sübut əmisinə torpaq sahəsinin qanunla ayrılmasını, həmin torpaq sahəsində atasının ev tikməsi, torpaq sahəsinin ayrıldığı ünvanda tikilmiş fərdi yaşayış evində bütün ailə üzvlərinin qeydiyyatda olub yaşamasını, X2 Seyidisa oğlunun Sumqayıt şəhəri, Kotec qəsəbəsi 11-ci məhəllə, ** saylı evdə arvadı və uşaqları ilə yaşamasını, ata yurdundakı həmin ev hazırda əmisi Seyidmirzə Asəf oğlunun adına olmasını, həmin evdən bibilərinin gəlin köçməsi, atası kimi əmilərinin də evləndikdən sonra başqa ünvanlarda özlərinə ev tikməsi və həmin evlərdə hazırda onların uşaqları yaşamasını, əmisi Şahmirzə 1990-cı ildə subay vəfat etməsini, valideynləri ondan əvvəl öldüyü üçün birinci növbədə vərəsələri olmadığını, həmin miras torpaq sahəsi evin yerləşdiyi torpaq sahəsi olduğu üçün ikinci növbədə vərəsələrdən miras əmlakı yalnız atasının qəbul etməsini, digər vərəsələrin faktiki qəbul etməməsini, vəfat etdiyi 2003-cü ilin iyun ayınadək miras torpaqdan istifadə etdiyini, 2003-cü ildə vəfat etdikdən sonra atasının birinci növbədə yeganə vərəsəsi kimi miras torpaq sahəsini qəbul etdiyini, həmin vaxtdan sonra bugünədək mirasdan istifadə etdiyini, evin tikildiyi 1962-ci ildən torpaq sahəsinə görə vergiləri və evin kommunal xərcləri sağlığında atası, vəfatından sonra onun tərəfindən ödənməsini təsdiq edir. Göründüyü kimi atası və əmisi Şahmirzə Cəfərov X2 Seyidisa oğluna məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi 11-ci məhəllə, ** saylı evdə böyüyüb boya-başa çatmış, vəfat etdikdən sonra da bir hasarın içində dəfn olunmaları onların doğma qardaş, ataları 1892-ci ildə anadan olmuş və ##.##.1970-ci ildə vəfat etmiş Cəfərov Mirasəf Seyidisa oğlu, anaları 1906-cı ildə anadan olmuş və ##.##.1983-cü ildə vəfat etmiş X35 olduğunu göstərir. Öncə qeyd etdiyi kimi əmisi Şahmirzənin yanında anaları Tutuxanım Mirsəyd qızı, arxasında atası Mirzəbaba Asəf oğlu, yanında qardaşı Yadigarın qəbridir. Göründüyü kimi bir hasarın içində ana və övladlarının və nəvəsinin dəfn olması onları doğma, ailə üzvü olduqlarını təsdiq edir. Bunu başqa cür düşünmək mühakimənin qüsurlu olduğunu göstərir. Əmisi Şahmirzənin doğum qeydində də X3, anası Tutuxanım Mirsəyd qızı göstərilmişdir. Atası Mirzəbabanın atasını adı Asəfdir. Atası və əmisinin Şahmirzə doğma qardaş olmasını atasının, əmisinin və analarının bir hasar içində dəfn olunması barədə Saray Bələdiyyəsinin 2 ədəd arayışı, hər birinin ayrıca və gürünən bütün baş daşlarının 7 ədəd fotoşəkilləri və qəbirdə yazılmış video və audio yazı, qonşuların aktı, Sumqayıt şəhər MKTIB fərdi sektor üzrə mühəndisinin ətraflı arayışı və s. sənədlər təsdiq edir. Qəbirdə atasının, qardaşıbın, əmisi Şahmirzənin və nənəsi Tutuxanım baş daşının yanında dayanıb onlarla qohumluq əlaqələrini bildirdiyi video audio yazı flaşkartda apellyasiya məhkəməsinin iclasında məhkəmə kollegiyasına təqdim ediləcəkdir. Məhkəmə tərəfindən üçüncü şəxs kimi işə cəlb etdiyi əmisi üçüncü şəxs1 Mirasəf oğlu məhkəmə iclasında izahat vermiş, qardaşı Mirzəbabanın qızı olduğunu, nümayəndənin sualına Mirzəbaba və Şahmirzə onun doğma qardaşları olduğunu bildirmişdir. Yuxarıda göstərdiyi çoxsaylı sübutlar atası və əmisinin bir evdə böyüdüyünü, vəfat etdikdən sonra isə bir hasarın içində analarının yanında dəfn edilmələri və əmisinin məhkəmə iclasında Mirzəbaba və Şahmirzənin onun doğma qardaşları olmasını bildirməsi Mirzəbaba və Şahmirzənin doğma qardaş ataları X18 anaları X37 olduğunu təsdiq edir. Həmçinin onlar doğma qardaş olduqları üçün 63 il ərzində həmin torpaqdan fasiləsiz və etirazsız istifadə edirlər. Göründüyü kimi X23 doğma qardaşı Mirzəbaba Asəf oğlunun qızıdır, yəni X23 onun əmisidir. Göründüyü kimi işə baxan məhkəmə ixtiyarında olmuş çoxsaylı (sənədlərin) sübutların məzmunu üzrə düzgün nəticə çıxarmamış, qanunsuz və əsassız qətnamə qəbul etmiş, belə nəticəsi normal ağla sığmır, mühakiməsinin qüsurlu olduğunu göstərir. Göründüyü kimi işə baxan məhkəmə atası və əmisi Şahmirzənin doğma qardaşı olduğunu bildirən üçüncü şəxs1 canlı eşitməsi faktı üzrə də düzgün nəticə çıxarmaması normal ağla sığmır, təəccüb və təəssüf doğurur. Məhkəmənin iş üzrə nəticəsi, yəni ərizəçinin məhkəməyə müraciət etməsi, öz atasının - Mirzəbaba Asəf oğlunun vəfat etmiş X19 ilə doğma qardaş olduğunu sübut etmə yükü daşımasına baxmayaraq, istinad etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməməsi, yəni sübutetmə vəzifəsinin öhdəsindən gəlməməsi bu nəticəyə gəlməyə əsas verimişdir. Ərizənin təmin edilməməsi barədə nəticəsindən biri də ərizəçi tərəfindən bu faktın təsdiqi üçün məhkəməyə birbaşa sübutlar təqdim etməməsi, əvvəlki növbə vərəsələrin (birinci növbə) olmaması barədə isə yalnız ərizəçi tərəfindən təqdim edilmiş Sumqayıt ŞIH KTIB tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli ətraflı arayışa istinad edilməsidir. Məhkəmə sübutetməsinin predmetini mirasın qəbul edilməsi, onun vərəsələr arasında bölünməsi təşkil etmədiyi halda iddia tələbindən kənara çıxıb vərəsələrin dairəsi ilə maraqlanması mülki və mülki prosessual hüquq normaları mükəmməl bilmədiyindən irəli gəldiyi üçün artıq təəccüb və təəssüf doğurmur. Mərhum əmisinin qardaş və bacılarının MM-nin 1159.2-ci maddəsinə əsasən onun ikinci növbədə vərəsələri olduğunu bilməməsi bu fikri təsdiq edir. Bununla belə birinci növbədə vərəsələrlə maraqlanması səbəbinə aydınlıq gətirməmişdir. Ailə tərkibi haqqında ətraflı arayışları da notariuslar bugün də yalnız Mənzil Istismar Sahələrindən alınır. Işə baxan məhkəmə həmin arayışı hansı orqandan alınmalı olduğunu da bildirməmişdir. Göründüyü kimi məhkəmənin iş üzrə nəticəsi faktlara əsaslanmadığı və tərəflərə bərabər yanaşmadığı üçün Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin-ədalət mühakiməsinin prinsiplərini pozmuşdur. Qəbul etdiyi qanunsuz qətnamə ilə bir ailənin ömürlük evlərinin yerləşdiyi torpaq sahəsinin və onun üzərindəki fərdi yaşayış evlərinin vərəsəlik yolu ilə mülkiyyətinə keçirmək hüquqlarından məhrum etmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdırmadığı və istifadə etmədiyi üçün MPM-nin 14.2-ci maddəsində imperativ qaydada müəyyən edilmiş məhkəmə baxışının prinsiplərini pozmuşdur. Ərizəçinin izahatını işdə olan toplanmış digər sübutlarla yanaşı yoxlamadığı və qiymətləmdirmədiyi üçün MPM-nin 106.1-ci maddəsinin tələbini pozmuşdur. Qətnamənin 32-ci bəndində MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olmasını göstərsə də məhkəməyə təqdim edilmiş 25 sübutun heç biri araşdırılmamış və istifadə etməməklə qeyd etdiyi kimi həmin normanın tələbini pozmuşdur. O, əmisi Şahmirzə ilə qohumluq münasibətlərində olduğunu və bu halları təsdiq edən çoxsaylı sübutları məhkəməyə təqdim etməyinə baxmayaraq, həmin sübutları və mübahisəyə tətbiq edilməli olan hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməmişdir. Halbuki, həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi qətnamə əsaslandırıcı hissədən məhrumdur, məhkəmə tərəfindən iş üzrə məhkəmə sübutetməsi həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsində işə baxan hakim məhkəmə üçüncü şəxs kimi cəlb etdiyi üçüncü şəxs1 Mirasəf oğlunun nümayəndənin sualına atası Mirzəbaba və əmisi Şahmirzə onun doğma qardaşlarını olduğunu qətnamədə yazmamış və onun əsasında yazılmış protokola yazılmasına imkan verməmişdir. Halbuki o, atası və əmisinin doğma qardaş olduğu məsələnin aydınlaşdırılması məqsədilə işə üçüncü şəxs kimi prosesə cəlb edilmişdi. Göründüyü kimi işə baxan məhkəmə bilə-bilə ədaləsiz qətnamə qəbul etmişdir. Protokola qeyddlərə baxılarkən məzuniyyətdə olduğu üçün işə baxan hakim A.Behbudova məhkəmə iclasına dəvət etdiyi üçüncü şəxs bir daha izahatında ##.##.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Mirzəbaba və Şahmirzənin onun doğma qardaşları olduğunu bildirdiyini təsdiq etdi. Buna baxmayaraq işə baxan müşavirə otağından qayıdaraq ərizəni təmin etmədi. Göründüyü kimi o da bilə-bilə ədalətsiz qərardad qəbul etmişdir.

30. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, əmisi X23 Inşaatçılar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə Sumqayıt Zəhmətkeş Deputatlar Sovetinin Icraiyyə Komitəsinin ##.##.1959-cu il tarixli ** saylı protokolundan çıxarışda adı, ata adı və soyadı X22 göstərildiyi üçün ərizədə və daha sonra apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və əmisi X23 ilə qohumluq münasibətinin olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti verildikdən sonra üçüncü şəxs kimi işə cəlb edilmiş əmisi üçüncü şəxs1 Mirasəf oğlu mərhum əmisi X23 ölüm haqqında şəhadətnaməsini * saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisinə təqdim etmişdir. Ölüm haqqında şəhadətnamədə onun soyadı “Cəfərov”, adı “Şahmirzə”, ata adı isə “Mirsəfər” oğlu göstərilmişdir. Ona görə əmisi X30 ilə qohumluq münasibətinin olması faktının müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 Mirasəf oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, ərizəçi onun doğma qardaşı qızıdır, qardaşı X30 ərizəçinin əmisidir. Bacısı üçüncü şəxs2 95 yaşı var, məhkəməyə gəlmək iqtidarında deyildir.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs * saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs2 məlumat verilməsinə baxmayaraq, şəxsən və nümayəndə vasitəsilə məhkəmə iclasında iştirak etməmişdirlər. * saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisi ##.##.2026-ci il tarixdə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

36. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

37. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. (...) 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

39. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

40. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. (...)

41. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər (...)

43. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

44. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

46. Məhkəmə iclasında müəyyən edildi ki, ərizədə tələb edilən faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüququnun həyata keçirilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır. Belə ki, bu faktın müəyyən olunması nəticəsində vərəsəlik şəhadətnaməsi aldıqdan sonra yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi ola bilər.

47. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

48. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır.

49. Iş materiallarına əlavə olunmuş * saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin Ərizəçi ünvanladığı ## #### 2025-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, təqdim edilmiş sənədlər natamam olduğundan, yəni mirasqoyanla qohumluq əlaqələrinin müəyyən edilməsi üçün onun atasının və əmisinin doğum haqqında şadətnamələrinin olmaması səbəbindən vərəsə olub-olmadığını müəyyən etmək mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, müvafiq sənədlərin təqdim edilməsindən sonra vərəsəlik işinin açılması məsələsinə baxılacaqdır.

50. Işdən görünür ki, ərizəçi mərhum X30 ilə qohumluq münasibətlərində olmasını, yəni əmisi olmasını təsdiq edə bilmir.

51. Belə ki, bu halı təsdiq etmək üçün ərizəçi ##.##.2003-cü ildə vəfat etmiş atası Mirzəbaba Asəf oğlunun doğum haqqında akt qeydi məlumatlarını əldə etməlidir. Lakin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1929-1931-ci illərə dair Bakı şəhəri Abşeron rayonu Pirəkəşkül qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında ## ##### 1931-ci ildə doğulan Isayev Mirzə (sənəddə olduğu kimi) M.Asəf (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: Isayev M.Asəf (sənəddə olduğu kimi) Isa oğlu Anası: Tut (sənəddə olduğu kimi) Mirzayd (sənəddə olduğu kimi) Ziy (sənəddə olduğu kimi) qızı.

52. Iş materiallarına əlavə olunmuş Sumqayıt ŞIH KTIB tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli ətraflı arayışdan görünür ki, 1892-ci il təvəllüdlü, ##.##.1970-ci ildə vəfat etmiş, X1 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 11, ** nömrəli fərdi evdə yaşamış ailə üzvləri aşağıdalardır. 1. Tutuxanım Mirseyid qızı-mərhumun arvadı 1906-cı il təvəllüdlü, vəfat edib ##.##.1983-cü il; 2. Mirzəbaba Asəf oğlu-mərhumun oğlu, 1929-cu il təvəllüdlü, vəfat edib ##.##.2003-cü ildə; 3. üçüncü şəxs2- mərhumun qızı, 1930-cu il təvəllüdlü; 4. Seyidmirzə Asəf oğlu-mərhumun oğlu, ##.##.1931-ci il təvəllüdlü, vəfat edib ##.##.2024-cü ildə; 5. X14mərhumun qızı-1932-ci ildə anadan olmuş, vəfat edib; 6. X15, mərhumun oğlu, 1937-ci il təvəllüdlü, vəfat edib ##.##.2021-ci ildə; 7. X23, mərhumun oğlu, 1939-cu il təvəllüdlü, vəfat edib ##.##.1990-cı ildə; 8. üçüncü şəxs1 Mirasəf oğlu mərhumun oğlu, ##.##.1946-cı il təvəllüdlü. Mərhumun yaşadığı fərdi yaşayış evi, məhəllə 11, ** nömrəli fərdi ev mərhumun oğlu Seyidmirzə Asəf oğlunun adınadır və orada hal-hazırda onun ailə üzvləri yaşayır.

53. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Abşeron Rayon Icra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, 1929, 1930 və 1946-cı illərə dair Pirəkəşkül doğum aktları saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaşlar Mirzəbaba Asəf oğlunun, üçüncü şəxs2 və üçüncü şəxs1 Mirasəf oğlunun adlarının araşdırılması mümkün olmamışdır. Bundan əlavə arxivdə mövcud olan 1933-cü il tarixli X10 və 1936-cı il tarixli X15 adları aşkar edilməmişdir.

54. Iş materiallarına əlavə olunmuş Sumqayıt ŞIH KTIB tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Ərizəçi əmisi X23 adına olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi 18-ci məhəllə, 18/ *** saylı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində onun atası Mirzəbaba Asəf oğlu öz ailəsi birlikdə yaşamış və təsərrüfatı idarə etmişdir. Mirzəbaba Asəf oğlu vəfat etdikdən sonra orada onun qızı Ərizəçi yaşayıb, hal-hazırda da yaşayır və təsərrüfatı idarə edir.

55. Iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsinin ##.##.2025-ci il tarixli, **/*** nömrəli arayışından görünür ki, Ərizəçi əmisi X23 ##.##.1990-cı ildə vəfat etmiş və Abşeron rayon Saray qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. Bu arayış mərhumun dəfnində iştirak etmiş şəxslər tərəfindən ##.##.2025-ci il tarixdə tərtib ediımiş akta əsasən verilir.

56. Məhkəmə iclasında üçüncü şəxs1 Mirasəf oğlu ərizə tələbinin təmin olunmasını xahiş edərək həmçinin bildirdi ki, Mirzəbaba Asəf oğlu və X30 onun doğma qardaşları olmuş, ərizəçi həm onun, həm də Şahmirzə Cəfərovun qardaşı Mirzəbaba Asəf oğlunun qızıdır. Onlar seyiddirlər və köhnə sənədlərdə milli adların başqa dildə səhv yazılması nəticəsində qarışıqlıq yaranmışdır.

57. Iş materiallarına əlavə olunmuş AA seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, üçüncü şəxs1 Mirasəf oğlu ##.##.1946-cı ildə doğulmuşdur. X3, anası X28r.

58. Göstərilənlərə əsasən və işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı iş materiallarında olan sübut növlərini (şəhadətnamələr, arayışlar, foto şəkillər və s.) məhkəmə iclasında tədqiq edərək məhkəmə kollegiyası, ərizəçinin mərhum X30 ilə qohumluq münasibətində (əmisi) olmasının öz təsdiqini tapdığı qənaətinə gəlir.

59. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

60. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

61. Nəzərə alınmalıdır ki, hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmə tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri).

62. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1., 392, 393, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Ərizəçi Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Ərizəçi 1939-cu il təvəllüdlü X30 ilə qohumluq münasibətinin (əmisi) olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar