Məhkəmə qərarları › İş №2(5-148)-300/2026

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(5-148)-300/2026

19.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(5-148)-300/2026 19.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı Ərizəçi (Dadaşova (Əliyeva) Qəribnaz Əhəd qızı, Maraqlı şəxs3, Neftçal rayon qeydiyyat şöbəsi və Milli Arxiv İdarəsinin müvafiq Dövlət arxivi maraqlı şəxs qismində cəlb etdiyi) doğum faktının və ana-övlad qohumluq münasibətinin müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Dadaşova (Əliyeva) Qəribnaz Əhəd qızı, Maraqlı şəxs3, Neftçal rayon qeydiyyat şöbəsi və Milli Arxiv İdarəsinin müvafiq Dövlət arxivi maraqlı şəxs qismində cəlb etdiyi) doğum faktının və ana-övlad qohumluq münasibətinin müəyyən edilməsi tələbinə dair ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZEMİS vasitəsilə əldə edilmiş məlumatdan, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, ərizədən görünür ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu və yaşadığı ünvan ünvan 1ikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçinin qeydiyyat və yaşayış ünvanı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyindən, hazırki ərizəyə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, Ərizəçi (Dadaşova (Əliyeva) Qəribnaz Əhəd qızı, Maraqlı şəxs3, Neftçal rayon qeydiyyat şöbəsi və Milli Arxiv İdarəsinin müvafiq Dövlət arxivi maraqlı şəxs qismində cəlb etdiyi) doğum faktının və ana-övlad qohumluq münasibətinin müəyyən edilməsi tələbinə dair ərizəsinə ərazi aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Dadaşova (Əliyeva) Qəribnaz Əhəd qızı, Maraqlı şəxs3, Neftçal rayon qeydiyyat şöbəsi və Milli Arxiv İdarəsinin müvafiq Dövlət arxivi maraqlı şəxs qismində cəlb etdiyi) doğum faktının və ana-övlad qohumluq münasibətinin müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar