Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1812/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “atalıq faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: atalığın tanınması, təsdiq edilməsi faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “atalıq faktının təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “qohumluq faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X5 xx.xx.1971-ci il təvəllüdlü X3 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015- ci il təvəllüdlü X5 xx.xx.1971-ci il təvəllüdlü X3 oğlu olması faktının müəyyən edilməsi, X5 doğum haqqında şəhadətnaməsində soyadının Sadıqov, ata qrafasında X6 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, ərizədə qeyd etdiyi kimi azyaşlı uşağı xx.xx.2015-ci il təvəllüdlü X11 xx.xx.1971-ci il təvəllüdlü 14 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X3 nikahdankənar doğulmuş oğludur. X6 ilə rəsmi nikah olmadığından tərtib edilmiş doğum haqqında akt qeydində nikahı olmayan anadan doğulmuş uşağın doğumu kimi qeydə alınmış, onun göstərişi əsasında ata adının “X7”, ana adı isə Ərizəçi qeyd edilmişdir. Azyaşlı uşağı X11 doğulanda onunla X6 ilə arasında rəsmi nikah olmadığı səbəbdən ata adı qrafasında atasının adını və baba adını düzgün bildirmiş, lakin soyad hissəsində onun soyadı qeyd edilmişdir. Bu isə təcrübədə geniş yayılmış haldır. Ailə münasibətləri ilə bağlı bildirir ki, onun və uşağının atası arasında münasibətlər yaxşı səviyyədə olmuş, xüsusilə son illərdə mərhumun yanında tez-tez olmuş, onun qayğısına qalmış və ailə münasibətləri möhkəm olmuşdur. X3 qəfil xəstələnərək ölməsi isə atalığın etiraf etməsini qeyri-mümkün etdi. Azyaşlı uşağını təkbaşına böyüdür və uşaq böyüdükcə xərcləri daha da çoxalır. Ona görə də, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etdi ki, ona ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət ödənilsin. Ona orada izah edildi ki, uşağa görə yalnız ailə başçısının itirməyə görə pensiya almaq hüququ vardır və buna görə də atalıq faktı mütləq müəyyən edilməlidir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhum həyat yoldaşının rəsmi nikahından olan övladları var və hazırki ərizə ilə bağlı aralarında hər hansı mübahisə yoxdur. Faktın təsdiq edilməsi yalnız uşağa sosial müavinatin düzəldilməsi üçündür. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini tanıyır. X1 da tanıyırdı. Həqiqətən də, Ərizəçi ilə X3 faktiki nikahından xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuşdur. O, uşağın ad günü tədbirində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini tanıyır. X1 da ərizəçinin həyat yoldaşı kimi tanıyırdı. Həqiqətən də, Ərizəçi ilə X3 faktiki nikahından xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini tanıyır. X2 onun dayısı olmuşdur. Həqiqətən də, Ərizəçi ilə X3 faktiki nikahından xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuşdur. Dayısı vəfat edənədək uşaq digər ailə üzvləri ilə görüşmüş, vəfat etdikdən sonra münasibətlər soyumuşdur. Dayısının rəsmi nikahdan olan ailəsi ilə ərizəçi ilə olan ailəsi üzbəüz binalarda yaşamışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.10-cu maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. -45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. - 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “X,Y və Z Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Konvensiyanın 8-ci maddəsində yer alan “ailə həyatı” anlayışı: ... yalnız nikaha əsaslanan ailələrlə məhdudlaşmır və digər faktiki münasibətləri də əhatə edə bilər. Münasibətlərin “ailə həyatı” təşkil edib-etmədiyi barədə qərar verilərkən bir sıra amillər, o cümlədən, cütlüyün birgə yaşayıb-yaşamaması, onların münasibətlərinin müddəti, birgə övlad dünyaya gətirməklə və ya başqa vasitələrlə bir-birinə bağlı olduqlarını təsdiq etmələri əhəmiyyət kəsb edir. Konvensiyanın 8-ci maddəsinə əsasən, atalığın müəyyən olunması barədə iddia tələbinə baxarkən məhkəmələr uşağın ən yaxşı mənafeyinə üstünlük verməlidirlər (Yevremoviç Serbiyaya qarşı iş üzrə AM-nin 17 iyul 2007-ci il tarixli qərarı). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan: - AZ İİİ seriyalı, 601183 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X11 Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxıvı tərəfindən məhəkməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/2-9896/2025 nömrəli məktubdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölümünün xx.xx.2020-ci ildə 3 Saylı Bakı Asan xidmət mərkəzindəki qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. - X3 oğlu X9 məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, ərizənin təmin edilməsinə etiraz etmir. Sadalanan xüsusatlara, həmçinin X6 ilə ərizəçinin arasında rəsmi nikahın olmaması, onun həyatda olmaması, lakin şahidlərin ifadəsi və iş materialları ilə X5 atası olması faktıöz təsdiqini tapdığına görə məhkəmə hesab edir ki, X3 X5 atası olması faktının müəyyən edilməsi (atalığın etiraf olunması) ərizəçi üçün hüquqi əhəmiyyətli olduğundan, mövcud tələb ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, atalığın tanınması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün bütün şərtlər mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş X3 (xx.xx.2020-ci il tarixdə vəfat etmişdir) xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş X5 atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş X3 (xx.xx.2020-ci il tarixdə vəfat etmişdir) xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuş X5 atası olması faktı müəyyən edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, soyadı qrafasında Sadıqov”, atası qrafasında “X6”, atasının milliyyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “Ərizəçi”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Qətnamə hüquqi faktın qeydə alınması üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-1812/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1812/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver