Məhkəmə qərarları › İş №2(001)-1917/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1917/2022

24.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1917/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər X1rşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası X15 tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair verilmiş 01 iyun 2021-ci il tarixli əmrin ləğv edilməsi, onun həmin xəstəxanaya həkim-terapevt vəzifəsinə bağlanmış müqavilə müddəzi üzrə eyni müddətə işə bərpa edilməsi, cavabdehlə aralarında bağlanmış müddətli müqavilənin eyni müddətə bağlanmış hesab edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 fevral 2021-ci il tarixdən 15 may 2021-ci il tarixədək 3 ay müddətinə Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt vəzifəsinə işə qəbul olunmuşdur. Bu barədə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. O, Ə.D.Məlikov adına X7 nəzdində olan modul tipli xəstəxanaya çevrilmiş X3 həkim-terapevt vəzifəsində iş fəaliyyətini davam etdirmişdir, yəni cavabdehlə onun arasında bağlanan müqavilənin müddəti 15 may 2021-ci ildə bitdikdən sonra daha 16 gün işə çıxmışdır. Qanunvericiliyin tələbinə görə aralarında yenidən əmək müqaviləsi bağlanmadığından bağlanmış əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni 3 ay müddətinə bağlanmış hesab olunur. Lakin cavabdeh əmək müqaviləsinin yenidən həmin müddətə bağlanmasını nəzərə alsa da, qanunsuz olaraq 01 iyun 2021-ci il tarixdə onun razılığı və xəbəri olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, “Covid 19” pandemiya infeksiyası ilə mübarizə tədbirlərində 25 illik iş təcrübəsilə həkin-terapevt ixtisası üzrə könüllülük fəaliyyətinin başlanması üçün 01 dekabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X13 idarə heyətinin sədri ilə aralarında “Könüllülərin fəaliyyəti haqqında” müqavilə bağlanmış, müqavilə üzrə Xırdalan şəhəri X10 kompleksində müvəqqəti təşkil olunmuş modul tipli xəstəxanaya çevrilmiş stasionarda pandemiya ilə mübarizəyə qoşulmuşdur. İcbari Tibbi Sığortanın və TƏBİB-in sərəncamı ilə həmin idman kompleksi əvvəlki səhiyyə müəssisəsindən alınaraq 25 dekabr 2020-ci il tarixdən digər səhiyyə müəssisəsinə COVİD 19 pandemiyasının bitməsinə qədər səlahiyyətlərin idarə edilməsini Ə.D.Məlikov adına X9 həvalə olunmuşdur. Onun “Könüllülərin fəaliyyəti haqıda” müqaviləsinə xitam verilmədən növbəti əmək müqaviləsi Ə.D.Məlikov adına X7 direktor müavini Rafiq Nağıyevlə və onunla imzalanmış 15 fevral 2021-15 may 2021-ci il tarixə qədər hər dəfə 3 ay qrafikinə riayət etməklə müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin 2021-ci ilin sonuna qədər deyil, İcbari Tibbi Sığorta ilə bağladığı 3 aylıq könüllülük müqaviləsinə uyğun olaraq qrafik üzrə hər 3 aydan bir uzadılaraq pandemiyanın bitməsi dövrünə qədər müvəqqəti modul tipli xəstəxanaya çevrilmiş Xırdalan şəhəri X5 pandemiyaya bağlanması dövrünə qədər hesablanmışdır. 3 aylıq müddətli əmək müqaviləsi 15 may 2021-ci il tarixdə bitdiyi ərəfələrdə digər, müddətli müqavilə bağlanmış “könüllü həvəskar həkimlər”lə yanaşı ona da yenidən 3 aylıq əmək müqaviləsi bağlanmaq təklif olunmuşdur. O, 05 may 2021-ci il tarixdə ərizə yazaraq X7 direktorunun qəbuluna gedərək ilk növbədə müddətli işə qəbul olmağı barədə müraciət etmiş, bunun mümkün olmadığı bildirildikdən sonra o, həmin ərizə əsasında pandemiyanın bitməsinə qədər X6 həkim-terapevt vəzifəsində fəaliyyətini davam etdirməyinə razılıq almışdır. Müddətli müqavilə ilə işləyən digər həkimlər sırasında onun da müqaviləsinin onlarla eyni hüquqi qüvvədə olduğu bildirilmişdir. Lakin, cavadbeh 01 iyun 2021-ci il tarixdə onun razılığı, iştirakı, məlumatı olmadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. O, cavabdehin əməlləri barədə Əmək Müfəttişliyinə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. O, 10 iyul 2021-ci il tarixdə cavabdehə qarşı hazırki tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizəsi icraata qəbul edilmişdir. Həmin məhkəmə iclasında cavabdehin təqdim etdiyi etiraz ərizəsi ilə tanış olduqda aşağıdakı qanuna uyğunsuzluqlar müəyyən edilmişdir: - onunla bağlanmış əmək müqaviləsinin müddəti 15 may 2021-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətlərinə 31 may 2021-ci il tarixdə xitam verilmiş, yəni o, əlavə 16 gün işləmiş, lakin bu barədə onunla müqavilə bağlanmamışdır. - əsli iki nüsxədən ibarət olan əmək müqaviləsinə heç bir əsas olmadan daha yarım vərəq əlavə edilmişdir. - müqavilənin 8-ci bəndində göstərilən əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar yerinə heç bir qeydlər olmadan 15 fevral 2021-ci il tarixdə imza atmasına səbəb olan 3 aylıq qüydlərin əlyazma ilə həmin boş sətirlərdə aparılması adı altında on yanlışlığa sövq etmişlər. - müqavilənin tərtib edilməsinə məsuliyyətsiz yanaşılmış, qeydiyyat nömrəsi qeyd edilməmiş, cavabdeh tərəfindən təqdim olunan nüsxədə müqaviləyə 51 nömrəsi qeyd edilmişdir. - müqavilənin sonunda yarım A4 vərəqdə müqaviləyə dəyişikliklər barədə qeydlər cavabdeh tərəfindən ondan xəbərsiz tələsik aparıldığından, tarixi də səhv olaraq 23 dekabr 2020-ci il qeyd edilmişdir. - müqavilədə cavabdehin imzası və möhürü olduğu halda, əlavədə yalnız möhür vardır. - cavabdehdə olan müqavilənin nüsxəsində tarix qeyd edilməmişdir. - müqaviləyə əlavədəki qeydlər cavabdeh tərəfindən əlyazma ilə sonradan, ondan xəbərsiz doldurulmuşdur. - cavabdeh 15 may 2021-ci il tarixli qondarma əmri ilə birtərəfli qaydada onun iştirakı və xəbəri olmadan ikinci nüsxə kimi özlərində saxlanılan yarım A4 vərəqin boş sətirlərinə əlavə etmələrinə baxmayaraq, onun əmək kitabçasında və əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil etməmişlər. Həmçinin, əksər könüllü həkimlər hər üç gündən bir 12 saat gecə növbəsinə tab gətirməyərək, həkimlik fəaliyyətlərinin dayandırılmaları barədə ərizə ilə müraciətləri yubadılaraq, əmək haqları ödənilməklə bir müddət istirahət verilməsi, o cümlədən uzun müddət tibb heyətinin xəstələnmələri səbəbindən işə çıxmamaları adi hala çevrildiyi halda, onun iş fəaliyyətinin bir gün belə dayandırılmaması peşəkar iş təcrübəsinin digər çoxsaylı həkim heyətindən fəqrli olması və heç bir ərizəsi olmadığı təqdirdə belə işdən qanunsuz kənarlaşdırılmağı cavabdehin ona qarşı maddi marağının olması şübhələrini də istisna etmir. Belə ki, hər ay müqavilə üzrə ona 2500 manata yaxın əmək haqqı ödənilirdi. Məhkəmə iclasları ərəfəsində o, əsli iki nüsxədən ibarət olan əmək müqavilələrinin bütün vərəqlərinin, o cümlədən digər əlavələin onun tərəfindən eyni gündə imzalanmağı barədə rəyin verilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatətini məhkəmə müsbət qarşılamışdır. Bununla da cavabdehin qondarma yazıları imza və möhürün etibarsızlığı sübuta yetirilmiş olacaqdı. Son məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində iştirak edən Oruc Şəfiyev kadr mütəxəssisi Ətir xanımın iştirakı ilə onun yenidən öz iş fəaliyyətinin davam etdirməyinə etiraz etmədiyini və öz üzərinə onu həmin modulda işlə təmin etmək öhdəliyini götürməsini səsləndirmişdir. Mahiyyəti etibarilə onun işə barışıq yolu ilə dozəlməyi baş tutduğuna görə, o, ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Lakin, məhkəmə işi başa çatdıqdan sonra müxtəlif bəhanələrlə onun işə bərpa olması yubadılaraq, hal hazırki səviyyəyə gətirilmişdir. Cavabdehlərin ona qarşı vəzifə səlahiyyətlərini aşmaqla heş bir əsas olmadan 10 ay ərzində 01 iyun 2021-ci il tarixdən 28 fevral 2022-ci il tarixə qədər məcburi iş buraxmağına görə ona hər ay əmək haqqı və ona olunan beş qat əlavələr, yəni 406 manat əmək haqqı və ona əlavə olunan beş qay əlavələrlə ayda 2200 manat olmaqla 10 ayda 22000 manat maddi ziyan dəymişdir. İlk növbədə bu səbəblərdən cavabdeh ona həmin məbləği ödməlidir. Həmçinin, işə bərpa olmaq müddəti də həmin 10 aylıq tarixlərə şamildir və o, dəfələrlə cavabdehin öhdəlikləri yerinə yetirməməsi səbəbindən həm də mənəvi ziyana düşmüşdür. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, pandemiyaya qarşı mübarizə çərçivəsində X3 modul tipli xəstəxana təşkil edilmiş, həmin xəstəxanada müvəqqəti əsaslarla işə cəlb edilmiş şəxslərlə “Ə.D.Məlikov adına X12” X15lə əmək müqavilələri bağlanmışdır. Daha sonra xəstələrin sayının azalması ilə bağlı müvəqqəti işə cəlb edilmiş şəxslərlə bağlanmış müqavilələrin müddəti uzadılmamışdır. İddiaçı da həmin modul tipli xəstəxanada işə cəlb edilmiş və onunla 15 fevral 2021-ci il tarixdə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddəti əlavə 15 gün, yəni 01 iyun 2021-ci il tarixədək uzadılmışdır. Müddətin uzadılması yazılı qaydada rəsmiləşdirilmiş, həm işəgötürən, həm də işçi tərəfindən imzalanmışdır. Əmək müqaviləsinin müddətinin uzadılması müvafiq əmrlə rəzmiləşdirilmiş, həmçinin buna dair məlumat əmək müqaviləsinin qeydiyyat sisteminə də daxil edilmişdir. Xəstələrin azalması ilə bağlı modul tipli xəstəxananın fəaliyyətinin məhdudlaşması nəzərə alınaraq, iddiaçının əmək müqaviləsinin müddəti 01 iyun 2021-ci il tarixdən sonra uzadılmamışdır. Müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə iddiaçıya bildirilmiş və ona müvafiq son haqq-hesab qanunvericiliyə uyğun hesablanıb ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin, göründüyü kimi, iddiaçı 9 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli “Könüllü fəaliyyət haqqında müqavilə”dən görünür ki, İddiaçı 01 dekabr 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərin cəlb olunmuş, müqavilənin 2-ci maddəsində müqavilə müddətinin bitməsinə bir həftə qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi tələbini yazılı şəkildə irəli sürmədikdə, bu müqavilənin hər dəfə növbəti 1 ay müddətinə uzadılması göstərilmişdir. - “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X15 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı 15 fevral 2021-ci il tarixdən terapevt həkim vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinin qüvvədə olmasının son müddəti 15 may 2021-ci il müəyyən edilmişdir. Müqavilənin 8-ci maddəsi “əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar” adlanır və həmin maddənin altındakı qrafada heç bir qeyd aparılmamışdır. Həmçinin, müqaviləyə 8-ci maddədən çıxarış əlavə edilmişdir ki, həmin hissədə boş olmaqla, sonda “işçi” qrafasında imza vardır. Digər tərəfdən, eyni müqavilənin digər nüsxəsində müəyyən edilmişdir ki, müqaviləyə “51” sıra nömrəsi verilmiş, bağlanma tarixi olaraq xx.xx.2020-ci il qeyd edilmiş, müqavilənin 8-ci maddəsi “əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar” adlı maddənin altındakı qrafada heç bir qeyd aparılmamış, müqaviləyə 8-ci maddədən çıxarış əlavə edilmişdir ki, həmin hissədə qeyd edilmişdir ki, “xx.xx.2021-ci il tarixli, 105/k saylı əmrə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılsın.” Həmin qeydlərin sonunda işəgötürənin imza və möhürü, həmçinin işçinin imzarı vardır. - “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X13 direktoru Ə.P.Sultanov tərəfindən verilmiş 31 may 2021-ci il tarixli, 107-K nömrəli əmrə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyun 2021-ci il tarixdən xitam verilmiş, əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2”ci bəndinin “b” yarımbəndi göstərilmişdir. - əmək müqaviləsinin surətində göstərilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 51-K saylı əmrə əsasən, “Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X13 ştat cədvəlinə müvəqqəti dəyişiklikləri edilməsi ilə Modul tipli X4 terapevt vəzifəsinə qəbul edilmişdir. 01 iyun 2021-ci il tarixdə 107-K saylı, 31 may 2021-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Ximdəti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlandırılmış 12 iyul 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “İddiaçı müraciəti ilə əlaqədar “Ə.D.Məlikov adına X12” X13 rəhbərliyi tərəfindən X8 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdə onunla (İddiaçı) cəmiyyət arasında bağlanmış müddərli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2021-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(001)- 5337/2021 saylı qərardadından görünür ki, İddiaçı AR Səhiyyə Nazirliyi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçının ərizənin geri qaytarılmasına dair müraciəti əsasında baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 2(001)- 1917/2022 saylı qərardadına əsasən, iş materiallarında olan 51 saylı əmək müqaviləsində və iddiaçı tərəfindən təqdim edilmiş müqavilədə və onlara edilmiş “əmək müqaviləsinə dəyişikliklər və əlavələr barədə məlumatlar”da “işçi” bölməsində “imza” qrafasında olan imzanın İddiaçı tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra edildiyinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli müvafiq rəyində imzaların İddiaçı tərəfindən icra edildiyi göstərilmişdir. Bundan sonra məhkəmənin 20 iyul 2022-ci il tarixli, 2(001)-1917/2022 saylı qərardadına əsasən, məhkəməyə həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilmiş müqavilələrdə və ona əlavələdəki imzaların İddiaçı tərəfindən eyni gündə və eyni qələmlə icra edilib-edilmədiyinin müəyyənləşdirilməsi üçün sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli müvafiq rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “əmək müqaviləsinə dəyişikliklər və əlavələr barədə məlumatlar”da “işçi” bölməsində “imza” qrafasında olan imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazmalarının və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iddiaçının, habelə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Bu Məcəllənin 43-cü maddəsinin (əmək müqaviləsinin məzmunu) ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Hazırki halda iddiaçı izahatında onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 43-cü maddəsinə uyğun tərtib edilmədiyini bildirməsə də, müqavilənin yenidən tərtib edilməsi təşəbbüsü ilə cavabdehə müraciət etməmiş, habelə iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilməmişdir. Digər tərəfdən, müqaviləyə həcmdə çox olan dəyişikliyin ayrılıqda tərtib edilərək təsdiqlənməsi də Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndi ilə bağlı qeyd edir ki, Qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. ƏM-nin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normaların məzmunundan göründüyü kimi, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı varsa işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür. Göründüyü kimi tərəflər arasında əmək müqavilələri qarşılıqlı razılıq əsasında sərbəst şəkildə bir neçə dəfə müddətli bağlanmış, iddiaçının müqavilənin müddətsiz bağlanması ilə bağlı tələbi olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbədinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi göstərilmişdir. Hazırki halda iddiaçı cavabdeh tərəfindən verilmiş əmrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbındində göstərilən əsasla, yəni onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu barədə cavabdehin hərəkətinin qanunauyğunsuzluğu barədə X8 Xidmətinə müraciət etmiş, aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş 31 may 2021-ci il tarixli əmrin qanunauyğun olduğu müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X8 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Digər tərəfdən, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki halda cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi barədə müvafiq ərizə ilə məhkəməyə müraciət etmiş, iddiaçı ilə izahatında iddia müddətini buraxmadan məhkəməyə müraciət etdiyini, sonradan cavabdehin onu işə bərpa edəcəyinə aldanaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını tələb etdiyi və məhkəmənin bu əsasla iddia ərizəsini 19 avqust 2021-ci il tarixli qərara əsasən baxılmamış saxladığını, hazırki iddia verilən dövrədək cavabdehin onu işə bərpa etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehin hərəkətlərində qanunsuzluq müəyyən edilmədiyindən, iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçının yuxarıda göstərilənlərə görə iddia müddətini buraxması da əsaslı səbəb kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə eyni məzmunlu əvvəlki iddiası 19 avqust 2021-ci il tarixdə baxılmamış saxlanılmış (buna əsas iddianın ərizəsini geri götürməsi olmuşdur), iddiaçı hazırki iddia ərizəsi ilə həmin qərardad çıxarılndan təxminən 6 ay sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddətidə hər hansı üzürlü səbəbin mövcudluğu göstərilmədən ötürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edildiyindən, məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizalarına xərclənmiş ümumilikdə 204 manat məbləğində pul vəsaiti iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər X1rşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə-xətşünaslıq (124 manat) və sənədlərin məhkəmə-texniki ekspertizalarına (80 manat) xərclənmiş ümumilikdə 204 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar