Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1878/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) ərizə və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X8 doğum akt qeydinin bərpa edilməsi və ata qrafasında: X5, ana qrafasında: Ərizəçi, doğum yeri Ermənistan Respublikasının Çəmbərəkənd rayonu, doğum tarixi on yeddi iyul doqquz yüz yetmiş altıncı il müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olmuşdur. 1988-1992-ci ildə Ermənistanda baş vermiş məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Azərbaycana qayıdarkən özü ilə birlikdə lazımi sənədləri-xüsusən də X6na məxsus doğum haqqında şəhadətnamənin əslini gətirə bilməmişlər. Oğlu Azərbaycana gəldikdən sonra burada orta təhsil almış və 1996-cı ildə ailə həyatı qurmuşdur. xx.xx.2006cı ildə isə oğlunun nikahı pozulmuşdur. xx.xx.2023-cü il tarixdə kəskin və yarımkəskin qaraciyər çatışmamazlığı səbəbindən vəfat etmişdir. X6 hələ sağlığında nikahları pozulduqdan illər sonra xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış əldə etmişdir. Oğlu vəfat etdikdən sonra onun adına olan yuxarıda qeyd olunan fərdi yaşayış evini öz adına rəsmiləşdirmək üçün notariusa getmişlər və bu zaman notarius kontoru onlardan müvafiq sənədləri, eləcə də oğlunun doğum haqqında şəhadətnaməsinin əslini tələb etmişlər. Onlar doğum haqqında şəhadətnamənin onlarda yalnız surətinin olduğunu, həmin sənədi Azərbaycana qaçqın kimi gələrkən itirdiklərini və bu sənədi faktiki olaraq notariusa təqdim edə bilməyəcəklərini bildirmişlər. Lakin, notarius kontoru sənədin yalnız əslinin tələb olunduğunu, bu sənədi təqdim etdikdən sonra hər hansı notarial hərəkətlərin aparılacağının mümkün olacağını və itmiş sənədin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanlandığı 20 fevral 2024cü il tarixli məktubunda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun anası, mərhum X14 isə onun qardaşıdır. Mərhum X3 xx.xx.1976-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Çaykənd kəndində anadan olmuşdur və onun milliyyəti azərbaycanlıdır. X1, anaları Ərizəçidır. X3 xx.xx.2023-cü il tarixdə kəskin və yarımkəskin qaraciyər çatışmazlığı səbəbindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısı, mərhum X8 xalasıdır. Bacısı X6 xx.xx.1976-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Çaykənd kəndində anadan olmuşdur və onun milliyyəti azərbaycanlıdır. X2, anası Ərizəçidır. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısı, mərhum X8 xalasıdır. Bacısı X6 xx.xx.1976-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselo rayonu Çaykənd kəndində anadan olmuşdur və onun milliyyəti azərbaycanlıdır. X2, anası Ərizəçidır. X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan: İİ-CЛ seriyalı 066444 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1976-cı il tarixdə Ermənistan SSR Krasnoselo rayonu Çaykənddə doğulmuş, X2, anası Ərizəçidır. AZ-İİ seriyalı 378309 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində kəskin və ya yarımkəskin qaraçıyər çatmamazlığından vəfat etmiş və bu barədəölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1335 № ilə qeyd edilmişdir. AZ-İ seriyalı 052291 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X7 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 55 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron qaydada verilmiş çıxarışdan görünür ki, ünvan 1 X8 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Maraqlı şəxs 23 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, “X8 doğum haqqında akt qeydinin bərpa olunmasına” dair ərizəyə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərə əsaəsn qeyd edilmişdir ki, itmiş sənədlərinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə əlaqədar ərizəçi tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, mərhum X8 doğum akt qeydinin bərpası ilə bağlı müvafiq orqana müraciət edilsə də, kifayət qədər əsas olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin mərhum oğlunun doğum akt qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyəti olduğu üçün məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi X6nun doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi 17 iyul 1976-ci il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi, ata qrafasında – X5 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X8 doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi 17 iyul 1976-ci il, doğulduğu yer Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndi, ata qrafasında – X5 (milliyyəti azərbaycanlı), ana qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X8 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1878/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1878/2024
04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver