Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1933/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Ağdərə rayonu Manikli kəndində anadan olması, doğum akt qeyd edilməsi faktının müəyyən edilməsi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi və nikah haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi xx.xx.1958-ci ildə Ağdərə rayonu, Manikli kəndində anadan olub. 01.06.1983-cü ildə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Lakin nikah haqqında şəhadətnamədə adı Nurəddin əvəzinə, bir “d” ilə Nurədin yazılmışdır. Adındakı yanlışlığı düzəltmək üçün ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında şəhadətnamə təqdim olunmadığından müraciəti təmin edilməmişdir. Doğum haqqında şəhadətnamə məhkəmə qətnaməsinə əsasən bərpa olunduğundan, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 05.04.2022-ci il tarixdə ərizəçi məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.1958-ci il tarixdə Ağdərə rayonu, Manikli kəndində anadan olması, doğum haqqında akt qeydinin ata qrafasında – X12 (milliyyəti azərbaycanlı), ana qrafasında – X2 (milliyyəti azərbaycanlı) olması barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən 29.03.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlanaraq, Ərizəçi iddiasına etiraz etmədiklərini, işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Maraqlı şəxs 12.11.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətandaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası üçün bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizə təmin edilməmişdir. - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1958-ci il tarixdə Ağdərə rayonu, Manikli kəndində anadan olmuş Qəribov Nurədin (Nurəddin) Dadaş oğlu ilə Qənbərova (Qəribova) Nazeykə Mürsəl qızı 20.07.1983-cü ildə rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 26.12.1984-cü il təvəllüdlü Qəribov Raufun, 03.04.1986-cı il təvəllüdlü Qəribov Anarın və 28.02.1991-ci il təvəllüdlü Qəribli Xalidin atası Ərizəçi (milliyəti azərbaycanlı), anası X3r (milliyəti azərbaycanlı). - 29.04.1983-cü il tarixdə verilmiş DT-İ 788678 nömrəli diplomun və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi kimi qeyd edilmişdir. -X5 (ərizəçinin bacısı)doğum haqqında şəhadətnaməsindən aydın olur ki, atası X12, anası X1r. - ölüm haqqında şəhadətnamələrə əsasən, X12 18.12.2008-ci il tarixdə, X2 isə 27.12.2008-ci il tarixdə vəfat etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X9 izahat verərək bildirdi ki, ərizəçi onun xalası oğludur. Məlum hadisələrdən sonra bütün sənədlər orada qaldığından heç kim sənədlərini götürə bilməyib. Ərizəçinin atası X12, anası isə Güleyzə Süleyman qızıdır, hər ikisi azərbaycanlıdır. Ərizəçi ailədə 1 bacı, 5 qardaşdırlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər şahid X6 izahatında bildirdi ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçi ilə 01 iyun 1983-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və birgə nikahdan 3 övladlar var. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdərə rayonunda anadan olmuşdur, məlum səbəblərdən köçdükləri zaman heç bir sənəd götürə bilməmişlər. Ərizəçi ailədə 1 bacı, 5 qardaşdırlar, anası X2, atası X10r. Nikah bağlanması haqqında şəhadətnamə istisna olmaqla, digər bütün sənədlərdə Ərizəçi adı qoşa “d” ilə yazılmışdır. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 339-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. - 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; - 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Ərizəçi adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdərə rayonu, Manikli kəndində doğulması, atasının X12, anasının X2 olması ərizəçinin izahatı ilə, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdərə rayonu, Manikli kəndində doğulması, atasının X12, anasının X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, xx.xx.1958-ci il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X12”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X2”, “milliyyəti azərbaycanlı” yazılmalıdır. Məhkəməyə ərizə verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağdərə rayonu, Manikli kəndində anadan olması, atasının X12, anasının isə X2 olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1958-ci il təvvəllüdlü Ərizəçi doğum akt qeydinin “atası” qrafasında “X12”, “milliyyəti azərbaycanlı”, “anası” qrafasında “X2”, “milliyyəti azərbaycanlı” yazılsın. Məhkəmənin qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1933/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1933/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver