Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1871/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi mirasın qəbulu faktının müəyyən edilməsinə və sair tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi mirasın qəbulu faktının müəyyən edilməsinə və sair tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi anası miras qoyan X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ölüm xx.xx.2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 147 № ilə qeydə alınaraq, müvafiq şəhadətnamə verilmişdir. Anası H.Q. Əhmədovadan Bakı şəhəri Biləcəri qəsabəsi Y.Hüseynov küçəsindəki 5 saylı evin sahəsi 38,6 kv.m. olan 3 otaqlı 4 saylı mənzili miras qalmışdır. Miras əmlak anasının sağlığında və onun vafatından sonra da Ərizəçi tərəfindən idarə edilmişdir. Əmlaka sahiblik etməklə Ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin anasının vəfatı ərizəçiyə ağır təsir etdiyindən, uzun müddət hüzn içərisində olduğundan ərazi üzrə notariat orqanına gec müraciət etmişdir. Notarius tərəfindən vərəsəlik işi açılsa da, müddətin ötürülməsi səbəbilə vərəsəlik şəhadətnaməsi verilməsindən xx.xx.2022-ci il tarixli maktubla imtina edilmişdir. Ərizəçi ilə miras şəriki olan qardaşı Maraqlı şəxs2 notariat işində miras əmlakdan ərizəçinin xeyrinə imtina etməsi barədə AR MM-nin 1261-ci maddəsinə uyğun olaraq ərizə vermişdir. Miras əmlakla bağlı vərəsələr arasında mübahisə yoxdur. Ərizəçi notariat ofisinin imtinasi ilə razılaşır. Notariat ofisi müddətin buraxılması səbəbilə notariat hərəkətlərinin aparılmasından imtina etməkdə haqlı olmuşdur. Ərizəçi üzrlü səbəbdən notariat ofisinə gec müraciət etmişdir. Odur ki, mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş edir. Miras əmlak ərizəçi tərəfindən faktiki olaraq, qəbul edildiyindən bu hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməlidir. Miras əmlaka qanun üzrə vərəsəlik hüququ mübahisəsizdir. Ərizəçi notariusa vaxtında müraciət etməsə də AR MM-nin 1243-cü maddəsində nəzərdə tutulmuş qaydada mirası faktiki olaraq qəbul etmişdir. Bu səbəbdən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması üzrlü hesab edilərək, bərpa edilməli və mirasın ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən olunmalıdır. Ona görə də Ərizəçi mərhum anası Əhmədova Hacǝr Qulam qızından miras qalmış Bakı şəhəri Biləcəri qǝsəbəsi Y.Hüseynov küçəsindəki 5 saylı evin, sahəsi 38,6 kv.m. olan, 3 otaqlı 4 saylı mənzilinin miras əmlak kimi qəbulu müddətinin buraxılmasının üzrlü hesab edərək bərpa edilməsinə və miras amlakın Ərizəçi tərəfindən qəbul edilməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, ərizəçi və maraqlı şəxsin anaları dünyasını dəyişmiş və miras qoyandan mənzil miras qalmışdır. Ərizəçi bir sıra səbəblərdən mirası qəbul etmə müddətini ötürmüş və notariusa müraciət etdikdə haqlı olaraq ona imtina edilmişdir. MKİS tərəfindən verilən arayışdan da müəyyən olunur ki, ərizəçi faktiki olaraq mirası qəbul etmişdir. Ona görə də ərizənin təmin ounmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anasının Namiq və Cəmilə adlı 2 övladı var. X2 xx.xx.2002-ci ildə dünyasını dəyişmişdir. Anası Əhmədova Hacǝr Qulam qızından Bakı şəhəri Biləcəri qǝsəbəsi Y.Hüseynov küçəsindəki 4 saylı mənzil miras qalmışdır. Anası həmin mənzildə qardaşı ilə birlikdə yaşamış, anası vəfat etdikdən sonra həmin mənzildə onun qardaşı yaşayır. Mənzilin kommumal xidmətləri hələ də anasının adınadır və bu xidmətləri çox zaman o ödəyir, bəzi hallarda isə qardaşı kommunal xərcləri qarşılayır. Övladının toyu və digər məsələlərlə bağlı mirasın qəbul edilməsi müddətini üzrlü səbəbdən ötürmüşdür. Ona görə də ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizəni qəbul edib izahatında göstərmişdir ki, 1968-ci ildə doğulduğu gündən bu günə qədər anasına məxsus mənzildə yaşayır. X9 İdarəsində işlədiklərindən mənzil onlara ayrılmışdı. 1990-cı illərdə nikahı pozulana qədər onun ailəsi də həmin mənzildə yaşamışlar. Hal-hazırda həmin mənzildə yalnız o, qeydiyyatda, anası dünyasını dəyişdikdən sonra mənzildə tək yaşayır. Anasının ölümündən sonra bacısı mənzilin təmizliyi ilə məşğul olmuş, bir sıra hallarda mənizilin kommunal xərclərini ödəmişdir. Anası vəfat etdikdən sonra nə özü, nə də bacısı mənzildə təmir və ya yaxşılaşdırma işləri aparmamışlar. Mənzilin açarı onun bacısında və bacısının övladında vardır. Üzrlü səbəbdən bacısı mirası qəbul edə bilməmişdir. Ona görə də ərizənin təmin ounmasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri 20 saylı notariat ofisi məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 20 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat:
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. AZE seriyalı 03533190 saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1930-cu il tarixdə Bakı şəhərində anadan olmuş X11 Bakı şəhəri Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 5 saylı evin 4 saylı mənzilində qeydiyyatda olmuşdur. AZE seriyalı ******** saylı xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 5 saylı evdə qeydiyyatdadır. AZE seriyalı ******** saylı xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Binəqədi rayonu Y.Hüseynov küçəsi 5 saylı evin 5 saylı mənzilində qeydiyyatdadır. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı № 085488 saylı xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 5 saylı evin 38,6 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 4 saylı mənzili X6 adına 1176 saylı reyestr kitabında 176696 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Kirov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli İ-İE № 329967 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X14 xx.xx.1962-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Əhmədova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilmiş AZ-İ № 018345 saylı xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 730 nömrəsi ilə ölüm akt qeydi tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 208651 saylı xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1471 nömrəsi ilə ölüm akt qeydi tərtib edilmişdir. Bakı şəhəri Kirov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli Az № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, X2, anası X8r. xx.xx.1968-ci il tarixli Az № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, X2, anası X8r. Bakı şəhəri 20 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 314 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılaraq Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmaması bildirilməklə buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O.N.Məmmədli, T.R.Əmirquliyev və İ.N.Zahidov tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli aktdan müəyyən olunur ki, miras qoyan X6 vəfatından sonra ondan miras qalmış əmlak olan Bakı şəhəri Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsindəki 5 saylı evin 4 saylı mənzili miras qoyanın qızı Ərizəçi tərəfindən faktiki olaraq idarə və istifadə edilir. 113 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 123 saylı arayışından müəyyən olunur ki, X1 qəsəbəsi Y.Hüseynov küçəsi 5 saylı evin 4 saylı mənzilində 1972-ci ildən qeydiyyatda olmuş, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, vəfatı ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Ona məxsus mənzil və zibil xidməti haqqı qızı Ərizəçi tərəfindən ödənilmişdir. xx.xx.2023cü ilə qədər mənzilin borcu yoxdur. Qonşuların aktına əsasən Ərizəçi bu mənzildə qeydiyyatda olmasa da, anası mərhum X11 ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, nənəsi Həcər Əhmədova 2021-ci ilin avqust ayında dünyasını dəyişdikdən sonra mənzilə dair kommunal xidmətləri anası Ərizəçi ödəmişdir. Nənəsinin mənzili ilə onların mənzili yyni binada yerləşir, nənəsi dünyasını dəyişdikdən sonra onun anası 5 saylı mənzildə yaşamış, tez-tez nənəsinin 4 saylı mənzilə gedib-gəlmiş, mənzildə təmizlik işləri görmüşdür. Babası və nənəsinin birgə nikahından Cəmilə və Namik adlı 2 övladı vardır. Anası onun nənəsinin mənzilinin kommunal xidmətlərini ödəyir və təsərrüfat işlərini görür. Nənəsi son günlərində bir aydan çox onların mənzilində yaşamış, anası da onun nənəsinin mənzilində bəzi hallarda yaşamışdır. Dayısı Namik hal-hazırda evli deyil, dayısının nikahı uzun müddət əvvəl pozulmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, doğulduğu gündən 3 saylı mənzildə yaşayır, qonşusu Ərizəçi o, 8-ci sinifdə oxuyarkən həmin evə köçmüş və 5 saylı mənzildə oğlu Orxan, onun ailəsi ilə yaşayır. Cəmilə xanımın anası Həcər xanım 1 il əvvəl vəfat etmişdir. Həcər xanım da 5 saylı mənzildə yaşamışdır. 5 saylı mənzilin üstündəki mənzil də həmin ailəyə məxsusdur. Cəmilənin və Namikin başqa bacı və ya qardaşının olması barədə onun məlumatı yoxdur. O, Namiki həmişə tək görmüş ailəsi haqqında məlumatı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi yaşadığı mənzil onun mərhum anası X6 yaşadığı mənzillə eyni binada yerləşən qonşu mənzillər olduğundan ərizəçi hələ anasının sağlığında onun qayğısına qalmış, anasının ölümündən sonra isə miras qoyanın mənzilində yaşayan və bacısı olan ərizəçinin xeyrinə mirasdan imtina edən qardaşı Maraqlı şəxs2 da qayğısına qalmaqla yanaşı qonşuluğunda yerləşən anasının mənzilinə sahiblik etməyə başlamış, mənzildə təmizlik işləri aparmış, mənzilin kommunal xidmət haqlarını ödəmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, miras qoyan X6 mülkiyyətində olan Bakı şəhəri Biləcəri qǝsəbəsi Y.Hüseynov küçəsi 5 saylı evin, 4 saylı mənzilinə dair mirası ərizəçinin faktiki olaraq qəbul etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, miras qəbul edildiyi halda müddətin buraxılması mümkün olmadığından ərizə qismən təmin edilərək Ərizəçi miras qoyan X6 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 5 saylı evin 4 saylı mənzilinə dair mirası faktiki qəbul etməsi faktı müəyyən edilməklə ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə qismən təmin edilsin. Ərizəçi miras qoyan X6 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi 5 saylı evin 4 saylı mənzilinə dair mirası faktiki qəbul etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova