Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1841/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı töhmətin verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı töhmətin verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 X2 heyətində kompüter operatoru vəzifəsində çalışır. Son bir neçə il ərzində adı çəkilən Pansionatda işləməyi əsl mənasında bir istiraba çevrilmişdir. Belə ki, 2020-ci ilin dekabr ayında məhkəmə qaydasında işə bərpa olunduğundan sonra pansionatının rəhbərliyi onunla sanki ədavət aparır. Məqsədləri bütün təsir vasitələrdən istifadə etməklə onu işdən kənarlaşdırılmasıdır. Bunun əyani nəticəsidir ki, 05 dekabr 2022-ci il tarixdə rəhbərlik tərəfindən ona əsassız olaraq töhmət verilmişdir. X4 hazırkı direktoru olan Təranə Quliyevanın ona qarşı münasibəti daha şiddətli olmuşdur. O, kollektiv içində iddiaçını təhqir edir, hətta xəstələrinin yanında onu alçatmaqdan çəkinmir, iddiaçını “paranoid” xəstəsi adlandırır. Təranə Quliyeva çalışdıqları pansionatın foyesinə daxil olan zaman ayağa qalxmalıdırlar və oranı tərk edənə kimi ayaq üstündə qalmalıdırlar. Təranə Quliyevanın çox güclü havadarları var. Məhz bu səbəbdən də özünü Pansionatın direktoru yox, oranın yiyəsi kimi aparır. 20 noyabr 2023-cü il tarixdə Təranə Quliyeva iddiaçıya heç bir əsas olmadan töhmət verilməsini təşkil etmişdir. Əmrin surəti iddiaçıya təqdim olunanda onun məzmunu iddiaçını lap təcübləndirmişdir. Çünki yazdıqları - “əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmir, əmək intizamına və müəssisədəki intizam qaydalarına əməl etmir, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verir” kimi ifadələr heç bir sərhəd çərçivələrə sıxmır. İddiaçının əmək müqaviləsində aşağıdakı funksiyalar nəzərdə tutulmuşdur: ƏOŞ-nin (əlilliyi olan şəxslər) Mərkəzə dəvət və qəbulunu təmin etmək. Reabilitasiya alt sistemində ƏOŞ-lə saxlamaq. Sistemdə adları olan ƏOŞ-i proqram təminatına köçürmək. Qəbul olunmuş ƏOŞ-in qeydiyyat jurnalında qeydiyyatını aparmaq. Gündəlik ambulator və stasionar qaydada qəbul barədə rəhbərliyə və Agentliyə hesabatları təqdim etmək. ƏOŞ-in qəbulunu reabilitasiya alt sistemində qeyd etmək. Müəssisəyə daxil olan zənglərə cavab verməsi, pasientlərin yaxınlarının suallanna cavab vermək. Çıxan xəstələrin qeydiyatını jurnalda aparmaq. Kartları arxivə yığmaq. Mətni daxil etmək, ona əlavələr etmək və səhvləri düzəltmək. Fayllarla iş aparmaq. Faylların disketə yazılması işlərini görmək. Yığılmış mətni printerlə çap etmək. Kompüter şəbəkəsində iş aparmaq. İddiaçı əmək müqaviləsində qeyd olunan funksiyalardan yanız - “Gündəlik ambulator və stasionar qaydada qəbul barədə rəhbərliyə və Agentliyə hesabatları təqdim etmək. Mətni daxil etmək, ona əlavələr etmək və səhvləri düzəltmək. Fayllarla iş aparmaq. Faylların disketə yazılması işlərini görmək. Yığılmış mətni printerlə çap etmək” vəzifələrini yerinə yetirir. Qalan vəzifələri mərkəzləşdirilmiş internet vasitəsi ilə 1C proqramına girişi olmadığından icra etmir. Bunun səbəbi belə bir təminatın rəhbərlik tərəfindən ona verilməməsidir. Həmin vəzifələri rəhbərlik tərəfindən təminat verilən kargüzar aparır. X5 üç kompüter operatoru və bir kargüzar vəzifə ştatı var. Kompüter operatorunun vəzifəsi əmək müqaviləsində göstərilən vəzifələr olsa da, Pansionatın rəhbərliyi tərəfindən üç kompüter operatoru arasında iş bölgüsü aparılmışdır. Faktiki olaraq iddiaçının çalışdığı pansionatda kompüter operatoruna aid işləri iki kompüter operatoru və bir kargüzar tərəfindən aparılır. Halbuki, kargüzarın əlilliyi olan şəxslərin (ƏOŞ-nin) pansionata qəbuluna heç bir aidiyyəti yoxdur. Həmçinin kompüter operatoruna aid vəzifələr rəhbərlik tərəfindən digər şəxslərə də həvalə olunub. Qeyd olunanlara əsasən iddiaçı belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən töhmətin verilməsi barədə 20 noyabr 2023-cü il tarixli əmri əsassız olmuş və bu səbəbdən ləğv edilməli, həmçinin mediasiya təşkilatına ödədiyi 60 manat məbləğində pulu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Cavabdeh iddiaya etirazı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanmış və iddiaçı Agentliyin X4 kompüter operatoru vəzifəsinə qəbul edilmişdir. İddiaçı fəaliyyəti ərzində rəhbərliyin tapşırıqlarını icra etməkdən aşkar şəkildə imtina etmiş, digər işçilərin də şahidliyi ilə öz rəhbərinə kobud şəkildə cavablar vermiş, işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlətmiş, tapşırılan icra etməsindən imtina etməsinin səbəbləri barədə yazılı izahat yazması tələb olunduqda isə izahat yazmaqdan da imtina etdiyni bildirmişdir. Həmçinin daimi olaraq subordinasiya qaydalarını pozaraq, Pansionatın daxili qaydaların icrasını tələb olunduqda hədə-qorxular gəlmiş və təhdidedici sözlərlə digər əməkdaşlara qarşıda eyni hərəkətlər etmişdir. Onunla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bu hallarla bağlı X3 Agentliyin aparatına daxil olan aktlar və məruzələrdə göstərilən faktların əsaslılığının yoxlanılması məqsədi ilə X13 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Qeyd edilən fakta dair araşdırma aparılan müddətdə Pansionat tərəfindən İddiaçı daxili nizam-intizam qaydalarını pozması, ona verilən tapşırıqları icra etməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli daha bir akt tərtib olunduğu müəyyən olunmuşdur. Məruzədə göstərilən faktlar üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədilə Agentliyə dəvət olunmuşdur. İddiaçı qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da, yazılı izahat verməkdən imtina edərək Agentliyi tərk etmişdir. Onun izahat yazmaqdan imtina etməsi barədə müvafiq akt tərtib olunmuşdur. Nəticədə, iddiaçının əmək fəaliyyəti zamanı öz vəzifə öhdəliklərini ardıcıllıqla pozduğuna görə barəsində aktlar tərtib olunmuş və 20 noyabr 2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək məcəlləsinin 186-cı maddəsinin 2.a bəndinə uyğun olaraq töhmət verilmişdir. Töhmət verildikdən sonra da iddiaçı barədə davam edən şikayətlər olmuşdur. Onun öz iş yoldaşının ünvanına istifadə etdiyi təhqiramiz ifadələrə görə Agentliyin əməkdaşı və onun anası tərəfindən şikayət Agentliyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, iş yerində dörd kompüter operatoru var. Onun tapşırıqları yerinə yetirmədiyi reallığı əks etdirmir. Belə ki, mərkəzləşdirilmiş sistem - 1C proqramı vasitəsilə əlilliyi olan şəxslərin qəbulu və çıxışı qeydə alınır. Lakin ona belə bir imkan yaradılmayıb və onun həmin sistemə giriş etmək kimi səlahiyyəti tanınmayıb. Bu işlər onun əmək funksiyasına aid olsa da, sistemə çıxışı olmadığından həmin işlər sistemə çıxışı olan digər işçilər tərəfindən həyata keçirilir. Bu məhz rəhbərliyin etdiyi iş bölgüsüdür. Əmək funksiyalarına aid olan digər işləri isə layiqincə və vicdanla yerinə yetirir. Hər həftənin dördüncü günü və hər ay agentliyə tərəfindən hesabatlar təqdim olunur. Əgər işi ilə bağlı hər hansı problem olsaydı, bu hal agentliyin əməkdaşları tərəfindən aşkarlanardı. Əksinə, o, iş yerindən əlavə olaraq nazirlikdə də qəbul aparmış və çağrı mərkəzində fəaliyyət göstərmişdir. Onun tərtib olunmuş aktlardan heç xəbəri olmayıb. Əvvəllər də ona haqsız yerə töhmətlər verilib. İş yerində yeganə işçi odur ki, əmək müqaviləsi müddətsizdir, digər işçilər müddətli əmək müqaviləsi əsasında işləyirlər. Ona bu səbəbdən rəhbərlik tərəfindən qərəzli mövqe nümayiş olunur. Ona deyirlər ki, guya 35-40 dəqiqə işdə yatıb. Onun iş yeri dəhlizdə - düz binanın girişindədir. Orada necə yata bilər? O, məcburi şəkildə kameraları açmağı tələb etmiş və ona cavab olaraq bildirilib ki, “38-ci dəqiqədə gözünüzü qırpmısınız”. Bu məsələ agentliyə qədər gedib çıxmışdır. Ona deyirlər ki, “Printerin yanından keçmisən, izahat yaz”. Onu təhqir edirlər, işçilərdə ona qarşı mənfi rəy formalaşdırırlar. Təranə xanım ona işi yerinə yetirməyi haqqında heç nə deməyib. Sadəcə olaraq həmişə saat 1-də yeməkxanaya gəlir və həmin gün də gəlib soruşdu ki, “Çıxış jurnalını kim yazacaq?”. Onlar da cavab verdilər ki, “Gündüz müəllim yazacaq”. O istəsəydi belə bu işi yerinə yetirə bilməzdi. Çünki, onun proqrama çıxışı yoxdur və proqrama çıxışı olan digər 3 işçinin kompüterlərinə parol qoyulub. ona də heç bir parol verilməyib. Əlilliyi olan şəxslərə sifarişli qida gəlir. Kitab heç bir önəm daşımır, mütləq proqram vasitəsilə çıxış qeydi aparılmalıdır. O, jurnalda qeyd etsəydi, əmindir ki, səhəri gün buna dair də izahatı alınacaqdı. Belə ki, buna bənzər hadisə ona əvvəllər verilmiş töhmətlərdən birinin predmetini təşkil etmişdir. O, proqrama keçidi olan və kompüter biliyi olmayan iş yoldaşına kömək etmiş və əliliyi olan şəxslərdən birinin vəfat etməsi nəticəsində 1 pay yemək artıq göndərilmiş və bu səbəbdən ona töhmət verilmişdir. Subordinasiya qaydalarını pozmaq məsələsi isə qətiyyən olmayıb, əksinə o, daim təhqir olunmuş və digər əməkdaşların qarşısında alçaldılmışdır. İddiaçı ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirdi: bütün işçilərin müqaviləsi müddətsiz idi. Publik hüquqi şəxsə keçildikdən sonra bütün müqavilələr müddətli oldu. Bu hadisədən sonra o, məhkəmə qaydasında işə bərpa olunduğundan müqaviləsi müddətsiz kimi qaldı. Gündüz müəllim onlara nəzarət edən şəxsdir. Əmək müqaviləsində olan əmək funksiyaları ilə tanışdır. Əmək funksiyalarında olan əlilliyi olan şəxslərin qeydiyyatının çıxış qeydiyyat jurnalında aparılmasına dair rəhbəriniz tərəfindən birbaşa göstərişə tabe olmadığı doğru deyil. Yeməkxanaya nəzarət üçün gələn Təranə xanım proqrama girişi olan 3 xanımın təlimdə olduğunu bildiyindən çıxış jurnalını kimin yazacağını soruşduqda “Gündüz müəllim yazacaq” deyə cavab vermişdir. Onun Gündüz müəllimin əmək funksiyaları barədə məlumatı yoxdur. Əvvəllər də, dəfələrlə, hətta xanımlar işdə olduqları vaxtlarda belə Gündüz müəllim həmin jurnalı yazıb. Düzü, həmin jurnalı mentorların belə yazdığı hallar olub. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə töhmət verilmişdir. İddiaçı 11 ildir ki, həmin müəssisədə işləyir. O, operator vəzifəsində çalışır və digər işçilərdən fərqli olaraq bu sahədə təhsil alıb. Rəhbərlik tərəfindən iddiaçıya qarşı münasibət qərəzlidir. Belə ki, o, bir dəfə qanunsuz şəkildə işdən azad edilmiş və məhkəmə qaydasında işə bərpa edilmişdir. Hal-hazırda müəssisənin rəhbəri olan Təranə Quliyeva tərəfindən həmin qərəzli münasibət davam etdirilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə qarşı etiraz da həmin qərəzin göstəricisidir. Belə ki, etirazda sırf ümumi sözlərdən istifadə edilmişdir. Töhmətin verilməsinin əsasını 2 akt təşkil edib: xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlar. İkinci aktın tərtib olunmasına səbəb ondan ibarət olmuşdur ki, iddiaçı daxili nəzarət şöbəsinə çağırılmış və izahat verməsi tələb olunmuş, o da izahat verməkdən imtina etmişdir. Töhmətin məzmununa baxdıqda görərik ki, cavabdeh müəssisə tərəfindən digər işçilərə də verilən töhmətlərin məzmunu ilə eynilik təşkil edir. Burdan aydın olunur ki, rəhbərliyin xoşuna gəlməyən işçilərə eyni məzmunlu şablon töhmətlər verilir. xx.xx.2023-cü il tarixli aktdan və rəhbərə məruzədən görünür ki hadisə 19 oktyabr günorta saatlarında baş vermişdir. Hadisə 19 oktyabrda baş veribsə, intizam təmbehi barədə əmr niyə 20 noyabrda verilmişdir? Əmək Məcəlləsinin tələbinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir və cavabdeh müəssisənin rəhbərinin işgüzar nüfuzuna xələl gətirən, doğruluğu sübut olunmayan hallardan ibarətdir. İddiaçıya qarşı hər hansı ayrı seçkilikdən söhbət gedə bilməz. İddiaçı iddia ərizəsində özü də etiraf edir ki, əmək funksiyasında qeyd olunan bütün işləri yerinə yetirmir. Əlilliyi olan şəxsin adını kitaba qeyd etmək üçün heç bir proqrama giriş tələb olunmur. Bu rəhbərlik tərəfindən verilmiş sadə bir göstərişdir. Həmin göstərişin verilmə səbəbi isə o olmuşdur ki, 2 işçi təlimdə iştirak etdiyi üçün Adilə xanıma işlərin görülməsi təklif olunmuşdur. Adilə xanım isə, həmin işləri görməyəcəyini, qapıda duran mühafizəyə yönləndirəcəyini və ya mütəxəssis Gündüz Paşayevə tapşıracağını bildirmişdi. Bununla bağlı dərhal yerində akt tərtib olunmuşdur ki, şəxs öz əmək funksiyasına aid olan işi görməkdən boyun qaçırır. 26 oktyabr 2023-cü il tarixdə də sözügedən hadisə təkrar olunmuş, işçilər təlimə getdikdə iddiaçı yenə də öz əmək funksiyalarını yerinə yetirməkdən boyun qaçırmışdır. Hər iki hadisə aktlaşdırılmışdır. 31 oktyabrda agentliyin daxili nəzarəti məsələ barədə məlumatlandırılmış və iddiaçı şifahi olaraq hadisəni danışsa da, yazılı izahat verməkdən imtina etmişdir. Əgər hadisə iddiaçının bildirdiyi kimi olsaydı o, yazılı izahatını təqdim etməkdən imtina etməzdi. Həmçinin, iddiaçı sistemə girişinin olmaması ilə bağlı heç kimə müraciət etməmişdir. İddiaçı məhkəmə qərarı ilə işə bərpa olunduqdan sonra onda belə bir fikir yaranmışdı ki, “Heç kim mənə heç nə edə bilməz”. Cavabdeh müəssisədə işləyən X16 və onun anası tərəfindən fevral ayında idarəyə şikayət ərizəsi ünvanlanmışdır. Günel xanım şəhid bacısıdır. O, ərizəsində qeyd edir ki, Adilə xanım onun xəstə uşağı barəsində mənfi fikirlər bildirir, kağızları dağıdır, işlər itir və bu onun boynunda qalır. Eyni məzmunlu ərizə ilə anası da müraciət etmiş və iddiaçının təqsirli hərəkətləri nəticəsində qızının işdə problemlər yaşadığını bildirmişdir. Belə görünür ki, işçilər arasında olan prinsip nəticəsində iş prosesinin ahəngi pozulmuşdur. Eyni zamanda iddiaçı əmək funksiyalarını vicdanla yerinə yetirməmiş, daxili intizam qaydalarını pozmuşdur. Günel xanımın anasının bildirdiyinə görə, iddiaçı Günel xanıma qarşı “Gör hansı günahı işləyib ki, Allah ona əlil övlad verib” ifadəsini işlətmişdir. İddiaçı onunla müddətsiz əmək müqaviləsi bağlanmasının səbəbini başqa şəkildə bildirdi, lakin o, 5 ildən artıq müddətdir ki, müəssisədə çalışdığından onunla əmək müqaviləsi müddətsiz bağlanmışdır. Nazirlik tərəfindən hal-hazırda yoxlama həyata keçirilir və iddiaçının gördüyü işlərdə nöqsanlar aşkar edilmiş və agentlik Adilə xanımın fəaliyyətindən narazıdır. Bütün bu hallar töhmət verilməsi üçün əsasdır. Cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirdi: Əlilliyi olan şəxslərin qeydiyyatını jurnalda aparmaq üçün sistemə giriş tələb olunmur. Əlilliyi olan şəxslərin qeydiyyatını sistemə daxil etmək üçün isə xüsusi proqram - elektron sənəd dövriyyəsi olmalıdır. Həmin elektron sənəd dövriyyəsinə iddiaçının giriş imkanının olub-olmamasına dair isə məlumatı yoxdur. Şəxs intizamsızlıq edərək normal iş ahəngini pozur. Əmək müqaviləsi imzalanarkən onlar daxili intizam qaydalarına da imza edirlər. 13:00-da işçilərin təlimə gedəcəyi qeyd olunmuş, iddiaçıya əmək funksiyasını təşkil edən işin görülməsinə dair göstəriş isə iş vaxtı verilib. Təbii ki, nahar fasiləsi müddətində işçiyə hər hansı göstəriş verilə bilməz. Töhmət ona görə hadisədən 1 ay keçəndən sonra verilmişdir ki, iddiaçıya sonradan yenidən tapşırıqlar verilmiş, ayın 19-u və 26-sı öz vəzifə öhdəliklərini icra etməməsi əsasında aktlar tərtib olunmuş və ümumiləşdirilərək töhmət verilmişdir. Günel xanım və anasını ərizəsi cavabdeh müəssisəyə xx.xx.2023-cü il tarixdə daxil olub. İddiaçı tərəfindən digər işçinin əmək fəaliyyətinə mənfi təsirinin olmasını həmin ərizələrdən görmək olar. Hadisə 19-u törədilsə də, faktın aşkar edilməsi ayın 20-si olmuşdur. Səhəri gün gəlib görüblər ki, iddiaçı tərəfindən iş icra edilməyib. Cavabdehin nümayəndəsinin izahatından sonra iddiaçı məhkəməyə bildirmişdir ki, o, dəfələrlə rəhbərliyə yerinin dəyişdirilməsi ilə bağlı qeyri-rəsmi müraciətlər etmişdir. Cavabında isə Təranə xanım tərəfindən ona komputer operatoru olduğundan ilkin sənədləşmə işlərinin onun tərəfindən aparılmalı olması bildirilib. Günel xanımın övladı barədə səsləndirilən ifadə onun tərəfindən istifadə olunmayıb. Həmin ifadəni hal-hazırda 1 saylı Uşaq Pansionatında işləyən Aminova Samirə xanım işlətmişdir. Samirə xanım 1-ci qrup əlildir. O, əvvəl onlarla işləyirdi. Sonradan o əlilliyi ilə əlaqədar müəssisədə müalicə almağa gəlmişdi. Kamera görüntülərinə də baxılsa görmək olar ki, çıxış tarixində saat 12:00-13:00 aralığında həmin xanım onlara - 3 işçiyə dedi ki, “Mən gedirəm, ola bilsin ki, bir daha burada müalicə almaq üçün qayıtmayım. Nə qədər ki, Təranə Quliyeva bu müəssisəyə rəhbərlik edir, qayıtmayacam”. Daha sonra həmin xanım Günel xanıma münasibətdə bildirdi: “Hər bir valideynin günahını onun övladları daşıyır. Sən gör nə qədər günahlar etmisən ki, Allah sənə əlil övlad verib”. Günel cavabında: “Görünür sənin də anan günahlar işləyib ki, sən də gözdən əlil olmusan”. Xanım isə onda olan problemin anadangəlmə olmadığını, sonradan yıxıldığını bildirdi. Samirə xanım daha sonra Hüseynova Nəzakət adlı işçiyə dönərək dedi: “Sənin etdiyin hərəkətlərdən mənim gözüm açıldı”. Mərkəzləşdirilmiş internet sisteminə giriş üçün yalnız müdriyyətə yaxın olan şəxslərə şərait yaradılıb. Əgər müəssisənin rəhbəri konkret olaraq işçilər arasında iş bölgüsünü tənzibləyibsə, onun həmin bölgüyə etiraz etməyi düzgün olmazdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 saylı əmrdə aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmr edirəm:
1. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmədiyi, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6 X2 heyətində kompüter operatoru vəzifəsində çalışan İddiaçı töhmət verilsin. ... Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il 20 noyabr tarixli 3-17-4/3-1-93662/2023 nömrəli razılaşdırılması”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il 20 noyabr tarixli 3-17-4/3-1-93662/2023 nömrəli razılaşdırılması məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan İntizam tənbehinin verilməsinin razılaşdırılması haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədri Anar Bayramov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış Xidməti məruzədə aşağıdakılar göstərilmişdir: “ ... Agentliyin X4 direktoru Təranə Quliyeva xx.xx.2023-cü il tarixdə 3-17-4/3-1- 91443/2023 nömrəli xidməti məktubla Pansionatın kompüter operatoru vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixində əlilliyi olan şəxslərin qeydiyyat jurnalında çıxışlarını həyata keçirməsi barədə tapşırıq verilməsinə baxmayaraq, İddiaçı tapşırığı icra etməkdən aşkar şəkildə imtina etdiyini, digər işçilərin də şahidliyi ilə ona kobud şəkildə cavablar verdiyini, işgüzar nüfuzuna xələl gətirəcək ifadələr işlətdiyini, tapşırığı icra etməsindən imtina etməsinin səbəbləri barədə yazılı izahat yazması tələb olunduqda isə izahat yazmaqdan da imtina etdiyni bildirmişdir. Həmçinin, məruzədə İddiaçı daimi olaraq subordinasiya qaydalarını pozduğunu, Pansionatın daxili qaydaların icrasını tələb olunduqda isə hədə-qorxular gəldiyini və təhdidedici sözlərlə digər əməkdaşlara qarşı da eyni hərəkətlər etdiyini, onunla dəfələrlə söhbətlər aparılmasına baxmayaraq, heç bir nəticəsi olunmadığını bildirmişdir. Məruzədə göstərilən faktların əsaslılığının yoxlanılması məqsədi ilə X13 nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsi tərəfindən xidməti araşdırma aparılmışdır. Qeyd edilən fakta dair Pansionatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq akt tərtib olunmuşdur. Araşdırma aparılan müddətdə Pansionat tərəfindən İddiaçı daxili nizam-intizam qaydalarını pozması, ona verilən tapşırıqları icra etməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli daha bir aktın tərtib olunduğu müəyyən olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədilə Agentliyə dəvət olunmuşdur. İddiaçı qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da, yazılı izahat verməkdən imtina edərək Agentliyi tərk etmişdir. Onun izahat yazmaqdan imtina etməsi barədə tərəfimizdən müvafiq akt tərtib olunmuşdur. Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılma zamanı həqiqətən də X4 kompüter operatoru vəzifəsində işləyən İddiaçı şifahi olaraq qeyd edilən faktları etiraf etməsi, onun tərəfindən rəhbərinin tapşırıqlarını icra etməkdən imtina etməsi tərtib olunmuş aktlarla da öz təsdiqini tapmışdır. Həmçinin, İddiaçı tərəfindən həm Pansionatın direktorunun, həm də Agentliyin yazılı izahat tələbini rədd etməsi onun tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndinin tələblərinin kobud şəkildə pozulması, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməməsi, vəzifə öhdəliklərinin pozulması, həmçinin, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi, bundan başqa Agentliyin xx.xx.2021-ci il tarixli **********9 nömrəli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin intizam, etik və davranış” qaydalarının 4.2.2 bəndinin tələblərinin pozulması müəyyən edilmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə əmək vəzifəsinin kobud şəkildə pozulması aşkarlanmışdır”. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda aşağıdakılar göstərilmiş: “ ... xx.xx.2023-cü il tarixində qəbul şöbəsində kargüzar vəzifəsində çalışan X16, X1 13:00 radələrtndə BRM-də keçiriləcək təlimə getdikləri üçün X4 direktoru X14 qəbul şöbəsinə yaxınlaşıb kompüter operatoru vəzifəsində çalışan İddiaçı pansionatdan xidmət alıb çıxan Ə.O.Ş-lərin jurnalda qeydiyyatının aparmasını tapşırdı. Cavab olaraq İddiaçı “Xeyr mən bu işi səhv edərəm ona görə qeydiyyat işini icra etməyəcəyəm” deyə cavab verdi, direktor ona “Siz diqqətli olub işləsəniz səhviniz olmayacaq, bu çıxış yolu deyl” deyə, ona iki dəfə təkrar tapşırıq verdi. Cavabında isə yenidən “Xeyr, mən bu işi icra etməyəcəm". Direktor ona “Bu işi əyər icra etmirsinizsə bu barədə izahat yazmalı olacaqsınız” deyə bildirdi o isə “İzahat da yazmıyacam" deyib yenidən etiraz etdi, Ə.O.Ş-lərin jurnalda çıxış qeydiyyatının aparılması mütəxəssis Paşayev G.B oğluna tapşırıldı” və akt müəssisənin direktoru, təsərrüfat şöbəsinin müdiri, mütəxəssisi və mentoru tərəfindən imzalanmışdır. İş materiallarında olan, tərtib edildiyi tarix qeyd olunmayan və tam olaraq oxunaqlı vəziyyətdə məhkəməyə təqdim edilməyən növbəti aktdan görünür ki, həmin akt o barədə tərtib edilmişdir ki, kargüzar və iki nəfər kompüter operatoru xx.xx.2023-cü il tarixdə təlimə getdikdə aktda “mən” olaraq qeyd edilmiş, lakin aktı imzalamış üç nəfərdən hansının olmasının müəyyən edilməsi mümkün olmayan şəxs İddiaçı yenidən analoji tapşırıqlar vermiş, lakin sonuncu həmin tapşırıqları icra etməkdən imtina etmişdir. Həmin aktdan faktiki olaraq eyni statusda olan işçilərin bir-birinə hansı əsaslarla tapşırıqların verməsi və həmin tapşırıqların icra edilməməsinin əmək qanunvericiliyini hansı şəkildə pozması aydın deyil. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktda aşağıdakılar göstərilmiş: “ ... X8 kompüter operatoru vəzifəsində işləyən Ağayeva X12 direktoru Təranə Quliyevanın xx.xx.2023-cü il tarixdə 3-17-4/3-1-91443/2023 nömrəli xidməti məktubunda qeyd edilən faktlar üzrə İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı izahatının alınması məqsədilə Agentliyə dəvət olunmuş. İddiaçı qeyd edilən tarixdə Agentliyə gəlmiş, göstərilən faktları şifahi olaraq etiraf etmiş olsa da yazılı izahat verməkdən aşkar şəkildə imtina etmişdir” və akt müəssisənin Daxili nəzarət və audit şöbəsinin müdiri, Daxili nəzarət və audit şöbəsinin baş mütəxəssisi və Daxili nəzarət və audit şöbəsinin aparıcı mütəxəssisləri tərəfindən imzalanmışdır. İş materiallarında olan X4 direktoru Təranə Quliyeva tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədr müavini Ramiz Rzayevə ünvanlanmış Xidməti məruzəsində aşağıdakıar göstərilmişdir: “ ... X5 kompüter operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixində pansionatın direktoru tərəfindən Ə.O.Ş-lərin qeydiyyat jurnalında çıxışlarını həyata keçirməsi tapşırılmışdır, lakin o bu işi icra etməyəcəyini bildirmişdir. Bu işi icra etməyəcəyini izahatla əsaslandırması söylədildikdə isə izahat da yazmayacağını bildirmişdir. Barəsində akt tərtib olunub müvafiq işçilər tərəfindən təsdiqlənmişdir. Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki, əməkdaş daim subordinasiya qaydalarını pozur, pansionat daxili qaydaların icrasını tələb etdikdə isə “mən məhkəmə ilə işə bərpa olunmuşam, heç kim mənə söz deyə bilməz,lazım gələrsə mən sizi işdən çıxartdıraram“ deyərək təhdidedici sözlərlə digər əməkdaşlara hədə qorxu gəlir. Dəfələrlə tərəfimdən söhbət aparılmasına baxmayaraq həm rəhbərliklə həm də digər əməkdaşlarla özünü adekvat aparmır”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. *maddənin məzmunundan göründüyü kimi, izahat verməkdən imtina özü-özlüyündə hər hansı intizam tənbehinin verilməsi üçün əsas ola bilməz. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsinə əsasən isə, intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt və X4 direktoru Təranə Quliyeva tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Heyətinin sədr müavini Ramiz Rzayevə ünvanlanmış Xidməti məruzə məhz xx.xx.2023-cü il tarixdə aşkar edilmiş və müəssisə tərəfindən pozuntu hesab edilmiş fakt ilə bağlıdır. Belə olan halda intizam tənbehinin verilməsi haqqında əmrin bir ay keçdikdən sonra – xx.xx.2023-cü il tarixdə verilməsinin hüquqi əsasları məhkəməyə təqdim edilmiş sənədlərdən aydın deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə buna cavab olaraq bildirmişdir ki, fakt xx.xx.2023-cü il tarixdə baş versə də, rəhbərlik tərəfindən iddiaçının tapşırılmış işi icra edilməməsi xx.xx.2023-cü il tarixdə aşkar edilmişdir. Halbuki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ona tapşırılmış işi icra etməkdən imtina etdikdən sonra X4 direktoru X14 tərəfindən “Ə.O.Ş-lərin jurnalda çıxış qeydiyyatının aparılması mütəxəssis Paşayev G.B oğluna tapşırıldı”. Yəni, tapşırığın iddiaçı tərəfindən icra edilməməsi direktor tərəfindən dərhal aşkar edilmiş və gündəlik icra edilməli olan həmin işin icrası digər əməkdaşa tapşırılmışdır. Məhkəmə Cavabdeh nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuş X16 və X11 şikayət ərizələrinə hazırkı iç çərçivəsində istinadını ümumiyyətlə anlaşılan hesab etmir. Belə ki, həmin ərizələr xx.xx.2023-cü il tarixdə verilmiş intizam tənbehinin əsası kimi qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçıya intizam tənbehi verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur. İntizam tənbehi qanunla müəyyən olunmuş müddət ərzində verilmədiyindən, digər məsələlərin araşdırılmasına zərurət yaranmasa da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Kompüter operatorunun Vəzifə təlimatı formasında “Reabilitasiya alt sistemində” icra edilən müxtəlif funksiyalar sadalansa da, İddiaçı həmin sistemə çıxışının olmaması (*cavabdeh tərəf bunun əksini məhkəmə araşdırılması gedişatında sübut edə bilməmişdir) və olmadığı təqdirdə, qeyd olunan funksiyaların icrasının ondan tələb edilməsi ağlabatan deyil. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı intizam tənbehinin verilməsi haqqında 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 saylı əmri ləğv edilməli, mediasiya təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı intizam tənbehinin verilməsi haqqında 20 noyabr 2023-cü il tarixli, 3-17-4/3-2-2222/2023 saylı əmri ləğv edilsin. Mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə