Məhkəmə qərarları › İş №2(001)-1851/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1851/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1851/2022 25.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasına əvvəlki məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi qismində iştirak edən bacısı X3 gəlmiş və məhkəməyə bildirmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun ölümü ilə bağlı hal-hazırda prokurorluqda araşdırma aparılır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X1 həqiqətə uyğundur və çıxarışda Cavabdeh ölüm tarixi olaraq xx.xx.2022-ci il göstərilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən, etibarnaməni vermiş fiziki şəxsin ölməsi ... nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Qeyd olunan maddənin tələblərinə əsasən, işə X2 iştirakı olmadan, İddiaçı vəkili Vəkil iştirakı ilə baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil məhkəməyə bildirdi ki, Cavabdeh vəfat etdiyindən, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə mübahisənin mahiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar