Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-182/2021 10.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi X1 İddiaçı vəklili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehlər Cavabdeh1 Sərhəd oğluna və Cavabdeh2 qarşı mənzilin açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 Sərhəd oğluna və Cavabdeh2 qarşı mənzilin açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Sərhəd oğlu iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0. maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; Məhkəmə mülki işin sənədlərini araşdırıb, iddiaçının iddia ərizəsini geri qaytarılmasını tələb etməsini, cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini nəzərə alıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılsın. Cavabdeh1 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-182/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-182/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver