Məhkəmə qərarları › İş №2(001)-1848/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1848/2022

30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1848/2022 30.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) X8 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 doğum akt qeydinin bərpa edilməsi, ad, soyad və ata adı qrafasında “X3”, doğum tarixi qrafasında “28 avqust 1931-ci il”, doğum yeri qrafasında “Bakı şəhəri”, ata adı qrafasında “X7”, ana adı qrafasında “X6”, milliyyətləri azərbaycanlı kimi qeyd edilməsi, həmçinin akt qeydinin bərpa edilməsi Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 28 avqust 1931-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunun Biləcəri qəsəbəsində doğulmuşdur. 15 sentyabr 1958-ci il tarixdə X14 ilə nikaha daxil olmuşlar. 05 dekabr 1979-cu il tarixdə X9 vəfat etmişdir. O, İ.Səmədovanın oğlu anasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət edərkən ondan mərhumun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. X5 doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmadığından onun dublikatını əldə etmək məqsədi ilə o, Bakı şəhəri Binəqədi rayon VVADQ orqanına müraciət etmiş, lakin müraciətin qəbulundan o əsasla imtina edilmişdir ki, həmin səlahiyyətlər "ASAN Xidmət” Mərkəzinə verilmişdir. “ASAN Xidmət” Mərkəzi onun müraciəti əsasında araşdırma aparmış və yekun olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin cavabını ona təqdim etmişdir. Cavabda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1931-ci ildə Bakı şəhəri Kirov (Binəqədi) rayonu və Biləcəri qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat yoxdur. O, Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsinə mürəciət edərək anası X5 doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Lakin həmin qurum tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”na istinad edərək məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi və ərizəçinin nümayəndəsi (vəkili) ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Onun qaynanası X3 28 avqust 1931-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X6, atası X7, milliyətləri də azərbaycanlı olmuşdur. Qaynanası 1979-cu ildə vəfat etmişdir. Hər ilin dekabr ayının 5-i qaynanasının anımı üçün qohum-tanışlarının iştirakı ilə kiçik mərasim keçirirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi onun həm qohumu, həm də qonşusudur. X3 28 avqust 1931-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X6, atası X7, milliyətləri də azərbaycanlı olmuşdur. Hər ilin dekabr ayının 5-i ərizəçi öz anasının anımı üçün mərasim keçirir və həmin mərasimdə o da iştirak edir. İş materiallarında olan: XVİ-ЖГ seriyalı, 467318 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxx 1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X12, anası X2r. İ-ИЕ seriyalı, 072774 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1929-cu ildə Dərbənd şəhərində anadan olmuş X13 ilə 1931-ci ildə Bakı şəhərində anadan olmuş X3 arasında nikah 15 sentyabr 1958-ci il tarixdə bağlanmışdır. İ-ЖГ seriyalı, 296228 saylı ölüm şəhadətnamənin surətindən görünür ki, - Səməd İskəndər oğlu 03 iyun 1974-cü il tarixdə vəfat etmişdir. İ-ЖГ seriyalı, 496334 saylı ölüm şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 05 dekabr 1979-cu il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Qəbir daşının fotoşəklindən görünür ki, X4 28 avqust 1931-ci il tarixdə doğulmuş, 05 dekabr 1979-cu il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Qəbir daşının fotoşəklindən görünür ki, X6 1914-cü ildə doğulmuş, 1982-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 30 avqust 2021-ci il tarixli, DA- 01366-2021 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1931-ci ildə Bakı şəhəri Kirov (Binəqədi) rayonu və Biləcəri qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 19 dekabr 2021-ci il tarixli, 05/Q-2303/13 nömrəli məktubdan görünür ki, onun anası X1 doğumunun qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ının 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşılıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətdə olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Doğum akt qeydinin həqiqətdə olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) şöbəyə təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi anasının doğum qeydi ilə bağlı müvafiq orqana müraciət etsə də, arxiv məlumatları olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin anasının doğum qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X1 doğum akt qeydi bərpa edilməli, X1 28 avqust 1931-ci il tarixdə Bakı şəhərində doğulması, atasının X7, anasının X6, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 doğum akt qeydi bərpa edilsin, X1 28 avqust 1931-ci il tarixdə Bakı şəhərində doğulması, atasının X7, anasının X6, milliyətlərinin azərbaycanlı olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Qətnamə X1 adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar