Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1874/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) əmək stajının bərpa edilməsi tələbinə dair ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, 1986-cı il tarixdən 1996-cı il tarixədək “Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işlədiyi və 1997-ci ildən 2001-ci ilədək "xxxx" firmasının direktoru işlədiyi dövrün faktın təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1972-ci ildən başlamışdır. 1973-1986-cı illərdə “Bakı baş tikinti idarəsində” işləmişdir. 1986-1996-cı illərdə isə X18 Respublika Həmkarlar İttifaqı Komitəsinin “Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1997-ci ildən 2021-ci ilədək tərəfindən təsis olunmuş "xxxx" firmasının direktoru işləmişdir. Onun 1-ci əmək kitabçası 1986-cı ildə tam dolduğundan ona əmək kitabçası açılmışdır. Ona məxsus 2-ci əmək kitabçası Respublika Həmkarlar İttifaqı komitəsində itirildiyindən ona pensiya təyin olunması mümkün olmamışdır. Pensiya yaşına çatdığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 üzrə Mərkəzi Filialına müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmiş, lakin müraciətinə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə görə müəyyən olunmuş əmək stajının təsdiq edilməsinə dair sənədlər təqdim edilməlidir. Bundan sonra Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından həmin Konfederasiyada işlədiyini təsdiq edilməsi barədə arayış verilməsini xahiş etmişdir. Oradan 4387 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Konfederasiya həmin illər üzrə sənədləri Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verdiyi üçün ora müraciət etməlidir. "xxxx" firmasında çalışmağı ilə bağlı vergilər xidməti müraciətinə cavab olaraq xx.xx.2022-ci il №**********338100 saylı məktubla cavablandırılmışdır. Milli Arxiv İdarəsinin Bakı filialı isə №MBA-02663-2022 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, işlədiyi dövr üzrə sənədlər Həmkarlar İttifaqı Konfederasiyasının arxivində olmalıdır. Göründüyü kimi, pensiya yaşına çatsa da, əmək stajını bərpa edə bilmir. Qeyd edir ki, həmin illər üzrə “Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işlədiyini onunla birlikdə fəaliyyət göstərən şəxslər təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, ərizəni qəbul etmir. Belə ki, bu işdə onlar ümumiyyətlə tərəf olmalı deyillər, onlara vətəndaş tərəfindən sorğu verilib, onlar sorğuya cavab vermişlər. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, ərizəni qəbul etmir. Belə ki, ərizəçinin işləməsi ilə bağlı arxivə heç bir sənəd təhvil verilməmişdir. Onlara vətəndaş tərəfindən sorğu verilib, onlar bu sorğuya cavab vermişlər. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, dövlət reyetsrində Ərizəçi təsisçisi olduğu "xxxx" Firmasının xx.xx.1997-ci il tarixdə 220 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, X15 küçəsi, ev 1V, mənzil 51, rəhbərinin X10 və fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Firmanın arxiv sənədlərində Ərizəçi rəhbər təyin olunmasına dair hər hansı sənəd mövcud deyildir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Maşınqayirma işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ləğv olunduqdan sonra onlara aid olan sənədlər AHİK-in arxivinə təhvil verilməmişdir. Məsələ ilə bağlı Respublika Dövlət Arxivinə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı Elektrik Məişət X1 Həmkarlar Komitəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X2 İttifaqı Respublika Komitəsinin, o cümlədən onun üzv təşkilatı olan Bakı Elektrik Məişət X1 həmkarlar ittifaqı komitəsinə aid olan sənədlər AHİKin arxivinə təhvil verilməmişdir. Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə kolxozlar arası tikinti idarəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş və xx.xx.1972-ci il tarixdə ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1973-cü il tarixdə kolxozlar arası tikinti idarəsinə ikinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş və xx.xx.1973-cü il tarixdə ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1973-cü il tarixdə işə qəbul edilmiş və xx.xx.1975-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixdə işə qəbul edilmiş və xx.xx.1986-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1986-cı il tarixdə işə qəbul edilmiş və xx.xx.1986-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1986-cı il tarixdə sədr müavini vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə X6 İttifaqının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, Azərbaycan Respublikasının Hərbi Sənaye Kompleksinin inkişaf etdirilməsi məqsədi ilə ölkə Prezidentinin 16 dekabr 2005-ci il tarixli fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilərək onun bazasında Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Respublika Prezidentinin digər fərmanları ilə bir sıra müəssisələr Nazirliyin tabeliyinə verilərək, onun strukturu təsdiq edilmişdir. Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan zavod və müəssisələrdə çalışan işçilərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəçiləri olan ilk həmkarlar ittifaqı təşkilatlan 2007-ci ildə 4 müxtəlif X8 tərkibində fəaliyyət göstərirdi. Nəzərə alınmalıdır ki, 2007-ci ildə yenidən formalaşan Müdafiə X6 İttifaqı cəmi 2 üzv təşkilatla “Alov” zavodu və “Dalğa" X9 X3 ilə təmsil olunurdu. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Müdafiə X5 X7 07 aprel 1992-ci il tarixində dövlət qeydiyyatına (Şəhadətnamə №174) alınmışdır. 2007-ci il ərzində 14 ilk həmkarlar ittifaqı təşkilatı digər Həmkarlar İttifaqlarından çıxaraq Müdafiə X6 İttifaqına üzv qəbul edilmişdir. Belə ki, 12 təşkilat X12 İttifaqı Federasiyasından, 1 təşkilat Milli Elmlər Akademiyası X13 İttifaqından və 1 təşkilat X14 Həmkarlar İttifaqından üzv qəbul edilmişdir. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində 10 yeni yaradılmış birlik, idarə və müəssisədə X3nın təsis yığıncaqları keçirilərək Həmkarlar İttifaqına üzv qəbul olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, 10 yanvar 2008-ci ildə Müdafiə X6 İttifaqının İ Qurultayı keçirilmişdir. Qurultayda digər məsələlərlə yanaşı İttifaqın 26 təşkilatdan ibarət strukturu və tam yeni redaksiyada Nizamnaməsi təsdiq edilmişdir (23 aprel 2008-ci il tarixində Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır). Bildirilmişdir ki, sorğuda göstərilən Bakı Elektrik Məişət X1 Həmkarlar Komitəsi 2007-ci ildə yenidən formalaşan Azərbaycan Respublikası Müdafiə X6 İttifaqının strukturuna daxil edilməmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi Bakı Soyuducuları Zavodunda Həmkarlar İttifaqı komitəsində işlədiyi dövrlərdə ona əmək haqqının hesablanması cədvəllərində məhsulun xaricə eksport edilməsi, planın yerinə yetirilməsi və digər səbəblərə görə mükafatlar hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2022-ci il tarixli 83 saylı Sərəncamı ilə Bakı Soyuducular Zavodu "xxxx" ASC-yə çevrilmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi əmək haqqının ümumi məbləğ 1990-cı il tarixdən 1993-cü il tarixədək 73799,38 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" firmasının (VÖEN: **********) nizamnaməsinə əsasən dövlət qeydiyyatına alındığı xx.xx.1997-ci il tarixdən rəhbəri Ərizəçidur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 13.2-ci bəndinə əsasən Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndinə əsasən Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin qərarın 13.4-cü bəndinə əsasən Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan yuxarıda sadalanan məlumat və sənədlər ərizənin tələbin təmin olunması üçün əsas ola bilməz. İlk öncə nəzərə alınmalıdır ki, ərizəçi 1986-cı il tarixdən 1996-cı il tarixədək “Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işləməsi iddia etsə də, onun əmək kitabçasında bu barədə heç bir qeydiyyat aparılmamışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışında göstərilən Ərizəçi əmək haqqının ümumi məbləğ 1990-cı il tarixdən 1993-cü il tarixədək 73799,38 manat ödənilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin dövrdə ərizəçinin “Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsində işləməsi barədə təsdiqedici arayışın mövcudluğu halında əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bu hüquqi əsaslandırma ərizəçinin 1997-ci ildən 2001-ci ilədək "xxxx" firmasının direktoru işləməsi faktının müəyyən edilməsi tələbinə də aiddir. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı vəziyyətdə ərizəçi qeyd olunan dövrlərdə “Bakı Çinar” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini və "xxxx" firmasının direktoru işləməsi vəzifəsində işləməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini və bu faktın yalnız məhkəmə qaydasında müəyyən edilməli olmasını sübuta yetirə bilməmişdir. Halbuki MPM-in 310-cu maddəsinə görə ərizəçi lazımi sənədləri ala bilməməsinə, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutlar təqdim etməlidir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) əmək stajının bərpa edilməsi tələbinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (maraqlı şəxslər qismində Maraqlı şəxs1və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) əmək stajının bərpa edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1874/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1874/2024
12.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver