Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1863/2021 25.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi X48 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekstertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli, 2(004)-6219/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekstertiza və Reabilitasiya Agentliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən etibarən Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif qurumlarında müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi dövr ərzində barəsində bir dəfə də olsun tənbeh tədbirləri görülməmişdir. Sonuncu çalışdığı qurum cavabdeh Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh aparatı olmuş, orada sənədlərlə və vətəndaşların müraciələri ilə iş şöbəsində arxivçi vəzifəsində çalışmışdır. 2020-ci ilin oktyabr ayının 26-da iddiaçı əmrlə işdən azad olunmuşdur. İşdən çıxarılma əsası Azərbaycan Respublikası Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndi olmuşdur. İddiaçı işdən çıxarılması ilə bağlı cavabdehə və tabeçiliyində olan çalışdığı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin aparat rəhbərliyinə müraciət edərkən ona bildirilmişdir ki, işdən çıxma səbəbi bir qrup Azərbycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə şahid qismində ifadə verməyi və həmin idarənin məktubudur. Lakin iddiaçı işində heç bir nöqsana yol verməmiş, hətta Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şifahi işi aparan müstəntiqə müraciət edərkən onunla bağlı hər hansı bir araşdırma aparılmadığı və barəsində hər hansı bir nöqsanla bağlı cavabdehə müraciət edilmədiyi bildirilmişdir. İddiaçının yeganə gəlir yeri bu iş yeri idi və öhdəsində uşaqları vardır, məhkəmə müdafiə hüququndan başqa çıxış yolu qalmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Nizamnaməsinin 1.1-ci bəndinə müvafiq olaraq Cavabdeh əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İstinad olunan Nizamnamənin 1.2 və 1.3-cü bəndlərində qeyd olunur ki, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Yuxarıda qeyd olunan, Nizamnamənin 4.11.9-cu bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 11ci maddəsində işə götürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Qeyd edilən Məcəllənin 72-ci maddəsinin "e" bəndində vurğulanır ki, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçinin əmək vəzifələrini kobud şəkildə pozması deməkdir. Maddələrin təhlilindən məlum olur ki, işçinin məxfi hesab edilməli olan müəssisədaxili məlumatları digər şəxslərə göndərib bu barədə şəffaflığın pozulmağına gətirib çıxarması əmək vəzifələrinin kobud pozuntusudur və bu əməl nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl yertirilmişdir. Eyni zamanda iş üzrə icraat materialları ilə müəyyən edilir ki, iddiaçı barəsində Azərbaycan Respublikasının Baş Prokurorunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış təqdimatında ibtidai istintaq zamanı 2020-ci ilin mart ayından sentyabr ayınadək olan dövr ərzində Cavabdeh vəzifəli şəxslərinin pensiya təyinatı ilə əlaqədar onlara müraciət etmiş ayrı-ayrı şəxslərin təvəllüdü və diaqnozlarına dair məlumatları kodlaşdırılmış formada telefondan quraşdırılmış Whatsapp tətbiqetməsi vasitəsiylə qarşılıqlı olaraq bir-birilərinə göndərdikləri məlum olmuşdur. Təqdimatda adı keçən İddiaçı 3 nəfər barəsində məlumatlar qarşılıqlı formada göndərilmişdir. İddiaçının əməli ciddi qanun pozuntusu olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6, 2.1, 2.3, 2.4-cü bəndlərini ciddi şəkildə pozaraq, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş əlilliyin qiymətləndirilməsi normalarınının mövcudluğunu heçə sayaraq öz niyyətlərinə uyğun qararın qəbul edilməsi məqsədiylə qeyd edilən məlumatları qeyri-qanuni şəkildə yaymışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X71 sədrinin 26 oktyabr 2020ci il tarixli **********5 nömrəli əmrinə üyğun olaraq, iddiaçı X25 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Nizamnaməsinin 4.11.9-cu bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verildiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq təqdimatından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və Cavabdeh tərəfindən aparılmış daxili araşdırma nəticəsində xidməti məruzə tərtib edilmiş və işçi işdən azad olunması və onun əsasları barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, eyni zamanda məhkəməyə bildirdi ki, onun şifrələnmiş məlumatlarla işləməyə buraxılışı olmamış, heç elektron imzası da yoxdur. O, Katib Məmmədovun işi üzrə şahid qismində dindirilən zaman “xxxx” MMC-də sosial agent vəzifəsində işləyirdi və Agentlikdə hər hansı geniş səlahiyyətləri yox idi. Sənədlər onun qabağına gələnədək idarənin bir sıra işçilərinin əlindən keçmiş olurdu və həmin sənədlərdə hər hansı məxfi məlumat mövcud deyildi. O, şahid qismində dindirildikdən sonra ona həm prokurorluqda, həm də idarədə bildirildi ki, onunla bağlı hər hansı problem mövcud deyil. O, hər hansı qanun pozuntusuna yol vermişdirsə, qeyd olunan hadisələrdən qısa müddət sonra onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh arasında əmək müqaviləsi necə bağlana bilərdi. Azərbaycan Respublikasının Baş Prokurorunun məktubu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduqdan sonra, qurumda hər hansı araşdırma aparılmamış, izahatı alınmadan belə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Onun 7 il ərzində qüsursuz əmək fəaliyyəti olsa da, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad emişlər, bu isə onun gələcəkdə hər hansı işə qəbul olmasının qarşısını əsassız və qanunsuz olaraq almış olacaq. Onun barələrində məlumatların ötürülməsi qeyd olunan şəxslərin kim olmasından məlumatı yoxdur. Belə ki, işdən çıxarılarkən bu barədə açıqlamanın verilməsini xahiş etsə də, bütün sualları cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh nümayəndəsi X81 izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikasının Baş Prokurorunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış təqdimatda ibtidai istintaq zamanı 2020-ci ilin mart ayından sentyabr ayınadək olan dövr ərzində Cavabdeh vəzifəli şəxslərinin pensiya təyinatı ilə əlaqədar müraciət etmiş ayrı-ayrı şəxslərin təvəllüdü və diaqnozlarına dair məlumatları kodlaşdırılmış formada Whatsapp tətbiqetməsi vasitəsiylə qarşılıqlı olaraq birbirilərinə göndərdikləri məlum olmuşdur. İddiaçı 3 nəfər barəsində məlumatlar qarşılıqlı formada göndərilmişdir. Bu isə ciddi qanun pozuntusudur və ona görə də, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanuni və əsaslıdır. Belə ki, əlilliyin qiymətləndirilməsi şəffaflığın təmin edilməsi məqsədilə eyni zamanda bir neçə yerli Tibbi-Sosial ekspert komissiyası tərəfindən həyata keçirildikdən, Tibbi-Sosial ekspert komissiyalarının vəzifəli şəxsləri yerlərdə edə bilmədikləri qanusuzluqları, iş üst qurum olan Cavabdehnə daxil olduqdan sonra həyata keçirməyə cəhd etmiş və bununla əlaqədar vəzifəli şəxslər arasında şifrələnmiş məlumatların qarşılıqlı formada göndərilməsi baş vermiş, bu da sahəvi qanunvericilik aktlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı şifrələnmiş məlumatlarla işləmiş və onun həmin məlumatların istənilən şəxsə ötürülməsi imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı 23.10.2020-ci il tarixli, ********* nömrəli təqdimatında aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcələsinin 311.2 və 313-cü maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İbtidai istintaq zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 5 nömrəli Tibbi-Sosial ekspert komissiyasının sədri X31 vətəndaşdan İİ qrup əlillik dərəcəsinin təyin edilməsinə görə rüşvət alması sübuta yetirildiyinə görə 05 sentyabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CMnin 311.2-ci maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa həmin tarixdə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasının 16-cı şöbəsinin müdiri X6 Azərbaycan Respublikası CM-nin 311.2 və 313-cü maddələri ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X31 mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, 2020-ci ilin mart ayından sentyabr ayınadək olan dövr ərzində Cavabdeh vəzifəli şəxsləri pensiya teyinatları ilə əlaqədar onlara müraciət etmiş ayrı-ayrı şəxslərin təvəllüdü və diaqnozlarına dair məlumatları kodlaşdırılmış formada telefonda quraşdırılmış «WhatsApp» tətbiqetməsi vasitəsilə qarşılıqlı olaraq göndərmişlər. Belə ki, əvvəllər 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləmiş X26 Katib Məmmədova 12 nəfər barədə, hazırda 2 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X32 Katib Məmmədova 5 nəfər barədə, X63 Cəfərova 5 nəfər barədə, 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X40 Katib Məmmədova 12 nəfər barədə, X98 Həsənova 8 nəfər barədə, 6 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X7 Katib Məmmədova 6 nəfər barədə, 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X33 Katib Məmmədova 25 nəfər barədə, X92 Məmmədova 29 nəfər barədə, 9 saylı Tibbi- Sosial Ekspert Komissiyasının sədri X17 Katib Məmmədova 5 nəfər barədə, X72 Mehdiyevaya 46 nəfər barədə, 12 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X12 Katib Məmmədova 12 nəfər barədə, 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X34 Katib Məmmədova 20 nəfər barədə, X74 Quliyevə 31 nəfər barədə, 15 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X8 Katib Məmmədova 22 nəfər barədə, X54 Nəbiyevə 28 nəfər barədə, 16 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X41 Katib Məmmədova 27 nəfər barədə, X85 Gözəlova 13 nəfər barədə, 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X18 Katib Məmmədova 16 nəfər barədə, 20 saylı Tibbi- Sosial Ekspert Komissiyasının sədri X49 Katib Məmmədova 64 nəfər barədə, X93 Əsgərova 47 nəfər barədə, 21 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X50 Katib Məmmədova 18 nəfər barədə, X94 Kamilova 18 nəfər barədə, 22 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X9 Katib Məmmədova 2 nəfər barədə, X75 Abdullayevaya 34 nəfər barədə, 24 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X19 Katib Məmmədova 96 nəfər barədə, X76 Məmmədova 31 nəfər barədə, 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləmiş X13 Katib Məmmədova 72 nəfər barədə, Katib Məmmədovun 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X35 1 nəfər barədə, Katib Məmmədovun 3 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X14 3 nəfər barədə, Katib Məmmədovun 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında qeydiyyatçı vəzifəsində işləyən X27 146 nəfər barədə, Katib Məmmədovun 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri X28 5 nəfər barədə, Katib Məmmədovun 11 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri işləmiş X10 13 nəfər barədə, Katib Məmmədovun 13 saylı Tibbi- Sosial Ekspert Komissiyasının sədri X11 31 nəfər barədə, eyni zamanda Katib Məmmədovun Cavabdeh əməkdaşları – X51 2 nəfər barədə və X15 2 nəfər barədə, İddiaçı 3 nəfər barədə məlumatların qarşılıqlı olaraq göndərilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6 və 2.1-ci bəndlərinə uyğun olaraq əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndərişi əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. Bundan başqa həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-sosial ekspert komissiyasına göndərilir. Bundan əlavə həmin Qaydanın 2.4-cü bəndinə əsasən Tibbi-sosial ekspert komissiyası 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı Tibbi-sosial ekspert komissiyasının hansı qaydada fəaliyyət göstərməsi, şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrlənərək adsızlaşdırılması nəzərdə tutulmuşdur. Lakin, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən Tibbi-sosial ekspert komissiyalarının vəzifəli şəxsləri məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarın qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı şəxslərin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bir sıra məlumatları başqa vəzifəli şəxslərə göndərmiş və bununla da sahəvi qanunvericilik aktlarının tələblərini pozmuşlar. Odur ki, göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərini pozduqlarına görə həmin vəzifəli şəxslərin barəsində qanunla müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsinə və görülmüş tədbirlər barədə Baş Prokurorluğa məlumat verilməsinə göstəriş verməyiniz xahiş edilir”. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış xidməti məruzədə aşağıdakılar qeyd edilmişdir: “ ... Azərbaycan Respublikasının Baş Prokurorluğundan Nazirliyin tabeliyində Cavabdeh Aparatının və ərazi tibbi-sosial ekspert komissiyalarının əməkdaşlarının qanunvericiliyə zidd əməlləri barədə daxil olmuş 16.09.2020-ci il və 23.10.2020-ci il tarixli ********* nömrəli məktublar Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Daxil olmuş məktubda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Agentliyin 5 nömrəli TSEK-in sədri vəzifəsində işləmiş X31 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işinin istintaqı zamanı mobil telefonuna baxış keçirilərkən 01.01.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək olan müddətdə Agentliyin Aparatının, eləcə də digər ərazi TSEK-lərin əməkdaşları ilə ayrı-ayrı şəxslərin təvəllüd, cins və diaqnozlarından ibarət kodlaşdırılmış məlumatların qarşılıqlı şəkildə göndərilməsinin aşkarlandığı qeyd edilmişdir. Məktuba əlavə olunmuş K.Məmmədovla hazırda Agentliyin 7 saylı TSEK-in sədri vəzifəsində işləyən X57, 16 saylı TSEK-in sədri vəzifəsində işləyən X69, 19 saylı TSEK-in sədri vəzifəsində işləyən X42, 24 saylı TSEK-in sədri vəzifəsində işləyən X43, eləcə də əvvəlki 30 saylı TSEK-in sədri vəzifəsində işləmiş X36 və əvvəlki 2 saylı TSEK-in sədri vəzifəsində işləmiş X26 yazışmalarında vətəndaşların məlumatlarının yuxarıda qeyd olunmuş qaydada kodlaşdırılaraq, əlillik dərəcəsinin təyin edilməsi və ya imtina barədə qərar verilməsi üçün istifadə etdikləri nömrələrinə xüsusi tətbiq vasitəsilə (WhatsApp) göndərdikləri aşkar şəkildə görünmüşdür. Qeyd olunanlarla bağlı təqdim etdikləri izahatlarda O.Məmmədov, A.Abdullayev və C.Məmmədov kodlaşdırılmış məlumatlarını göndərdikləri vətəndaşların ağır xəstə olduqlarına baxmayaraq dəfələrlə əlillik dərəcəsinin verilməsindən imtina edilməsi barədə qərar verildiyinə və şikayətçi olduqlarına, həmçinin K.Məmmədov tərəfindən imtina qərarları çox verildiyinə görə köməklik göstərmək istədiklərini, R.Gözəlov həqiqi xəstəliyi olan şəxslərə köməklik edilməsi, eləcə də əlillik dərəcəsinin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra vətəndaşlara imtinaya dair qərar verilməsi üçün məlumatları göndərdiklərini bildirmişdirlər. O.Məmmədov, C.Məmmədov və R.Gözəlov həmçinin kodlaşdırılmış məlumatlarını göndərdikləri vəndaşları tanımadıqlarını qeyd etmişdirlər ki, bu da həmin vətəndaşların xəstəlikləri və öncəki imtina qərarları barədə məlumatlı olmalarına və bu səbəbdən kömək istədilərinə dair bəyanatları ilə ziddiyyət təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğundan təqdim edilmiş məlumatda hazırda 2 saylı TSEK-in sədri vəzifəsində işləyəb X32 K.Məmmədova 5 nəfər barədə, K.Məmmədovun M.Cəfərova 5 nəfər barədə, əvvəllər 2 saylı TSEK-in sədri vəzifəsində işləmiş X26 K.Məmmədova 12 nəfər barədə, 4 saylı TSEK-in sədri vəzifəsində işləyən X40 K.Məmmədova 12 nəfər barədə, K.Məmmədovun Ə.Həsənova 8 nəfər barədə, 6 saylı TSEK-in sədri vəzifəsində işləmiş X20 K.Məmmədova 6 nəfər barədə, 7 saylı TSEK-in sədri vəzifəsində jdəyən X33 K.Məmmədova 25 nəfər barədə, K.Məmmədovun O.Məmmədova 29 nəfər barədə, 9 saylı TSEK-in sədri vəzifəsində işləyən X17 K.Məmmədova 5 nəfər barədə, K.Məmmədovun S.Mehdiyevaya 46 nəfər barədə, 12 saylı TSEK-in sədri vəzifəsində işləyən X12 K.Məmmədova 12 nəfər barədə, 14 saylı TSEK-in sədri vəzifəsində işləyən X34 K.Məmmədova 20 nəfər barədə, K.Məmmədovun R.Quliyevə 31 nəfər barədə, 15 saylı TSEK-in sədri vəzifəsində işləyən X8 K.Məmmədova 22 nəfər barədə, K.Məmmədovun M.Nəbiyevə 28 nəfər barədə, 16 saylı TSEK-in sədri vəzifəsində işləyən X41 K.Məmmədova 27 nəfər barədə, K.Məmmədovun R.Gözəlova 13 nəfər barədə, 19 saylı TSEK-in sədri vəzifəsində işləyən X18 K.Məmmədova 16 nəfər barədə, 20 saylı TSEK-in sədri vəzifəsində işləyən X49 K.Məmmədova 64 nəfər barədə, K.Məmmədovun E.Əsgərova 47 nəfər barədə, 21 saylı TSEK-in sədri vəzifəsində işləyən X50 K.Məmmədova 18 nəfər barədə, K.Məmmədovun E.Kamilova 18 nəfər barədə, 22 saylı TSEK-in sədri vəzifəsində işləyən X9 K.Məmmədova 2 nəfər barədə, K.Məmmədovun F.Abdullayevaya 34 nəfər barədə, 24 saylı TSEK-in sədri vəzifəsində işləyən X19 K.Məmmədova 96 nəfər barədə, K.Məmmədovun C.Məmmədova 31 nəfər barədə, əvvəllər 30 saylı TSEK-in sədri vəzifəsində işləmiş X13 K.Məmmədova 72 nəfər barədə, K.Məmmədovun 1 saylı TSEK-in sədri vəzifəsində işləyən X35 1 nəfər barədə, K.Məmmədovun 3 saylı TSEK-in sədri vəzifəsində işləyən X21 3 nəfər barədə, K.Məmmədovun 5 saylı TSEK-in tibb qeydiyyatçısı vəzifəsində işləyən X27 146 nəfər barədə, K.Məmmədovun 8 saylı TSEK-in sədri vəzifəsində işləyən X28 5 nəfər barədə, K.Məmmədovun 11 saylı TSEK-in sədri vəzifəsində işləmiş X10 13 nəfər barədə, K.Məmmədovun 13 saylı TSEK-in sədri vəzifəsində işləyən X11 31 nəfər barədə, K.X39-Sosial Ekspertiza Xidmətinin Təşkili departamentinin müdirinin müavini vəzifəsində işləyən X51 2 nəfər barədə, həmin departamentin Tibbi-sosial ekspertiza şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyən X22 2 nəfər barədə və arxivçi vəzifəsində işləyən X16 3 nəfər barədə kodların qarşılıqlı göndərilməsi barədə də müəyyənləşdirilmənin aparıldığı qeyd edilmişdir. Adları qeyd olunan əməkdaşlar qanunla üzərlərinə qoyulmuş maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görmək vəzifələrinə laqeydlik göstərməklə, qeyri-peşəkar şəkildə davranmaqla, təmsil etdikləri orqanın statusundan və vəzifə səlahiyyətlərindən, eləcə də həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlər istəmələri görüntüsü yaradaraq Nazirliyin adına xələl gətirə biləcək, habelə onun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdirlər. Eyni zamanda, qanunvericilikdə müvafiq normalar nəzərdə tutulmasına baxmayaraq, qeyd edilən TSEK-lərin vəzifəli şəxslərinin məqsədli şəkildə öz niyyətlərinə uyğun qərarm qəbul olunmasını təmin etmək üçün əlilliyi qiymətləndiriləcək çoxsaylı vətəndaşların kimliyinin birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bir sıra məlumatları göndərərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya hüquqpozmalarına şərait yaradan hallara yol verdiklərini istisna etmir. Aşkarlanmış faktlarda Agentliyin, eləcə də tabeliyində olan əksər TSEK-lərin əməkdaşlarının adları hallandığına görə onların da öz aralarında bənzər “kod”larla işləməklə qanun pozuntularına yol vermələri ehtimalı da istisna deyildir. Şəffaflığın təmin olunması istiqamətində aparılan bir çox islahatlara rəğmən saxta əlillik dərəcələrinin verilməsi və əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı yol verilən süründürməçilik halları ilə bağlı daxil olan müraciətlərin sayının artan dinamikasının saxlanılması bu sahədə əməkdaşların öz fəaliyyətlərində Nazirliyin vətəndaş məmnuniyyətinin yüksəldilməsi ilə bağlı siyasətinə laqeyd yanaşmalarının göstəricisidir. Qeyd olunanları nəzərə alaraq aşağıdakıları təklif edirəm: 1. Agentliyin 30 saylı TSEK-in sədri X36, 2 saylı TSEK-in sədri X52, 11 saylı TSEK-in sədri X23 və 6 saylı TSEK-in sədri X20 tutduqları vəzifələrdən azad edildikləri nəzərə alınsın; 2. Əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara görə Agentliyin 2 saylı TSEK-in sədri X58, 3 saylı TSEK-in sədri X37, 4 saylı TSEK-in sədri X70, 7 saylı TSEK-in sədri X57, 8 saylı TSEK-in sədri X44, 9 saylı TSEK-in sədri X45, 12 saylı TSEK-in sədri X38, 13 saylı TSEK-in sədri X24, 14 saylı TSEK-in sədri X59, 15 saylı TSEK-in sədri X29, 16 saylı TSEK-in sədri X69, 19 saylı TSEK-in sədri X42, 20 saylı TSEK-in sədri X82, 21 saylı TSEK-in sədri X83, 22 saylı TSEK-in sədri X30, 24 saylı TSEK-in sədri X43, 5 saylı TSEK-in tibb qeydiyyatçısı X46 və Agentliyin Aparatının arxivçisi vəzifəsində işləyən X25 barədə ciddi intizam tənbeh tədbirinin görülməsi üçün müvafiq göstəriş verilsin; 3. Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan sözügedən cinayət işinin istintaqının nəticələrindən asılı olaraq Agentliyin Aparatının və yerli bölmələrinin əməkdaşları barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülsün”. Məhkəmənin sorğusunsa əsasən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı şəxsi işinin materiallarında olan və surətləri mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "Cavabdeh" publik hüquqi şəxslə İddiaçı arasında əmək müqaviləsi 21.09.2020-ci il tarixdə bağlanmış və o, həmin tarixdən "Cavabdeh" publik hüquqi şəxsə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə arxivçi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 05.06.2015-ci il tarixdə Respublika Əlillərin Bərpa Mərkəzinin Fizioterapiya və psixoloji koreksiya Şöbəsinə 0,5 ştat vahidi sanitar qadın vəzifəsinə qəbul edilmiş, 11.01.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş; 12.01.2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində ştadankənar xadimə təyin edilmiş, 12.12.2018-ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş; 15.02.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Əlilliyi olan şəxslər üçün X47 sanitar qadın vəzifəsinə təyin edilmiş, 10.06.2019-cu il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş; 18.06.2019-cu il tarixdə “xxxx” MMC-yə Bakı şəhəri ərazisində sosial agent vəzifəsinə təyin edilmiş, 07.01.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş; 06.02.2020-ci il tarixdə “xxxx” MMC-yə Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinin aparatına sosial agent vəzifəsinə təyin edilmiş, 18.09.2020-ci il tarixdə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmiş; 21.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə arxivçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Cavabdeh 26 oktyabr 2020-ci il tarixli, **********5 nömrəli əmrindən görünür ki, həmin əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyalarının icrasında yol verdikləri kobud nöqsanlara görə Agentliyin 2 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X58, 3 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X37, 4 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X70, 7 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X57, 8 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X44, 9 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X45, 12 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X38, 13 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X24, 14 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X59, 15 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X29, 16 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X69, 19 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X42, 20 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X82, 21 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X83, 22 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X30, 24 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının sədri X43, 5 nömrəli Tibbi Sosial-Ekspert Komissiyasının tibb qeydiyyatçısı X46 və X5 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin arxivçisi vəzifəsində işləyən İddiaçı 26 oktyabr 2020-ci il tarixdən tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış müvafiq əmək müqavilələrinə xitam verilmişdir. Göründüyü kimi, həmin əmrlə yuxarıda adları sadalanmış 18 nəfərdən 16-ı Tibbi Sosial-Ekspert Komissiyalarının sədrləri, bir nəfəri - Tibbi Sosial-Ekspert Komissiyasının tibb qeydiyyatçısı, Agentliyin Aparatından isə yalnız bir nəfər – həmin vaxt Agentlikdə arxivçi vəzifəsində işləyən İddiaçı tutduqları vəzifələrdən azad edilmişlər. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən göründüyü kimi, o, əmək fəaliyyəti müddətində yalnız yardımçı vəzifələrdə çalışmış və işçi olaraq həyatı boyu tutduğu ən yüksək vəzifə arxivçi olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, o, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 saylı Tibbi-sosial ekspert komissiyasının sədri X60 və qeyriləri barədə cinayət işi çərçivəsində şahid qismində dindirildiyi zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyinin deyil, “xxxx” MMC-nin Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinin aparatında sosial agenti vəzifəsində işləyirdi. Arxivçi vəzifəsinə belə o, cinayət işi üzrə şahid qismində dindirildikdən sonra (08.09.2020-ci il) təyin edilmişdir (21.09.2020-ci il). Azərbaycan Respublikası Baş Prokurorunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı 23.10.2020-ci il tarixli, ********* nömrəli təqdimatından (məktubundan) göründüyü kimi, sadalanan şəxslər şəffaflığın təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinin birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatların şifrələnərək adsızlaşdırılmasına baxmayaraq məlumatları üçüncü şəxslərə ötürməsinə görə həmin vəzifəli şəxslərin barəsində qanunla müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 iyul 2013-cü il tarixli qərarında “vəzifəli şəxs” anlayışına şərh vermişdir. Qərarda göstərilmişdir ki, “ ... qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar”. Təqdimatda qeyd olunan dövrdə (2020-ci ilin mart ayından sentyabr ayınadək) “xxxx” MMC-də sosial agent vəzifəsində işləyən şəxsin şifrələnərək adsızlaşdırılmış məlumatlara buraxılışının olub-olmaması barədə hər hansı sübutun məhkəməyə təqdim edilməsi cavabdehdən xahiş edilsə də, həmin sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının şəxsi işində isə nə bu barədə hər hansı qeyd, nə də ki, məlumatların yayılmayacağına dair iltizam mövcud deyil. Eyni zamanda məhkəmə tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu ünvanlanaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaqı davam etdirilən ********* №-li cinayət işinin materiallarından İddiaçı izahatını və WhatsApp yazışmalarını əks etdirən sənədlərin, eyni zamanda, İddiaçı barəsində hal-hazırda hər hansı qərar mövcud olduğu təqdirdə, həmin qərarın təsdiq olunmuş surətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi xahiş edilsə də, məhkəməyə aşağıdakı məzmunda cavab verilmişdir: “ ... Hazırda Baş İdarənin İstintaq İdarəsində qeyd olunan faktlarla bağlı ********* №li cinayət işi üzrə istintaq davam etdirilir və Abdullayevə llhamə Hakim qızının cinayət məsuliyyətini istisna edən hər-hansı bir qərar qəbul olunmamışdır. Odur ki, llhamə Abdullayevanın ifadəsi istintaq materiallarına əlavə olunduğu və istintaq sirri daşıdığı üçün həmin ifadənin və sair istintaq materiallarının təqdim olunmasının mümkünsüzlüyünü nəzərə almağınızı xahiş edirəm”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə, iş materiallarından göründüyü kimi, həmin müddətdə “xxxx” MMC-də Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinin aparatında sosial agent vəzifəsində işləyən İddiaçı Cavabdeh 5 saylı Tibi-sosial ekspert komissiyasının sədri X60 və qeyrilərinin Azərbaycan Respublikasının CM-nin 311.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi üzrə 08.09.2020-ci il tarixdə şahid qismində dindirilmiş, ondan sonra Cavabdeh 21.09.2020-ci il tarixli, **********6 nömrəli əmri ilə X4 və vətəndaşların müraciətləri ilə iş şöbəsinə arxivçi vəzifəsinə müddətli müqavilə əsasında təyin edilmişdir. 23.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının Baş Prokurorunun təqdimatı (məktubu) daxil olmuş və təqdimatda adları qeyd olunan vəzifəli şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi xahiş edilsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh 26.10.2020-ci il tarixli əmri ilə təqdimatda qeyd olunmuş 18 nəfərin hamısı, heç bir differensasiya edilmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduqları vəzifədən azad edilmiş və buna əsas kimi əmrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh razılaşdırmaya dair 2020-ci il 26 oktyabr tarixli **********2 nömrəli xidməti məruzəsi və Həmkarlar İttifaqı Komitəsinin 26 oktyabr 2020-ci il tarixli razılığı qeyd olunmuşdur. 23.10.2020-ci il tarixinin həftənin son iş günü – beşinci günə, 26.10.2020-ci il tarixin isə həftənin birinci gününə təsadüf etməsi nəzərə alınsa, qurumda təqdimat əsasında hər hansı daxili araşdırmanın aparılması şübhə doğurur. İşə məhkəmədə baxılarkən cavabdehin nümayəndəsindən daxili araşdırma zamanı iddiaçıdan alınmış izahatın məhkəməyə təqdim edilməsi xahiş edilsə də, cavabdeh tərəfindən məhkəməyə yalnız Azərbaycan Respublikası Baş Prokurorunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanladığı 23.10.2020-ci il tarixli, ********* nömrəli təqdimatının məzmunu təkrarlayan xidməti məruzə təqdim edilmişdir. Həmin xidməti məruzənin sondan ikinci abzasından göründüyü kimi, məruzədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan sözügedən cinayət işinin istintaqının nəticələrindən asılı olaraq Agentliyin Aparatının və yerli bölmələrinin əməkdaşları barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi təklif edilmişdir. Belə olan halda cinayət işi çərçivəsində yalnız bir dəfə şahid qismində dindirilmiş şəxsin hansı əsaslarla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi iş materiallarından aydın deyil. Belə ki, iş materiallarında olan bütün sənədlərdə iddiaçının işdən çıxarılmasına əsas olaraq yalnız bir cümlə - "3 nəfər barəsində məlumatlar qarşılıqlı formada göndərilmişdir" qeyd olunur, həmin şəxslərin kim olması, məlumatların kim tərəfindən kimə göndərilməsi və bunun faktiki olaraq hansı nəticələr doğurması və bununla da iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması nədə ifadə olunması anlaşılmır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh 26 oktyabr 2020-ci il tarixli, **********5 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə arxivçi vəzifəsinə işə bərpa edilməli və 26 oktyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh 26 oktyabr 2020-ci il tarixli, **********5 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə (Cavabdeh) Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə arxivçi vəzifəsinə işə bərpa edilsin və 26 oktyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1863/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1863/2021
25.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver