Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1886/2023 06.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və törədilmiş maneəçiliyin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və törədilmiş maneəçiliyin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, ev 10-da yerləşən 1 otaqlı 117 saylı mənzildən çıxarılması və cavabdeh tərəfindən mənzildən istifadəyə törədilən istənilən maneçiliyin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov küçəsi, ev 10, 3-cü giriş 3-cü mərtəbədə yerləşən 64,7 kv.metrlik ümumi sahəsi olan 1 otaqlı 117 nömrəli mənzil "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqaviləyə əsasən onun istifadəsinə və sahibliyinə verilmişdir. Mənzilə dair nəzərdə tutulmuş pay haqqını ödəmişdir və mənzilə gözlənilən mülkiyyət hüquq yaranmışdır. Məhkəməyə məlum edir ki, cavabdeh münasibətdə onun nəvəsidir. Cavabdeh onu xx.xx.2019-cu ildə onu aldadaraq notariat orqanına aparmış və müqaviləni öz adına bağlamaq üçün ərizə yazdırmışdır. Mübahisələr yarandığından məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6015/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, məhkəmə qətnaməsi qüvvəyə minmiş və icraya yönəldilmişdir. "xxxx" MTK ilə arasında 12 yanvar 2023-cü il tarixli 203 nömrəli Müqavilə icra qaydasında adına bağlanmışdır. Lakin, məhkəmə qətnaməsi icra olunsa da, cavabdeh mənzildən çıxmır və onun mənzilə girib yaşamağa imkan vermir, maneçilik törədir. O, 1947-ci il təvəllüdlü ahıl qadındır, 76 yaşı var, soyuq qış günlərində küçələrdə, skamyaların üstündə yaşamaq məcburiyyətində qalmışdır. Dəfələrlə mənzilə girib yaşamaq istəsə də, cavabdeh razılıq verməmiş, mənzilin açarlarını dəyişmiş, mübahisəni daha da dərinləşdirmişdir. Belə ki, ona hədə-qorxu gələrək mənzilin ona məxsus olduğunu bildirir. Məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və cavabdehin məhkəməyə gəlməməsi səbəbindən qiyabi qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirdi. Razılıq barədə yazılı ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili işə qiyabi icraat qaydasında baxılmasına dair razılıq ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6015/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 117 saylı mənzilə dair cavabdehlər Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 2(001)-1782/22 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilə dair cavabdehlər Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Mənzilin alqısatqısı haqqında” müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1435/2023 saylı qərarından surətindən görünür ki, cavabdeh tərəfindən verimiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6015/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6015/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin qətnamə əsasında icra vərəqəsi tərtib edilmişdir. "xxxx" MTK-nın Binəqədi rayon icra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6015/2022 saylı qətnaməsi icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzilə dair Cavabdeh ilə bağlanmış müqavilə ləğv edilmiş və həmin mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kooperativ mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon, 1300-cü keçid ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 48,6 kv.m olan 1 otaqlı 117 saylı mənzili payçıya verməyi öhdəsinə götürür. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, İddiaçı sözügedən mənzilin pay sahibidir. Pay haqqını tam ödəyibdir. Kooperativə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 10-da yerləşən 1 otaqlı 117 saylı mənzildən çıxarılmalı və Cavabdeh tərəfindən İddiaçı həmin mənzildən istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 10-da yerləşən 1 otaqlı 117 saylı mənzildən çıxarılsın və Cavabdeh tərəfindən İddiaçı həmin mənzildən istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1886/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-1886/2023
06.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver