Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1835/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri X8 Y\M Binəqədi yolu 58 saylı fərdi yaşayış evindən çıxarılmasına, onun həmin evə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri X8 Y\M Binəqədi yolu 58 saylı fərdi yaşayış evindən çıxarılmasına, onun həmin evə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı tərəfindən 2002-ci ildə inşa edilmiş, Bakı şəhəri X8 Y/M Binəqədi yolu ev 58 ünvanda yerləşən fərdi yaşayış evində həmin vaxtdan da iddiaçı ailə üzvləri ilə yaşamağa başlamış, fərdi yaşayış evinə ünvan, nömrə verilmiş və pasport qeydiyyatına alınmışlar. Fərdi yaşayış evində yaşayan cavabdehin oğlu Cavabdeh uzun müddətdir ki, birgə yaşayış qaydalarını pozur, onlara rahat yaşamağa imkan vermir. Fərdi yaşayış evinə aid kommunal xərclər daim iddiaçı tərəfindən ödənilmiş və cavabdeh heç bir vaxt kommunal xərclərin ödənilməsində iştirak etməmiş, fərdi yaşayış evinin saxlanmasına heç bir xərc çəkməmişdir. Fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edildiyindən iddiaçı faktiki olaraq evə sahiblik hüququ əldə etmişdir. Cavabdehin və ailəsinin yaşaması üçün ünvan 2 ünvanında üç sot torpaq sahəsində yerləşən, bütün kommunal şəraiti olan, yaşamaq üçün bütün əşyaları olan, bir otaqlı həyət evi alınmışdır. Lakin cavabdeh bu evdə yaşamaq istəmir, onları mütamadi olaraq təhqir edir, dava-dalaş yaratmaqla onları rahat yaşamağa qoymur. Cavabdehin arvadı onun bu əməlləri nəticəsində evdən çıxıb getmiş, uşaqlarını da özü ilə aparmışdır. Şəxsi yaşayış yeri olan cavabdehlə yaşamaq mümkün olmadığından cavabdehǝ evdən çıxması və onun üçün alınmış evə köçməsi barədə bildirilsə də cavabdeh buna əhəmiyyət verməmiş və birgə yaşayış qaydalarını kobud şəkildə pozmaqda davam etmişdir. Bu hal xəstə, ürək əməliyyatı keçirən iddiçıya pis təsir göstərdiyindən onun səhhətinin ciddi şəkildə pozulmasına səbəb olmuşdur. Cavabdehin yaşamağa yeri vardır və bu yaşayış sahəsinə ehtiyacı yoxdur. İddiaçıya məxsus fərdi yaşayış evinə dair hüquqları DƏDRX-də qeydə alınmasa da, həmin ev yaşayış sahəsi kimi mövcuddur və istifadə edilir. Ona görə də Cavabdeh Bakı şəhəri X8 Y/M, Binəqədi yolu ev 58 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasına və İddiaçı Bakı şəhəri X8 Y/M, Binəqədi yolu ev 58 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Ayaz onun doğma oğludur. O, Bələdiyyədən aldığı torpaq sahəsində 2002-ci ildə evi tikmiş, 2007-ci ildə ailənin bütün üzvləri evdə qeydiyyatda olmuş, Ayaz 2004-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu günə qədər həmin evdə yaşayır. Ayaz ailə qurduqdan sonra ailəsini də həmin evə gətirmişdir. 2021-ci ilin fevral ayında Ayaz ailəsində yaranan problemlərə görə həyat yoldaşını və qızını evdən qovmuşdur. Karantin dövründə online dərslərlə bağlı problem yaşadığından o, nəvəsini götürüb gəlininin atasının evinə aparmışdır. Bundan sonra Ayazla mübahisəsi yaranmış, bir neçə dəfə Ayaza ailəsini qəbul etməyi tövsiyyə etsə də cavabdeh bununla razılaşmamışdır. 2022-ci ildə Ayazla mübahisədən 4 gün sonra o, da evi tərk etmişdir. İnşa etdiyi tam təmirli olan ev 6 sot torpaqda yerləşməklə, 1 mərtəbəli olmaqla, 4 otaqdan ibarətdir, bütün kommunal xidmətlərlə təmin olunmuşdur. Ayaz 2 ildir ki, evdə tək yaşayır. O, isə həmin vaxtdan kirayədə yaşayır. Ayaz uşaqlarının saxlanması üçün aliment ödəmir, evin kommunal xidmətlərinə görə borcu vardır. 2021-ci ilin fevralından gəlini və uşaqları ilə birlikdə İmişlidə, daha sonra isə bu günə qədər Bakıda onun yanında kirayədə tutduğu evə yaşayırlar. Ona görə də iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı, X1, X9, X5 və X4 Bakı şəhəri X8 Y/M, Binəqədi yolu ev 58 ünvanında qeydiyyatdadırlar. Cavabdeh notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən xx.xx.2023-cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X2 ilə icraçı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsinin surətindən müəyyən olunur ki, sifarişçi ünvan 4 ünvanında yerləşən tkinti sahəsi 70 m2 təşkil edən 3,50 metr hündürlüyü, 3 metr tavan hündürlüyü olan 1 otaqlı 1 mərtəbəli tikintini tikib hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin tikilini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş nməbləği ödəməyi öhdəsinə götürmüşdür. Satıcı Cavabdeh ilə alıcı X6 arasında tərtib olumuş xx.xx.2023-cü il tarixli evlərin alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı Biləcəri qəsəbəsi 9x7 olan obyekti alıcıya 26000 manata satmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-2447/2007 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ərizəsi təmin edilərək İddiaçı ailə üzvlərinin Bakı şəhəri Binəqədi rayonu X8 Yaşayış massivi Binəqədi yolu 58 saylı evə yaşayış hüquqlarının tanınması qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, özbaşına inşa edilən tikili olan Bakı şəhəri X8 Y/M, Binəqədi yolu ev 58 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı və onun ailə üzvü olan oğlu Cavabdeh daimi yaşayış yeridir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən və yuxarıda istinad olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu X8 Y/M, Binəqədi yolu 58 saylı ev tərəflərin yaşayış yeri olduğundan, iddiaçı cavabdehə məxsus başqa yaşayış yerinin olmasına dair iddia ərizəsində istinad etdiyi hallara dair sübutlarını məhkəməyə təqdim etmədiyindən, fərdi yaşayış evində cavabdehlə bərabər yaşamaq hüquq olan iddiaçının həmin evə köçürülməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin həmin evdən çıxarılmasına dair tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cəbı̇ yev Məzahı̇ r Əbı̇ lxan oğlu Bakı şəhəri Binəqədi rayonu X8 Y/M, Binəqədi yolu 58 saylı fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1835/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1835/2023
18.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver