Məhkəmə qərarları › İş №2(001)-1847/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1847/2024

14.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1847/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı 2 saylı Xüsusi Təyinatli Mənzil Kommunal Təsərrüfati Birliyinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı 2 saylı Xüsusi Təyinatli Mənzil Kommunal Təsərrüfati Birliyinin Cavabdeh qarşı birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı Xüsusi Təyinatli Mənzil Kommunal Təsərrüfati Birliyi Cavabdeh qarşı birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1296/2021 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhlükəsizliyinin təmin edilməsi məqsədilə onun 30.000 manat birdəfəlik maddi yardım əvəzində ünvan 1 ünvanında yerləşən yaşadığı qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53a ünvanında yaşayan sakinlər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş kollektiv müraciətlərində yaşadıqları binanın qəzalı vəziyyətdə olduğunu bildirərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53a ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarım zirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən texniki baxış keçirilmişdir. Bununlada binanın uzun müddətli təmirsiz istismarını nəzərə alaraq, yataqxana binasında əsaslı təmir işlərinin aparılması üçün müəyyən tədbirlərin görülməsi məqsədilə sözügedən yataqxana binasının texniki vəziyyəti haqqında 28 sentyabr 2016-cı il tarixli akt imzalanmışdır. ... Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X1 Ağentliyi tərəfindən yaşayış binasının qəzalı vəziyyətdə olması barədə təqdim edilən aktlar və digər sənədlərin olması Bakı şəhəri İcra Hakimiyyətinin yataqxana binasında yaşayan Cavabdeh birdəfəlik maddi yardım ödənilərək, onun və digər sakinlərin məcburi köçürülməsinə otaqların boşaldılması tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, qəzalı və bərpası mümkün olmayan yaşayış sahələrindən çıxarılması, yalnız Mənzil Məcəlləsinin müəyyən etdiyi qaydalara riayət edilməklə mümkündür. Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən iddiaçının iddiası üzrə ilk növbədə binanın qəza vəziyyətində olması və bərpasının mümkün olmaması məhkəmə qərarı ilə təsdiqlənməli, məhkəmə binanın mülkiyyətçilər tərəfindən sökülüb yenidənqurulması üçün müddət müəyyən etməli, həmin meddətdə bunun həyata keçirilmədiyi halda isə bina həmin Məcəllənin 28.4–cü maddəsində nəzərdə tutulmuş hərrac vasitəsilə dövlət tərəfindən alınır. Yaşayış sahələrinin yalnız dövlətin mülkiyyətinə keçməsindən sonra iddiaçının iddiası üzrə sakinlərin çıxarılması iddiaları təmin edilə bilər”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1296/2021 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı halhazırda da Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyinin Tikintidə X1 Ağentliyi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta istinad etmiş və ərizəsini analoji dəlillərlə əsaslandırmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.6-cı bəndinə əsasən, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Həmin Əsasnamənin 4.9.3-cü bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1296/2021 saylı qətnaməsi üzrə iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, hazırkı iş üzrə isə 2 saylı Xüsusi Təyinatli Mənzil Kommunal Təsərrüfati Birliyi olsa da, faktiki olaraq hər iki iddiaçı bir hakimiyyət qoluna – İcra Hakimiyyətinə aiddir və belə olan halda məhkəmə belə qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1296/2021 saylı qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğu təqdirdə, hazırkı mübahisəyə yenidən baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Bunun əksi geniş mənada hüquqi müəyyənlik prinsipinə zidd olardı. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Mülki Prosessual Məcəllənin 262.4-ci maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264, 266-269-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı 2 saylı Xüsusi Təyinatli Mənzil Kommunal Təsərrüfati Birliyinin Cavabdeh qarşı birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ödənişi icra etmiş iddiaçı 2 saylı Xüsusi Təyinatli Mənzil Kommunal Təsərrüfati Birliyinin nümayəndəsi X3 qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar