Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-181/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X4, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Binəqədi rayon qəsəbə Bələdiyyəsinə) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, Bakı şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Binəqədi rayon qəsəbə Bələdiyyəsinə) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində 600 kv.m torpaq sahəsini 2003-cü ildə alqı-satqı yolu ilə almışdır. Özü daimi olaraq Rusiya Federasiyasında yaşadığı üçün Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli, 532 saylı qərarı ilə Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında qohumu X1 mülkiyyətinə ayrılması qərara alınmışdır. Sonradan həmin torpaq sahəsinin sahiblik və istifadə hüquqları Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarı ilə X1 və onun razılığı əsasında onun istifadəsinə verilmişdir. Bir müddət əvvəl o, torpaq sahəsinə baxış keçirmək üçün getdikdə həmin torpaq sahəsində inşa etdiyi daş hasarın söküldüyünü görmüşdür. Bununla maraqlandıqda Cavabdeh ona məxsus olan torpaq sahəsinin ona ayrıldığını bildirmiş və bu barədə ona Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin qərarını təqdim etmişdir. Həmin xx xxxxx 2006-cı il tarixli qərarda Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m torpaq sahəsinin Cavabdeh istifadəsinə ayrılması qeyd edilmişdir. Halbuki həmin ərazidə yaşayan bütün qonşular həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edir və həmin şəxsi tanımadıqlarını bildirirlər. Hazırda cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi, ona məxsus hasarı onun Azərbaycan Respublikasında olmadığından dağıtması, ona məxsus olan torpaq sahəsindən istifadəyə maneçilik törətməsi ona mənsub olduğu əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 359 saylı sərəncamı ilə ona Bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmiş və ayrıca aktı verilmişdir. İddiaçı İddiaçı ona müraciət edərək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli, 532 saylı və xx xxxxxx 2011-ci il tarixli 673 saylı qərarları ilə ona Bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən 600 kv.m torpaq sahəsi ayrılması barədə Qərara istinad etmişdir. Hesab edir ki, həmin qərarların onun qanuni istifadəsində olan torpaq sahəsinə aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X5 cavabdehin izahatına uyğun izahat verərək tələbin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon qəsəbə Bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon qəsəbə Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 532 saylı qərarından görünür ki, vətəndaş X2 Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 600 m2 torpaq sahəsi ayrılmışdır. İşdə olan Torpaq sahəsinin Planından görünür ki, vətəndaş X2 Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən ayrılmış 600 m2 torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxx 2003-cü il tarixli 532 saylı qərarı ilə X1 istifadəsinə ayrılmış 600 m2 torpaq sahəsi İddiaçı sahiblik və istifadəsinə keçmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 359 saylı Sərəncamından görünür ki, vətəndaş Cavabdeh Binəqədi Qəsəbə ərazisindən 400 m2 torpaq sahəsi ayrılmışdır. İşdə olan Torpaq sahəsinin Planından görünür ki, vətəndaş Cavabdeh Binəqədi qəsəbə ərazisindən ayrılmış 400 m2 torpaq sahəsinin yerində sərhədləri müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/3221 saylı rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, **********34 saylı mütəxəssis rəyinə əsasən, “xxxx” MMC-nin elektron baza məlumatlarında mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyəti olub, “Binəqədi Oyl” Əməliyyat şirkətinin ərazisinin sərhədləri hüdudlarında yerləşdiyi müəyyən edilmişdir. Lakin İddiaçı Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarına əlavə edilmiş torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, tərəflər arasındakı mübahisəli torpaq sahəsinin İddiaçı Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarı əsasında ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən ümumi sahəsi 600 m2 olan torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə: mütəxəssis rəyinə əsasən, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 359 saylı sərəncamına əlavə edilmiş torpaq sahəsinin sxemində və İddiaçı Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarına əlavə edilmiş torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən həmin torpaq sahələrinin üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Eyni Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli qanunvericilik aktlarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, İddiaçı sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi ona Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarı əsasında 600 m2 torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğunu təsdiq edən sübutları (torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməsi) təqdim edə bilmədiyindən onun cavabdehdən sahibliyin qaytarılmasını tələb etmək hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Eyni Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunverciliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2003-cü il tarixli 2 saylı qərarında (7-ci bənd) məhkəmələrə izah edilmişdir ki, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Qanunvericilik aktlarının sadalanmış tələblərindən də göründüyü kimi torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarından aydın olur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 673 saylı, xx.xx.2011-ci il tarixli Qərarı əsasında 600 m2 torpaq sahəsi üzərində əldə etdiyi hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məlum olduğu kimi mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxxxx 2011-ci il tarixli, 673 saylı qərarı əsasında 600 m2 torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğunu sübuta yetirə bilmədiyindən və bu mənada o müvafiq subyektiv hüquqa malik olmadığı üçün cavabdehdən mübahisəli torpaq sahəsindən çıxmasını tələb edə bilməz. Başqa sözlə, hazırki mübahisə öz mahiyyətinə görə hüquq haqqında mübahisə kimi qiymətləndirilə bilinmədiyindən iddia tələbinin həmin hissəsi və ondan törəmə digər tələblər rədd olunmalıdır. Təsvir olunanlara yekun qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (üçüncü şəxs Binəqədi rayon qəsəbə Bələdiyyəsinə) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin tədqiqatına görə çəkdiyi 100 (bir yüz) manat iddiaçıdan alınaraq həmin orqanın müvafiq hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs Binəqədi rayon qəsəbə Bələdiyyəsinə) qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspert tətqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-181/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-181/2021
08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver